Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3726/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh BOKT ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-5488/2018, hakim E.Ə.Mehdiyev) İddiaçı Cavabdeh BOKT ASC-yə q arşı iddiası təmin edilmiş, iddiaçının müılkiyyətində olan XXXnin onunla cavabdeh arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli və 23 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-663/2019 F.B.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) Cavabdeh BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: XXX İddiaçı adına 27 fevral 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı “Cavabdehbank” ASC-nin xeyrinə 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 38.888 manat məbləğində pul vəsaitinin, 23 aprel 2015-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 5.755 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə tutulması, tutmanın XXXnə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 30 may 2018-ci il tarixdə İddiaçı Cavabdeh BOKT ASC-nin hesabına 5.756 ABŞ dolları və 39.419 manat məbləğində pul vəsaiti ödəmişdir. Bakı şəhəri Maraqlı şəxs şöbəsi borclu İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən icra sənədi tam şəkildə icra edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. 16 avqust 2018-ci il tarixdə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı mənzilin girovdan azad edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdehin iddiaçıya qarşı mənzilin yüklü edilməsinə əsas olmuş müqavilə üzrə faiz və cərimələrin tutulması tələbinə dair iddiası üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə ödənil məsi qət edilən borcun ödənildiyinə istinad edərək həmin borcun təminatı kimi bankın xeyrinə ipotekaya qoyulmuş mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, məhkəmə qətnaməsi gec icra edildiyindən Cavabdeh BOKT ASC İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun hesablanmış faizinin ödənilməsinə dair və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bu halda mübahisəli yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilə bilməz. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı şəhəri Maraqlı şəxs şöbəsi hazırki iş üzrə iddiaçıya, cavabdehə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə 30 may 2018-ci il tarix də ünvanlayaraq borclu İddiaçı tərəfindən icra sənədi üzrə borcun tam şəkildə ödənildiyini bildirmiş, 11 iyun 2018-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 528-ci maddəsinəəsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilin ipoteka yüklülüyündən azad etməsindən imtina etməsi qanunsuz olmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3726/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3726/2019
16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver