Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3737/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması 16.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X7, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2680/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 sentyabr 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X8 ilə Cavabdeh arasında Abşeron rayon 2 saylı notariat kontorunda 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 Cavabdeh 56000 (əlli altı min) manat borc pul verməyi, Cavabdeh həmin məbləği X3 17 sentyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmçinin iş materiallarından görünür ki, X8 ilə X5 arasında bağlanmış nikahları 21 yanvar 2003-cü il tarixdə pozulmuşdur.
3. Eyni zamanda iş materiallarından görünür ki, X8 28 aprel 2014-cü il tarixdə vəfat etmişdir. 4. 28.10.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 28 aprel 2014-cü il tarixdə ölmüş X1 vərəsələri – oğlu İddiaçı və X12 miras əmlakdan bərabər payda irs almalıdırlar.
5. Bundan başqa iş materiallarından görünür ki, X12 28 aprel 2014-cü il tarixdə vəfat etmiş atası - X2m miras qalmış əmlakdan ona düşən vərəsəlik payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 56000 (əlli altmı min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2010-cu il tarixdə İddiaçı atası X8 ilə Cavabdeh arasında bağlanmış 17 sentya br 2010-cu il tarixli borc müqaviləsinə görə X4 rayon 2 saylı notariat kontorunda Cavabdeh 5 il müddətinə qaytarmaq şərti ilə 56000 (əlli altmı min) manat boc pul vermiş, həmin müqavilə notariat kontorunun xüsusi notarisusu X tərəfindən təsdiq edilmişdir. Cavabdeh borclu olduğu pulu X3 2016-cı il tarixdə qaytarmalı olduğu halda, hazırki vaxta kimi borcu qaytarmamışdır. İddiaçı atası X1 yeganə vərəsəsi olaraq Cavabdeh borcun ödənilməsini tələb etsə də pulu qaytarmayaraq borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. X1 X5 arasında bağlanmış nikahları pozulmuşdur. X8 28 aprel 2014-cü il tarixdə ölmüşdür. X1 digər övladı atasından miras qalmış bütün əmlakdan İddiaçı xeyrinə vərəsəlik payından imtina etmişdir.
8. Cavabdeh Cavabdeh İddiaçı qarşı müqavilənin ləğvi tələbinə dair qarşılıq lı iddia ilə məhkəməyə müraciət edərək X9 ilə cavabdeh arasında bağlanmış 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsi üzrə borclu olduğu 56000 (əlli altmı min) manat məbləğində pulu hissə-hissə olmaqla X3 qaytarmış, lakin müqavilə ləğv edilməmişdir.
10. Bundan sonra, Cavabdeh qarşılıqlı iddia tələbini dəyişərək onunla X8 arasında bağlanmış 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(012)-2146/2019 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin ed ilərək cavabdeh Cavabdeh İddiaçı xeyrinə 56.000 manat tutulması, Cavabdeh müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, şin araşdırılan hallarından müəyyən edilir ki, əslində qeyd edilən borc müqaviləsi Cavabdeh X1 mərhum qardaşı X olan borcu olmuş, X ölümü ilə əlaqədar, həmin borc X qardaşı X bağlanmış və müqavilədə qaytarılması nəzərdə tutulan 56 000 manat məbləğində pul 17 sentyabr 2016-cı il tarixədək X X qaytarılmalı idi.İddiaçı tərəf iddia olunan pul məbləğinin nə atası X sağlığında X, nə də atasının ölümündən sonra onun varislərinə, hətta X arvadı X qaytarılmadığını bildirir.Bundan başqa, qarşılıqlı iddiaçı müqavilənin ləğvi barədə qarşılıqlı i ddia ərizəsində borc məbləğinin qaytarıldığını, habelə onun şahidi X pulun X qaytarıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər, Habelə, iş materiallarından göründüyü kimi müqavilə məhz X ölümündən sonra bağlanmışdır.O halda, borc müqaviləsinin rəsmiləşdirilməsinə ehtiyac belə yox idi.
13. Qarşılıqlı iddianın müqavilənin etibarsız hesab edilməsi dəlilinə gəlincə məhkəmə qeyd etmişdir ki, cavabdehin X olan borcunun, X ölümü ilə əlaqədar borcun etirafı olaraq X qardaşı X müqavilə bağlanaraq rəsmiləşdirilməsi mülki qanunvericiliyin tələblərinə zidd deyildir.
14. Cavabdeh-qarşılıqlı iddiaçının ilkin iddiaya iddia müddətinin tədbiqi barədə vəsatətinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qeyd edilən müqaviə üzrə iddia müddətinin axımı 17 sentyabr 2016 -cı ildən başlanır, iddiaçı isə qanunla nəzərdə tutulan üç illik iddia müddətini ötürmədən 11 aprel 2019-cu i tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, əvvəlcə 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsi üzrə borclu olduğu 56000 (əlli altmı min) manat məbləğində pulu hissə-hissə olmaqla qaytardığını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi, əqdin etibarsızlığı barədə iddiası isə göründüyü kimi əsassızdır.Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.1, 739.1, 340.1, 354.1, 354.2, Mülki Prossesual Məcəllənin 11 9.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(105)-4546/2019 nömrəli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, F.Ə.Məmmədov və M.Ə.Rzayev) Cavabdeh apelyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd edilməsinə, Cavabdeh isə qarşılıqlı iddiasının təmin edilərək tərəflər arasında bağlanmış 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmış dır ki, 2008-ci ildə X18 şəhərində yerləşən evini Cavabdeh satmağa razılaşmış, 2010-cu ilin sentyabr ayında X vəfat etmişdir. Bundan sonra onun qardaşı, yəni hazırkı iş üzrə iddiaçının atası X 17 sentyabr 2010-cu il tarixdə həmin borcu sığortalamaq üçün X ilə 56.000 manata dair borc müqaviləsi bağlamışdır. 28 aprel 2014-cü il tarixdə isə X vəfat etmişdir. Yəni müəyyən edildi ki, iddiaçının atası X8 ilə cavabdeh X arasında notarial qaydada borc müqaviəsi bağlanılsa da əslində cavabdehə hər hansı bir pul vəsaiti verilməmişdir. Həmin müqavilə X X arasında olan evin alqı-satqısına dair olan borcun sığortalanmasına görə, görünüş üçün, yəni başqa əqdi pərdələmək üçün bağlanmış əqdir.
20. Göründüyü kimi iddiaçı və ya onun atası tərəfindən cavabdehə hər hansı bir pul məbləği verilməmişdir. Ona gör ə də iddia tələbi əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin pul borclu olmasına dair dəlilini məhkəmə kollegiyasının iclasında əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, X borc müqaviləsinin etibarsızlığı ilə bağlı gətirdiyi dəlillər 17 sentyabr 2010-cu il tarixində bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır.
22. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsi iki tərəfli əqddir və mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir.
23. Konsensual əqddən fərqli olaraq, real əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflərin sazişi ilə yanaşı həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanması üçün tərəflərin sazişi kifayət etmir, bununla yanaşı pul və ya əşya qarşı tərəfə verilməlidir. Məsələn, borc müqaviləsi üzrə borc verən pulu və ya digər əşyanı borc alana verir, borcalan isə müəyyən edilmiş vaxtda həmin pulu və əşyanı eyni ilə borc verənə qaytarmasını öhdəsinə götürür. Həmin misaldan göründüyü kimi, tərəflər arasında saziş var, amma müqavilənin etibarlı olması üçün pul borc alanın mülkiyyətinə verilməli, borc alan isə pulu müəyyən edilmiş vaxtda borc verənə qaytarmalıdır.
24. Hazırki iş üzrə iddiaçı X atası X 56.000 manat pulun X borc verməsinə dair borc müqaviləsi bağlasa da həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsini sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Bel ə ki, tərəflər arasında bağlanmış borc müqaviləsi real əqd hesab olunduğuna görə həmin məbləğə dair borc müqaviləsinin bağlanması tərəflər arasında öhdəliyin yaranması üçün kifayət deyil.
25. Bundan belə nəticəyə gəlmək olar ki, borc müqaviləsi notariat kontorunda rəsmiləşdirilən zaman cavabdehə pul verilmədiyinə görə tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hələ əmələ gəlməmişdir və onlar arasında bağlanmış əqd əhəmiyyətsizdir.
26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X vərəsələrinin pul tələbinə dair iddia qaldırmaq hüquqları vardır. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh ilkin iddiaya iddia müddətinin tədbiqi barədə vəsatət vermişdir. Müəyyən olunmuşdur ki, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı 17 sentyabr 2016-cı ildən başlanı r, iddiaçı isə 11 aprel 2019-cu i tarixdə, yəni qanunla nəzərdə tutulan üç illik iddia müddətini ötürmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(102)- 3149/2020 nömrəli qərarı ilə (hakimlər: İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 20 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, 2008-c i ildə X X arasında nisyə alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilənin hansı səbəbdən notariatda bağlanmaması, əgər onlar arasında evlə bağlı borc münasibəti yaranmışdırsa bunun hansı səbəblərdən onların arasında, X ölümündən sonra isə onun arvadı X ilə rəsmiləşdirilməməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır.
30. İşdən görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra X nümayəndəsi 26 aprel 2019-cu il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmişdir. Lakin, həmin etirazda X X arasında evə görə borc münasibətinin yaranması və X olan müqavilənin həmin əqdin pərdələnməsi məqsədi ilə bağlanması barədə heç bir məlumat verilməmişdir.
31. Bundan təxminən 1 ay sonra 20 may 2019-cu il tarixdə X nümayəndəsi tərəfindən 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia verilmiş və həmin ərizədə hazırkı borc müqaviləsinin evə görə X X arasında borc münasibətinin olması barədə məlumat verilmişdir.
32. Lakin apelyasiya instansiyası məhkəməsi belə bir ziddiyyətli vəziyyətdə qarşılıqlı iddia ərizəsində göstərilənləri həqiqət kimi qəbul edərək borc müqaviləsinin etibarsız olması barədə nəticəyə gəlmişdir.
33. Apelyasiya instansiyası məhkəməsi borc müqaviləsinin bağlanmasının tərəflər arasında öhdəliyin yaranması üçün kifayət etməməsi barədə nəticəyə gələrkən Azərbaycan Resublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbini nəzərə almamışdır.
34. Qanunun həmin normasına görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. İşdən göründüyü kimi, mərhum X X arasında bilavasitə onların iştirakı ilə borc müqaviləsi bağlanmış, müqavilə onun iştirakçıları tərəfindən imzalanmış, müqavilədə tərəflərin öhdəlikləri müəyyən olunmuş və notariatda təsdiq olunmuşdur.
36. Tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin həqiqiliyini təsdiq etmişlər.
37. Müqavilənin məzmunu və notariatdan təsdiqindən keçən uzun müddət ərzində onun iştirakçıları tərəfindən mübahisələndirilməməsi borcun verilməsi və həmin məbləğin borc alan X tərəfindən alınması barədə nəticəyə gəlmək üçün əsas verməsinə baxmayaraq, məhkəmə kollegiyası həmin sənədi qanunun tələbinə zidd olaraq borcun verilməsini təs diq edən sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə borcun verilməsini təsdiq edən sübut təqdim edilməmişdir.
38. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, qanunun tələblərinə əməl edilməklə notariatda təsdiq olunmuş müqavilə ən mötəbər və etibarlı sübut hesab olunur.
39. Kollegiya həmçinin qeyd edir ki, qarşılıqlı iddia təmin edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin ötürülməsi nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2680/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) X apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(012)-2146/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra X nümayəndəsi 26 aprel 2019-cu il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş, etirazda X borcu iddiaçının atasına hissə-hissə tam ödədiyini göstərmişdir. Etirazda X ilə X arasında evə görə borc münasibətinin yaranması və X olan müqavilənin həmin əqdin pərdələnməsi məqsədi ilə bağlanması barədə heç bir məlumat verilməmişdir 42. 20 may 2019-cu il tarixdə X nümayəndəsi tərəfindən 17 sentyabr 2010-cu il tarixli borc müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia verilmiş, qarşılıqlı iddia ərizəsində də X borcu iddiaçının atasına hissə-hissə tam tam ödədiyini, lakin müqavilənin ləğv edilmədiyini göstərmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, qanunun tələblərinə əməl edilməklə notariatda təsdiq olunmuş müqavilə ən mötəbər və etibarlı sübut hesab olunur.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mərhum X19 Cavabdeh arasında bilavasitə onların iştirakı ilə borc müqaviləsi bağlanmış, müqavilə onun iştirakçıları tərəfindən imzalanmış, müqavilədə tərəflərin öhdəlikləri müəyyən olunmuş və notariatda təsdiq olunmuşdur. Tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin həqiqiliyini təsdiq etmişlər.
45. Bununla yanaşı borc müqaviləsi 17 sentyabr 2010-cu il tarixdə bağlandığı halda, X əqdin etibarsızlığı barədə qarşılıqlı iddia tələbini 02 iyul 2019-cu il tarixdə, 9 ilə yaxın müddət keçd ikdən sonra irəli sürmüşdür.
46. Göründüyü kimi, X yalan əqd kimi istinad etdiyi hal 17 sentyabr 2010-cu il tarixdə ona məlum idi, lakin hazırki iddia ilə 2019-cu ilin iyulunda məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür.
47. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir, həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
48. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh-qarşılıqlı iddiaçı ilkin iddiaya iddia müddətinin tədbiqi barədə vəsatət vermişdir. Müəyyən olunmuşdur ki, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı 17 sen tyabr 2016-cı ildən başlanır, iddiaçı isə 11 aprel 2019-cu i tarixdə, yəni qanunla nəzərdə tutulan üç illik iddia müddətini ötürmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı yazılı etiraz da xil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
52. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
53. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
54. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
55. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
58. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
59. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin müb ahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)
60. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (maddə 340.2)
61. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (maddə 354.1)
62. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız s ayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2)
63. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
64. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
65. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
66. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
67. Öhdəlikl əri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
68. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
69. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
70. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edi lmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə
71. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
72. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
73. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
74. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
75. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
76. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2680/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.