Məhkəmə qərarları › İş №2(102)-3719/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3719/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3719/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavbabdehlər: Cavabdeh2, Cavabdeh1 İddia tələbi: kredit müqaviləsi üzrə borcun qaytarılması Açar sözlər: zaminin məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin faktiki halları İddiaçı QSC ilə Cavabdeh1 qız arasında bağlanmış 08 iyul 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, sonuncuya bank tərəfindən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin təmini üsulu kimi bağlanmış zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 bank qarşısında Cavabdeh1 öhdəlikləri üzrə məsuliyyəti üzərinə götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30 noyabr 2018-ci il tarixli kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Birinci instansiya məhkəməsində icraat 25 avqust 2020-ci il tarixdə İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə 5.508,53 manat məbləğində kredit borcu, 612.5 manat məbləğində faiz borcu və 1.204,1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.325,13 manat məbləğində borcun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4733/2020 saylı iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh1 5.508 manat əsas borc, 612.5 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6.221 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Cava bdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Bu baxımdan, əsas borcun və faiz borcunun tutulması hissəsində iddia tələbi tam təmin edilməli, cərimənin ödənilməsi hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zamindən tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Çünki, 08 iyul 2013-cü il tarixli zаminlik müqаviləsində gələcəkdə bоrcluyа verilməsi nəzərdə tutulаn kreditin fаiz dərəcəsi, öhdəliyin pоzulmаsı hаlındа məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tаpmаmışdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmasında faiz dərəcəsi ba rədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Hazırkı iş materiallarından görünür ki, belə razılıq zamin kimi Cavabdeh2 alınmamış, İddiaçı QSC ilə Cavabdeh1 arasında 30 noyabr 2018-cı il tarixdə bağlanmış kredit razılaşmasından məlumatlı olmamış, onu öz imzası ilə təsdiq etməmişdir. Ona görə də, zaminlik müqaviləsinə xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən-zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1356/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qət naməsi ilə (hakimlər A.Ə.İsgəndərov, İ.Ə.Kərimli, E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə mübahisələndirilən hissədə, zaminə qarşı tələbin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh2 müştərək qaydada 5.508,53 manat əsas borc, 612.5 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6.221 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, Cavabdeh2 qarşı iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, zamin Cavabdeh2 30.11.2018-ci il tarixli kredit razılaşmasının ödəniş planına “ödəniş planı ilə tanış oldum və razıyam” yazaraq müvafiq borc üzrə faiz dərəcəsi, kreditin müddəti, məbləği barəsində məlumatlandırıldığını təs diq etmişdir. Kredit razılaşmasının 1.2-ci bəndindən göründüyü kimi, ödəniş planı Kredit razılaşmasının ayrılmaz hissəsidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, zaminin kredit razılaşması ilə müəyyən edilən faiz dərəcəsinə razılığının harada qeyd olunmasının (ifadə edilməsinin) əhəmiyyəti yoxdur. Önəmli olan bu razılıq qeydinin olması və həqiqətən də zaminin iradə ifadəsini əks etdirib-etdirməməsidir. İşdən göründüyü kimi, zamin ödəniş planında yazdığı razılıq qeydini mübahisələndirməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi “məlumatlandırma (razılıq) olmaması” əsası ilə iddianı zaminə münasibətdə rədd edərkən səhvə yol vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, zamin Cavabdeh2 kredit ödəniş cədvəlini imzalaması zaminlik müqaviləsini imzalamaq kimi qəbul edilə bilməz, bununla bağlı apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar