Məhkəmə qərarları › İş №2(102)-3731/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3731/2021

16.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3731/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1t Birliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: dəymiş ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-726/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1t Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1t Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində operator vəzifəsində işləmiş və 03 fevral 2020-ci il tarixdə həmin idarənin rəisi tərəfindən ona “ARDNŞ” işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərara edilmiş 14 avqust 2009-cu il tarixli dəyişikliyə istinad olunmaqla bildiriş göndərilmişdir. Bildirişdə qanunvericilikdə müəyyən edilmiş pensiya yaşına çatdığı gündən 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, yuxarıda göstərilən əmr-qərara uyğun olaraq işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi barədə məlumat verilmiş və pensiya yaşının çatdığı 01 mart 2020-ci il tarixdən başlayar aq bir ay ərzində rəhbərliyə işdənçıxma barədə ərizə təqdim etdiyi təqdirdə, göstərilən müavinətin ona da şamil olunacağı bildirilmişdir. Həmin bildirişdən sonra İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və bununla əlaqədar işəgötürənin 30 mart 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (yaşa görə təqaüdə çıxması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Neft və Qazçıxarma İdarəsi rəisinin 03 fevral 2020-ci il tarixli bildirişinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, lakin cavabdeh tərəfindən ona orta əmək ha qqının 5 misli miqdarında müavinət verilməsindən imtina olunmasını və həmin imtinanın onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun uzun müddət yaranmasının əsası kimi göstərilməsini, bununla əlaqədar müəssisədə işini davam etdirmək imkanını itirməsini və nəticədə ona maddi və mənəvi zərər dəyməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 4500 manat məbləğində orta aylıq əmək haqqının 5 misli miqdarında müavinətin, 30 mart 2020-ci ildən başlayaraq qətnamənin icra olunduğu günə kimi hər günə görə 5 aylıq əmək haqqı məbləğinin 1 faizi olan 45 manat məbləğində ödəncin, 2000 manat məbləğində maddi və 3000 manat məbləğində mənəvi ziyanın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1297/2020 saylı, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Ə.Süleymanova) iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1t Biriliyindən 3758,75 manat orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin, mənəvi ziyana görə 1000 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1t Birliyinin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək iddiaçının 18 mart 2020-ci il tarixdə Neft və Qazçıxarma İdarəsinə dəvət edilərək 03 fevral 2020-ci il tarixli bildirişin qüvvədən düşməsini və ona orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin ödənilməsi üçün hüquqi əsasın olmamasının bildirilməsini, lakin məhkəmənin işin həmin halına düzgün qiymət vermədən səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-726/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1297/2020 saylı iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulan işdənçıxma müavinətinin və mənəvi zərərin məbləğinin müəyyən edilməsinə” dair hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamənin qəbul edilməklə İddiaçı cavabdeh tərəfindən orta əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin, eləcə d ə mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 69.3 İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 03 fevral 2020-ci il tarixli bildiriş səbəb olmuşdur. Həmin bildirişdə iddiaçıya 01 mart 2020-ci il tarixdə pensiya yaşının çatması bildirilməklə həmin müddətdən bir ay ərzində işdən çıxması barədə ərizə verəcəyi təqdirdə ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin veriləcəyi bildirilmişdir. Həmin bildirişdən sonra verdiyi ərizəsi əsasında iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, lakin 5 aylıq müavinət ödənilməmişdir. Neft Şirkətinin 22 aprel 2009-cu il tarixli əmr-qərarının 4-cü bəndinə görə bu əmr – qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmrin birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu gündən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsin ə xitam verilməsi barədə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənişlər və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Şirkətin 14 avqust 2009-cu il tarixli əmr-qərarı ilə 22 aprel 2009-cu il tarixli qərarın 4-cü bəndində “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhz cavabdeh tərəfindən göndərilmiş bildirişə əsasən iddiaçı işdən çıxması barədə ərizə vermiş, həmin ərizə onun iradəsini ifadə etmədiyindən tələb olunan müavinət ona ödənilməlidir. Apellyasiya məhkəməsinə görə cavabdehin k ompensasiyanın ödənilməsindən imtina etməsi və iddiaçının iş yerini itirməsi səbəbindən ona mənəvi ziyan dəydiyindən həmin ziyan da iddiaçıya ödənilməlidir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1t Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-726/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar