Məhkəmə qərarları › İş №2(102)-3723/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3723/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3723/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2018-ci iltarixliqətnaməsiilə (hakim S.Mehrəliyev; 2(004)-2714/18) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 17.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4582,50 manat əsas borc, 4546 manat faiz borcu olmaqla cəmi 9128,50 (doqquz min bir yüz iyirmi səkkiz manat əlli qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 19,40 (on doqquz manat qırx qəpik) manat hissəsinin İddiaçı-nin xeyrinə tutulmasıqət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və R.F.Ağakişiyev; 2(103)-156/2019) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2018-ci iltarixliqətnaməsicavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulan faiz borcunun məbləği hissəsində dəyişdirilərək, cavabdeh lər Cavabdeh1 və Cavabdeh2 tutulan faiz borcunun məbləği 3099 (üç min doxsan doqquz) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 kreditorun xeyrinə 17.10.2014-cü il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 4700 manat əsas borcun, 5261 manat faiz borcunun, cəmi 9961 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 17.10.2014-cü il tarixli, ************ saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 24% olmaqla 4700 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə borc lunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh2 ilə bağlanmış 17.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalanla eyni həcmdə məsuliyyəti üzərinə götürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx ASC-nin Müştərilərə Xidmət Departamenti ilə cavabdeh X6 arasında bağlanmış ***** nömrəli 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən X4 istehlak xərclərinin ödənilməsi məqsədi iiə illik 18 % ödəmək 18 ay müddətinə qaytarmaq şərti ilə 270000 manat, ***** nömrəli 04.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə X4 istehlak xərclərinin ödənilməsi məqsədilə illik 32% ödəmək, 24 ay müddətinə qaytarmaq şərti ilə 100000 manat məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin 11.1 və 11.2-ci maddəsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdeh X4 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıq etsə də, cavabdeh tərəfindən borc qaytarılmamışdır. xxxx ASC ilə cavabdeh X6 arasında bağlanmış ***** nömrəli 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 09.01.2017-cı il tarixə cavabdeh X3 ləğv prosesində olan xxxx ASC qarşısında əsas borc üzrə 144029,16 manat, faiz borcu üzrə 84 664,90 manat, cərimə borcu üzrə 108832,78 manat olmaqla cəmi 337526 manat, ***** nömrəli 04.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cərimə borcu üzrə 6545,85 manat borc yaranmışdır. 1 saylı Bakı İnziba ti-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən xxxx ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASCnin ləğvedici təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(004)2714/2018saylı məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı-nin xeyrinə 17.10.2014-cü il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 4700 manat əsas borcun, 5261 manat faiz borcunun, cəmi 9961 manat borcun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Yasamal Rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli qərardadı ilə 13.02.2018-ci il tarixli, 2(004)-2714/2018 saylı məhkəmə əmrinin ləğv olunması və iddia ic raatına keçilməsi qərara alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 17.10.2014-cü il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 17.10.2017-ci il tarixə olan 4700 manat əsas borc, 4546 manat faiz borcu, 17.10.2017-ci il tarixdən 02.04.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 108 manat faiz borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, aldıqları 4700 manat əsas borcdan iki dəfəyə 180 və 100 manat, cəmi 280 manat pul ödənilmiş, bank və məhkəmə bu faktı nəzərə almamışdır. Bundan başqa, İddiaçı müqavilə bağlandığı vaxtdan hazırad ək 3 il 3 ay keçməsinə baxmayaraq qəsdən kredit məbləğini tələb etməmiş, kreditin ödəmə müddəti keçdikdən 3 ay sonra ərizə ilə məhkəməyə müraciət etməklə üçqat məbləğində faiz məbləği tutmaq məqsədi daşımışdır. Məhkəmə əmrinə əsasən verilən kredit məbləğinə görə illik 24% (1128 manat) dərəcəsi ilə, yəni 3 il 3 ay ərzində cəmi 3666 manat tutulmalı olduğu halda, 120% dərəcəsi ilə 5261 manat tutulmuşdur ki, bu da müqavilə tələblərinə və qanuna tamamilə ziddir. Kassasiya şikayətinin dəlilləri İddiaçı-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən faiz borcunun qismən təmin edilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3,217.4– cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2,424.3,449.4-cü maddələrinin tələblərini pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o, cümlədən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.10.2014-cü il tarixli, ************ saylı kredit müqaviləsindən göründüyü kimi, kreditor borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 17.10.2014-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 4582,50 manat ödənilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 17.10.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn gələn öhdəliyin icra edilməsinə görə borc alanla eyni həcmdə məsuliyyəti üzərinə götürmüşdür. 02.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17.10.2017-ci il tarixə olan borcu 4700 manat əsas borc, 4546 manat faiz borcu, 17.10.2017-ci il tarixdən 02.04.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 108 manat faiz borcu təşkil edir. İş üzrə təyin edilmiş 17 dekabr 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 oktyabr 2017-ci il tarixə olan əsas borcu 4700 manat, faiz borcu 3099 manat olmaqla, cəmi 7.799 manat məbləğində borcun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirs ə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. – - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.1 -ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha q ısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan 17 dekabr 2018-ci il tarixli ekspert rəyinə digər sübutlarla birlikdə qiymət verərək düzgün nəticəyə gəlmişdir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə faiz borcu qətnamə ilə müəyyən edilmiş məbləğdən azdır. Ona görə cavabdehin faiz borcu ekspert rəyinə uyğun olaraq azaldılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin borc məbləğini müəyyən edərkən ekspertiza keçirməmiş, yalnız iddiaçının təqdim etdiyi, tərtib olunma əsasları bəlli olmayan maliyyə arayışı əsasında qərar qəbul etmişdir. Bu isə özlüyündə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar