Məhkəmə qərarları › İş №2(102)-3720/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3720/2019

03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3720/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli, 2(103)948/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Mi sirzadə) 20.04.2018-ci il tarixli, 2(011)-160/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı “pul” tələbinə dair ilk iddiasının rədd edilməsi, Cavabdeh2 MMC-nin İddiaçı qarşı “pul vəsaitinin geri ödənilməsi barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilərək, Cavabdeh2 MMC ilə İddiaçı arasında 03.08.2016-cı il tarixdə bağlanmış pul vəsaitinin geri qaytarılması barədə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) 04.01.2019-cu il tarixli, 2(103)-948/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şə həri Xətai rayon Məhkəməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 07.08.2018-ci il tarixli sənədlərin texniki ekspertizasının aparılmasına görə 288.25 manatın, 28.08.2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasına görə 179 manatın, 04.12.2018-ci il tarixli sənədlərin texniki ekspertizasının aparılmasına görə 61.52 manatın İddiaçı alınaraq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qa rşı “pul” tələbinə dair iddia ərizəsi ilə 05.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh3 1.713.263 ABŞ dolları məbləğində əsas, 2015-ci ilin fevral ayından bu günədək gecikdirilən 2 il 7 ay müddət üçün illik 5% dərəcəsi ilə hesablanmaqla 221.296.47 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.934.559,47 ABŞ dollarının qaytarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödəmək şərti ilə 100.000 manat əldən çıxmış faydanın, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia rədd edilməklə, 03.08.2016-cı il tarixli “pul vəsaitinin geri qaytarılması barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə əhəmiyyət vermədən birinci instansiya məhkəməsinin ilkin iddiaçının tələblərinin əsası kimi istinad etdiyi müqaviləyə, təsisçilərin ümumi yığıncağının protokoluna qiymət verərkən və onları sübut kimi qiymətləndirərkən, iddianın əsaslılığını şübhə altına qoya bilməyən formal mühakimələr yürütməklə maddi hüquq normalarını tərəflərin iradə ifadəsinə uyğun olmayan tərzdə tətbiq etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi müqaviləyə münasibət bildirərkən Cavabdeh2 MMC-ni Cavabdeh1 MMC-yə və onun təsisçisi Cavabdeh3 heç bir aidiyyatı olmayan subyekt kimi təqdim etməyə cəhd etmişdir. Halbuki iş materialları ilə təsdiq edilən və şübhə altına alına bilməyən faktlar Cavabdeh2 MMC-nin və Cavabdeh3 Cavabdeh1 MMC ilə birbaşa bağlı olan subyekt olduğuna, iddiaçının cavabdehlərlə mülki hüquq münasibətlərinin mövcud olmasına dəlalət edir. Belə ki, Cavabdeh1 MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh3 olmuşlar. Cavabdeh2 MMC isə Cavabdeh3 tərəfindən təsis edilmişdir. Bundan əlavə, Cavabdeh3 Cavabdeh1 MMC-nin direktorudur. Məhkəmə 01.09.2010-cu il tarixl i protokola qiymət verərkən nəzərə almamışdır ki, tərtib edilmə formasından və adından asılı olayaraq həmin əqd İddiaçı və Cavabdeh3 arasında mülki hüquq münasibətləri yaratmış, tərəflər bu əqddən irəli gələn hüquq və vəzifələri 5 ilə yaxın müddət ərzində icra etmiş, onların davranışı bu əqdin yaratdığı hüquqi nəticələrə uyğun olmuşdur. Sonradan Cavabdeh3 direktor vəzifəsindən sui-istifadə etməklə, ilk iddiaçını aldatmaqla Mutlu akkumulyatorlarının distributorluğunu başqa şirkətə vermiş, onun müəssisəyə yatırdığı pul vəsaitlərinin mənimsənilməsi üçün zəmin yaratmışdır. Belə ki, həmin protokolda İddiaçı vəsait yatırımının konkret məqsədləri, bu vəsait qoyuluşu ilə əlaqədar hüquq və vəzifələri müəyyən edilmiş, razılşadırılmış öhdəliklərin, yəni Mutlu akkumulyatorlarının idxalının və satışını n başqa şirkətə veriləcəyi təqdirdə, pul vəsaitlərinin qaytarılması öhdəliyinin Cavabdeh3 aid olması aydın göstərilmişdir. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 İddiaçı qarşısında götürdüyü öhdəliyi pozaraq, Mutlu akkumulyatorlarının satışını özünün təsis etdiyi Cavabdeh2 MMC vasitəsilə həyata keçirdiyindən, İddiaçı yatırım etdiyi pul vəsaitlərindən faktiki olaraq Cavabdeh2 MMC istifadə edirdi və bu fəaliyyətdən əldə etdiyi gəlir də həmin cəmiyyətə daxil olurdu. Bu səbəbdən də həmin akkumulyatorların alınması üçün sərf edilən vəsait faktiki olaraq Cavabdeh2 MMC-yə keçmişdi. Belə olan halda pul vəsaitlərinin qaytarılması İddiaçı qarşısında öhdəlik daşıyıcısı olan Cavabdeh3 təsisçisi olduğu Cavabdeh2 MMC tərəfindən reallaşdırıla bilərdi. Məhkəmənin müqavilənin etibarsızlığına dair gəldiyi nə ticə ilə bağlı qeyd edilməlidir ki, müqavilənin hər iki səhifəsinə möhür vurulmasına dair heç bir məcburi göstəriş, normativ akt mövcud deyil və məhkəmə də hər hansı normativ akta və ya digər sənədi istinad edə bilməmişdir. Bundan əlavə, apelyasiya məhkəməsinə sübutların təmin edilməsinə dair vəsatət verilmiş, heç bir hüquqi əsas olmadan vəsatət təmin edilməmişdir. İlkin iddiaçıda Cavabdeh1 şirkətinin təsisçisi kimi şirkətin fəaliyyətinə aid olan məlumatlar, o cümlədən 2010-2015-ci illər üzrə bütün ticarət nöqtələri, korporativ müştərilər üzrə satılan məhsul, ödənilən məbləğlər, qalıq borclar haqqında məlumatlar mövcuddur. Bununla bağlı məhkəmə tərəfindən təyin ediləcək müvafiq mühasibatlıq ekspertizası da qeyd edilən məlumatları təsdiq edə bilərdi. Lakin belə bir ekspertiza təyin edilmə mişdir. Məhkəmə, iş üzrə təyin edilmiş ekspertiza rəylərinin qiymətləndirilməsində də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ekspert rəylərində iş üçün mühüm əhəmiyyət kəsb edən əsas suallara cavab verilmədiyi halda, məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməmişdir. Bundan əlavə, Cavabdeh2 MMC-nin nümayəndəsi bir tərəfdən təkidlə bildirmişdir ki, Cavabdeh2 MMCnin direktoru olaraq X1 heç vaxt İddiaçı adlı şəxslə heç bir münasibətdə olmamışdır. Daha sonra isə bildirmişdir ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında 03.08.2016-cı il tarixdə pul vəsaitlərinin geri ödənilməsi barədə müqavilə deyil, birgə fəaliyyət haqqında müqavilə imzalanmamışdır. Lakin məhkəmə maraqlanmamışdır ki, İ1 heç bir vaxt münasibətdə olmadığı İddiaçı ilə birgə fəaliyyət haqqında müqaviləni necə imzalaya bilərdi. Həmin müqavilənin layihə kimi tərtib olunduğu, lakin Cavabdeh3 tərəfindən imzalanmadığı məhkəməyə bildirilmişdir. Buna baxmayaraq məhkəmə, Cavabdeh2 MMC-nin mövcudluğunu iddia etdiyi birgə fəaliyyət haqqında müqaviləni tələb etməmişdir. Qeyd olunanlar birmənalı olaraq təsdiq edir ki, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə öz qətnaməsində istinad etdiyi maddi hüquq normalarını işin hallarına və tərəflərin münasibətinə uyğun düzgün tətbiq etməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq qarşılıqlı iddia məhkəmənin qətnamə qəbul etdiyi gün verildiyi halda, iddiaçının teleqram ünvanlayaraq prosesin təxirə salınmasını xahiş etmiş, bu xahiş məhkəmə tərəfindən qərəzli ola raq təmin edilməmiş, qarşılıqlı iddia dərhal icraata qəbul edilmiş, ilkin iddiaçının qarşılıqlı iddiaya etiraz etmək, qarşılıq iddia üzrə iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməsini süni surətdə mümkünsüz etmişdir. Belə ki, qarşılıqlı iddia mübahisələndirilən pul vəsaitinin geri ödənilməsi barədə müqavilə 03.08.2016-cı il tarixdə imzalansa da, həmin müqavilənin etibarsızlığı barədə iddia 20.04.2018-ci il tarixdə, yəni 1 il 8 ay sonra qaldırılmışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli, 2(103)-948/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini, Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətlərinin olması səbəbindən barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndələri və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə koll egiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş 08.12.2010-cu il tarixli "müəssisədəki payın alqı-satqı müqaviləsi”ndən görünür ki, R1 Cavabdeh1 MMC-nin təsisçisi kimi ona məxsus olan 100 faiz paydan 60 faiz payını İddiaçı satmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının 01.09.2010-cu il tarixli protokolunun surətindən görünür ki, təsisçi İddiaçı tərəfindən Türkiyə istehsalı olan “Mutlu” akumlyatorlarının Azərbaycanda satışı ilə bağlı bütün maliyyə dövriyyəsinin (100% həcmdə) təmin edilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, təsisçi X2 istehsalı olan “Mutlu” akumlyatorlarının satışı üzrə Azərbaycanda distributorluğunu başqa şirkətə verməyəcəyini üzərinə öhdəlik götürmüş və əks təqdirdə təsisçi İddiaçı yatırdığı pulun götürülməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin hazırki işdən əldə ediləcək gəlirin Nizamnamə payına uyğun (60% - 40%) bölünməsi barədə aralarında razılıq əldə olunmuşdur. İş materiallarına əlavə edilə n Cavabdeh2 MMC ilə İddiaçı arasında 03.08.2016-cı il tarixdə bağlanmış “Pul vəsaitinin geri ödənilməsi barədə” мüqavilədən görünür ki, bu müqavilə tərəflər arasında 03.08.2016-cı il tarixində, Bakı şəhərində bağlanmış “Birgə fəaliyyət haqqında müqavilə”yə əsasən İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilmiş 1.723.263 ABŞ dolları məbləğində pul vəsaitinin geri ödənilməsi ilə əlaqədar şərtləri müəyyən edir. Həmin Müqavilənin 2.1-ci bəndindən görünür ki, Cavabdeh2 MMC 1.713.263 ABŞ dolları məbləğindən, 2016-cı ilin sentyabr ayının sonunadək 300.000 ABŞ dolları məbləği İddiaçı geri ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən 2.1-ci bəndi tam yerinə yetirildiyi və 2016-cı ilin sentyabr ayının sonunda yeni geri ödəniş şərtləri qüvvəyə mindiyi təqdirdə, geri ödəniləcək pul vəsait inin məbləği 1.324.873 ABŞ dolları məbləği üzrə İddiaçı ilə yeni gəlir şərtləri müəyyənləşdiriləcəkdir. Müqavilənin 2-ci səhifəsində Cavabdeh2 MMC-nin möhürü və direktoru İntiqam Həsənovun imzası (faksimeli) olsa da, 1-ci səhifəsi yalnız İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Birgə fəaliyyət haqqında” müqavilə və ona 1 №-li əlavə (“Pul vəsaitinin verilməsinə dair” akt) layihəsindən görünür ki, İddiaçıla “xxxx” MMC arasında müqavilə bağlanması üçün layihə hazırlanmışdır (müqavilə və akt imzalanmamışdır və tarixləri yoxdur). İş materiallarına "Cavabdeh1” MMC-nin “Mutlu” akumlyatorlarının Azərbaycanda sata bilməsini təsdiq edən müqavilə və məktubun surəti əlavə edilmişdir. İlkin iddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı iddia etdiyi 1.713.263 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə və onun təsisçisi R1 vermişdir, bütün danışıqları, razılaşmaları, yazışmaları və münasibətləri onlarla olmuşdur. Belə olan halda bu münasibətlərə heç bir aidiyyatı olmayan Cavabdeh2 MMC ilə “pul vəsaitinin geri ödənilməsi barədə” müqavilənin rəsmiləşdirilməsi ağılabatan mühakimə deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kre ditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta cavabdeh bağlanmış müqavilənin etibarlılığını qəbul etsə belə, bu müqavilənin etibarlı hesab edilməsi üçün kifayət edilə bilməz. Hər hansı əqdin (o cümlədən öhdəlik müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Мülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq s urətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsaсən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 MMC ilə iddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, bununla da ondan irəli gələn məsələlər həll edilərək, tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı olduğundan, lakin, iddiaçının iddia etdiyi 1.713.263 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 MMC- yə verilmədiyindən, qeyd edilən məbləğ də Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya qaytarılmamalıdır. Çünki iddiaçının mövqeyindən aydın olur ki, o, Cavabdeh2 MMC-nə hər hansı məbləğdə pul verməmiş, həmin MMC ilə birgə fəaliyyət olmamışdır. İddiaçı göstərmişdir ki, pul məbləği təsisçilərindən biri olduğu Cavabdeh1 MMC-nə və onun digər təsisçisi olan Cavabdeh3 vermişdir. Belə olan halda adi anlamda nəzərə alınmalıdır ki, hər üç cavabdehə qarşı tələb yönəldən iddiaçı özlüyündə kimdən pul tələb etməkdə əminliyi yoxdur. Tələbində əminliyi o lmuş olsa idi, yalnız onun qarşısında öhdəlik daşımmalı olan cavabdehi müəyyən etməli və tələb irəli sürməli idi. Alternativ tələbin irəli sürülməsi isə cavabdehin mövqeyində olan ziddiyyətin mövcudluğunu təsdiq edir. Məhkəmə ilkin iddianın cavabdehlər Cavabdeh1 MMC və R1 aid hissələrini araşdıraraq hesab etmişdir ki, ilkin iddia tələbi qeyd edilən hissələrdə də əsassızdır. Ona görə ki, iş materiallarından da aşkar surətdə görünür ki, “müəssisədəki payın alqı-satqı müqaviləsi” 08.12.2010-cu il tarixdə bağlandığı halda, yəni, İddiaçı təsisçi olması hələ 08.12.2010-cu il tarixdən sonra yarandığı halda, iddiaçı bundan 3 ay əvvəl tarixli, yəni 01.09.2010-cu il tarixli (halbuki, həmin tarixdə iddiaçı qeyd edilən MMC-nin təsisçisi olmamışdır) Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının p rotokoluna istinad etməklə mövcud iddia tələbini əsaslandırmışdır. İddiaçı göstərilən protokola istinad etmiş olsa belə, həqiqətən də iddia etdiyi 1.713.263 ABŞ dolları məbləğində pul vəsaitinin mövcud olması və məhz həmin məbləğdə pulun Cavabdeh1 MMC-yə və onun təsisçisi R1 verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi və bu məhkəmə iclasında işin hər hansı bir halı ilə sübut olunmadı. Hər bir halda tələb olunan və cavabdeh tərəfə verildiyi iddia edilən pulun məbləği kifayət qədər böyük olan məbləğdir, həmin məbləğin isə birdəfəyə, istərsə də hissə-hissə verilməsindən asılı olmayaraq və cavabdeh tərəfindən qəbul edilməsi işin araşdırılmış halları və mübahisəsiz sübutlarla təsdiq olunmalıdır. İşdən göründüyü kimi, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 03 avq ust 2016-cı il tarixli pul vəsaitinin geri ödənilməsi barədə müqavilənin 1-ci səhifəsi nə Cavabdeh2 MMC-in direktoru tərəfindən imzalanmış, nə də MMC-in möhürü ilə təsdiq edilmişdir. Müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilənin 2-ci səhifəsində olan möhürün aşınma dərəcəsinə görə 2016-cı ilə aid – 001 nömrəli 27 oktyabr 2016-cı il tarixli ödəniş tapşırığında və Abşeron rayonu Statistika idarəsinə ünvanlanmış 003 nömrəli 18 aprel 2016-cı il tarixli ərizəsində olan möhür əksləri ilə fərqlənir. Tədqiq olunan müqavilədəki möhür əksinin vurulduğu möhürün aşınma dərəcəsinə görə 2018-ci ilə aid “Əqdin etibarsız hesab edilməsinə dair” 16 aprel 2018-ci il tarixli гarşılıqlı iddia ərizəsində və həmin tarixli etibarnamədə olan möhür əksləri ilə eynilik təşkil edir. Apellyasiya şi kayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumiyyətlə Cavabdeh2 MMC-in iddiaçının iddia etdiyi pul vəsaitinin qaytarmalı olmasına dair öhdəliyi müəyyən edilməmişdir. Belə bir öhdəliyin məhz Cavabdeh2 MMC-yə həvalə edilməsi, yaxud da Cavabdeh2 MMC-in öz üzərinə belə bir öhdəliyi götürməsi ağlabatan deyil. Belə ki, iddia edilən pul yatırımı aparılan vaxt Cavabdeh2 MMC ilə iddiaçı arasında heç bir münasibət mövcud olmamışdır, həmin pul məbləğinin Cavabdeh2 MMC-yə verilməsi mümkün deyil, belə olan halda, həmin pul vəsaiti Cavabdeh2 MMC-dən tələb edilə bilməz. İddiaçı tərəf Cavabdeh3 təklifi ilə müqavilənin R2 məxsus MMC ilə bağlandığını bildirsə də, iddia etdiyi həcmdə və məbləğdə pulun R2 verməsini sübut edə bilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, ilkin iddia tələbi ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Hər bir halda müvafiq MMC-lərin təsisçisinin eyni şəxs olması özlüyündə onun və təsisçisi olduğu digər hüquqi şəxslərlə münasibətdə öhdəlik yaratmır. İddiaçı sübut etməlidir ki, göstərdiyi vaxtda və məbləğdə pulu cavabdehlərə vermişdir və həmin pul məbləği cavabdehlərin qanunsuz sahibliyindədir. Lakin işin araşdırılmış hər hansı bir halı ilə etibarlı müqavilə olması və iddiaçının öz mülkiyyəti olan pulun cavabdehlərin hər hansı birinə verməsi təsdiq olunmadığından onun geri tələb edilməsi üçün subyektiv hüququ yaranmamışdır. İddiaçı yalnız təqdim etdiyi müqavilə əsaslanmışdır. Həmin müqavilə isə yalnız Cavabdeh2 MMC ilə bağlandığına istinad edir, müqavilə tərəfi olmasını iddia etdiyi hüquqi şəxslə qarşılıqlı icra edilməli ol an öhdəliyinin olmadığı, həmin müqavilənin etibarlı müqavilə olmadığı müəyyən edildiyindən, həmin müqavilənin digər cavabdehlərə aidiyyətinin olması iddiaçı tərəfindən göstərilmir, işin bu halı araşdırılmış halları ilə də müəyyən olunmur. İddia tələbinin iddiaçı tərəfindən irəli sürülməsinə baxmayaraq, mümkün sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməklə bağlı vəzifəsinin olmasını nəzərə almaqla, məhkəmə kollegiyası mümkün zəruri sübutlar təqdim olunmasını iddiaçıya təklif etmiş, onun vəsatəti əsasında ekspertizalar təyin etmiş, lakin buna baxmayaraq mötəbər sübutu məhkəməyə təqdim etmək imkanına malik olmamışdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə e tməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri olan hallar bütünlüklə apelyasiya şikayətinin də dəlilləri olmuş, həmin hallara işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassı zdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.01.2019-cu il tarixli, 2(103)-948/2019 nömrəli qətn aməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar