Məhkəmə qərarları › İş №2(102)-3735/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3735/2023

02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3735/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3735/2023 (Açar sözlər: maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Na zirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" Mənzil-Tikinti Kooperativi cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3685/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı, X9 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə (külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və y a məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) cinayət işi başlanılmış, həmin cinayət işi üzrə İddiaçı 23-25 yanvar 2017-ci il tarixlərdə şübhəli şəxs qismində tutulmuş, sonra barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. X1 barəsində cinayət təqibi digər şəxslər barəsində olan cinayət işindən ayrılmışdır.

2. İddiaçının arvadı X3 tərəfindən xx.xx.2017-ci il tarixdə 25.000 manat məbləğində vəsait Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin hesabına ödənilmiş, ödəniş sənədində ödənişin təyinatı cinayət işi üzrə "xxxx" Mənzil-Tikinti Kooperativinin mənfəət vergisi göstərilmişdir.

3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-4/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dərhal ləğv edilmiş, bəraət almış İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsində nəzərdə tutulan hüquq və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökm yuxarı instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-8/2022 nömrəli, 01 iyun 2022ci il tarixli hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, "xxxx" MTK-nın xx.xx.2 009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə 801.593,78 manat məbləğində vergi borcu olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhkri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqinin onun barəsində əsassız ittiham elan etməsi, 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, əsassız olaraq xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək polisin nəzarəti altına vermə qətimkan tədbiri altında saxlaması nəticəsində əldən çıxmış fayda kimi 60.000 manat, "xxxx" Mənzil-Tikinti Kooperativinin vergi borcu üçün ödəməyə məcbur edildiyi 25.000 manat, ümumilikdə isə ona dəymiş 85.000 manat məbləğində maddi zərərin və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqinin həmin əməlləri nəticəsində ona dəymiş mənəvi zərər qismində 50.000 manat məbləğində, ümumilikdə isə 135.000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq ona ödənilməsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səhvi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün ondan yazılı surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Vergi Cinayətl ərinin İbtidai Araşdırılması Baş İdarəsinin) üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

6. İddia tələbi onunla əsaslandırıİmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativində aparılmış səyyar vergi yoxlamasının nəticəsi ilə əlaqədar "xxxx" MTK-nın barəsində külli miqdarda vergidən yayınma cinayəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, bundan sonra İdarənin müstəntiqi Bayram Bayramov heç bir əsas olmadan xx.xx.2017-ci ildə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 213.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və 25 yanvar 2017-ci ildə ona Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan etmişdir. Onun "xxxx" MTK-nə heç b ir aidiyyatının olmamasına baxmayaraq, müstəntiq onun ifadələrinə əhəmiyyət verməmiş, heç bir dəlil, heç bir mötəbər sübut olmadan onu şübhəli şəxs qismində tutmuş və "xxxx" MTK-nın vergi borcundan 25.000 manat məbləğində pul ödəməyə məcbur etmiş, həmin məbləğdə pul vəsaiti ödəyəcəyi təqdirdə onu buraxacağına vəd vermişdir. O, müstəntiq Bayram Bayramovun onu qanunsuz saxlamasını və onun təqsirsizliyinə heç bir əhəmiyyət verməməsini görüb "xxxx" MTK-nın vergi borcu üçün həyat yoldaşı X2 25.000 manat məbləğində pul vəsaiti məcburi şəkildə ödətdirildikdən sonra xx.xx.2017-ci ildə müstəntiq onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçərək onu müvəqqəti saxlama yerindən azad etmişdir. Göründüyü kimi, müstəntiq onu qanunsuz olaraq az ağır cinayət etməkdə təqsirləndirdiyi a zmış kimi, müstəntiq onu qanunsuz olaraq iki gün müddətinə müvəqqəti saxlama yerində saxlamış, bundan sonra onun azadlığının məhdudlaşdırılmasına əsas olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçməklə onun azadlıq hüququnu pozmuş, barəsində ittiham aktı tərtib edərək cinayət işini baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə vermişdir. İttiham aktının nəticəvi hissəsində İddiaçı X4 və X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 801.593,78 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı, bununla da Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi qeyd olunmuşdur. Barəsində olan cinayət işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış və məhkəmənin 1(010)4/ 2021 saylı, 23 fevral 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, müstəntiq Bayram Bayramovun qanunsuz hərəkətləri nəticəsində ona əsassız olaraq vergidən külli miqdarda yayınma cinayəti üzrə ittiham elan edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında saxlanılmış və 25.000 manat məbləğində pul vəsaiti ödəməyə məcbur edilmişdir. Bütün bu hallar isə onun maddi və mənəvi zərər çəkməsinə səbəb olmuşdur. İlk əvvəl qeyd olunmalıdır ki, Bakı Apely asiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-692/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-211/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, onun barəsində elan edilmiş ittihamın əsassız olduğu, onun əsassız olaraq şübhəli şəxs qismində tutulması, 5 il müddətinə “polisin nəzarəti altında saxlanması”nın və 25.000 manat məbləğində vergi borcunun ödəməsinə məcbur edilməsinin əsassızlığı məhkəmə hökmü ilə sübuta yetmişdir və bu hallar işin mübahisə edilməyən hallarıd ır. Hətta Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-4/2021 saylı, 23 fevral 2021-ci il tarixli xüsusi qərarında da müstəntiqin hərəkətlərinin qanunsuzluğu öz əksini tapmışdır. İbtidai araşdırma orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan etməsi onu bir çox müqavilələrdən, bir çox işlərdən məhrum etməklə ona 60.000 manat məbləğində maddi zərər vurmuşdur. Ona dəymiş maddi zərərdən biri də onun "xxxx" MTK-nın vergi borcundan 25.000 manat məbləğində pul ödəməyə məcbur edilməsi olmuşdur ki, bu zaman o, özünə məxsus 25.000 manat məbləğində pul vəsaitini "xxxx" MTK-nın vergi borcu kimi ödəyərək həmin məbləğdə zərərə məruz qalmışdır. Onun xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmasında, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək 5 ildən artıq bir müddətə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında saxlanılmasında və işgüzar nüfuzunun ləkələnməsi ilə ona 50.000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, o, "xxxx" adlı MMC-nin həmtəsisçilərindən biri olmaqla sahibkarlıqla məşğul olur və bu baxımdan sahibkarlar, iş adamları arasında işgüzar nüfuzunun sağlam saxlanması onun birinci prioriteti olmuşdur. Hər bir sahibkar kimi onun işgüzar nüfuzunu qorumaq hüququ vardır. Məhz ibtidai araşdırma orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan edilməsi ilk əvvəl onun işgüzar nüfuzuna ləkə gətirmiş, demək olar ki, bu cinayət işinin araşdırıldığı 5 il müddətində o, bu ləkə ilə yaşamalı olmuşdur. Digər tərəfdən isə, heç bir cinayət etmədiy i təqdirdə onun bir cinayətkar kimi tutulması, iki gün müddətində saxlama yerində saxlanılması, sonradan isə “polisin nəzarəti altına verilmə”klə onun ölkədən çıxmasına qadağa qoyulması, 3 ildən artıq çəkən məhkəmə instansiyalarının hər birinə müdafiəsi üçün şəxsi hesabına vəkil tutmaq, məhkəmə iclaslarına gedib-gəlməklə, hər dəfə mənəvi əziyyət çəkməklə, qanunsuz olaraq azadlıq hüququnun məhdudlaşdırılması ilə o, 5 il müddətində mənəvi sarsıntılar keçirmişdir. Qeyd olunmalıdır ki, bu müddət ərzində o, istirahət etmək üçün və öz işgüzar həyatı ilə əlaqədar xaricə gedib-gələ bilməmiş, demək olar ki, ev dustaqlığı şəraitində yaşamışdır. Göründüyü kimi, Vergi Cinayətlərinin İbtıdai Araşdırılması Baş İdarəsinin müstəntiqi tərəfindən onun qanunsuz olaraq ittiham ediməsi ilə o, əldən çıxmış fayd a kimi 60.000 manat məbləğində maddi zərərə, qanunsuz olaraq ödəməyə məcbur olduğu 25.000 manat məbləğində maddi zərərə və qanunsuz tutulması, barəsində qətimkan tədbirinin seçilməsi və işgüzar nüfuzunun ləkələnməsi ilə isə mənəvi sarsıntı keçirməklə 50.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

7. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi cavabdeh qismində mülki işə cəlb olunmuşdur.

8. İddiaçı iddia tələbinin azaldılması barədə m əhkəməyə müraciət edərək, iddia tələbini cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hissədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində geri götürərək, həmin hissədə iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hiss ədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində mülki iş baxılmamış saxlanılmışdır.

10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı təhqiqat, ibtidai-istintaq və məhkəmə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin Mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər iki dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirl iyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarında uyğun olaraq mütəmadi maliyyələşdirir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərə kətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda vurulmuş ziyana görə ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. İndiki halda məhkəmə tərəfindən təmin edilən mənəvi ziyanın məbləği ağlabatan hesab oluna bilməz. İş materialları əsasında sübut olunur kı, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericili yin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı iddia etdiyi məbləğdə heç bir sübut göstərə bilməmişdir. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real faktla əsaslanmır. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X5 xeyrinə mənəvi ziyana görə 14.500 manat manat pulun tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona cəmi 85.000 manat maddi ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı ümumi qeyd olunan 85.000 manat tələbi iki hissədən ibarət olmuşdur. Bunun 25.000 manat hissəsi iddiaçının yoxlama zamanı Dövlət Vergi Xidmətinə 25.000 manat vergi borcu kimi ödədiyi məbləğ olmuş, ikinci hissəsi olan 60.000 manat isə əldən çıxmış fayda kimi dəyən ziyan olmuşdur.

14. Məhkəmə 25.000 manat pulun ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı qeyd olunan bu məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməmiş və bu hüquq hazırda itməd iyindən, mübahisənin olması da məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.

15. Maddi ziyanın ikinci hissəsi olan 60.000 manat əldən çıxmış faydanın ona ödənilməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı 60.000 manat pulun necə formalaşmasını, əldən çıxmış faydanın nələrdən ibarət olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin olunmamalıdır.

16. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni mənəvi zərərlə bağlı hissəsində 14.500 manat (49 ay x 1 aya görə 300 manat = 14.500 yuvarlaq məbləğ) həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlaması, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (dörd il müddətində) “polisin nəzarəti altına vermə” qətimkan tədbiri altında saxlaması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 68-ci madəsinin İİ hissəsinə, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü maddələrinə, Mülki Məcəlləsinin 21.2, 449.1, 1101.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarına, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.1998-ci il tarixli Qanunun 4-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1, 4-cü maddələrinə, Avropa Məhkəməsinin 27 iyul 1998-ci il tarixli “Güleç Türkiyəyə qarşı” və 11 iyul 2000-ci il tarixli “Dikmə Türkiyəyə qarşı” işləri üzrə qərarlarına, Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı”, “Younq, Cames və X6rşı” işləri üzrə qərarlarına, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.3, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat:

18. Qətnamədən iddiaçı (Vəkil) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişd ir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin maddi zərərin 25.000 manat hissəsində təmin edilməməsini iddiaçının 25.000 manat məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı iddia ərizəsinə əsassız olaraq vergi qismində ödədiyi 25.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə vergi orqanına müraciət etməsi və vergi orqanının onun müraciətindən imtina edərək məhkəməyə müraciət etməsi barədə vergi orqanının məktubunu əlavə etmişdir. Yəni, artıq iddiaçı tərəfindən vergi qismində ödənilən 25.000 manat pul vəsaitinin ona dəymiş zərər olması işin mübahisə edilməyən halıdır. 25.000 manat məbləğində pul vəsaiti "xxxx" MTK-nin vergi borcu kimi ödənildiyindən həmin vergi borcunun artıq ö dənilən vergi borcu kimi geri qaytarılması yolverilməzdir və vergi orqanının həmin borcu geri qaytarmaq kimi öhdəliyi yoxdur, ondan ötrü ki, kim tərəfindən ödənilməsindən asılı olmayaraq "xxxx" MTK-nin yaranmış vergi borcu ödənilmiş və bu vergi borcu iddiaçı tərəfindən ödənilməsinə məcbur edilməsi üçün məhz həmin vergini ödəməklə iddiaçıya 25.000 manat zərər dəymişdir. Zərərin ödənilməsi öhdəliyi cavabdeh Maliyyə Nazirliyinin birbaşa vəzifəsidir. Bu işin mübahisə edilməyən halıdır. Sadəcə olaraq iddiaçı tərəfindən ödənilən pul vəsaitinin iddiaçıya kim tərəfindən qaytarılmalı olması hazırki qətnamə ilə düzgün müəyyən edilməyib. Bir sözlə, əgər maddi zərər varsa, maddi zərəri vuran şəxs müəyyən edilməlidir. İşin hallarından da görünür ki, müstəntiqin təzyiqi ilə iddiaçı 25.000 manat məbləğin də pul vəsaitini "xxxx" MTK-nın vergi borcu kimi ödədiyindən, bu zərər ona əsassız verilən ittiham nəticəsində dəymişdir. İttihamın əsassız vurulmasında isə maddi məsuliyyəti daşıyan cavabdeh Maliyyə Nazirliyidir. Bu üzdən 25.000 manat məbləğində ödənilmiş vergi borcu iddiaçıya dəymiş zərər kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Maddi zərərin 60.000 manat hissəsi ilə əlaqədar hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi isə məhz iddiaçının bu dövr ərzində polisin nəzarəti altında olması, bu dövr ərzində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması ilə əlaqədar olduğundan, iddiaçının 5 il müddətində sahibkarlıq fəaliyyətindən məhrum olması səbəbindən hər il üçün 12.000 manatın ona dəymiş maddi zərər qismində hesablanması ağlabatandır. Qətnamənin mənəvi zərərin qism ən təmin edilməsi hissəsinə münasibətdə isə bildirilir ki, 5 il müddətində iddiaçının mənəvi iztirab içində yaşamasının kompensasiyası kimi cəmi 14.500 manat məbləğində pul vəsaitinin ödənilməsi Azərbaycan Respublikasında insana verilən dəyərin aşağı olması kimi qiymətləndirilməlidir. Belə ki, 5 il müddətində iddiaçının mənəvi iztirab içində yaşaması nəticəsində ona dəymiş mənəvi zərər kimi hər il üçün 10.000 manat məbləğində kompensasiya elə də böyük məbləğ deyildir və bu məbləğ özü ağlabatan məbləğdir. Cavabdeh öz etirazının əsası kimi məhkəməyə heç bir sübut təqdim etməmiş, buna baxmayaraq məhkəmə öz qətnaməsində vergi borcu kimi ödənilən pul vəsaitinin geri qaytarılması barədə vergi orqanına müraciət etməməsini göstərmişdir. Məhkəmə əsasən iddiaçının "xxxx" MTK-nın vergi borcunu ödəmək öhdəliyinin olubolmamasını araşdırmalı, bu hissədə işin faktiki hallarına aydınlıq gətirməli idi. Göründüyü kimi, məhkəmə iş üçün xüsusi əhəmiyyəti olan bu halı aydınlaşdırmamış, "xxxx" MTK-nin vergi borcunun ödənilmiş 25.000 manat hissəsinin dövlət büdcəsindən geri qaytarılmasının mümkünlüyünə aydınlıq gətirməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3685/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgənd ərov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi qismən - vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmiş, qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə iş materialları ilə müəyyən olunur ki, "xxxx" MTK-nın dövlət büdcəsinə vergi borcu yaranmış, bununla bağlı cinayət işi başlanmış, xx.xx.2017-ci il tarixdə iddiaçının arvadı X3 tərəfindən MTK-nın vergi borcuna görə 25.000 manat pul vəsaiti ödənilmişdir.

23. Göründüyü kimi, "xxxx" MTK-nın vergi borcunun öd ənilməsi ilə bağlı öhdəlik üçüncü şəxs tərəfindən icra edilmişdir.

24. Belə olan halda, öhdəliyi icra etmiş şəxsin borcluya (MTK-ya) qarşı reqress qaydada tələb hüququ yaranır və bu səbəbdən iddiaçının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbi “vergi borcu kimi ödənilmiş 25.000 manatın tutulması” hissəsində təmin edilə bilməz.

25. Lakin işə baxmış birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək iddiaçının bu tələbini o əsasla rədd etmişdir ki, iddiaçı həmin məbləğin ona ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməmiş və bu hüquq hazırda itməmiş, mübahisənin olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

26. Halbuki, iş materiallarından da görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinə müraciət etmiş, müraciəti xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq, arvadı X3 tərəfindən "xxxx" MTK-nın adından xx.xx.2017-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 25.000 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur.

27. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinin tam təmin edilməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə ümumilikdə 14.500 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.2-ci maddəsinə əsasən polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

29. İşdən göründüyü kimi, iddiaçı yalnız 2 gün müddətində şübhəli şəxs qismində tutulmuş, qalan müddət barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiq edilmişdir. Bu hal onda narahatlıq, məyusluq hissləri oyatsa da, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlaba tan deyildir.

30. Əldən çıxmış faydanın iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin bu hissədə də təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 21, 431, 443, 1096, 1097, 1101-ci maddələrinə, Cinayət Prosessual Məcəlləsinin 56, 57 və 58-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4.1., 5.5., 6.1., 7, 12-ci mad dələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarına, həmçinin Mülki Prosessual Məcəllənin 14, 77, 82, 88, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasi ya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh iddiaçıya dəymiş zərəri tam həcmdə ödəməlidir. İddiaçı öz vəsaiti hesabına cinayət törədən şəxsin vurduğu zərəri ödəməyə məcbur edilirsə bu, artıq ona dəymiş zərər kimi qiymətləndirilməidir. İşin halından da görünür ki, Ədalət Qənbərov vergi ödəməkdən yayınmış, dövlətə ödəməli olduğu vergi məbləğini mənimsəmiş, dövlətə külli miqdarda zərər vurmuşdur. Müstəntiq isə İddiaçı bu zərəri qismən ödəməyə məcbur etmiş, İddiaçı özünün qanunsuz olaraq azadlıqdan məhrum edilməsinin qarşısını almaq üçün müstəntiqin təkidi ilə həmin zərəri qismən ödəməyə məcbur olmuş, daha sonra onun təqsirli olmaması məhkəmə qərarları ilə müəyyən edilmişdir. Göründüyü kimi artıq müstəntiqin ona dəymiş zərəri ödətdirməsi qanunsuz hesab edilmiş, bu üzdən İddiaçı ödəmiş olduğu həmin pul vəsaiti müstəntiqin qanunsuz hərəkəti ilə ona dəymiş zərər kimi qiymətləndirilməlidir. Məhkəmə qətnamə çıxararkən cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar yaranmış öhdəlik münasibətlərini həll edən normaları tətbiq etməli idi. Belə ki, işin əsas halı ondan ibarətdir ki, Ədalət Qənbərov dövlətə ödəməli olduğu 801.593,78 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, bununla da, törətdiyi cinayət əməli nəticəsində əslində dövlətə zərər dəymişdir. Onun vurduğu bu zərərin bir qismini, yəni 25.000 manat hissəsini İddiaçı dövlətə ödəmişdir. Burada İddiaçı iddiasına baxan zaman onun ödədiyi pul vəsaitinin Ədalət Qəmbərovun cinayət əməli nəticəsində vurulmuş zərərin və ya müstəntiqin məcburiyyəti ilə ödənilmiş pul vəsai tinin yəni müstəntiqin qanunsuz hərəkəti ilə dəymiş zərərin olması halı müəyyən edilməlidir. Məhkəmə isə səhv nəticəyə gələrək ödənilmiş bu pul vəsaitinin "xxxx" MTK-nın öhdəliyinin yerinə yetirməsi kimi qiymət vermişdir. Halbuki, cinayət işi üzrə məhkəmə qərarlarından da görünür ki, burada vergi öhdəliyi üçün cavabdehlik daşıyan Badu Kübə MTK deyil, Ədalət Qənbərovdur. Məhkəmə İddiaçı ödədiyi 25.000 manat məbləğində pul vəsaitinə "xxxx" MTK-nın vergi borcunun ödənilməsi kimi qiymət verməkdə haqlı olmamışdır. Çünki, "xxxx" MTK-nın vergi borcu kimi ödəmiş olduğu məbləğ artıq cinayətkar tərəfindən ələ keçirilmiş və bu cinayətkarın Ədalət Qənbərov olması, onun əməli nəticəsində dövlətə zərər dəyməsi müəyyən edilmişdir. Ədalət Qənbərov külli miqdarda vergi borcundan yayınmaqla dövlətə zərər vurmuş, onun dövlət büdcəsi qarşısında 801.593,78 manat məbləğində zərəri ödəmək öhdəliyi yaranmışdır. Bu zərərin bir qisminin İddiaçı ödətdirilməsi "xxxx" MTK-nın deyil, zərər vuranın İddiaçı qarşısında öhdəliyini yaratmışdır. Lakin İddiaçı bu zərəri könüllü deyil, müstəntiqin təkidi ilə ödədiyinə görə bu zərər Asif Əsədulazadəyə müstəntiqin vurduğu zərər hesab edilməlidir. Qətnamənin maddi zərərin 25.000 manat hissəsində iddianın təmin edilməməsini iddiaçının 25.000 manat məbləğin ona ödənilməsi ilə bağlı "xxxx" MTK-ya ödənilməsini tələb etmək hüququnun olması ilə əsaslandırmışdır. İddiaçı tərəfindən vergi qismində ödənilən 25.000 manat pul vəsaitinin ona dəymiş zərər olması işin mübahisə edilməyən halıdır. Zərərin ödənilməsi öhdəliyi cavabdeh Maliyyə Nazirliyinin birbaşa vəzifəsidir. Bu işin mübahisə edilməyən halıdır. Sadəcə olaraq iddiaçı tərəfindən ödənilən pul vəsaitinin iddiaçıya kim tərəfindən vurulmuş olan zərər olması hazırki qətnamə ilə düzgün müəyyən edilməyib. Əgər maddi zərər varsa, maddi zərərin vuran şəxs müəyyən edilməlidir. İşin hallarından da görünür ki, müstəntiqin təzyiqi ilə iddiaçı 25.000 manat məbləğində pul vəsaitini "xxxx" MTK-nın vergi borcu kimi ödədiyindən, bu zərər ona əsassız verilən ittiham nəticəsində dəymişdir. İttihamın əsassız vurulmasında isə maddi məsuliyyəti daşıyan cavabdeh Maliyyə Nazirliyidir. Bu üzdən 25.000 manat məbləğində ödənilmiş vergi borcu iddiaçıya dəymiş zərər kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Maddi zərərin 60.000 manat hissəsi ilə əlaqədar hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi isə məhz iddia çının bu dövr ərzində polisin nəzarəti altında olması, bu dövr ərzində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması ilə əlaqədar olduğundan, iddiaçının 5 il müddətində sahibkarlıq fəaliyyətindən məhrum olması səbəbindən hər il üçün 12.000 manat ona dəymiş maddi zərər qismində hesablanması ağlabatan. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməməsini, kassasiya şikayətində göstərilənlərin əsassız olmaqla formal xarakter daşıdığını əsas göstərərək kassasiya şikayətinin təmin edilməməsi, ap ellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

35. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

41. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getm əmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

42. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

43. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “ Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.

44. Maddə

4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

45. Maddə

5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

46. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyat a keçirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.

47. Maddə 56.0.1 və 56.0.5. Bəraət almış təqsirləndirilən şəxs, qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs - cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qayda sında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

60. Maddə 418.4.10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair hissəsi ilə bağlı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 14.500 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kollegiyası hesab edir ki, iddianın “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair hissəsi ilə bağlı kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 27-30-cu paraqraflarında əksini tapmış həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmı ş, iddianın “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair hissəsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Məhkəmə kollegiya sı həmçinin qeyd etməyi zəruri hesav edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

68. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi ilə iddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl etməməsi, həmin hissə üzrə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir.

69. Belə ki, iş materiallarından və apellyasiya instansiya məhkəməsinin qətnaməsin dən müəyyən olunur ki, "xxxx" MTK-nın dövlət büdcəsinə vergi borcu yaranmış, bununla bağlı cinayət işi başlanmış, xx.xx.2017-ci il tarixdə iddiaçının arvadı X3 tərəfindən MTK-nın vergi borcuna görə 25.000 manat pul vəsaiti ödənilmişdir. İddiaçı barəsində bəraət hökmü çıxarıldıqdan sonra həmin məbləğin ona qaytarılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, müraciəti xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq, arvadı X3 tərəfindən "xxxx" MTK-nın adından xx.xx.2017-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 25.000 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etmək hüququnun olması izah edilmişdir.

70. Apellyasiya instansiya məhkəməsi iddianın vergi borcu kimi ödənilmiş 25.000 manat pulun iddiaçıya qaytarılmasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qətnaməsində göstərmişdir ki, "xxxx" MTK-nın vergi borcunun ödənilməsi ilə bağlı öhdəlik üçüncü şəxs tərəfindən icra edildiyindən, öhdəliyi icra etmiş şəxsin borcluya (MTK-ya) qarşı reqress qaydada tələb hüququ yaranır və bu səbəbdən iddiaçının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbi “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” hissəsində təmin edilə bilməz.

71. Məhkəmə kollegiyası qeyd olunan hissədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

72. Belə ki, nəzərə alınmalıdır ki, iddianın predmetini “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” təşkil edir. Yəni iddiaçı hazırki tələbində cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyini göstərməklə, arvadı Rəhilə Əsədullazadə tərəfindən vergi borcu kimi ödənilmiş 25.000 manat pulun zərər kimi ona qaytarılmasını xahiş etmişdir. 73. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

74. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

75. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati or qanların Təsnifatı”nın İİ bölməsinin 15-ci hissəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti” inzibati orqan kimi qeyd olunmuşdur.

76. Qeyd olunmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

77. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrindən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur.

78. Məhkəmə kollegiyası iddia tələbinin “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq vergi orqanı səhvən ödənilən vergi məbləğini iddiaçıya ödəməli idi.

79. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyala r tərəfindən həyata keçirilir.

80. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır.

81. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 82. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

83. Beləliklə, iddia tələbinin “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” hissəsi inzibati tələb olduğundan, həmin hissədə iddia tələbinə ümumi məhkəmə olan birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən baxılmalı deyildi.

84. Buna baxmayaraq birinci və apellyasiya instansiya məhkəmələri yuxarıda istinad olunan prosessual və maddi hüquq normalarının tələblərini pozmuş və “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” tələbi hissəsində iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişlər.

85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddiaçının cavabdehə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata, “vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinə” dair hissədə xitam verilməli və iddiaçıya həmin hissədə tələblə bağlı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3685/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata “vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinə” dair hissədə xitam verilsin və iddiaçıya həmin hissədə tələblə bağlı aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət e tmək hüququ izah olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar