Məhkəmə qərarları › İş №2(102)-3732/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3732/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3732/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhimoğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı İnvestisiya Kommersiya Bankı ASC) vəkili X3 iştirakı ilə, İddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı İnvestisiya Kommersiya Bankı ASC) tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)1695/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən veri lmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) xx xxxx 2018-ci il tarixli, 2(006)-3481/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə 22-M-1-0-447-14 saylı xx xxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 12889,02 ABŞ dolları əsas borc, 6154,92 ABŞ dolları faiz borcu, 130 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19173,94 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş, İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan əsas borc 11870,29 ABŞ dolları müəyyən edimiş, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat təşkil etdiyindən, həmin məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12889,02 ABŞ dolları əsas borc, 6154,92 ABŞ dolları faiz borcu, 1379,32 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20423,26 ABŞ dolları borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı İnvestisiya Kommersiya Bankı ASC) kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanm üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbimiz məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir.Məhkəmə dəbbə pulunu müəyyən edərkən kreditorun əmlak və əsaslı mənafelərini nəzərə almamış, yalnız ekspert rəyinə əsaslanaraq cavabdehlərin kredit borcunu əsas borc hissəsində azaltmışdır. Halbuki ekspert h əqiqətə uyğun olmayan rəy vermiş, cavabdehin əsas və faiz borcunu düzgün hesablamamışdır. Bundan əlavə iddiaçı "xxxxxx" İKB ASC-nin nümayəndəsi məhkəmə iclasında şifahi olaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət qaldırmış, lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasın ı mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank kasasiya şikayəti vermiş və qətnaməni iddia tələbinin rədd edilən hissədə mübahisələndirir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələdirilən hissədə dəyişdirilmədən saxlanılmalı, k asasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı İKB ilə Cavabdeh2 arasında bağlanmış 22-M-1-0-447-14 saylı xx xxxxx 2014cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Tərəflərlə bağlanmış müqavilələrə əlavələrə əsasən, öhdəliyin müddəti 48 ay müəyyən edilmiş, öhdəliklərin son icra müddəti xx.xx.2018-ci il müəyyən edilmiş və illik faiz dərəcəsi 26% müəyyən edilmişdir. xx x xxxx 2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 İddiaçı İKB-dən 19000 ABŞ dolları pul götürmüşdür. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan mü qavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 12889,02 ABŞ dolları, faiz borcu 6154,92 ABŞ dolları təşkil etmişdir. İş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-12327/2018 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə Bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin az, faiz borcunun isə çox hesablandığı müəyyən olunmuşdur. Belə ki, Ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş noyabr 2019-cu il tarixli 11488 saylı ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixə, yəni müqavilə müddətinin sonuna olan əsas borcu 11870,29 ABŞ dolları, faiz borcu isə 8243,01 ABŞ dolları hesablanmışdır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1 və 88-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi rəyi sübut kimi qəbul edərək hesab etmişdir ki, iddia tələbinin kredit borcu üzrə əsas borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Odur ki, birinci instansiya məhkəməsi borcluların və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq mövcud müqavilə üzrə dəbbə pulunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək h esab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyaslı əsaslı hesab etmir. Belə ki, iddiaçı ekspert rəyinin əsassız olduğunu qeyd etmiş, lakin qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil iddiaçı tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. İddiaçı dəbbə pulunun əsassız olaraq azadılması nı qeyd etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, Apelyasiya instansiyası məhkəməsi cərimə borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı dəbbə pulu məbləğinin hesablanması mümkün olmasa da, tərəflər arasında öz iradə ifadələrinə uyğun şəkildə bağlanmış müqavilədə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikas ının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi borcluların və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq mövcud müqavilə üzrə dəbbə pulunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün faiz hesablanması ilə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014cü il tarixli qərarında kredit müddət i ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin pred meti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlə rin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsi ndən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhd əliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, t ərəflər arasında bağlanmış kredit müqaviləsində və ona əlavə sazişdə kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələdirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əs asən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı İnvestisiya Kommersiya Bankı ASC)kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1695/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələdirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar