Məhkəmə qərarları › İş №2(102)-3734/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3734/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3734/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsatətlərin həlli, məhkəmə qərardadının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-763/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92.900 manat pulun son qaytarma tarixinin xx.xx.2018-ci il olduğunu nəzərə alaraq gecikdirmə müddəti üçün 9.290 manat, ümumilikdə 102.190 manat, iddia üçün ödənilmiş 31 manat dövlət rüsumu və mənəvi ziyanın əvəzi olaraq 6.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Fərhad Qafarov vasitəsilə tanış olmuşdur. Belə ki, cavabdeh özünün daşınmaz əmlak alqı-satqısı, əmlak özəlləşdirilməsi işləri üzrə mütəxəssis, həm də təcrübəli əmlak meneceri olduğunu bildirmiş, o da cavabdehə inanaraq istifadə və sahibliyində olan obyektin ilkin sənədlərini göstərərək, məsləhət verməsini xahiş etmişdir. Cavabdeh isə sənədləri ondan götürmüş və son nəticədə özəl sənədin alınması məqsədilə iddiaçıdan 3 dəfəyə 5.750 manat almışdır. Bundan sonra cavabdeh xx.xx.2018 və xx.xx.2018-ci il tarixli şəxsi imzası ilə verdiyi qəbzlərdə təsdiq etdiyi kimi qaytarmaq şərti ilə ümumilikdə 92.900 manat pul almışdır. Bununla bağlı görüşləri və telefon danışıqları da olmuşdur. Lakin cavabdeh öhdəliyini pozaraq, müqavilədə nəzərdə tutulmuş müddətdə borcu qaytarmamış, bununla bağlı bir neçə dəfə ona müraciət edilsə də, nəticəsi olmamışdır.

3. İddiaçı tələbinə təsdiq edən sübutlar qismində iddia ərizəsinə cavabdehin imzaladığı iddia olunan, kompüterdə tərtib olunmuş iki qəbz təqdim e tmişdir. xx.xx.2018-ci il tarixli qəbzdə cavabdehin iddiaçıdan götürdüyü 67.500 manat və onun 1 ildən yuxarı gecikdirməsinə görə dəymiş 22.500 manat olmaqla, cəmi 90.000 manatı xx.xx.2018-ci il tarixdə qaytarmaq barədə öhdəlik və məsuliyyət götürdüyü qeyd olunmuşdur. 4. xx.xx.2018-ci il tarixli qəbzdə cavabdehin xx.xx.2018-ci il tarixli qəbzdə yazılmış borcu qaytara bilmədiyindən sonradan aldığı pullarla birlikdə cəmi 92.900 manat borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd olunmuşdur.

5. Cavabdeh iddianı qəbul etmədiyi və təqdim olunan qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirdiyi üçün qəbzlərdəki imzanın cavabdehə məxsusluğunun yoxlanılması məqsədilə ekspertiza təyin edilmişdir.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli r əydə qeyd edilmişdir ki, 04 may 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imza və 6-cı vərəqində cavabdeh və iddiaçının adlarından olan 11 sentyabr 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imza cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

7. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1564/2021 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi 25 sentyabr 2020-ci il tarixli ekspert rəyini əsas götürərək, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 427, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 777.1, 777.2, 777.4, 779, 1092-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh öhdəliyini yerinə yetirməmiş, iddiaçıdan aldığı pul vəsaitlərini geri qaytarmamışdır. Məhkəmə mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmiş, iş üzrə verilmiş rəyi digər sübutlarla, yəni şahid ifadələri ilə habelə cavabdehin səs yazıları ilə birlikdə müqayisəli araşdırmamış və hüquqi cəhətdən qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsinin cavabdehin ona borclu olduğunu təsdiq etdiyi səs yazısını dinləməkdən imtina etmə səbəbi ona aydın olmamışdır. Cavabdehi qəbzləri imza etməsini birinci instansiya məhkəməsində ifadə vermiş şahid gözləri ilə görmüşdür.

12. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehə pulu müxtəlif vaxtlarda verdiyini, yəni 1-ci dəfə 25.000, təxminən 15-20 gün sonra 15.000, 1520 gün sonra 8.000, bir neçə ay sonra 14.500, 1 ay sonra 14.500, 1 ay sonra 2.300, 15-20 gün sonra 2.000, 15-20 gün sonra 1.600 manat verdiyini bildirmişdir.

13. Apellyasiya baxışında təyin edilmiş təkrar məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4\1284 saylı, 11 oktyabr 2021-ci il tari xli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqində iddiaçı və cavabdeh adlarından olan borcla bağlı sənədin sonundakı “xx.xx.2018” rəqəmləri- ehtimal ki cavabdeh tərəfindən icra olunmuşdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-763/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, öz tələb və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etmə öhdəliyi daşıyan iddiaçı cavabdehin ondan pul alması və ona borclu olması barədə heç bir tutarlı sübut təqdim etməmişdir. İddiaçının məhkmə kollegiyasının iclasında iddia ərizəsindən fərqli olaraq cavabdehə ayrı-ayrı vaxtlarda verdiyini bildirdiyi məbləğlər isə tələb etdiyi məbləğlə üstüstə düşmür, eyni zamanda iddiaçının hissə-hissə verdiyini nəzərdə tutduğu həmin pullar cavabdeh tərəfindən alınsa da, sonuncunun həmin pulları qaytarmadığı halda, yenidən ona pul verilməsi inandırıcı görünmür. Ona görə də, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil1 Ağaqulu oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, i şin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

17. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin rədd edərkən xx.xx.2020-ci il tarixli ekspert rəyinə istinad etsə də, keçirilmiş üç ekspertizadan iki ekspert rəyi birmənalı olaraq borc öhdəliyini müəyyən edən sənədlərdə olan imzaların cavabdehə məxsus olduğunu müəyyən edir. İşdə olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli cavabdehə 69.500 manat pulun verilməsinin tarixləri göstərilən bu qəbzlərin mətni tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarını yaradır. İşə baxmış məhkəmələr isə həmin qəbzləri əhəmiyyətli hüquqi faktın mövcudluğunun əsası kimi nəzərə almamışdır. İddiaçının məhkəmə iclasında sadaladığı məbləğlər qəbzdə göstərilənlərlə eynilik təşkil etdiyi halda, qətnamədə şübhəli hal kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Belə ki, cavabdehə pulların hansı miqdarda, hansı tarixlərdə verilməsi cavabdeh tərəfindən imzalanmış və tarix qeydləri qəbzlərdə göstərilmişdir. Eyni zamanda, şahid Fərhad Qafarov da birinci instansiyada verdiyi ifadəsində cavabdehin iddiaçıdan pul aldığı və iddiada qeyd edilən məbləğ çərçivəsində qaytarmaq öhdəliyi olduğunu bildirmişdir. Şahidin apellyasiya baxıçında dinlənilməsi barədə vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Ekspert rəyləri arasında kifayət qədər ziddiyyətlər olsa da bu ziddiyyətlərin aradan qaldırılması üçün yeni ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədə n icra etməyi öhdəsinə götürür.

22. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

23. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

24. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi ya zılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

25. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda ba ş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışla r etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.

35. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (maddə 220.4).

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı...mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən p rosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur.... Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları MPM-in bir sıra maddələrində nəzərdə tutulmuşdur. Məcəllənin işdə iştirak edən şəxslərin vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Konstitusiya Məhkəməsinin Plenumu vəsatətlərin həlli ilə bağlı qanunvericinin mövqeyindən çıxış edərək qeyd edir ki, məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır....Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Konstitusiya Məhk əməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaç ının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Məcəllənin 184.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.

43. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir.

44. Ədalətli məhkəmə hüququnun əsas elementlərindən biri olan dinlənilmək hüququ özündə həm də iş üzrə əsaslandırılmış məhkəmə aktı ələ etmək imkanını ehtiva edir. Nəzərə alınmalıdır ki, hər kəsin hüquq və vəzifələrinə dair mübahisələrin həll edildiyi mülki iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək hüququ təkcə yekun məhkəmə aktlarına deyil, həm də tərəflərin vəsatətləri üzrə ayrıca məhkəmə aktı şəklində və ya məhkəmə iclas protokollarına yazılmaqla qəbul edilmiş məhkəmə qərardadlarına aiddir.

45. Mə hkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır.

46. Bu baxımdan işdə iştirak edən şəxslərin işin həlli ilə bağlı verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə, məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll edilməli olduğunu hesab edirsə, qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (maddə 220).

47. Baxılan iş üzrə apellyasiya icraatı zamanı iddiaçı və ya onun vəkili tərəfindən bir neçə ərizə (vəsatət) təqdim edilmişdir: 1) kompleks və ya təkrar məhkəmə ekspertizasının keçirilməsi (i.v. 152, 165, 167, iddiaçı bu vəsatətini işdə olan iki ekspert rəyi arasında ziddiyyətin olması ilə əsaslandırmışdır); 2) şahid X1 yenidən dindirilməsi (i.v. 165, bu vəsatət qeyd olunan şahidin cavabdehin qəbzləri imzalamasını şəxsən görməsi ilə əsaslandırılmışdır); 3) cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən səs yazısının işə əlavə olunması (i.v.165, iddiaçı apellyasiya şikayətində də bu sübu tun birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmədiyini bildirmişdir).

48. Apellyasiya instansiyası məhkəməsi 22 dekabr 2021-ci il tarixli sonuncu məhkəmə iclasında 1-ci və 2-ci vəsatəti təmin etməmiş, bununla bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamış, protokolda “Vəsatət təmin edilməsin” barədə qeyd etməklə kifayətlənmişdir. Halbuki məhkəmə tərəfindən ayrıca məhkəmə aktı qəbul edilmədən protokola qeyd edilməklə qəbul edilən qərardad da qərardadın bir növü olduğu üçün əsaslandırılmalı, həmin qərardadın elan olunması barədə məhkəmə iclasında iştirak edən, habelə məhkəmə iclas protokolları ilə tanış olan şəxslərə vəsatətin nəyə görə təmin edilmədiyi aydın olmalıdır.

49. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddiaçının 3-cü vəsatətini ümumiyyətlə tərəflərlə müzakirə etməm iş, həmin vəsatət üzrə hər hansı qərardad qəbul etməmişdir. Halbuki eyni məzmunlu xahiş iddiaçının apellyasiya şikayətinin də dəlillərindən birini təşkil etmişdir.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda ifadə edilmiş mövqe tərəflərin apellyasiya baxışına yeni sübutları hər hansı məhdudiyyət olmadan təqdim etmək imkanı kimi başa düşülməməlidir. Sadəcə olaraq istinad olunan prosessual qanunvericilik normalarına əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutu gecikmiş hesab etdiyinə görə qəbul etməkdən imtina edirsə, bununla bağlı mövqeyini də aydın ifadə etməli, sübut təqdim edən şəxslə həmin sübutun daha əvvəl hansı səbəbdən təqdim olunmadığını müzakirə etməlidir.

51. Sadalanan prosessual pozuntular nəticəsində apellyasiya instansiyası mə hkəməsi tərəfindən MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə riayət edilməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə bağlı Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

52. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-763/2021 nömrəli mülki iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar