Məhkəmə qərarları › İş №2(102)-3721/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3721/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və «xxxxxxxx» MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayət üzrə işə baxaraq M ÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2 və «xxxxxxxx» MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Mürsəlov, iş 2(002)-56/2019) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və «xxxxxxxx» MMC-dən müştərək qaydada 27283.49 ABŞ dolları məbləğində əsas borc, 3356.11 ABŞ dolları məbləğində faiz borcu və 10 0 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 30739.60 (otuz min yeddi yüz otuz doqquz dollar altmış sent) ABŞ dolları (ödənildiyi zaman manata olan məzənnə ilə), ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5 mərtəbəli, yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən, 134,5 kv.m ümumi sahədən ibarət, 30a saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılma sı və satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, qeyri-yaşayış sahəsi satıldıqdan bir ay sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılmaqla boşaldılması və alıcıya təhvil verilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)11029/2019) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(002)-56/2019 saylı qətnaməsi faiz borclarının tutulması hissəsində qismən ləğv olunmuş, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məb ləği 10986,60 (on min doqquz yüz səkmən altı ABŞ dolları, 60 sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdehin vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasi ya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məh kəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit xətti müqaviləsinə görə, Cavabdeh1 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit razılaşmasına görə, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,75 % olmaqla, 36 ay müddətinə, 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixli Sazişə görə, kreditin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixə 27283,49 ABŞ dolları əsas borcu, 10986,6 ABŞ dolları faiz borcu, 20332,93 ABŞ dolları cərimə borcu vardır. xx xxx 2015-ci il tarixli zaminlik müqavilələrinə görə, zaminlər Cavabdeh2 və «xxxxxxxx» MMC Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyət daşıyırlar. xx xxx 2015-ci il tarixli 010M**********01 saylı ipoteka müqaviləsinə görə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyətində olan ünvan 1 ünvanında 1-ci mərtəbədə xüsusi mülkiyyətində olan 134,5 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 35000 ABŞ dolları müəyyən edilmişdir. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən RX seriyalı ******* saylı çıxarışına görə, Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 30 a qeyri yaşayış sahəsi İddiaçı QSC tərəfindən yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 5494 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2018-ci il tarixli 103/E saylı rəyinə görə, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 30 a saylı qeyriyaşayış sahəsinin hazırda bazar qiyməti 60.000 manat müəyyən olunur. «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxx 2019-cu il tarixli 0123/19/AB saylı rəyinə görə, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5 mərtəbəli, yen i tikili binanın 1ci mərtəbəsində yerləşən, 134,5 kv.m ümumi sahədən ibarət,30a saylı qeyri-yaşayış sahəsinin hazırkı bazar qiymətlərinə uyğun dəyəri 70.000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26645 saylı ekspertiza rəyinə görə, xx xxx 2015-ci il tarixli, 010R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu əsas borc üzrə 28163,33 ABŞ dolları, faiz borcu üzrə 11539,40 ABŞ dolları təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 739, 442-ci, “İpoteka Haqqında ” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsini tətbiq etmişdir. Cavabdeh1 tərəfindən verilm iş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “....Cavabdeh isə kredit borcunun şişirdilməsini göstərsə də, qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit ödənişlərini vaxtında həyata keçirməməsi onu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Əksinə, bu hal, iddiaçıya kredit borcunun məhkəmə qaydasında tələb etmək hüququnu vermişdir. Həmçinin, ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» X1 xx xxx 2015-ci il tarixli qərarı).” Apelyasiya məhkəməsi araşdırılmış sübutların məcmusu ilə bağlı haqlı olaraq belə qənaət ə gəlmişdir ki, ekspert rəyi və sonuncu qiymətləndirmə rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatları hər hansı sübutlara istinad edilmədən şübhə altına alına bilməz. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi eyni zamanda ona istinad edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi borcun və ipoteka predmetinin qiyməti ilə narazıdır, üzürlü səbəb olmasına baxmayaraq işin baxılması təxirə salınmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə iş də iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuş, işin icraatı məhz cavabdeh tərəfin vermiş olduğu vəsatətlər və onun irəli sürdüyü dəlillərin araşdırılması üçün uzanmışdır. İş üçün əhəmiyyəti ola biləcək sübutların təqdim edilməsi üçün kifayət qədər imkana malik olmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir k i, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar