Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3726/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3726/2022 (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, tələbin hüquqi əsası) Bakı şəhəri, 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2275/2021 nömrəli, 29 sentyabr 20 21-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil Sumqayıt şəhər XDS İK-nin 16 sentyabr 1977-ci il tarixli, 416 saylı qərarı əsasında 04/2330 saylı orderlə X1 istifadəsinə verilmişdir. Orderə əsasən mənzilin əsas icarədarı X4r. Orderdə icarədarın övladları Cavabdeh1 və X10 yaşayış sahəsinə istifadə hüququ olan şəxslər kimi göstərilmişdir. Yaşayış sahəsi dövlət mənzil fonduna aiddir.
2. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh X1 oğlu X11 ilə 17 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç yetkinlik yaşına çatmayan övladları var. Nikahları pozulmamışdır.
3. İddiaçı nikah müddətində ər i Famil Hüseynovun bacısı X6 məxsus ünvan 3 ünvanda yerləşən 2 saylı mənzilə köçmüş və orada yaşamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(060)-215/2018 saylı qətnaməsi ilə cavabdehlər X8, X11 və İddiaçı və onların yetkinlik yaşına çatmayan övladlarının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəs, M.Müşfiq küçəsi, ev 5-də yerləşən 2 saylı mənzildən çıxarılmaları, mənzilin açarlarının iddiaçı X6 təqdim edilməsi, həmin mənzilin təmiri və yenidən qurulmasına çəkilmiş xərclərin əvəzi olaraq X2 7669 manat pulun alınaraq X3 və X9 verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(105)2029/2018 saylı qətnaməsi ilə sözügedən qətnamə qarşılıqlı iddianın qismən təmin edilən hissəsində, yəni, mənzilin təmiri və yenidən qurulmasına çəkilmiş xərclərin əvəzi olaraq X2 7669 manat pulun alınaraq X3 və X9 verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin iddiaçı X2 tutularaq dövlət büdcəsinə köçürülməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə əvvəl iddia, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə yaşayış hüququnun tanınmaqla köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsi ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildir. Həyat yoldaşı X11 b u mənzildə daimi pasport qeydiyyatındadır. Ailə qurandan sonra bir müddət ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildə yaşamış, sonradan isə faktiki olaraq iddiaçının qayınanası, hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 Xələl qızına məxsus ünvan 3 ünvanda yerləşən 2 saylı mənzildə yaşamağa başlamışlar. Həmin mənzil sənəd üzrə iddiaçının həyat yoldaşının bacısı X5 mülkiyyətində olsa da, faktiki olaraq qaynanasının vəsaiti ilə öz qızının adına alınmış olduğundan onun sahiblik və istifadəsində olmuşdur. Ailə qurandan bir müddət sonra iddiaçının qaynanasının təklifi ilə həmin evə köçərək orada yaşamışlar. 2017-ci ildə iddiaçının baldızı X10 yaşadıqları ünvan 3 ünvanda yerləşən 2 saylı mənzilin mülkiyyət hüquqları ilə ona məxsus olması əsası ilə məhkəməyə müraciət edərək, həm iddiaçının ailəsini n, həm də onlarla yaşayan qayınanasının həmin mənzildən çıxarılmasını tələb etmişdir. İddiaçı tərəfindən sözügedən mənzilin təmirinə böyük miqdarda xərc çəkilmiş olmasına baxmayaraq, bu da nəzərə alınmamış və məhkəmə qərarı ilə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə bütün instansiya məhkəmələrində mübahisələndirilsə də yekunda qanuni qüvvəsini almışdır. İddiaçının həyat yoldaşı qətnamənin icrasına möhlət verilməsinə dair məhkəməyə müraciət etsə də, yekunda məhkəmə tərəfindən möhlət də verilməmişdir. Hazırda həmin iş üzrə qüvvəyə minmiş qətnamə icra mərhələsindədir və ailə olaraq həmin mənzildən çıxarılmaq ərəfəsindədirlər.
7. İddiaçı hazırda qayınanası X3 dövlət tərəfindən qanuni istifadəyə verilmiş mübahisəli mənzildə yaşamaq qərarına gəlmişdir. X10 mübahisəli mənzildə yaşa mır, həmin mənzildən istifadə hüququndan könüllü imtina etmiş, yəni daimi qeydiyyatdan çıxmışdır, hazırda ailə quraraq Bakı şəhərində yaşayır. Digər Cavabdeh2 və həyat yoldaşı X7 orderdə adları olmasa da, mübahisəli mənzildə daimi pasport qeydiyyatındadırlar.
8. İddiaçı hesab edir ki, onun orderlə qayınanası X3 məxsus olan mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır. Mənzilin əsas icarədarı olaraq cavabdeh X8 iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınmasına etiraz etmir. Lakin mənzil mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmadığı səbəbindən yalnız onun razılıq ərizəsi iddiaçının daimi qeydiyyata alınması üçün kifayət etmir. Qeydiyyatda olan digər şəxslərin də razılığı tələb olunur ki, bu razılıqların alınmasında problem var.
9. İddia tələbləri üzrə cavabdehlərdən digərləri Cavabdeh1 və Cavabdeh2 razılıqlarını şifahi şəkildə bildirsələr də, sənədlərin toplanaraq qeydiyyat üçün təqdim olunması mümkün olmur.
10. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh3 ərizə verərək iddia tələbini qəbul etdiyini, İddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə yaşayış hüququnun tanınmaqla köçürülməsinə etiraz etmədiyini bildirmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1569/2020 saylı, 15 sentyabr 2020-ci il qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mübahisədə adı keçən mənzilə köçürülməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva)
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2010-cu ildə X11 ilə rəsmi nikaha daxil olm uş, həmin tarixdə sonuncunun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçmüş və cavabdehlərlə həmin ünvanda yaşamışdır. Sonradan iddiaçı ailəsi ilə birlikdə ünvan 6anda yerləşən 2 saylı mənzilə köçmüşdür. Hazırda iddiaçının sonuncu mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir kİ, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid yaşayış sahəsidir. Mübahisəli mənzil cavabdehlər ilə yanaşı, iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur.
15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, iddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malik olduqları üçün iddia tələbi təmi n edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 8, 43, 3, 9.1, 9.2.1, 9.2.2, 68.1, 68.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə prosesi haqqında ona rəsmi şəkildə heç bir məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Qətnamədən xəbəri olmamışdır: - qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli olan faktiki hallar tam araşdırılmamış, həmin hallar sübut edilməmişdir; - belə ki, iddiaçı cavabdehin qardaşı Famil Hüseynovla ailə qurub, 2010-cu ildən daimi olaraq Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəs, M.Müşfiq küçəsi, ev 5, mənz il 2-də yaşayıb; - iddiaçı heç vaxt mübahisəli mənzildə ailə üzvü kimi yaşamayıb; - iddiaçının 5 nəfər ailə üzvü ilə gəlib mənzildə yaşaması da mümkün deyil. Çünki mübahisəli mənzildə mənzil 2 otaqdan ibarətdir, bir otağını da hazırki iş üzrə digər cavabdeh Şükufə Hüseynova bağlayıb. Hazırda cavabdeh mənzilin 1 otağında 2 uşağı və arvadı ilə yaşayır.
19. Apellyasiya instansiyası məhkəməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2275/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Elman Əhmədov)
21. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən istər 05,19 iyun, istərsə də 07 iyul 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bildiriş göndərilsə də, həmin bildirişin cavabdeh tərəfindən alınmasına dair xəbərnamə iş materiallarına əlavə edilmədiyi üçün prosessual qanunvericiliyin tələbinə görə qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməklə, apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılıb, iddia tələbinə qiymət verilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2010-cu ildə X11 ilə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan ünvan 7 ünvanında yerləşən 2 saylı mənzilə köçmüş və ailəsi ilə həmin ünvanda yaşamışdır. Qeyd oluna n mənzil iddiaçının baldızı İradə Hüseynovaya məxsus olmuş və sonuncu məhkəmə aktı ilə iddiaçını həmin mənzildən çıxarmışdır. İddiaçının hazırda istifadə hüquq tanınmaqla köçmək istədiyi ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil 6 sentyabr 1977-ci il tarixli, 04/2330 saylı Orderə əsasən, Cavabdeh3 istifadəsinə verilmiş, yaşayış sahəsi dövlət mənzil fonduna aiddir.
23. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, tərəflər arasında hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından, hazırkı mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisəli evin ümumi sahəsi 30 kv.m. olmaqla, iki otaqdan ibarətdir. H əmin otağın birində apellyator Cavabdeh1 xx.xx.2006-cı il təvəllüdlü qızı Gülnaz və xx.xx.2011-ci il təvəllüdlü oğlu Rəsul və həyat yoldaşı ilə birlikdə yaşayır. İddiaçı isə istifadə hüquq tanınmaqla köçürülməsini arzuladığı mənzildə heç vaxt yaşamamış və həmin mənzildə yaşayan şəxslərlə birgə təsərrüfatı idarə etməmişdir. İddiaçının özünün də tələbində qeyd etdiyi kimi o, ailə qurduğu gündən faktiki olaraq ünvan 8 ünvanında yerləşən 2 saylı mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Belə olan halda iddiaçının iddia tələbinin təmin edilməsi istisna edilir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 2.1, 49.2, 68.1, 68.2, 69.1, 69.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayr ılma normasının müəyyən edilməsi haqqında” 459 saylı 27 noyabr 2019-cu il tarixli Qərar ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri: - mübahisədə adı keçən mənzil hazırki istifadəçilərə aztəminatlı, yaxud sosial müdafiəyə ehtiyacı olan gənclər kateqoriyasına ayrılmış mənzil deyil. - mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarının tələbləri baxımından qiymətləndirilməlidir. Məhkəmənin iddiaçının hüquqlarının 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmış olması əsasında hal-hazı rda qüvvədə olan Mənzil Məcəlləsinin tələblərini tətbiq etməsi səhv olub. Belə ki, icarədarın (xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi), yaxud kiryəçinin ailə üzvü (hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsi) statusunun müəyyən edilməsi zamanı ilk növbədə icarədarın, yaxud kirayəçinin özünün hüquqlarının yaranma tarixi əsas götürülməlidir. Bu baxımdan, iddiaçı xx.xx.2009-cu il tarixədək mənzilə hüquqları olan şəxslərin ailə üzvüdür; - tətbiq edilən Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələri sosial kirayə müqaviləsi üzrə bağlı hüquqları tənzimləyir; - nə iddiaçının qayınanası Cavabdeh3, nə də əri F.Hüseynov sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi deyil. Ümumiyyətlə, bəhs edilən mənzilə dair sosial kirayə müqaviləsi və sosial kirayə münasibətləri mövcud dey il. İddia tələblərinin əsası fərqlidir. İddia tələblərinin əsası ondan ibarətdir ki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri ilə mənzil icarəçisi sayılan şəxslərin, yəni, əsas icarədar Ş Hüseynovanın və F.Hüseynovun ailə üzvü olaraq iddiaçının mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır; - qətnamənin əsaslandırıcı hissəsi iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması ilə bağlıdır. İddianın mənzilə köçürülmə hissəsinin təmin edilməməsi əsasları qətnamədə görünmür. Məhkəmə 392.2-ci maddənin tələblərinə əsasən, mənzilə köçürülmə tələbinin hansı əsasla təmin edilmədiyini ayrıca olaraq əsaslandırmalı idi. b)
28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublik asının Mənzil Məcəlləsi Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış s ahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərab ər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Maddə 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri ki mi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
31. M əhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi iddiaçının Cav abdeh3 orderlə məxsus olan dövlət mənzil fonduna aid mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmə barədədir.
35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçı 2010-cu ildə X11 ilə rəsmi nikaha daxil olduğu vaxtdan baldızına məxsus olan ünvan 7 ünvanında yerləşən 2 saylı mənzilə köçmüş və ailəsi ilə həmin ünvanda yaşamış, iddiaçı istifadə hüquq tanınmaqla köçürülməsini arzuladığı mənzildə heç vaxt yaşamamış və həmin mənzildə yaşayan şəxslərlə birgə təsərrüfatı idarə etməmişdir. Tətbiq edilən Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə də digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar.
36. Göründüyü kimi, apellyasiya instansiyasının müəyyən etdiyi iddiaçının istifadə hüquq tanınmaqla köçürülməsini arzuladığı mənzildə heç vaxt yaşamaması və həmin mənzildə yaşayan şəxslərlə birgə təsərrüfatı idarə etməməsi hallarına uyğun olaraq iddianın təmin edilməməsi Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
38. Mübahisəyə 01 oktyabr 2009-cu il ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tətbiq edilməli olması barədə kasassiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, qətnamənin mübahisəli hüquq münasibəti nin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalı olması MPM-in 217.2-ci maddəsinin tələbidir. İşin müəyyən edilmiş halına görə də hüquq münasibəti 2010-cu ildə yaranıb.
39. Həmçinin hüquq münasibətinin yaranma tarixinin ilk növbədə icarədarın, yaxud kirayəçinin özünün hüquqlarının yaranma tarixindən götürülməli olması barədə dəlil də əsassızdır. İcarədarın, yaxud kirayəçinin özünün mənzillə bağlı hüquq münasibətinin yaranma tarixinin iddiaçının hüquq münasibətinə hər hansı bağlılığı yoxdur və belə yanaşma, ümumiyətlə, MPM-in 271.2-ci maddəsinin güddüyü məqsədlərə və tələblərə ziddir.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır
41. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2275/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.