Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3717/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 firmasının direktoru Cavabdeh2, onun vəkili Mirzəyev Cəlil Şükür oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Cavabdeh1 firmasının direktoru Cavabdeh2 və qeyrilərinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜ ƏYYƏN ETDİ: Cavabdeh1 firmasının direktoru Cavabdeh2 və qeyriləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 firmasına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 iyun 2018-ci il ta rixli qətnaməsi ilə (sədrlik edən K.Əmirxanova, iş 2(005)-1804/2018)İddiaçı-nin cavabdehlər Cavabdeh1 firmasına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 firması ilə Bank arasında bağlanmış 04.09.2014-cü il tarixli kredit limiti müqaviləsi və ona əlavələr ləğv edilmiş, Cavabdeh1 firmasından 46237,89 ABŞ dolları əsas, 3008,72 ABŞ dolları faiz, 280,45 ABŞ dolları cərimə olmaqla, cəmi 49527,06 ABŞ dolları borcun (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında evin 39 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, b orc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmiş; iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-10512/2018) cavabdehlər Cavabdeh1 firmasının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin iş üzrə 21 iyun 2018-ci il tarixli qətnaməsi ipotek a predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilərək, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında evin 39 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 160000 (yüz altmış min) manat müəyyən edilməsi qət edilmiş; qətnamə iddianın təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 firmasının direktoru Cavabdeh2 və qeyriləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 firmasının direktoru Cavabdeh2 vəkili Mirzəyev Cəlil Şükür oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izah atı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessua l normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 firması arasında bağlanmış 04.09.2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsinə əsasən, iddiaçı borcalana illik 19 faiz dərəcəsi ilə 60 ay müddətinə 90000 manat kredit limiti ayırmışdır. Müqavilə çərçivəsində borcalana 70100 ABŞ dolları kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tərəflər arasında bağlanmış həmin kredit limiti müqaviləsinə 14 aprel 2015-ci il tarixli, 1 saylı Əlavəyə əsasən, 70100 ABŞ dolları kreditə dair müəyyən edilmiş faiz dərəcəsi 19 faiz dərəcəsinə, qarantiyaya dair müəyyən edilmiş faiz 17 faiz dərəcəsinə dəyişdirilmişdir. 18.08.2016-cı il tarixli 2 saylı Əlavəyə əsasən illik faiz dərəcəsi 9 faiz, kreditin qaytarılma müddəti 18.08.2021-ci il tarixi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 15.02.2018-ci il tarixli maliyyə arayışına əsasan borcalanın Banka 46237,89 ABŞ dolları əsas, 3008,72 ABŞ dolları faiz, 280,45 ABŞ dolları cərimə olmaqla, cəmi 49527,06 ABŞ dolları borcu yaranmışdır. “xxxx” MMC-nin LP-063/18 nömrəli, 29.05.2018-ci il tarixli rəyinə əsasən, ipoteka predmeti olan mənzilin bazar dəyəri 110000 manat təşkil edir. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə “xxxx” MMC-nin G10/18-461 saylı, 30 oktyabr 2018-ci il tarixli rəyinə görə, ipoteka predmetinin mövcud bazar qiyməti 160000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385, 424, 442, 448, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36-cı maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3.3-cü maddəsinin normasını tətbiq etmişdir “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 firmasının direktoru Cavabdeh2 və qeyriləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişdir ki, apellyasiya i nstansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qa nuna müvafiq hesab edilə bilməz. Cavabdeh1 firmasının direktoru Cavabdeh2 və qeyriləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi, həmçinin ona istinad etmişdir ki, “ ipoteka ilə yüklü olunmuş mənzilin dəyəri düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində mənzilin dəyərinin 110.000 manat olduğu müəyyən edilmiş, apellyasiya instansityası məhkəməsi isə bü qiyməti 160 000 manat məbləğində müəyyən etmişdir. Bununla bağlı bildiririk ki, həmin qiymət real bazar dəyərini əks elətdirmir, qiymətləndirmə obyektiv aparılmamışdır. Mənzilin 160.000 manatla hərraca çıxarılması əsassızdır. Həmin mənzilin real dəyəri ən azı 300000 manat təşkil edir. “ Kassasiya şikayətinin həmin dəlili apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında, “xxxx” MMC-nin G-10/18-461 saylı, 30 oktyabr 2018-ci il tarixli rəyinə əsasən, ipoteka predmetinin mövcud bazar qiyməti 160.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekab r 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3717/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3717/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver