Məhkəmə qərarları › İş №2(102)-373/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-373/2019

18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-373/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İŞ№2(102) 373 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun, iddiaçının nümayəndəsi X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər "Cavabdeh1" ASC-yə, "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiyu Şöbəsinə və Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı X3 cavabdehlər "Cavabdeh1" ASC’-yə, "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiyu Şöbəsinə və Azərbaycan Respublikası ƏMDK- nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, “xxxx“ ASC ilə X5 arasında bağlanmış 29 sentyabr 2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş, Məmişov Elşən Balaca oğluna məxsus Bakı şəhəri, Yasamal rayoııu, M.Sübhi küçəsində 0.05966 ha torpaq sahəsində yerləşən 170 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilərək, ipotekaya xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafıq qeydlərin aparılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Hacıyev, hakimlər R.Eyvazov və F.Talışınski) Xətai Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığort alanması Fondu” kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M. Sübhi küçəsi, 170 saylı qeyri-yaşayış sahəsinin açıq hərracda satışını həyata keçirməli olan hərrac təşkilatı "X4" MMC-yə sözügedən qeyri-yaşayış sahəsinin əldə edilməsi məqsədilə müvafiq hesab-fakturanın təqdim edilməsilə bağlı dəfələrlə müraciət etsələr də, heç bir cavab ala bilməmişlər. Eyni zamanda, hərrac təşkilatına ipoteka predmetinin əldə olunması ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsinə şərait yaradılması, təşkilatın xidmət haqqının ödənilməsi, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin təmin olunması ilə bağlı etdikləri müraciətlər də cavabsız qalmışdır. Y əni ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsi hərrac təşkilatının təqsirindən baş tutmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 4 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Elşən Məmişov cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” və qeyrilərinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankla iddiaçı X1 arasında bağlanmış 29.09.2011-ci il tarixli, FP/Q-146-011 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmetinin - Bakı şəhəri, Yasamal rayonu, M. Sübhi küçəsi, 170 saylı qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad olunması və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli icra vərəqəsinə əsasən X1dan LPO "Cavabdeh1" ASC-nin xeyrinə 60.000 əsas, 16.970,75 manat faiz, 4.354,97 manat dəbbə pulu olmaqla, cəmi 81.325,72 manat mələğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20,4 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M. Sübhi küçəsi, 170 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Sifarişçi Yasamal rayon İcra şöbəsi tərəfindən ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı "X4" MMC-yə sifariş verilmişdir. İlk hərrac 23 oktyabr 2017-ci il tarixə təyin edilsə də, baş tutmamışdır. İlkin satış qiyməti 170.000 manat təşkil etmişdir. Təkrar hərrac isə 4 dekabr 2017-ci il tarixə təyin edilmiş, təkrar hərrac da baş tutmamışdır. Təkrar hərrac qiyməti 144.500 manat olmuşdur. Hərrac təşkilatı 29 yanvar 2018-ci il tarixli, 169 saylı məktubla müvafiq sənədləri sifarişçi icra şöbəsin ə qaytarmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təkrar hərrac baş tutmadıqdan sonra ipoteka predmetinin əldə olunması ipoteka saxlayana - banka təklif olunsa da, sonuncu 30 gün ərzində həmin əmlakı almamışdır. Buna görə də, ipotekaya xitam verilməlidir. Apellyasiya məhkəməsi "İpoteka haqqında" qanunun 43.8-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. "İpoteka haqqında" qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 408.1-ci maddəsinə görə, müqavilə bağlanm ası haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. MM-in 325.1-ci maddəsinə görə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddənin məzmunundan aydın olduğu kimi, təkrar hərracın baş tutmamasından sonra ipoteka predmetinin əldə edilməsi ipotka saxlayana təklif edilməlidir. Bu təklif (oferta), MM-in 325.1 və 408.1-ci maddələrinə müvafiq olaraq, birtərəfli əqddir və qarşı (yönəldiyi) tərəfə çatdığı andan hüquqi nəticə doğurur. İş materiallarında isə hərrac təşkilatı "X4" MMC-nin LPO "Cavabdeh1" ASC-yə ünvanladığı 1106 saylı, 13 dekabr 2017-ci il tarixli məktubu vardır. Həmin məktubda ilkin və təkrar hərracın baş tutmadığı qeyd edilmiş və ipoteka predmetinin əldə olunması ilə bağlı 30 gün ərzində münasibət bildirməsi banka təklif edilmişdir. Lakin iş materiallarında həmin məktubun LPO "Cavabdeh1" ASC-yə çatdırılmasını təsdiqləyən hər hansı sübut mövcud deyildir. Bu mənada, qeyd edilən məktubun MM-in 325.1 və 408.1-ci maddələri baxımından təklif (oferta) olaraq qəbulu mümkün deyidlir. Bundan başqa, hərrac təşkilatının 1106 saylı məlum məktubunun LPO "Cavabdeh1" ASC-yə çatdırılmış olması ehtimalında belə, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, iş materiallarında hərrac təşkilatı "X4" MMC-nin iddiaçı X1a ünvanladığı 130 saylı, 22 yanvar 2018-ci il tarixli məktub vardır. Həmin məktubda qeyd edilmişdir ki, hərrac təşkilatının məlum 1106 saylı məktubda ifadə olunm uş ipoteka predmetinin əldə olunmasına dair təklifi bank tərəfindən 5 yanvar 2018-ci il tarixli məktubla qəbul edilmiş və həmin məktub 22 yanvar 2018-ci ildə hərrac təşkilatına daxil olmuşdur. MM-in 409.1-ci maddəsinə görə, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. MM-in 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Göründüyü kimi, bu ehtimalda, bank tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklif qəbul edilmişdir. Başqa sözlə, ipoteka saxlayan ipoteka predmetini əldə etmək barədə iradə ifadəsini hərrac təşkilatına bildirmişdir. Apellyasiya məhkəməsi isə, bu hala sadalanan maddi hüquq normaları baxımından hüquqi qiymət verməməklə iş üzrə düzgün hüquqi nəicəyə gəlməmişdir. Beləl iklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Aslan Kalbalıyev Vəfaddin İbayev Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Ələsgər Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar