Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh Cavabdeh və vəkili Zamanov oğlunun iştirakları ilə. Cavabdeh oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.Y.Həsənov; 2(010 )-4968/2018)İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4768 (dörd min yeddi yüz altmış səkkiz) manat məbləğində borcun və iddia ərizəsi verilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması qət eilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov; 2(103)-109/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayonMəhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4768(dörd min ye ddi yüz altmış səkkiz) manat məbləğində borcun və öhdəliyin vaxtında icra ediloməməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 476,80( dörd yüz yetmiş altı manat səksən qəpik) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X4 2015-ci ilin əvvələrində Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissəsində bölük komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olan Cavabdeh adlı şəxslə tanış olmuş və həmin tarixlərdən etibarən həmin şəxslə dostluq münasibətlərində olmuşdur. Cavabdeh oğlu Z6 münasibəti olduğundan həmin ərəfələrdə ******** qəsəbəsində kirayə yaşadığı evə gəlib- gedirmiş, 11.05.2016-cı il tarixdə Cavabdeh onun evinə gəlmiş və ona öz ehtiyaclarını ödəmək üçün 4768 (dörd min yeddi yüz alt mış səkkiz) manat məbləğində pul vəsaiti lazım olduğunu bildirərək həmin pul vəsaitini isə maaşından hər ay 500 (beş yüz) manat ödəməklə tam ödəyəcəyini vəd vermişdir. Həmin vaxt evdə oğulları X5 və X4 olmuşlar. O, Cavabdeh etibar etdiyindən sözügedən pul vəsaitinin verilməsinə razılaşmış və hər iki oğullarının yanında ona həmin gün 4768 (dörd min yeddi yüz altmış səkkiz) manat pul vəsaitini vermişdir.Cavabdeh 11.05.2016-cı il tarixdə 4768 manat pul vəsaitini şəxsən ondan borc olaraq və həmin pulu hər ay 500 manat ödəməklə tam qaytaracağı barədə özərinə öhdəlik götürdüyünü ağ vərəqdə öz əl yazısı ilə imzası ilə təsdiq etmisdir.Buna baxmayaraq, həmin tarixdən etibarən Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyin yerinə yetirilməsindən müxtəlif bəhanələrlə özünü yayındırmış və heç bir ödəniş e tməmişdir. Son vaxtlar o, dəfələrlə Cavabdeh istifadəsində olduğu *** ** ** nömrəyə zəng etsə də, cavabdeh onun zənglərinə cavab vermir və həmin pulun qaytarılmasından yayınır. Borclu Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır, bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək İddiaçı 4768 manat məbləğində borc götürdüyünü və 900 manatın iddiaçıya qaytardığını bildirmişdir. Maddi imkanı ağır olduğu üçün qalan məbləği qaytara bilməmişdir. İddiaçı S.Cabbarova ondan borc aldığı pul məbləği ilə bərabər pul öhdəliyini vaxtında icra edilməməsi ilə əlaqədar gecikdiilmiş vaxt üçün 476,80 manat məbləğində pul tələbini əsassız hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz çıxarılmışdır. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh və vəkili X2 kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdilər. İddiaçı İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respub likası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki ha lların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 11.05.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 11.05.2016-cı il tarixdə 4768 (dörd min yeddi yüz altmış səkkiz) manat borc pul almışdır. Bu borc pulu hər ay 500 (beş yüz) manat qaytarmaq şərti ilə razılaşmışdır. May ayının sonunda 1-ci ödəməli olduğu 500 manatı ödəyəcəkdir. Azərbaycan Respublikası Mül ki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icram kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər ş ərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 11.05.2016-cı il tarixli qəbz verilməklə Cavabdeh İddiaçı 4768 (dörd min yeddi yüz altmış səkkiz) manat məbləğində borc almış və may ayının sonundan başlayaraq hər ay 500 (beş yüz) manat olmaqla həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı və apellyasiya şikayətində qeyd olunan borcun alınması cavabdeh tərəfindən qəbul edilsə də, həmçinin cavabdeh həmin pulun qaytarılmasını qeyd etsə də, nə iddiaçı ona həmin borcdan hər hansı məblğin ödənilməsini qəbul etməmiş, nə də ki, cavabdeh istinad etdiyi halın həqiqiliyini sübut edə bilməmişdir. “1300 verilib” qeydi ilə bağlı məhkəmə iclasında iddiaçı bu qeydlərin ona heç bir aidiyyətinin ol madığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki,apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir, qətnamə qanunidir və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin q ətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3721/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3721/2019
27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver