Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3725/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2, Cavabdeh1 və nümayəndə və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev; iş № 2(008)-6/2019) “xxxx ” ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 13.793 ABŞ dolları əsas borc, 4976 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18.820 ABŞ dolları məbləğində pulun qətnamə icra olunduğu günə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev; iş № 2(103)1033/2020) iddiaçı və cavabdeh X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılması 02.07.2020-ci il tarixə saat 11:35-ə təyin edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 da kassasiya şikayəti verməsi ilə əlaqədar kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh X1 30 iyun 2020-ci il tarixli məktubu Ali Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğ v edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş məhkəmə baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402-409, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3725/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3725/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver