Məhkəmə qərarları › İş №2(102)-3721/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3721/2023

02.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3721/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair (Beyləqan rayon Mənzil İstismar sahəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, maneələrin aradan qaldırılması, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X8 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, maneələrin aradan qaldırılması tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(106)-864/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2023-cü il 2 oktyabr tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Jdanov rayon XDS İcrayyə Komitəsinin 26 fevral 1988-ci il tarixli 263 nömrəli orderinə görə, X9 və onun ailə üzvləri- arvadı X6, oğlu İddiaçı və oğlu X5 Jdanov tikinti sahəsi tərəfindən istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) verilmişdir.

2. İddiaçının atası Avadxan Əsədovun ərizəsi əsasında qəbul edilmiş Beyləqan rayon məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Jdanov rayon XDS İcra iyyə Komitəsi tərəfindən verilmiş 26 fevral 1988-ci il tarixli orderdə iddiaçının mərhum anası X1 Qəhrəmanova əvəzinə səhvən Əsədova yazılması faktı müəyyən edilmişdir.

3. X9 02 dekabr 2020-ci ildə ölmüşdür.

4. Beyləqan rayon Mənzil İstismar Sahəsinin 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayon Mənzil-İstehlak Koperativinin balansında olmuş mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 25 dekabr 2015-ci il 151 saylı sərəncamı ilə Beyləqan rayonu Mənzil İstismar Sahəsinin balansına verilərkən, mübahisəli mənzil X7 adı ilə verilmişdir.

5. Azərbaycan Respublikası Beyləqan rayon Mənzil İstismar Sahəsinin 27 yanvar 2023-cü il tarixli məktubuna görə, mübahisəli mənzilində bu günkü tarixədək Qubadlı rayonu ndan məcburi köçkün kimi Beyləqan rayonunda məskunlaşan Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli mənzilə dair illik mənzil kirayə ödənişləri xx.xx.2023-cü il ərzində olan dövrlərdə araşdırılmış və qeyd olunan şəxslərin adından heç bir ödəniş aşkar olunmamışdır. Mənzilin kommunal xidmətlərə görə ödənişləri hal-hazıradək Farahim Barat oğlu və ailə üzvləri tərəfindən mütəmadi olaraq ödənilir.

6. Mübahisəli mənzilə X4 razılığı ilə köçən cavabdeh və ailə üzvləri hazırda həmin mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) müahisəli mənzildən cavabdeh və onun ailə üzvlərinin çıxarılmasını və onlar tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir maneçilyin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır.

8. İddia tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Cavabdeh atası mərhum Barat iddiaçının mərhum atasının dostu olduğundan iddiaçının atası tərəfindən həmin mənzil ona icarəyə verilmişdir. Hətta onlardan icarə haqqı da alınmamışdır. İddiaçının atası rəsmi olaraq onların ailəsinə verilmiş mənzili sənədləşdirmək istəmiş, lakin Cavabdeh və onun ailə üzvləri tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi nin mütəxəssislərinin mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına manəeçilk törədilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək mübahisəli mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manatın, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manatın və mütəxəssis rəyi üçün ödədiyi 365 (üç yüz altmış beş) manatın iddiaçıdan alınıb ona verilməsi, ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ailə üzvləri ilə birlikdə 1994-cü il tarixdən hal-hazıradək mübahisəli mənzildə yaşayırlar. Atası həmin mənzili X 3 pul müqabilində almışdır. Lakin atası ilə Avadxanın arasında yaxın dostluq münasibətləri olduğundan onlar sənədləşmə işlərinə səthi yanaşmışlar. Belə ki, mənzilin mülkiyyətdə olmasını təsdiq edən sənəd olmadığından Avadxan atasına mənzilə dair əlində olan ilkin sənədi yəni, keçmiş Jdanov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışın əslini verərək gələcəkdə onun və ailə üzvləri tərəfindən hər hansı bir problemin olmayacağına dair söz vermişdir. Lakin Avadxan xx.xx.2020-ci il tarixdə öldükdən sonra onun oğlu olan iddiaçı ondan əlavə yüksək məbləğdə pul istəməklə onu məhkəməyə verəcəyi ilə şantaj etmişdir. İddiaçının istəyi ilə razılaşmadığından onun əlində mübahisəli mənzilə dair hər hansı bir mülkiyyətini təsdiq edən sənəd olmadığı təq dirdə qanunsuz olaraq məhkəməyə vermişdir. Onun və ailə üzvlərinin mübahisəli mənzildə 1994-cü ildən indiyədək yaşadıqları müddət ərzində həmin mənzil tərəfindən tamamilə əsaslı şəkildə təmir edilmişdir. Mənzil tərəfindən ən müasir tələblər əsasında yeni nəsil avadanlıqlarla tam şəkildə təchiz olunmuşdur. Əvvəllər mənzildə içməli su problemi olduğundan əlavə xərclər çəkərək həmin su problemini həll etmişdir. Bundan əlavə mənzilin həyətyanı torpaq sahəsində 2 otaqlı yüksək təmirli həyət evi tikdirmişdir. Bir sözlə hazırki mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manat, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manat təşkil edir. Həmçinin 1994-cü ildən evin bütün komunal xərclərini özlər i ödəmişlər. Komunal xərclər onların adından qəbul edilmişdir. Bu illər ərzində mənzil istismar idarəsi mənzili onlarınkı hesab etmiş və ondan mənzillə bağlı xərcləri qəbul da etmişldir. Hətta orada aparılan tikinti işlərinə heç bir maneçilik törətməmişlər.

11. Cavabdeh qarşılıqlı iddiasının əsasını təşkil edən sübut kimi “Azərbaycan Respublikası "xxxx" MMC-nin 07/01/22 nömrəli, 2022-ci il 21 yanvar tarixli qiymətləndirmə hesabatını təqdim etmişdir. Həmin hesabata görə, mənzilin bazar qiyməti 36720 manat, əsaslı və yenidənqurma işlərinin bazar qiymətləri ilə dəyəri 10089,84 manat təşkil edir.

12. Birinci instansiya məhkəməsində iştirak edən 3-cü şəxsin nümayəndəsi X10 izahatında göstərmişdir ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Beyləqan rayon Mənzil İstehsal-İstehlak Koperativ inin balansında olmuş, mənzil 2016-cı ildə Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 25 dekabr 2015-ci il 151 saylı sərəncamı ilə onların balansına verilmişdir. Həmin vaxt mənzildə Barat yaşamışdır. O, məcburi köçkün olduğuna görə onun özünün razılığı ilə mənzil X7 adı ilə verilmişdir. Mənzilində hazırkı tarixədək Qubadlı rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır və mənzilin kommunal xidmətlərə görə ödənişlərini də hal-hazıradək Cavabdeh Abbasquliyev mütəmadi olaraq ödəmişdir. Sonradan onlara məlum olmuşdur ki, evin orderi Avadxanın adına olmuşdur. Təhvil-təslim olanda orada Barat ailəsi ilə birlikdə yaşamışdır. Barat məcburi köçkün olduğundan mənzilin onun adına qeydə alına bilməzdi.

13. Birinci instansiya məhkəməsində şahid qismində di ndirilən dinidirilən X12 göstərmişdir ki, Barat Abbasquliyevlə (cavabdehin atası) yaxın dost olmuşlar. Barat ona mənzil aldığını, lakin məcburi köçkün olduğundan mənzili adına sənədləşdirə bilmədiyini demiş və evi onun adına sənədləşdirməyi xahiş etmişdir. O, Baratla razılaşmışdır. Mənzilin komunal xərcləri onun adına ödənilmişdir. Lakin evdə Barat və onun ailəsi yaşamışdır. O, həmin evdə yaşamamışdır. Həmçinin Avadxan və onun ailə üzvləri orada yaşamamışlar. Avadxan 1994-cü ildə evi Barata satıb oradan başqa yaşayış evinə köçmüşdür.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4435-9/4854 nömrəli, 22 noyabr 2022-ci il tarixli ekspert rəyinə görə, mübahisəli mənzilin hazırda mövcud olan orta bazar qiyməti təqribən 36000 manat məbləğində, aparılmış təmir işlərinin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 10106 manat məbləğində müəyyən olunmuşdur.

15. Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 nörməli, 2023-cü il 03 fevral tarixli qətnaməsi ilə (Hakim R.Nurullayev) hər iki iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının atası əvvəllər ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamış, 1994-cü ildə həmin mənzili yaxın tanışı olan cavabdehin atasına satmışdır. Cavabdehin atası ailə üzvləri ilə birlikdə həmin vaxt mübahisəli mənzilə köçmüş və orada yaşamağa başlamışlar. Sonradan həmin mənzili özəlləşdirmək istəsə də, məcburi köçkün olduğuna görə buna nail ola bilməmişdir. İddiaçının atası həmin vaxtdan ailə üzvləri ilə həmin mənzildən çıxmış və yaşamaq ü çün başqa yaşayış sahəsinə köçmüşlər. Onların 1994-cü ildən mənzillə heç bir əlaqəsi olmamış, başqa yerdə yaşamışlar. Həmin vaxtdan mənzilin kommunal xərclərini cavabdehin atası, vəfatından sonra isə özü ödəmişdir. Cavabdeh hazırda ailə üzvləri ilə birlikdə orada yaşayır.

17. Birinci instansiya məhkəməsi ilk iddiaya qiymət verərkən tərəflər arasında yaranmış münasibətlərin 1994-cü ilə təsadüf etdiyini nəzərə alaraq iddiaçının valideynlərinin həmin vaxt mübahisəli mənzili tərk edərək başqa yaşayış sahəsinə köçdüklərinə görə mübahisəni həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını hazırki mübahisə üzrə tətbiq etməyi qanuna müvafiq hesab etmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının valideynləri ailə üzvləri ilə birlikdə 1994-cü ildən qeyd olunan mənzild ən çıxaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyünə görə onlarla həmin mənzillə bağlı bağlanmış müqavilə pozulmuş hesab edilir. Ona görə də ilk iddia təmin edilə bilməz.

19. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya qiymət verərkən qeyd etmişdir ki, evin əsaslı təmiri və həmin mənzilin yerləşdiyi yerdə əlavə tikilinin tikilməsinin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh həmin mənzildə uzun müddət yaşamış və özünün və ailəsinin normal yaşaması üçün özünə şərait qurmuşdur. Tərəflər arasında mənzillə bağlı hər hansı müqavilə bağlanmamışdır. Qeyd lunan tikililəri və təmir işlərini cavabdeh özbaşına həyata keçirmişdir.

20. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 4-cü bəndi, Mülki Məcəllənin 152.1-ci maddəsi, “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsi, Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun birinci hissəsinin bəzi müddəalarının şərh edilməsi haqqında 24 sentyabr 2020-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, 1994-cü ildə qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinin 1-ci və 2-ci hissəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd olunan hissəsində ləğv edilməsi və ilkin iddi anın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur.

23. Apellyasiya icraatı zamanı iddiaçı verdiyi izahatında göstərmişdir ki, atası Cavabdeh atası ilə yaxın dost olmuş və qeyd olunan mübahisəli mənzili 6000 ABŞ dollarına satılmasına razılaşmışlar, ilk öncə 2000 ABŞ dolları ödənilmiş, daha sonra isə 1000 ABŞ dolları ödənlmiş, qalan 3000 ABŞ dolları isə ödənilməmişdir. Onlar mənzili satdıqdan sonra ikinci evləri olan Beyləqan şə həri, 20 Yanvar küçəsində bir mərtəbəli beş otaqlı 6 saylı evə köçərək orada yaşamışlar. Sonradan isə həmin mənzili də, başqa şəxsə satmışlar. Hazırda mənzilə görə ödəməli olduqları 3000 ABŞ dollarının yeni kursuna uyğun ödəyərlərsə iddiasından vaz keçə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 22 may tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Samir Mayılov, iş N 2(106)-864/2023) apelyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə bildirdiyinə görə mübahisəli mənzil cavabdehə mərhum atası tərəfindən icarəyə verilmiş, cavabdehin məhkəməyə bildirdiyinə görə isə mübahisəli mənzil iddiaçının mərhum atası tərəfindən ona 1994-cü il tarixdə 3000 ABŞ dolları müqabilində satılmış, əvvəlcə 2000 ABŞ dollarını dərhal ödəmiş, daha sonra isə 1000 ABŞ dollarını ödəmişdir. Həmin vaxtdan başlayaraq hazırkı vaxta kimi mənzili əsaslı təmir edib yaşayır. Mübahisə predmeti olan mübahisəli mənzilə dair icarədarın ailə üzvlərindən hər hansı biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır.

27. Apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, orderdə adları qeyd olunan şəxslərin mənzil üzərində hüquqlarını (mülkiyyət hüquqları) legitimləşdirilməsi üçün əsaslar yar anmışdır. Lakin adları qeyd olunan şəxslər bu hüququnun həyata keçirilməsi üçün lazımi tədbirlər görməmişdir. O, da nəzərə alınmalıdır ki, mübahisəli mənzillə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq icarədar və onun ailə üzvlərinin hər hansı biri tərəfindən özəlləşdirilməsi üçün müraciət edən şəxs mübahisəli mənzildə yaşamalı, həm də, qeydiyyatda olmalıdır.

28. Halbuki iddiaçı icarədarın ailə üzvü kimi 26 fevral 1988-ci il tarixli orderdə adı qeyd olunmaqla mübahisə predmeti olan mənzilə istifadə hüququ əldə edib, 1994-cü ildə isə həmin mənzildən ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Həmin vaxtdan mənzildə hazırkı cavabdeh Abbasquliyev Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır.

29. İddiaçı mübahisəli mənzilə hüququnun rəsmiləşdirilməsi üçün hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Çünki iddiaçı 1994-cü ildən ailə üzləri ilə birlikdə daimi başqa ünvanda yaşaması, həm mərhum atasının sağlığında, həm də, atasının ölümündən sonra mübahisəli mənzilə gedib-gəlməməsi ona dəlalət edir ki, iddiaçının mübahisəli mənzilə zəruri ehtiyacı aradan qalxmışdır.

30. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hüquqmüəyyənedici sənəd olmadan həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisəli (mənzil dövlətin mülkiyyətindədir) mənzilin alqı-satqısı ilə əlaqədar sövdələşmə aparması özü-özlüyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu barədə sübutlar tələb etməmişdir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söh bət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin mübahisəli mənzilin alqı-satqı qaydasında iddiaçıdan 3000 ABŞ dolları müqabilində pul almasını bildirməsi, həmin mənzilə hər hansı hüquq əldə etməsinin qanuni əsası kimi qəbul edilə bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 139-1.1.11, 152.1, 157.4, 157.8 və 158.4-cü, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 53, 60 və 127-ci maddələrinə, həmçinin, “Azərbyacan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4, 5, 8 və 9-cu maddələrinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına istinadla əs aslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 32. iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apelyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və dəlilləri ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə tam və obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı ailəlikcə orderlə onlara verilmiş yaşayış evində pasport qeydiyyatındadırlar. Məhz bunun nəticəsidir ki, həmin mübahisəli mənzilə bu gün onlardan başqa adamın adına order yazılmamışdır.

34. Qətnamənin qəbul edildiyi vaxt mənzilə dair başqa bir orderin verilmədiyi, həmin yaşay ış evinə verilmiş orderin bu günə kimi ləğv edilmədiyi, həmin vaxt iddiaçının atasının öz sağlığında mənzilin özəlləşdirilməsi üçün sənədləri hazırlayarkən anasının soyadının səhv olması səbəbindən işin uzanması və məcburi köçkünlərin ilk vaxtda məskunlaşdıqları mənzildən öz yurdlarına qayıdana kimi çıxarılmasına yol verilməməsi barədə Azərbaycan Respublikasının müvafiq fərmanına əsasən yol verilməməsi kimi hallar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır.

35. İş materiallarından da göründüyü kimi, cavabdehə və onun ailə üzvlərinə Qubadlı rayonundan məcburi köçkün olduqlarına görə iddiaçının mərhum atası tərəfindən yaşayış evi müvəqqəti sığınacaq kimi verilmişdir. Məcburi köçkünlər ilk vaxtlarda məskinlaşdıqları yerdən çıxarılması onların öz yurdlarına qayıdan a kimi dayandırılmışdır. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

36. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Etirazında göstərmişdir ki, məhkəmələr işin bu və digər faktiki hallarını hərtərfli araşdırmış, işdə olan bütün sənədlər yoxlanılmış, məhkəmələr tərəfindən bütün lazımi prosessual tədbirlər görülmüşdür.

38. Nəzərə alınmalıdır ki, Avadxan Əsədov sağlığında 29 il ərzində “kənar şəxslərin” onun mənzilində yaşamasına etiraz etməmiş, hər hansı iddia və tələb irəli sürməmişdir. Bu da öz növbəsində cavabdehin atası tərəfindən ondan pul müqabilində həmin evin alınmasına inandırıcı hal kimi görünür. Tətbi q edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

40. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi:

41. Maddə

53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və on un ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

42. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

43. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

44. Maddə

87. Yaşayış sahəsinin icarədarı a ilə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

45. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzv lərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu

46. Madldə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı: 47. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifad ə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı 48. “... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müdd ətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarı:

49. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə idd ia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

50. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

51. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci v ə üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun:

52. Maddə

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

53. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.

57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 417.1.1. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquq i qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

65. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmşidir ki, iddiaçı və onun ailə üzvləri 1994-cü ildən mübahisənin predmeti olan mənzili cavabdehə təhvil verib özlərinə məxsus Beyləqan şəhərində yerləşən və xüsusi mülkiyyətdə olan başqa yaşayış sahəsinə köçməklə, mübahisənin predmeti olan mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişlər. Onların mənzildə qeydiyyatında olmaları isə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hər hansı hüquqi nəticəyə səbəb ola bilərdi. Qeydiyyatın yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi və ya saxlanması üçün əsas olması na dair qanunvericilikdə hər hansı norma mövcud deyildir.

66. İddiaçının özü də apellyasiya məhkəməsində verdiyi izahatında mərhum atasının cavabdeh atası ilə mübahisəli mənzili 6000 ABŞ dollarına satılmasına razılaşdıqlarını, buna görə 3000 ABŞ dolları pul aldığını, qalan 3000 ABŞ dolları ödənilərsə iddiasından imtina keçəcəyini göstərmişdir.

67. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-864 /2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar