Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3717/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 in və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» MMC-nin nümayəndəsi X3 və hər ikisinin vəkili X1, İddiaçılar İddiaçı1 və İddiaçı2un vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2un tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-753/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli q ətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1 in və İddiaçı2un cavabdehlər Cavabdeh1 ə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçıların pelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, cavabdehlər Cavabdeh1 ə və Cavabdeh2 ödənilən müvafiq olaraq 100000 manat və 20000 manat məbləğində vəsaitin cavabdehlərin əsassız varlanması kimi qiymətləndirilməsi və Cavabdeh1 dən 100000 manat, Cavabdeh2 isə 20000 manat məbləğində pulun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq 15000 manatın İddiaçı2a, 105000 manatın İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. «X7» MMC iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, «xxxx» MMC cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X7» MMC ilə «xxxx» MMC arasında xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi b ağlanmışdır. Sözügedən müqavilə üzrə yaranmış mübahisə üzrə «xxxx» MMC «X7» MMC-yə qarşı müvafiq məhkəməyə müraciət etmiş və istinad edilən müqavilə üzrə yaranmış borc tələbinə dair iddia irəli sürmüşdür. Qeyd olunan iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən xx.xx.2019-cu il tarixli 22(103)-117/2019 saylı qətnamə çıxarılmışdır. Həmin məhkəmə mübahisəsi zamanı«X7» MMC tərəfindən alğı-satqı müqaviləsi üzrə ödənilmiş 105000 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Səbəb olaraq sübutların vaxtında təqdim edilməməsi bildirilmişdir. Bu səbəbdən, iddiaçılar tərəfindən cavabdehlərə ödənilmiş vəsaiti ayrıca tələb etmək zərurəti yaranmışdır. «X7» MMC tərəfindən alğı-satqı müqaviləsi üzrə 120000 manat məbləğində ödəniş «xxxx» MMC-nin hesabına köçürmə yolu ilə y ox, bir qismi nağd şəkildə, bir qismi isə köçürmə yolu ilə sonuncunun direktoru Cavabdeh1 e, həmçinin «xxxx» MMC-nin işçisi Cavabdeh2 ödənilmişdir. Bu ödənişləri sübut edən aşağıdakı təhvil-təslim aktları (tutanaklar) və hesabdan çıxarış mövcuddur: 1). xx.xx.2015-ci il tarixdə ödənilmiş 20000 manat vəsait; təslim edən «X7» MMC adından İddiaçı1; təslim alan «xxxx» MMC adından Cavabdeh2; 2). xx.xx.2016-cı il tarixdə “YapıKredi” Bank Azerbaycan vasitəsi ilə 40000 manat; 3). xx.xx.2016-cı il tarixdə ödənilmiş 45000 manat vəsait; təslim edən «X7» MMC adından İddiaçı1; təslim alan Cavabdeh1; 4). xx.xx.2016-cı il tarixdə ödənilmiş 15000 manat vəsait; təslim edən «X7» MMC adından İddiaçı2; təslim alan «xxxx» MMC adından Cavabdeh1. Yuxarıda qeyd olunan ödənişlər «xxxx» MMC tərəfindən qəbul edilmə diyindən (baxmayaraq ki, təhvil-təslim aktlarında ödənişlərin təyinatı «xxxx» MMC-yə ödənişlər qeyd olunmuşdur), hesab edirlər ki, «X7» MMC tərəfindən cavabdehlər Cavabdeh1 ə və Cavabdeh2 ödənilmiş məbləğlər cavabdehlər tərəfindən geri ödənilməlidir və əsassız varlanma kimi qiymətləndirilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçıların 120000 manat pulu tələb etməkdə hüquqi ixtiyarının mövcüd olmamasını nə ilə əsaslandı rması aydın deyildir. İş materiallarına əlavə edilmiş sübutlardan göründüyü ki, müxtəlif vaxtlarda iddiaçılar tərəfindən cavabdehlərə müəyyən vəsait verilmişdir. Sırf həmin ödənişlərin təyinatlarını göstərmək üçün iddia tələbində "X8" MMC və "xxxx" MMC arasında mövcüd olan münasibətlərə istinad olunmuş və həmin münasibətləri tənzimləyən müvafiq məhkəmə aktları təqdim edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilir ki, birinci element (öz hərəkətlərinə hüquqi ixtiyar) bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1 e və Cavabdeh2 müxtəlif vaxtlarda pul vəsaiti verilmişdir. Mülki işə cəlb edilmiş iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3- cü şəxs “X8” MMC-nin nümayəndəsi qeyd etmişdir ki, məhkəmə aktlarında MMC-nin ödənişləri nəzərə alınmadığından tələb etmə hüququ İddiaçı1 və İddiaçı2 həvalə edilmişdir. Məhkəmə Mülki Məcəllənin 194.1-ci maddəsinin birbaşa pozuntusuna yol verilmişdir. Belə ki, həmin maddəyə əsasən "Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş “xxxx” MMC və X11 nümayəndəsi hazırkı iddia ərizəsi ilə tələb olunan vəsaitin öd ənilməsini qəbul etmişdir. Heç bir məhkəmə (preyudisial hesab edilən) qətnamələrində həmin ödənişlər nəzərə alınmamışdır və “X8” MMC onsuz da ödəniş etdiyi vəsaiti yenidən ödəməli olacaqdır. Mülki qanunvericilik icazə verir ki, kreditor tələb etmə hüququnu güzəşt etsin və bunun üçün borclunun razılığı nəzərdə tutulmayıb. Apellyasiya instansiyasında işə baxılarkən hakim cavabdehlərin vəkilinə “həmin pulun alınıb-alınmaması ilə bağlı” sual verdikdə qarşı tərəfin vəkili cavabdehlərin pulu aldıqlarını etiraf etmişdir. Lakin buna baxmayaraq apellyasiya şikayəti əsassız olaraq təmin edilməmişdir. Tərəflərin izahatları: İddiaçılar İddiaçı1 in və İddiaçı2un vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 in və cavabdeh tərəfd ən müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» MMC-nin nümayəndəsi X5 və hər ikisinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 Elxan oğlu və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyy ən edilmiş hallarından görünür ki, iddia tələbinin hüquqi əsasını «xxxx» MMC və «X7» MMC arasında olan alqı-satqı müqaviləsi ilə əlaqədar olaraq iddiaçılar tərəfindən ödənilmiş vəsait hesabına cavabdehlərin əsassız varlanma kimi qiymətləndirilməsi təşkil edir. Belə ki, iddiaçılar iddia edir ki, «X7» MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənişlərin hamısı «xxxx» MMC-nin hesabına köçürmə yolu ilə deyil, bir qismi nağd şəkildə, ödənilmşidir. 120000 manat isə nağd formada «xxxx» MMC-nin direktoru Cavabdeh1 e, həmçinin MMC-nin işçisi Cavabdeh2 verilmişdir. Qeyd olunan ödənişlər «xxxx» MMC tərəfindən qəbul edilmədiyindən (baxmayaraq ki, təhvil-təslim aktlarında ödənişlərin təyinatı «xxxx» MMC-yə ödənişlər kimi qeyd olunmuşdur), hesab edirlər ki, «X7» MMC-nin adından onlar tərəfindən cavabde hlər Cavabdeh1 ə və Cavabdeh2 ödənilmiş məbləğlər cavabdehlərin əsassız varlanma kimi qiymətləndirilməli, cavabdehlər tərəfindən geri – iddiaçılara qaytarılmalıdır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın əsaslılığına hüquqi qiymət vermək üçün ilk növbədə iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını müəyyən etmək lazımdır. İş materiallarından göründüyü kimi, sözügedən alqı-satqı münasibətləri hazırki iş üzrə iddiaçı və cavabdeh olan şəxslər arasında deyil, məhz hüquqi şəxslər olan «X7» MMC və «xxxx» MMC-nin arasında mövcud olmuş, ödəmələr də alqı-satqı münasibətlərindən irəli gəlmişdir. Ona görə həmin alqısatqı müqaviləsi üzrə ödənişlərin tələb edilməsi hüququ da müqavilənin tərəfi olmayan iddiaçılar İddiaç ı1 və İddiaçı2 deyil, məhz müqavilə üzrə tərəf qismində çıxış edən, təhviltəslim aktları (tutanaklar) və hesabdan çıxarışa əsasən ödəniş edən kimi qeyd edilmiş «X7» MMC-yə məxsus olmuşdur. Bu isə iddiaçıların hazırkı tələblə çıxış etmək üçün zəruri olan subyektiv hüquqa malik olmaması anlamına gəlir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə baxan məhkəmələr iddiaçılar İddiaçı1 və Mehmet Gurun «X7» MMC və «xxxx» MMC-nin arasında bağlanmış alqı-satqı müqavilələri üzrə tərəflərdən olmaması əsası ilə hesab etmişdir ki, onlar həmin müqavilə üzrə də ödənilmiş pulu cavabdehlərdən tələb etmək üçün subyektiv hüquqa malik deyildirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən iş materiallarında olan sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmi n Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçıların tələblərinə görə, «X7» MMC ilə «xxxx» MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi məqsədi ilə «xxxx» MMC-nin iddia tələbi üzrə işə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında baxılarkən «X7» MMC tərəfindən 105000 manat məbləğində əlavə ödəniş olunmasına dair sübutlar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə həmin sübutların vaxtında təqdim edilməməsi və baxılan mübahisəyə aidiyyatının olmaması əsasları ilə nəzərə almamışdır. Bu səbəbdən iddiaçılar tərəfindən cavabdehlərə satıcı «xxxx» MMC-nin hesabına köçürülməsi üçün verilmiş, lakin cavabdehlərdən tərəfindən həmin hesaba köçürül məmiş vəsaiti ayrıca tələb etmək zərurəti yaranmışdır. İddiaçılar göstərmişdir ki, alğı-satqı müqaviləsi üzrə ödənişlərin hamısı «X7» MMC tərəfindən «xxxx» MMC-nin hesabına köçürmə yolu ilə ödənilməmiş, bir qismi, yəni 120000 manat məbləğində nağd şəkildə, bir qismi isə köçürmə yolu ilə sonuncunun direktoru Cavabdeh1 e, həmçinin «xxxx» MMC-nin işçisi Cavabdeh2 verilmişdir. Lakin sonuncular həmin pulu təmsil etdikləri hüquqi şəxsin hesabına köçürməmişlər. Cavabdeh tərəf həmin pulun ödənilməsini inkar etməmiş, lakin köhnə borclara yönəldildiyini, həmin pul vəsaitinin «xxxx» MMC-yə ödənilmədiyini göstərmişdir. İddiaçılar qeyd etdikləri ödənişlərlə bağlı iş materiallarına ödəniş qəbzləri əlavə etmişlər. Onlardan xx.xx.2015-ci il tarixli qəbzə görə 20000 manat «X7» MMC adından İddiaçı1 «xxxx» M MC-ni təmsil edən Cavabdeh2ə verilmiş, xx.xx.2016-cı il tarixli qəbzə görə 45000 manatı «X7» MMC adından İddiaçı1 tərəfindən Cavabdeh1 ə verilmiş, xx.xx.2016-cı il tarixli qəbzə görə 15000 manat vəsait «X7» MMC-nin adından Cavabdeh1 tərfindən «xxxx» MMC-ni ğəmsil edən Mehmet Gura verilmiş, xx.xx.2016-cı il tarixdə “YapıKredi” Bank Azerbaycan vasitəsilə 40000 manat nağdsız qaydada İddiaçı1 tərəfindən Cavabdeh1 in adına köçürülmüşdür. İş materiallarına surəti əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “....məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 Gençin məktubundan görünür ki, hazırda mübahisə predmeti olan 105000 manat dəyərindəki ödənişlər «X7» MMC-nin sahibi X12 tərəfində n Cavabdeh1 Gençə olan şəxsi borcunun ödənilməsi üçün həyata keçirilmişdir. X12 Azərbaycan Respublikasına gələ bilmədiyindən həmin ödənişlər MMC-nin işçisi Bülent Karkuş vasitəsi ilə ödənilmişdir. Həmin qərardan daha sonra müəyyən edilmişdir ki, «X7» MMC ilə «xxxx» MMC arasında borcla bağlı mübahisəyə, yəni inzibati-iqtisadi məhkəmədə baxılan işə aidiyyatı yoxdur. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh1 ə və Cavabdeh2 120000 manat pul verilməsi, həmin pulun təmsil etdikləri hüquqi şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmış borcların bağlanması məqsədilə verilsə də, cavabdehlərin bu pulu təmsil etdikləri MMC-yə ödəməmələri, ona görə də qəbzlərdə göstərilənlərin hüquqi şəxslər arasındakı mübahisəyə aidiyyatının olmaması müəyyən edilm işdir. 120000 manat vəsait “X7» MMC-nin, onun təsisçisinin, yaxud da «xxxx» MMC-nin deyil, iddiaçıların sərəncamından çıxmış, “X7» MMC-nin, yaxud onun təsisçisinin həmin pulu hazırkı iş üzrə iddiaçılardan tələb etmək hüququ vardır. Müvafiq olaraq iddiaçıların həmin pulu digərlərindən, yəni onların hesabına əsassız varlanan şəxslərdən tələb etmək kimi hüququ vardır. Nə iddiaçılar İddiaçı1 və İddiaçı2un “X7» MMC-nin nümayəndələri olmaları, nə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «xxxx» MMC-nin rəsmi nümayəndələri olmaları barədə iş materiallarında hər hansı bir sübut yoxdur, ona görə onların hərəkət və ya hərəkətsizliyi MMC-lər üçün deyil, onların özləri üçün hüquq və vəzifələr yaratmış olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçıların hazırki tələ blə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla m üəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər-öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmə hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət edilməməsi subyektiv hüququn digər elementlə rinin, yəni başqa şəxslərdən tələb etmə hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübu tlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü m addəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 in və İddiaçı2un kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-753/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3717/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3717/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver