Məhkəmə qərarları › İş №2(102)-3736/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3736/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3736/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Birinci iddia üzrə iddiaçı: İddiaçı1 Birinci iddia üzrə cavabdeh: Cavabdeh1 İddia tələbi: qanunsuz tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə qaytarılması İkinci iddia üzrə iddiaçı: Cavabdeh1 İkinci iddia üzrə cavabdeh: İddiaçı1 İddia tələbi: alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğ lunun katibliyi, Kassator Cavabdeh1, vəkili Vəkil, ilk İddiaçı1 və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçının kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Torpaqların alqı-satqısına dair 07 mart 2008-ci il tarixli akta əsasən, bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Cavabdeh1 fərdi yaşayış evi tikmək üçün 300 kv.metr torpaq sahəsi satılmış, 12.03.2008-ci ildə bu barədə müvafiq qeydiyyat aparılmışdır. 13.07.2013-cü il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış e vinin həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsi Cavabdeh1 tərəfindən İddiaçı1 14148 manata satılmış, torpaq sahəsi alıcının adına qeydə alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat 15 aprel 2016-cı il tarixdə İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda seriya RX ******* nömrəli, 31.01.2015-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyul 2013-cü il tarixli, həyətyanı sahənin alqı-satqısına dair müqavilənin v ə onun əsasında İddiaçı1 adına verilmiş 31 yanvar 2015-ci il tarixli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(013)-161/2017 saylı iş üzrə 29 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) ilk iddia təmin edilmiş, İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 48 kv.m. hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0x2,5 metr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınıb iddiaçının qanuni sahibliyinə verilməsi, qət edilmiş, qarşılıqlı iddia rədd edil mişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər müqavilə azadlığı prinsipinə əsasən könüllü olaraq mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş və alqı-satqı müqaviləsi bağlamış, satıcı əşyanı alıcının mülkiyyətinə vermiş, alıcı isə əşyanı qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəmişdir. Qeyd edilənlərə əsasən cavabdehlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən olunmamışdır. Bundan başqa, Cavabdeh1 ilə İddiaçı1 arasında mübahisəli torpaq sahəsinə dair müqavilənin 13 iyul 2013-cü il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə 10 noyabr 2016-cı il tarixdə müraciət edərək, iddia müddətini ötürmüşdür. İddiaçı1 isə, mübahisəli torpaq sahəsinin mü lkiyyətçisi olmaqla, onun barəsində sahiblik, istifadə və sərəncam hüququna malikdir. İşin faktiki hallarına əsasən, Cavabdeh1 mülkiyyətçiyə məxsus torpaq sahəsinin 48 kv.m hissəsini zəbt etmişdir. Ona görə də, İddiaçı1 mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda Cavabdeh1 qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz v ə əsassız qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2052/2017 nömrəli iş üzrə 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov, A.Ə.Abbasov, T.Q.Məmmədov) ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında imzalanmış 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi və İddiaçı1 adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında aldanılma və vacib əhəmiyyətli yanılmanın təsiri altinda 13 iyul 2013-cü il tarixdə alqı-satqı müqaviləsi im zalanmışdır. Müqavilənin məhz 0,02 ha torpaq sahəsi barədə bağlandığını Cavabdeh1 İddiaçı1 ona qarşı hazırkı iddiası ilə bağlı iştirak etdiyi 12 may 2016-cı il tarixli məhkəmə iclasında bilmiş və həmin müqaviləni 2016-cı ilin noyabr ayında mübahisələndirmişdir. Müqavilə daha çox aldanılma nəticəsində bağlandığından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 bu müqaviləni məhkəmə qaydasında mübahisələndirərkən iddia müddətini ötürməmiş, hazırkı iddianı qanunla nəzərdə tutulmuş müddətdə qaldırmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət verməmiş, kifayət qədər əsas olduğu halda 13 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi və 31 yanvar 2015-ci il tarixli reyestrdən çıxarışın ləğv olunmaması, habelə İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 48 kv.metr hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0 x 2,5 metr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, onun Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı1 qanuni sahibliyinə verilməsi barədə əsassız nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8718/2017 saylı iş üzrə 19 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev) İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instans iyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi biri-digərini istisna edən əsaslara istinad etməklə mübahisələndirilən əqdin həm aldanılmanın, həm də yanılmanın təsiri altında bağlandığını, eyni zamanda bu nisbətdə aldanılmanın daha çox olduğunu müəyyən etməklə əqdin etibarsız sayılmasına dair iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 izahatına əsasən hesab etmişdir ki, sonuncu İddiaçı1 0,02 ha torpaq sahəsinin satıldığını işə məhkəmə baxışlarında bilmişdir. Əvvəla nəzərə alınmalıdır ki, əqdlərin notariuslar tərəfindən təsdiq edilməsi zamanı təşəkkül tapmış qaydalara əsasən notarius yazılı əqdi müqavilə tərəflərinin sayına uyğun təsdiq edir və təsdiq etdikdən sonra əqdin nüsxələrini onu imzalamış şəxslərə verir. Bund an başqa hazırkı işin mübahisə edilməyən hallarından göründüyü kimi Cavabdeh1 13 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsini imzaladığını mübahisələndirmir, lakin bildirir ki, o 0,015 ha torpaq sahəsinə dair əqd bağlamaq niyyətində olmuşdur. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yeni apellyasiya baxışında notariusun iştirakı təmin edilməklə 13 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin bir nüsxəsinin Cavabdeh1 verilib verilmədiyi, o cümlədən 0,02 ha torpaq sahəsinin satılması barədə bəndin müqaviləyə əqd üzrə tərəflərin qarşılıqlı razılığı əsasında daxil edilib edilmədiyi müəyyən edilməlidir. Çünki mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi satılarkən bununla bağlı bağlanan əqddə ən vacib şərt kimi neçə hektar, və yaxud neçə sot torpaq sahəsinin satıldığını n qeyd edilməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bağlanan müqavilədə bu hala diqqət yetrimədiyini göstərən şəxs mübahisə halında elə şübhədənkənar. əsaslı və işin digər halları ilə uyğun gələn sübutlara istnad etməlidir ki, işə baxan məhkəmə satıcının müqavilə bağlanarkən məhz bu hala diqqət yetirmədiyi və müqaviləni yanılmaqla bağladığı qənaətinə gəlsin. Lakin, iş materiallarında Cavabdeh1 istinad etdiyi belə bir sübut yoxdur və onun bu halla bağlı əsaslandığı yeganə dəlil ondan ibarətdir ki, latın qrafikalı əlifbanı bilmədiyi üçün müqavilədə neçə sot torpaq sahəsinin yazıldığını oxuya bilməmişdir. Halbuki sübuta ehtiyac olmayan faktdır ki, torpaq sahəsinin ölçüləri hərflərlə deyil, rəqəmlərlə ifadə edilir və rəqəm işarələri kiril və latın qrafıkalı əlifbalarda eynidir. d) Apellyas iya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-113/2019 nömrəli iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari, F.Ə.Məmmədov, L.M.Məmmədova) ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası hesab etmişdir ki, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə, döngə 1, 9 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 48 kv.m hissəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınıb İddiaçı1 qanuni sahibliyinə verilməsi barədə gəlinən nəticə qanuni və əs aslıdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6415/2019 saylı iş üzrə 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və Ə.G.Nurməmmədov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, 3,0x2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hissədə tələbin əsaslılığına qiymət verərkən Cavabdeh1 öz evinə başqa giriş-çıxışının olmadığını, eləcə də söküntünün qeyri-mümkünlüyünü müəyyən etdiyi təqdirdə M ülki Məcəllənin 173-cü maddəsinin hazırkı mübahisəyə tətbirinin mümkünlüyünü müzakirə etməlidir. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-90/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev, G.F.Tağızadə, E.G.Rəhimov) ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli pilləkənin sökülüb, bir qədər kənarda yeni pilləkənin inşa edilməsi və Cavabdeh1 öz evinə giriş-çıxışının məhz həmin yeni pilləkən vasitəsi ilə sərbəst, tam və heç bir məhdudiyyət olmadan təmin edilməsi mümkündür və məhkəmə kollegiyasının i clasında Cavabdeh1 Mülki Məcəllənin 173-cü maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünə etiraz edərək razılaşmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 48 kv.m. hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0x2,5 metr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınıb İddiaçı1 qanuni sahibliyinə verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsu b əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qon şuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin hazırda kassasiya şikayətində irəli sürdüyü dəlillər onun apellyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar