Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3722/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və kredit müqaviləsinə dair faizlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsinə dair faizlərin ödənilməsi və ipotekaya tutma yönəldilməsi” tələbinə dair iddia üzrə Şirvan Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1433/2020 nömrəli mülki iş üzrə 8 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2013-cü il tarixli 104-S-159 H №-li saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC (bundan sonra bank) tərəfindən Cavabdeh1 avtomobilin alınması məqsədi ilə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 51500 manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2013-cü il tarixli S-159 H/1 №-li saylı zaminlik müqaviləsinə əsasən X5 (bundan sonra cavabdeh) ilə zaminlik müqaviləsi bağlanmışdır. 3. xx.xx.2013-cü il tarixli 104-S-159 H №-li saylı kredit müqaviləsinə əsasən Kreditin təminatı olaraq, bank ilə C avabdeh1 arasında bu müqavilə ilə “HOWO ZZ3317N3867 W” markalı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. Cavabdeh1 kredit müqaviləsini 24 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. 5. xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" ASC-yə 22.227 manat əsas, 797 manat faiz borcun və 412 manat cərimə borcu olmaqla, cəmi 23.436 manat kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsinə dair faizlərin ödənilməsi və ipotekaya tutma yönəldilməsi və müqavilə üzrə cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 22.227 manat əsas borc, 797 manat hesablanmış faiz borcu, 412 manat cərimə olmaqla cəmi 23436 manat, habelə 30 AZN dövlət rüsumunun Bank-ın xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ““HOWOZZ3317N3867W” markalı, ** EL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bank işin faktiki hallarına istinad etməklə tələbini əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi kreditlə alınan yük avtomobili xx.xx.2013-cü il tarixli, 104-S-159H/İP saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş və AR DİN BDYPİ imtahan qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Müqavilən in şərtlərinə əsasən Cavabdeh1 kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 22.227 manat əsas borcu, 797 manat hesablanmış faiz borcu, 412 manat cərmə pulu olmaqla cəmi 23436 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda X5 ilə Bank arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanılıb və bu müqaviləyə əsasən o, digər Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlərə dəfələrlə xəbərarlıq edilməsinə baxmayaraq, borc məbləğini ödənilməmişdir.
8. Kürdəmir Rayon Məhkəməsinin 2(041)514/2015 saylı, 6 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Bağırov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 22.227 manat əsas b orc, 797 manat hesablanmış faiz borcu, 412 manat cərmə pulu olmaqla cəmi 23436 manat və 30 dövlət rüsumunun tutularaq iddiaçı Bank AFB Bank ASC-nin xeyrinə ödənilməsi, tələbin “HOWOZZ3317N3867W” markalı, ** EL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan 23466 manat məbləğində borcların ödənilməsi, Bank AFB Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə xitam veilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə banka ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Cavabdeh1 bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli qə tnamədən məlumatları olmamışdır. 2019-cü il Rusiyaya gedən zaman sərhəd buraxılış məntəqəsində bildirmişdirlər ki, onu Binəqədi Rayon Məhkəməsinin qərardadı ölkədən getmək hüququ ilə məhdudlaşdırılıb. Bundan sonra qətnamənin mövcudluğu barədə məlumatı olmuşdur.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1433/2020 nömrəli iş üzrə 8 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qəzənfər Kərimov (sədrlik edən və məruzəçi), Zəki Babayev və Nüsrət Mirzəyev) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə pred meti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdi.
14. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, ipoteka müqaviləsinin qeydə alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reystrindən AA086772 nömrəli çıxarışda qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixli 104-S-159 H/İP saylı ipoteka müqaviləsinə əsasən “HOWOZZ3317N3867W” markalı, ** EL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Bank-a ipoteka qoyulmuşdur. Bank ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdeh kredit müqaviləsi ilə aldıqlarını Bank-a qaytarmalıdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsin ə əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, habelə cavabdehə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəmə cədvəli üzrə öhdəlikləri yerinə yetirməyərək, ödəmə cədvəlinə müvafiq olaraq ödəniş aparmadığından, iddiaçı təşkilat kreditin qaytarılmamış hissəsinin qaytarılmasını və əsas borca hesablanmış faizlərin ödənilməsini cavabdeh lərdən tələb etməkdə haqlı olmuşdur.
17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, həmçinin bank-ın pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş və tələbin “HOWOZZ3317N3867W” markalı, ** EL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilməsi ilə ödənilməsi, satışdan əldə olunmuş məbləğin hesabına cavabdehin iddiaçıya olan borcunun qaytarılmasında dair nəticəyə gəlməkdə haqlı olmuşdur.
18. Məhkəmə kollegiyasının sorğusu əsasında Kürdəmir Rayon İcra və Probasiya Şöbəsibnin 08 iyul 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, icra sənədi 10 aprel 2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icra sənədinin icrasına 10 aprel 2018-ci il tarixdə başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müə yyən olunmuş vaxtda tələbin icrası ilə bağlı tələbkara və məhkəməyə isə icra sənədinin tərəflərindən icraata qəbul edilməsi barədə qərar göndərilmişdir.
19. AR DİN-nin BDYP-nin 21 fevral 2019-cu il tarixli, 016-17654-1219 saylı məktubunda qeyd edilmişdir ki, icra vərəqəsində tələbin yönəldildiyi “HOWOZZ3317N3867W” markalı, ** EL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil bank tərəfindən girovdan azad olunaraq, X4 adlı şəxsin adına keçirilmişdir. Qeyd olunanlara əsasən icra vərəqəsinin icrasında çətinlik yarandığı üçün tərəflərindən 29 mart 2019-cu il tarixdə Kürdəmir Rayon Məhkəməsinə icra vərəqəsinin icra olunması ilə bağlı ərizə verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərardadına əsasən ərizə təmin olunmamışdır. İcra vərəqəsində qeyd olunan borcun ödənil məsini təmin etmək məqsədilə tələb birbaşa olaraq girov qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak hərrac vasitəsilə satılaraq borc ödənilməlidir. Hazırkı halda isə girov qoyulmuş əmlak bank tərəfindən girovdan azad olunaraq digər şəxsə satılmışdır. Belə olan halda icra vərəqəsinin icrasını təmin etmək mümkün olmadığıdan icra vərəqəsi İcra Haqqında Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır.
20. Məhkəmə kollegiyası AR MM-in 319.1, 319.6, 445.3, 470.1, 739.1-ci maddələrinə istinad etmişdir. 21.Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apelyasiya qeyri-mümkün hesab edilmiş, cavabdehə apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ izah edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, şikayətçi Bank qarşısındakı borcunu bağlamaq üçün 2014-cü ilin payızında ipoteka predmeti olan mübahisəli avtomobili şifahi razılığa əsasən banka təhvil vermiş və bu zaman bank təmsilçiləri onun hüquqi savadsızlığından (Cavabdeh1 heç bir təhsili yoxdur) sui-istifadə edərək heç bir sənədləşmə aparmadan cavabdehin mülkiyyətində olan avtomobili onun razılığı və bankın təşəbbüsü ilə xx.xx.2015-ci il tarixdə sa tılmış, bu X2 27000 manat kredit verilməsi yolu ilə 30 yanvar 2015-ci il tarixli 104-S-1648H saylı kredit müqaviləsi və 104-S-1648H/İP saylı ipoteka müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Alğı-satqı avtomobilin mülkiyyətçisi olan şikayətçinin adından xx.xx.2014-cü il tarixdə avtomobilin əvvəlki mülkiyyətçisi X6 Bakı şəhəri 48 saylı Notariat Kontorunda verilmiş Baş etibarnaməyə əsasən həyata keçirilmişdir. Bankın tələbinə əsasən şikayətçi ona 23436 manat borcu olduğu halda ipoteka predmeti 27000 manata 3-cü şəxsə satıldığı üçün artıq bankın cavabdeh qarşısında 3564 (27000-23436=3564) manat öhdəliyi yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 73 9.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyy ən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsasında borcun Cavabdeh1 tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borcun Cavabdeh1 tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrind ən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxıla rkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)1433/2020 saylı qətnaməsi borcun Cavabdeh1 tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.