Məhkəmə qərarları › İş №2(102)-3728/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3728/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3728/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, qaz sayğacına qanunsuz qoşulma, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa qızı (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4153/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abonentin saldosuna əsasən, abonent Cavabdeh istifadəsində olan qaz xətti **********01081 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh adına edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

3. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəs ində 73440 m3 (8812.80 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. 4.Həmçinin xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2023-cü il tarixədək Cavabdeh adına eyni məzmunlu daha 6 akt tərtib edilmişdir. 5.Bütün aktlar üzrə hesablanmış zərər məbləği 12657,60 manatdır. 6.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)1495/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X4, X1 və X2 qarşı “özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh evi aldıqdan sonra həmin evdə təxminən 1-2 ay aralığında yaşamış, sonradan x ( həmin iş üzrə cavabdeh) və atası onun evdə olmadığı vaxt pəncərəni çıxararaq evə daxil olub yaşamağa başlamış və onu evə buraxmamışlar. Buna qarşılıq olaraq, X3 izahatında bildirmiş dir ki, 2018-ci il tairxdən 2022-ci il iyun ayına kimi o, ailəsi ilə birlikdə atasının icazəsi ilə həmin evə köçüb yaşamağa başlamış, 2022-ci ilin iyun ayında uşaqları ilə birlikdə tətil üçün rayona getmiş və sentyabr ayında qayıdanda evin başqasına satıldığını öyrənmiş, hasardan aşaraq içəri girəndə evdə kirayəçilərin yaşadığını görmüş və onlara evin atasının olduğunu izah etdikdən sonra onlar əşyalarını götürüb evdən çıxmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Abonent”) tərəfindən iddiaçıya vurulmuş 12.657,60 manat məbləğində zərərin və ödənilmiş 127,97 manat dövlət rüsumunun əvəzinin, ümumi likdə 12.785,57 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında qazın alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə 03-12846 saylı müqavilə bağlanmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və “Qazdan istifadə” Qaydalarının 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır, Cavabdehin təbii qazı qeyri-qanuni şəkildə talaması faktları aşkar olunmuşdur. Qeyd edilən faktlarla bağlı İddiaçıın əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin vurduğu maddi zərər nəticəsində iddiaçıya ödəməli olduğu borc 12.657,60 ma nat təşkil edir. 9.İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097-ci maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərinə istinad etmişdir.

10. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, həmin evdə çox qısa müddətdə yaşamışdır, daha sonra mübahisə olmuş, onun həmin ünvandan onu qovmuşlar və orada qeyri-qanuni qaz xəttinin varlığından xəbəri olmamışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1161/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Tural Məmmədov)

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi Mülki Məcəllənin 1096-ci maddəsinin tələbi baxımından əsaslı deyildir. Belə ki, iddiaçı tələbində cavabdehlə bağladığı təbii qazın alqı-satqı müqaviləsinə əsaslanaraq, qeyd edilən ünvanda müxtəlif vaxtlarda aşkar edilən qanunsuz qoşulma faktlarına görə məsuliyyətin cavabdehə aid olduğunu iddia edir. Mülki hüquq pozuntusunun yaranma əsası təqsirli və hüquqa zidd əməlin olmasıdır. Yəni, deliktin baş verməsi üçün bir şəxs digər şəxsə təqsirli olaraq hüquqa zidd əməllə ziyan vurmalıdır. Qaz xəttinə özbaşına qoşulma halları hüquqa zidd əməldir, lakin hazırkı işdə cavabdehin təqsiri olması halı müəyyən edilmir.

13. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarına əsasən cavabdeh iddiaçı tərəfindən kənar xəttin aşkar edildiyi bildirilən evə faktiki olaraq xx.xx.2022-ci il tarixində yiyələnmiş, bu sahiblik təxminən 2022-ci ilin sentyabr a yına kimi davam etmiş, həmin ayda cavabdeh evdən başqa şəxs tərəfindən çıxarılmışdır. Həmin qərarlardan o da müəyyən edilir ki, 2022-ci ilin sentyabr ayından sonra cavabdeh həmin evdə yaşamamış, son olaraq da məhkəmə aktları ilə evin ona məxsus olmaması müəyyən edilmişdir.

14. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdehin göstərilən tarix aralıqlarından sonra həmin evdə yaşamaması faktına iddiaçı tərəf etiraz etməs də, bununla belə, həmin fərdi yaşayış evində ilk dəfə “Təbii qazdan istifadə qaydalarının pozulması” barədə akt xx.xx.2022-ci il tarixdə, sonrakı aktlar isə müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə tərtib edilmişdir.

15. Göründüyü kimi qeyd olunan fərdi yaşayış evində qazdan qeyri-qanuni şəkil də istifadə edilməsi barədə ilk akt xx.xx.2022-ci il tarixdə, yəni cavabdehin artıq həmin fərdi yaşayış evində yaşamadığı dövrdə tərtib edilmişdir. Cavabdehin həmin evdə yaşamadığı zaman qaz xəttindən kənar qoşulma ilə istifadə etməsi halı əsaslı hesab edilə bilməz. Bunu, həmçinin daha sonrakı aktlar barəsində də qeyd etmək olar. Beləliklə, sözügedən ünvana kənar qoşulmanın cavabdeh tərəfindən həyata keçirilməsi işin halları ilə öz təsdiqini tapmır. Ona görə ki, artıq birinci akt, (eyni zamanda sonrakı aktlar da) tərtib ediləndə cavabdeh həmin ünvana faktiki sahibliyini itirmişdi.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88-ci maddələri, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 4.2, 6.5-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə cavabdehin mənzildə 2022-ci ilin iyun ayından sentyabr ayınadək yaşadığı müəyyən edilmiş, lakin cavabdeh müqavilənin ləğvi və ya qazın dayandırılması tələbi ilə iddiaçıya müraciət etməmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməm əsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıların vəzifəsidir. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 360 gün üzrə hesabat aparılaraq 8812,80 manat dəymiş zərər hesablanıb ******* saylı akt tərtib edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin sözügedən fərdi yaşayış evində bir neçə ay yaşadığından qanunsuz qoşulmaya görə məsuliyyət daşımadığı nəticəsinə gəlmiş və hətta yaşadığı bir neçə ay ərzində qazdan istifadə etdiyini və ən azından qeyd edilən 2022-ci ilin iyun ayından sentyabr ayına kimi olan müddətdə istifadə edilmiş qaza görə dəymiş zərərin ödənilməli olduğunu da nəzərə almamışdır.

19. Apellyasiya baxışında iddiaçının nümayəndəsi əlavə olaraq göstərmişdir ki, müqavilə xx.xx.2022-ci il tarixdə bağlanıb, həm müqavilə b ağlandığı dövrdən əvvələ, həm də sonrakı dövrə pozuntular olub, lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən işin bu hissələrinə diqqət yetirilməyib. Abonent saldosundan tutmuş, bütün aktlar cavabdehin adına rəsmiləşdirilib. Həmçinin 8.812 manat ziyan, yerdə qalan hissəsə isə debitor borc olub. Məbləğlə bağlı hər hansı anlaşılmazlıq olduğu təqdirdə birinci instansiya məhkəməsi tərəfindən xüsusi ekspertizanın təyin oluna bilərdi, lakin ekspertiza təyin edilməyib.

20. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərib ki, özünə yaşamaq üçün ev axtardığı ərəfədə Südçülük Sovxozu ərazisində həmin evi alıb, 20 gün müddətində həmin evdə yaşayıb, bütün əşyaları da həmin evdə olub. Lakin 20 gündən sonra evə gələrkən başqa şəxslərin həmin evdə qaldı ğını görüb, həmin adamlar onu döyüb evdən qovublar. Həmin evə qazı da özü çəkdirib, müqavilə də onun adına bağlanıb. Sonradan evə köçürülmə tələbi ilə bağlı məhkəməyə iddia versə də, iddiası təmin olunmayıb. Onun tərəfindən ümumiyyətlə qazdan istifadə olunmayıb, iddiaçı tərəfindən ona borcunun olması ilə bağlı xəbərdarlıq edilməyib.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4153/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının şikayəti əsassızdır və formal mülahizə xarakter daşı yır. Belə ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsində əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir.

23. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir.

24. İddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onların şübhələ rdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən edilmir.

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır. İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər təqsirsizlik prezumpsiyasına müvafiq sübuta yetirilmir.

26. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 560.1, 560.2, 560.3.4, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 77 və 385-390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin tələblərini pozaraq, iddiaçının vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq iddiaçıya zərər vurmuşdur. Buna baxmayaraq məhkəmələr iddianı təmin etməmişlər. Abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb, abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır. Məhkəmələr nə yerli baxış, nə də ki, ekspertiza keçirməmişlər, halbuki yerində müayinə apara bilərdilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçünc ü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərba ycan Respublikasının Qanunu Maddə 13 (8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 41 8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiy ası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.

25. İddia tələbi xx.xx.2022-ci il və daha sonrakı tarixlərdə tərtib edilmiş aktlar əsasında hesablanmış zərərin tutulması barədədir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nətiucədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

27. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

28. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apell yasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamışdır.

29. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

30. İşdən görünür ki, cavabdeh barəsində ******* saylı akt xx.xx.2023-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.

31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4153/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar