Məhkəmə qərarları › İş №2(102)-3719/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3719/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3719/2023 18.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin məzmunun prosessual qanunvericiliyə uyğun olmaması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(104)997/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiаçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh3 14.939 manat və ödənilmiş 240 manat dövlət rüsumunun 120 manatını, Cavabdeh1 36.136 manat və ödənilmiş 240 manat dövlət rüsumunun 120 manatının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin (hakim:Əyyub Kərimov) 2023-cü il 11 yanvar tarixli, 2(066)-74/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) 2023-cü il 25 aprel tarixli, 2(104)997/2023 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

6. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməm əsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

9. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razı lıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

13. Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.

14. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası tərəfindən kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM) ilə müəyyən edilmiş formada tərtib edilməmiş, eləcə də MPM-in 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir.

16. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

17. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

18. Haz ırkı halda Cavabdeh1 kassasiya şikayətini formal olaraq (cizgi və s.) MPM-ə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız müvafiq maddələr sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi aydın şəkildə ifadə edən dəlillər qeyd olunmamışdır.

19. Bununla yanaşı, şikayətin «kassasiya şikayəti verən şəxsin tələbi» hissəsində cavabdeh tərəfindən tələbləri aydın şəkildə göstərilməmiş, o cümlədən, hansı məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə dair tələbləri dəqi q bildirilməmişdir.

20. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh1 kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

21. Belə ki, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə Cavabdeh1 İddiaçı1 xeyrinə 36.136 manat pul vəsaitinin tutulması qət edilmişdir.

22. Belə olan halda, iddiaçı kassasiya şikayətini verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü və 8.6-cı maddələrinin tələblərinə uyğun olaraq 99 manat dövlət rüsumu ödəməli olduğu halda, cəmi 60 manat məbləğində dövlət rüsumu ödəmişdir.

23. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur. 2

4. Bütün bunlara baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

26. Odur ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2 (104)-997/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar