Məhkəmə qərarları › İş №2(102)-3722/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3722/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3722/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3722/23 (Açar sözlər: borc müqaviləsi üzrə pulun tutulması) Bakı şəhəri 29 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1535/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 31 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı 31 avqust 2022-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 7500 manat borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7500 manat və ödənilmiş 95 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir tanıyır, cavabdehə notarial qaydada təsdiq edilməklə 7500 manat pul vermiş, cavabdeh həmin borc pulu xx.xx.2022-ci il tarixə qədər qaytarmalı idi. Lakin aradan uzu n müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. İddiaçının çoxsaylı tələblərinə baxmayaraq cavabdeh onun yaşlı və xəstə qadın olmağından istifadə edərək pulu qaytarmaqdan imtina edir.

4. Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(125)-1236/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Fərhadov) iddia tələbi təmin edilərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış,həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Belə ki, müqaviləyə əsasən 7500 manat pulun xx.xx.2022-ci ilədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Kr edit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı çatmışdır. İddiacı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən sözü gedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır, iddia təmin edilməli,7500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1, 740.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, kredit müqaviləsi formal olaraq bağlanmışdır. İddiaçıdan borc almamış və pulun verilməsini təsdiq edən bank qəbzi təqdim olunmamışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər R. Ş.Muradov (sədrlik edən və məruzəçi) Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) 2(104)-1535/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

11. Kollegiya qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində 31 may 2022-ci il tarixli müqavilənin formal olaraq bağlanmasını və pulun ona verilməməsini qeyd etsə də, 31 may 2022-ci il tarixli kredit müqaviləsi borcverən və borcalan tərəfindən imzalanmış və Gəncə şəhər 5 saylı notariat ofisinin notariusu Aris Ələkbərov tərəfindən təsdiq edilərək reyestrdə qeydə alınmışdır. Bu da onu deməyə əsas verir ki, müqavilə mülki qanunvericiliyin tələbinə uyğun olmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcu müqaviləsi formal müqavilədir. Belə ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən borcla bağlı həqiqətən borcun verilməsi ilə bağlı hal yuxarıda qeyd olunduğu kimi araşdırılmamışdır. Məhkəmə yalnız formal olaraq qeyd olunan maddı hüquq normalarına istinad etsə də, həmin normalara münasibətdə öhdəliyin yaranması ilə bağlı pulun həqiqətən də mənə verilibverilməməsini həll etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində üzrlü səbəbdən iştirak edə bilməmiş və iş materiallarında olan sənədləri tədqiq edərkən birinci instansi ya məhkəməsi tərəfindən yalnız 2-ci dəfə prosesin keçirilməsi təmin edilərək iddia tələbinə baxılmışdır. Tərəfindən apellasiya şikayətində də onun hüquqlarının həll edilməsi ilə bağlı iştirakının təmin edilməsini xahiş etsə də məhkəmə yenə də iştirakını təmin etməmişdir. Belə ki, tərəfindən Gəncə Apellasiya Məhkəməsinə telefonoqrama təqdim edilərək xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını və iştirakının təmin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə birinci instansiya məhkəməsinin səhvini davam edərək apellyasiya şikayəti ilə bağlı sübutların təqdim edilməsini təmin etməyərək maddi hüquq normasının tələblərinin pozulması ilə qətnamə çıxarmışdır. Əslində isə həmin pul ona verilməmiş və Lamiyə adlı qohumu ilə bağlı onu notariusa çağıraraq onun şahid qismində müqaviləyə qo l çəkməyini bildirmiş və o da müqaviləni şahid qismində imzalamışdır. Həqiqətən də iddiaçı tərəfindən borc pul verilmişsə məhkəmə qeyd olunan pulun verilməsi barədə qəbzi araşdıraraq onun mövcud olub-olmamasını müəyyən etməli olduğu halda araşdırma aparmamışdır. İş materiallarında olan sənədlərlə və işin halları ilə təsdiq edilir ki, mübahisə predmeti olan pulla bağlı hüquq münasibəti və iş üzrə hüquqi qiymətləndirmə hər iki instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin iştirakı olmadan işə baxılması dəli dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki,cavabdeh apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəməyə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə teleqram vursa da, nə apellyasiya məhkəməsinə, nə də kassasiya instansiya məhkəməsin ə bu barədə sübutlar əlavə etməmişdir. Ona görə də, apelyasiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması düzgün olmuşdur.

35. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1535/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar