Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3730/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı X4, vəkili Vəkil, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 x qızının vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-12211/2018 saylı qətnaməsindən iddiaçı X4 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 28 mart 2018-ci i l tarixli, 2(001)594/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) iddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 x qızı, Cavabdeh4 və X2 qarşı “nümayəndənin göstərdiyi xidmətə görə ödədiyi 1.700 manat, taksi marşrut xidmətinə görə ödədiyi 1.500 manat, telefon rabitəsinə görə ödədiyi 500 manat, cəmi 3.700 manat maddi, vurulmuş mənəvi ziyana görə 150.000 manat pulun tutulması və əməlində cinayət tərkibi olan şəxslər barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-12211/2018 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edil mədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada “nümayəndənin göstərdiyi xidmətə görə ödədiyi 1.700 manat, taksi marşrut xidmətinə görə ödədiyi 1.500 manat, telefon rabitəsinə görə ödədiyi 500 manat, cəmi 3.700 manat maddi, vurulmuş mənəvi ziyana görə 150.000 manat pulun tutulması və əməlində cinayət tərkibi olan şəxslər barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Sərkər Mərdanlı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh4 və digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 vəkili Mehman Cəbrayılov məh kəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və x məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hes ab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1-ci maddələrinin və digər maddi, prose ssual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cəbrayıl rayon məhkəməsinin 21 iyun 2016-cı il tarixli qərarına əsasən xx barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147148-ci maddələri ilə olan xüsusi ittih am qaydasında şikayətin məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin məhkəmənin digər 09 sentyabr 2016-cı il tarixli qərarı ilə Sərkər Fərhadov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardan xüsusi ittihamçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 dekabr 206-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Eləcə də həmin qərar sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02 may 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədə n saxlanılmışdır. Həmçinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” istintaq orqanının 11 dekabr 2015-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Oruc Fərhadov və Sərkər Fərhadov barəsində toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərə r), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097. 3-cü maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuran təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi tələbini təmin edərkən, məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb müəyyən etmişdir ki, tərəflər arasında əslində qohumluq münasibətləri vardır. Belə ki, iddiaçının qardaşı x cavabdehlər arasında şərikli biznes münasibətləri olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Bununla bağlı onlar arasında çoxsaylı məhkəmə çəkişmələri, mübahisələri (mülki, xüsusi ittiham və sair qaydada) olmuş və tərəflər biri-birində müxtəlif dövlət, hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər, müraciətlər etmişlər. Hazırkı iddia ərizəsinin məzmunundan da görünür ki, iddia tələbləri məhz bu mübahisələrlərin nətəcələri ilə sıx bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və işdə, apellyasiya şikayətinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsinə dair arqumentlərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublik ası MPM-nin Mülki 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Maddənin mənasına görə tərəflərin vəsatət verib-verməməsindən asılı olmayaraq məhkəmə xüsusi qərardad çıxarmaqla prokurora o, vaxt məlumat verməyə borcludur ki, tərəflərin və ya digər şəxslərin hərəkətlərində hər hansı cinayətin əlamətlərini aşkara çıxarmış olsun. Hazırkı işdə isə, cavabdehlərin hərəkətlərində hər hansı cinayətin əlamətlərinin olması mülki iş materialları ilə istisna olunur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etm əsini yoxlayıb hesab edir ki, cavabdehlərin təqsiri üzündən iddiaçıya hər hansı məbləğdə maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddia ərizəsini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 3.700 manat maddi, 150.000 manat mənəvi ziyan dəydiyini iddia etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı halda tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfin dən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı ndan, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X4 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-12211/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3730/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3730/2019
27.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver