Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3724/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması və əlavə xərcin tutulması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2( 094)614/2017 saylı, 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə 21 sentyabr 2017-ci il tarixdən başlayaraq 07 oktyabr 2011-ci il təvəllüdlü X2 və 17 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.
2. İddiaçı alimentin artırılmasına dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə alimentin miqdarının artırılaraq 07 oktyabr 2011-ci il təvəllüdlü X2 və 17 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qanunda nəzərdə tutulduğu miqdarda hər uşağa hər ay 170 manat, cəmi 340 manat sabit pul miqdarında alimentin və əlavə xərclər olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Hazırda 272 manat alimentlə iki uşağı saxlamaq ona tək qadın üçün çox çətindir. Ona görə də, uşaqları saxlamaq üçün alimentin artırılaraq hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa övladları Vaqif və X6 Həşimov adına idman kompleksdə MMA və kikboks idman növü, yeddi illik musiqi dərslərinə (forto pianino) və məktəb dərsləri üzrə əlavə hazırlıq kursları ilə məşğul olurlar. Ona görə də, əlavə xərclər tələb olunur.
5. Birinci instansiya mə hkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı üç ay əvvəl eyni tələblə məhkəməyə müraciət etmiş və Pirallahı Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmiş və alimentin artırılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Alimentin məbləğinin artırılması ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, qanun alimentin məbləğinin artırılması zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da, nəzərə alınmalıdır. Cavabdeh hər uşaq üçün 136 manat aliment ödəyir və aliment borcu yoxdur. Cavabdehin bir gözündə qüsur olduğundan başqa işlə məşğul ola bilmir və əlavə qazanc yeri yoxdur. Uşaqların geyimlərini onlar alırlar. Bundan başqa iddiaçı uşaqları onlara göstərmir. Qeyd etmək lazımdır ki, İddiaçı beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddia çı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Pirallahı Rayon Məhkəməsinin qanuni qüvvədə olan 21.07.2020-ci il tarixli qətnaməsinin qüvvəyə mindiyi tarixdən bu günədək həyat standartları və istehlak qiymətləri dəyişməmişdir. Bütün bunlar həmin qətnamənin qüvvəyə minməsindən sonra iddiaçının maddi vəziyətində yaranmış dəyişiklik kimi qəbul edilməməlidir. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı məhkəmə tərəfindən əvvəllər müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu sübut etməlidir. Özü də bu zaman nəzərə alınmalıdır ki, hazırki icraat çərçivəsində artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsbit olunduğundan əvvəllər müəyyən edilmiş aliment məbləğinin əsaslılığı və ədalətliliyi mübahisə predmetini təşkil etmir. İddiaçının əlavə xərc tələbinə münasibətdə isə qeyd etmək lazımdır ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı Ailə Məcəlləsinin 81-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış x ərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Uşaqların heç birinin ağır xəstəliyi yoxdur. Buna dair cavabdeh tərəfindən iddia ərizəsinə heç bir sübut əlavə olunmamışdır.
6. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 10 noyabr 2020-ci il tarixli, 2(094)-313/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-614/2017 saylı 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək 07 oktyabr 2011-ci il təvəllüdlü X2 və 17 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddi anın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
7. Məhkəmə qətnamə qəbul edərkən Ailə Məcəllənin 81-ci və 84-cü maddələrinə istinad edərək, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə almışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 08 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin X saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr 2020-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 150 manat alimentin tutulması qənaətinə gəlsələr də, elə həmin ildə Pira llahı Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiasının rədd olunduğunu, həmin qətnamədən apellyasiya şikayətini vermədiyini nəzərə almamışdır. 2020-ci ildə yenidən eyni əsasla çıxış edərək, alimentin artırılması barədə tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmələr isə bir ildə iki dəfə eyni əsasla alimentin artırılması barədə tələbin və qanuni qüvvəyə minmiş qətnamənin olduğunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. Maddə
75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanm ası üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyn i zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
19. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
27. Tərəflərin birgə nikahından 07.10.2011-ci il təvəllüdlü X4 və 17.06.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin X say lı 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə 21 sentyabr 2017-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. 28. 71/71-03 nömrəli 23.01.2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 16.01.2012-ci il tarixdən 9 saylı DDO-də yerləşən yeməkxanada aşpaz peşəsində işləyir və orta aylıq əmək haqqı 437,50 manat təşkil edir.
29. Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktlara əsasən Cavabdeh sağ gözünün zəif görür, gözündə çəplik, ümumilikdə mürəkkəb hiperoufrofin, asbiqmafizim oxlar Hm 6,OD və Hm2,OD.Yüksək ambliopiya OS, zəif dərəcəli hiperoufrofin vardır.
30. Bakı şəhəri Pirallahı Ra yon Məhkəməsinin X saylı 15 may 2018-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd olunmuşdur.
31. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin X saylı 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd olunmuşdur.
32. Apellyasiya kollegiyası qeyd etmişdir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, 2017-ci ildə 136,60 manat, 2018-ci ildə 154 manat, 2019-cu ildə160 manat, 2020-ci ildə 170 manat olmuş, 2021-ci il üçün isə 175 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu getdikcə artır. İş üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Pirallahı Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bir uşağın saxlanması üçün 136 manat vəsait yetərli sayıla bilməz.
33. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qəd ər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
34. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbul edilən hesab etməyərək qeyd etmişdir ki, onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 150 manat (cəmi 300 manat) sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab etmişdir.
35. Kollegiya hesab edir ki, alimentlə bağlı hüquq münasibətləri sabit xarakterdə olmadığından alimentin artırılmasına dair yenidən iddianın qaldırılması və məhkəmədə bu tələbə yenidən baxılaraq müvafiq hüquqi qiymət verilməsi mümkündür. İş üzrə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessua l normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
36. Kollegiya, apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.