Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3725/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, X4 və Gəncə şəhəri 1 saylı Xüsusi Notariusunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil4, Cavabdeh vəkili Vəkil3, Üçüncü şəxs X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus xha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin Cavabdeh satılmasına dair 04.06.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə-133 nömrə ilə qeydiyyat aparılmışdır.
2. İddiaçı, həmin müqavilənin etibarsız sayılmasına dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı id dia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında mübahisəli tikiliyə dair bağlanmış 04.06.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən A yaşayış binası olmaqla, ümumi sahəsi 100,4 kv.m. yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar, 135,8 kv.m. köməkçi tikili, 28 kv.m. olan bağ evini dayısı Binnət Şahmarov qız övladına hədiyyə olaraq tikdirmiş, buna görə də onun kürəkəni X4 tikilinin tikilməsində həm maddi, həm də digər məsələlərdə yaxından köməklik etmiş, həmin tik ili ilə bağlı bəzi sənədləşmə işləri ilə əlaqədar müəyyən orqanlara getmək zərurəti yaranmış, bu zaman o, səhhətində yaranmış problemlərlə bağlı gedə bilməyəcəyindən x bu işləri görəcək yaxşı tanışının olduğunu və həmin şəxsə etibarnamə verməsini təklif etmiş, sənədlərin hazırlanmasını həmin dövrdə xlə yaxşı münasibətləri olan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı xöz üzərinə götürmüş, bununla bağlı x iddiaçıdan onun dediyi adama etibarnamə verməsini istəmiş, o, notariat orqanına gedərək etibarnamə vermiş, çıxarışın və digər sənədlərin əsillərini xə vermiş, sonradan dayısı mübahisəli tikilini öz adına rəsmiləşdirmək üçün ondan sənədlərin əsillərini istədikdə, o, həmin sənədləri xə verdiyini bildirmiş, sonradan dəfələrlə sənədlərin əsillərini xdən istəsələr də, x sənədləri v erməyərək, sənədlərin itdiyini bildirmişdir. Bu dövr Gəncədə baş vermiş məlum hadisə- xin vurulması dövrünə təsadüf edirdi ki, həmin vaxtlarda da onun yaxın adamı x gözə görünməməyə başladı. Sənədlərin əsillərini əldə edə bilmədiklərindən onlar sənədlərin dublikatının alınması üçün ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə, sənədlərin itməsi ilə bağlı Polis İdarəsinə müraciət etmiş, nəticədə sənədlərin dublikatını almış, 20.09.2018-ci il tarixdə də mübahisəli tikili bağışlama müqaviləsinə əsasən onun tərəfindən X5 bağışlanmış, həmin müqaviləyə əsasən də B.Şahmarov öz adına çıxarış almış, bundan sonra onlar mübahisəli tikiliyə gedən zaman tikilinin x tərəfindən zəbt edildiyini görmüş, x onlara bildirmişdir ki, mübahisəli tikili ona keçmiş Gəncəşəhəri İcra Hakimiyyətinin başçısı xin göstərişi ilə Gəncə çayının yatağında mülkiyyətində olmuş evinin sökülməsinin əvəzində xtərəfindən verilmişdir, onlar Gəncəşəhər Nizami rayon Polis Şöbəsinə müraciət etmiş, sahə müvəkkili ilə birlikdə ora getmişlər, həmin vaxt x evin Cavabdeh satıldığını bildirmiş, bununla bağlı Ə.X6 çağrılaraq dindirilmiş, bu hadisədən sonra x dəfələrlə onlara zəng edərək, bu məsələdən əl çəkmələrini tələb etmişdir, o, notariat kontoruna etibarnamə vermək üçün getmiş, həmin sənədin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir, əks halda 100 000 manatdan çox qiyməti olan tikiliyə dair 5000 manata alqı-satqı müqaviləsini bağlaya bilməzdi.
5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ərizəsində bir-birinə ziddiyyətli fikirlər bil dirərək, mübahisələndirdiyi müqaviləni gah aldatma nəticəsində bağladığını, gah da qorxunun təsiri ilə bağladığını qeyd etmişdir. Alqı-satqı müqaviləsini iddiaçı şəxsən özü imzalamış, iddiaçının həyat yoldaşı da notariat kontoruna gedərək, alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Əslində 2015-ci ildə x Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23 000 manata razılaşaraq, tikilini almış, notariat orqanında sənədləşmə həyata keçirilmiş, alqı-satqı müqaviləsi və tikilinin texniki pasportu ona verilmiş, o, həmin sənədlərin tikilinin sənədləri olduğunu bilmiş və tikilinin DƏDRX-in 3 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirilməli olduğunu bilməmişdir. Bu müddətdə orada təmir -tikinti işləri görmüş, təmir-tikintiyə 30 000 manatdan artıq pul sərf etmişdir. Mübahisəli tikiliyə dair iddiaçının çıxarışı olduğu halda, hansı sənədləşmə üçün çıxarışı xə verməsini iddia etməsi də onun bu dəlilinin düzgün olmadığını təsdiq edir.
6. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 21 avqust 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kv.m. 2 otağına aid hissəsinə dair iddiaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə-133 nömrə ilə qeydiyyatı aparılmış 04.06.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 337.1-ci, 337.5-ci, 339.2-ci və 404.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının izahatına uyğun olaraq bir-birini tamamlayan sübutlarla da açıq-aşkar müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən həqiqətən də iddiaçı 19.05.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etmiş, çıxarışın itməsi ilə bağlı polisə müraciət etmiş, qəzetdə elan yerləşdirmiş, mübahisəli tikilinin x tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etmişdir. Cavabdeh tərəf mübahisəli tikilinin həqiqətən də iddiaçı tərəfindən ona satıldığını bildirsə də, lakin aradan keçən bu müddətdə həmin alqı-satqıya əsasən tikiliyə dair niyə öz adına müvafiq çıxarış almadığını ağlabatan şəkildə əsaslandıra-izah edə bilməmişdir. Bundan başqa, Məhkəmə tərəfindən Gəncə şəhəri 1 saylı Notariat Ofisindən tələb edilmiş 4 Ə-133 saylı notariat işindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus xha torpaq sahəsi üzərində yerləşən tərkibinə A yaşayış binası olmaqla, (ümumi sahəsi 100,4 kv.m: yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evinin 100,4 kv.m. 2 otağına aid hissəsinə dair iddiaçı İddiaçı ilə Cavabdeh arasında 04.06.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu barədə müvafiq reyestrdə 4Ə-133 nömrə ilə qeydiyyat aparılm ışdır. Həmin notariat işində hazırkı işüzrə Cavabdeh məxsus ərizə mövcuddur. Həmin ərizədə Cavabdeh göstərmişdir ki: “Qohumumuz olan İddiaçı məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 400 kv.m. torpaq sahəsini 2013-cü ildə 5000 manata razılaşaraq, pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alqı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz.” Lakin cavabdeh tərəf iddiaya dair etirazında, izahatında, mübahisəli tikiliyə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsində həmin hallarla bağlı hər hansı xüsusatı qeyd etməmiş, əksinə həmin hallar dan fərqli hallar göstərərək bildirmişdir ki, 2015-ci ildə X Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23 000 manata razılaşaraq almışdır. Məhkəmənin iclasında cavabdeh tərəf notariat işindəki sözügedən ərizə ilə bağlı ağlabatan izahat verə bilməmişdir. Beləliklə, qeyd olunanlardan iddiaçının dəlillərinin əsaslı, cavabdehin etirazının isə əsassız olduğu müəyyən olunur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 02 mart 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 21 avqust 201 9cu il tаrixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı həmin əqdin bağlanması zamanı cavabdehdən hər hansı məbləğ almamışdır. Cavabdeh həmin əqdə dair yuxarıda istinad olunan notariat işindəki ərizəsində də məbləğin formal olaraq yazıldığını təsdiq etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və G.Quliyev) X nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixl i, X nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbindən görünür ki, iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsindən xəbərinin olmamasını, notariat orqanına etibarnamə vermək üçün getdiyini göstərmiş və bu əsasla da həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmış, müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alqı-satqıya razılıq barədə notariat qaydada təsdiqlənmiş ərizə vermişdir. İş materiall arında iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara dair kifayət qədər sübutlar olmadığı halda, birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməyərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən onun həqiqətən də 19.05.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etdiyini, çıxarışın itməsi ilə bağlı polisə müraciət etməsini, qəzetdə elan yerləşdirilməsini, mübahisəli tikilinin x tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etməsini göstərmişdir. Lakin nə birinci instansiya, nədə ki apellyasiya instansiyası məhkəməsi bu halların iddiaçının hazırda mübahisələndirdiyi 04.06.2015-ci il tarixli alqı-satqı müqavi ləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin aradan keçən müddətdə həmin alqı-satqıya əsasən tikiliyə dair niyə öz adına müvafiq çıxarış almadığını əsaslandıra bilmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu halın da hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızılığı üçün əsasların olmasına hansı qaydada təsir etdiyini göstərməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cavabdeh tərəfindən yazılmış yuxarıda göstərilən ərizəyə qiymət verərkən həmin sənədə tam və hərtərəfli baxmamış, ərizədə bağ evinin alqı-satqısı ilə əlaqədar tərəflər arasında münasibətlərin hələ 2013-cü ildə başlanması, hələ o vaxt alıcı Cavabdeh tərəfindən satıcı İddiaçı 4 sot torpaq sahəsinə görə 5000 manat pul verilməsi, torpaq sahəsinin İddiaçı tərəfindən alıcıya təhvil verilməsi, həmin sahədə cavabdeh tərəfindən bağ evinin inşa olunması kimi halların göstərilməsinə, həmin halların Cavabdeh izahatında və iddiaya etirazında göstərilən hallarla uyğunluq təşkil etməsinə diqqət yetirməmiş, həmin vaxtlardan da bağ evinin cavabdehin sahibliyində və istifadəsində olmasına, sonuncunun həmin evdə x adlı şəxsi yerləşdirməsinə, iddiaçının isə ümumiyyətlə bağ evindən xəbərinin olmamasına, yalnız 2018-ci ilin axırlarında evi bağışladığı dayısı Binnət Şahmarovun iddiası ilə x məhkəmə qaydasında evdən çıxarılmasına da əhəmiyyət verməmişdir.
12. Həmçinin, alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq apellyasiya inst ansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsini tətbiqini müzakirə etməmiş, işin nəticəsi üzrə çıxarılan qətnamə müqaviləni təsdiq etmiş Gəncə şəhəri 1 saylı Notariat Ofisinin maraqlarına toxunduğu halda notariat orqanının birinci instansiya məhkəməsi tərəfindən işə cəlb olunmadığını nəzərə almamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) 12 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tаrixli, X nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiası rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmış, müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alqısatqıya razılıq barədə notariat qaydada təsdiqlənmiş ərizə vermişdir. İddia ərizəsi əsasında işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən 04.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsini mümkün bilməyən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində əsassız olaraq göstərmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmış, müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alqı- satqıya razılıq barədə notariat qaydada təsdiqlənmiş ərizə vermişdir. Məhkəmənin sözügedən qənaətini əsas götürsək belə çıxır ki, gu ya şəxsin özünün iştirakı ilə bağlanmış və imzalanmış müqavilə etibarsız sayıla bilməz, madam həmin müqaviləyə şəxsin arvadı razılıq vermişdirsə həmin müqavilə etibarlıdır. Bu azmış kimi işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi öz birtərəfli mövqeyini biruzə verir ki, sanki müqavilə imzalanarkən notariat kontorunda olmuş, müqavilə şərtlərinin tərəflərə bildirilməsinin, notarius tərəfindən tərəflərə hüquq və vəzifələrin izah edilməsinin xi olmuşdur. Ən azından qeyd olunan hal işə baxmış apellyasiya instansiyası məhkəməsinin birtərəfli mövqedə olmasını, işə qeyri-obyektiv yanaşıldığını təsdiq edir. Əvvəla istərsə etibarnamə vermək, istərsə alqı-satqı müqaviləsi bağlanması üçün iddiaçının getməsindən asılı olmayaraq iddia ərizəsində, iş üzrə toplanmış sübutlarda iddiaçı göstərmiş dir ki, 04.06.2015-ci il tarixli, AN-İ №0505578 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən aldatılmışdır. (Həmin mülkü alan Cavabdeh X n evində qulluqçu işləyir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsində qeyd olunur ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Bundan başqa, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı müvafiq olaraq verdiyi iddia ərizəsində, nə də həmin iddia ərizəsi əsasında işə baxan birinci instansiya məhkəməsi sadalanan xüsusatların (iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən onun həqiqətən də 19.05.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etdiyini, çıxarışın itməsi ilə bağlı polisə müraciət etməsini, qəzetdə elan yerləşdirilməsini, mübahi səli tikilinin x tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etməsini) mübahisələndirilən 04.06.2015-ci il tarixli alqı- satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir. Kassator bildirir ki, bu xüsusatlar o cəhətdən 04.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas verir ki, əgər iddiaçı mübahisələndirilən əmlakı həqiqətən də alqı-satqı müqaviləsi əsasında satmışdırsa bütün bu addımların atılması əhəmiyyətsiz olurdu, sadalanan xüsusatlar cavabdehin əmlak almasının formallığnı təsdiq edir. Əks halda cavabdeh notariat işindəki ərizəsinə əsasən 2013-cü ildən, müqaviləyə əsasən 2015-ci ildən sözügedən əmlaka sahiblik və istifadə edərdi. Dolayısı ilə müəyyən olunur ki, cavabdeh tərəf 04.06.2015-c i il tarixdə iddiaçını aldadaraq alqı-satqı müqaviləsi bağlanmasına nail olmuş. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2017-ci ildən hazırkı iddia qaldırılana kimi mübahisəli əmlakın boşaldılması ilə bağlı real addımlar atmış, polis və məhkəməyə müraciət etmiş və s. Lakin, cavabdeh tərəf nədənsə buna cavab olaraq öz mülkiyyət hüquqlarını gizlətməyə çalışmış, 21.09.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvi və ya etibarsızlığı ilə bağlı hər hansı addım atmamışdır, yalnız İddiaçı tərəfindən hazırkı iddia qaldırıldıqdan sonra 04.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanmışdır. Məhkəmə qətnaməsində eləcədə qeyd olunmuşdur ki, məhkəmə kollegiyası iddia ərizəsinin sadalanan dəlilini inandırıcı qəbul etmir, çünki alqı- satqı müqaviləsində daşınmaz əmlakın 50 00 manat alınması barədə bənd əksini tapmış, eləcədə iddiaçı bunun əksini sübut edəcək hər hansı bir sübut təqdim etməmişdir. Kassator hesab edir ki, işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsinin bu qənaəti də tamamilə qərəzlidir və " xanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.05.2020-ci il tarixli qərarına istinad edilməsi də isabətli deyil. Məlum olduğu kimi müqavilənin qiyməti əqdin əsas şərtlərindən sayılır. Əgər 100.000 manat dəyərində olan əmlak alqı-satqı müqaviləsində 5000 manat dəyərində göstərilirsə, demək ki, burada qanunsuzluğun üstü ört-b asdır edilib. İstərsə alqı-satqı müqaviləsindəki alıcı, istərsə bu əqdi təsdiq edən notariat orqanı yəqin bilirlər ki, 5000 manatdan yuxarı olan əqd üzrə ödəniş mötəbərlik üçün bank vasitəsilə aparılmalıdır. Lakin, bunun əksi olaraq və qanunsuzluğu örtbasdır edilərək müqavilənin qiyməti 5000 manat göstərilir və İddiaçı aldatılmaqla (çünki bank vasitəsilə pul ödənilərkən İddiaçı yəqin biləcəkdir ki, əmlak satılır) müqavilə imzalatdırılır. Sözügedən mülkün keçmiş Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı olmuş X n evində qulluqçu işləyən Cavabdeh qeyri-qanuni satılması bu hadisəyə bariz nümunədir. Satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı heç də Notariat haqqında qanunun və notariat hərəkətlərin aparılması haqqında təlimatın pozulması yolu ilə həyata keçirilə bilməz. Əks hal da alqı-satqı müqaviləsi üzrə pulun bank vasitəsi ilə ödənilməsi barədə qanunvericiliyin tələbi yersiz olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddəsinə görə Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin so nrakı hərəkətləri nəzərə alınır. Bu normalardan göründüyü kimi müqavilənin formallığı deyil, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göstərilənlərdən savayı işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsinin birtərəfli mövqeyi həmçinin iş materiallarında olan, iddiaçının mövqeyinin əsaslığını təsdiq edən sübutlara hüquqi qiymət verməməsində də öz əksini tapmışdır. Belə ki, 04.06.2015-ci il tarixli, AN-İ N° ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən tərtib edilmiş notariat işində Cavabdeh ərizəsi mövcuddur ki, həmin ərizədə Cavabdeh qeyri-səmimiliyini, onun yalanını və ümumiyyətlə əqdin yalan üzərində qurulduğunu, formadığını təsdiq edir. Həmin ərizədə Cavabdeh göstərmişdir ki: “Qohumumuz olan İddiaçı məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 400 kv.m. torpaq sahəsini 2013-cü ildə 5000 manata razılaşaraq, pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alqı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz.” Lakin, cavabdeh tərəf iddiaya dair etirazında, izahatında, mübahisəli tikiliyə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsində həmin hallarla bağlı hər hansı xüsusatı qeyd etməmiş, əksinə həmin hallardan fərqli hallar göstərərək bildirmişdir ki, 2015-ci ildə x Yevlaxda onlara gələrək Gəncədə qohumlarının ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23.000 manata razılaşaraq almışdır. Üstəlik, apellyasiya şikayətində Cavabdeh bu ərizənin onun tərəfindən yazılmadığını, budan xəbərinin olmadığını bildirsə də, nədənsə işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi bu halı yoxlamamış, buna hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
20. Üçüncü şəxs Samir Abdullayev məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 339.2. Şəxs əqd bağlanm ası məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
24. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
31. ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsindən 27.06.2019-cu il tarixdə tələb edilmiş materiallardan müəyyən olunmuşdur ki, mübahisəli bağ evi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il tarixli 1711 saylı sərəncamına əsasən İddiaçı adına qeydiyyata alınmış və ona 19.05.2015-ci il tarixində çıxarış verilmiş, 21.09.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağ evi onun tərəfindən X5 bağışlanmış və 27.09.2018-ci il tarixdə B.Şahmarov adına çıxarış almışdır. Həmin materiallardan görünür ki, mübahisəli bağ evinə dair sözügedən əqd bağlanarkən həqiqətən də İddiaçı adına olan 19.05.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər həyata keçirilmişdir.
32. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin 17.09.2018-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, İddiaçı Nizami RPİ-yə ərizə ilə müraciət edərək ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən bağ evi nin 19.05.2009-cu il tarixli çıxarışının Gəncə şəhərində itdiyini bildirmişdir. Həmin sənədin tapılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, nəticəsi olmamışdır. 33. “Ədalət” qəzetinin 14.09.2018-ci il tarixli buraxılışında Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən İddiaçı məxsus bağ evinin 19.05.2015-ci il tarixli çıxarışının itdiyi üçün etibarsız sayılmasına dair elan yerləşdirilmişdir.
34. Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin materiallarından müəyyən olunmuşdur ki, mübahisəli evin X tərəfindən zəbt olunması ilə bağlı ərizə ilə İdarəyə müraciət olunmuş, bununla bağlı İdarə tərəfindən tərəflər çağırılaraq izahatları alınmış və mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.
35. Gəncə Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli, X saylı qətnaməsindən müəyyən olunmuşdur ki, iddiaçı X3 cavabdeh x qarşı mübahisəli evdən çıxarılma tələbinə dair iddiası Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli, X saylı qətnaməsi ilə təmin edilmiş və x tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 36. 01.02.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X7 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X2 vəsiyyət etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsindən xəbərinin olmamasını, notariat orqanına etibarnamə vermək üçün getdiyini göstərmiş və bu əsasla da həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, işə yenidən baxan apellyasiya məhkəməsi Şəki Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli, X nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli, X saylı qərarında qeyd etdiyi göstərişləri, həm də bununla bağlı məhkəmə kollegiyasının özünün gəldiyi qənaətə görə iddia ərizəsində qeyd edilən əsaslarla mübahisələndirilən həmin müqavilənin etibarsız hesab edilməsini mümkün bilmir. Çünki, mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmış, müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alqı-satqıya razılıq barədə notariat qayd ada təsdiqlənmiş ərizə vermişdir. Söz yox iddiaçı məlum ərizəsində notariusa alqı-satqı müqaviləsinin bağlanması üçün deyil, etibarnamə vermək üçün getdiyini iddia etsə də, sonuncunun bu izahatı tamamilə qeyri səmimidir. Belə ki, bu işin mübahisəsiz halıdır ki, hər hansı bir məsələ ilə bağlı etibarnamə veriləndə uyğun olaraq həyat yoldaşının razılığı tələb olunmur.
38. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən onun həqiqətən də 19.05.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etdiyini, çıxarışın itməsi ilə bağlı polisə müraciət etməsini, qəzetdə elan yerləşdirilməsini, mübahisəli tikilinin x tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etm əsini göstərmişdir. Ancaq, nə iddiaçı müvafiq olaraq verdiyi iddia ərizəsində, nə də həmin iddia ərizəsi əsasında işə baxan birinci instansiya məhkəməsi sadalanan xüsusatların mübahisələndirilən 04.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir.
39. Həmçinin, iddia ərizəsində göstərilir ki, “notariat kontoruna etibarnamə vermək üçün getmiş, həmin sənədin alqı-satqı müqaviləsi olduğunu bilməmişdir, əks halda 100.000 manatdan çox qiyməti olan tikiliyə dair 5000 manata alqı-satqı müqaviləsini bağlaya bilməzdi”. Məhkəmə kollegiyası bu dəlili inandırıcı qəbul etməyərək qeyd etmişdir ki, alqı-satqı müqaviləsində daşınmaz əmlakın 5000 manat alınması barədə bənd əksini tapmış, eləcədə iddiaçı bunun əksini sübut edəcək hər hansı bir sübut təqdim etməmişdir.
40. Alqı-satqı edilmiş daşınmaz əmlakın satış qiyməti ilə bağlı məsələyə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, " xanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəmsi Plenumunun 10.05.2020-ci il tarixli qərarında qeyd edilir ki, ''Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cıı il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır."
41. Göründüyü kimi, i ş materiallarında iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara dair kifayət qədər sübutlar olmadığı halda, birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməyərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bu baxımdan da, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, iş materiallarının məhkəmə tədqiqatından da bir mənalı aydın olur ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı biri digərini tamamlayan mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
43. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
44. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkə n, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “ xnın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda mə hkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.