Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3738/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının vəkiliX5 oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılması, ASC-yə təhvil verilməsi və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixlı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilmiş, X1 İddiaçı ASC-nin xeyrinə 26 dekabr 2014-cü il tarixli İK 1452-05 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 141120 manat, faiz borcu qismində 15523.20 manat, dəbbə pulu qismində 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 158673.20 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən, yaşayış sahəsi 29.01 kv.m olan, 37 saylı evin 2 otaqlı 51 saylı mənzilinə, X2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, yaşayış sahəsi 60,67 kv.m olan, 82A saylı 3 otaqlı 9 saylı mənzilinə və Cavabdeh1 məxsus olan Bakı şəhəri X5 küçəsində yerləşən, yaşayış sahəsi 58.82 kv.m 2 olan, 7Q saylı evin 2 otaqlı 23 saylı mənzilinə yönəldilməsi, X5 məxsus olan mənzilin ilkin satış qiymətinin 64400 manat, X3 məxsus olan mənzilin ilkin satış qiymətinin 115000 manat və Cavabdeh1 məxsus olan mənzilin ilkin satış qiymətinin isə 61000 manat məbləğində müəyyən edilməsi, mənzillərin açıq hərracdan satılması, həmin mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X4 İddiaçı ASC-yə o lan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2016-cı il tarixli X5 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi, faiz və dəbbə borcunun tutulması hissəsində dəyişdirilərək, X1 İddiaçı ASC-nin xeyrinə əsas borc qismində 141120 manat, faiz borcu qismində 8749.44 manat, dəbbə pulu qismində 564.56 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, X5 məxsus olan mənzilin ilkin satış qiymətinin 55000 manat, X3 məxsus olan mənzilin ilkin satış qiymətinin 128000 manat və Cavabdeh1 məxsus olan mənzilin ilkin satış qiymətinin isə 60000 manat məbləğind ə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Əmlak Xətai rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuş, Bank tərəfindən mənzilin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16.05.2017 il tarixli Çıxarışa (Seriya RX 1066041, Reyestr nömrəsi-**********2605101-093008, Qeydiyyat nömrəsi **********) əsasən mənzil mülkiyyət hüququ əsasında bankın adına rəsmiləşdirilmişdir. Bank tərəfindən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Rərviz Zamanlı) 15 noyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Azad İmanov) 17.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il ta rixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə baxılan zaman məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, bununla da qanunvericiliyin ədalətli məhkəmə araşdırılması, çəkişmə və tərəflərin bərabərlik prinsipləri pozulmuşdur. Bundan başqa bank ilə aralarında olan şifahi razılaşmaya görə tərəfindən borc hissə-hissə ödənilməklə mənzil geri qaytarılmalı idi. Lakin məhkəmələr tərəfindən həmin razılaşma araşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iddiaçının vəkiliX5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində yoxlayır. İşin mübahisəsiz hallarına əsasən, iddiaçının Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın Cavabdeh1 məxsus olan hazırki mübahisəli mənzilə və digər cavabdehlərə məxsus əmlaklara yönəldilməsi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X5 saylı 02.07.2015-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, borcun tutulması və tutmanın Cavabd eh1 məxsus ipoteka predmeti olan hazırki mübahisəli mənzilə və digər cavabdehlərə məxsus əmlaklara yönəldilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.02.2016-cı il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsi faiz və dəbbə borcun tutulması və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqısatqısına dair 13.04.2017-ci il tarixli müqavilə əsasında iddiaçı hazırki mübahisəli mənzili əldə etmiş və onun mülkiyyət hüquqları 16.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə ******* saylı Çıxarış (qeydiyyat nömrəsi **********) verilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bank hazırda mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları artıq mövcud deyil. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdehlərin həmin mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları mövcud olmadığından onların mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələblərini haqlı olaraq təmin etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 59.3-c ü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşın maz əmlaka mülkiyyət hüququ itirilir. Kassasiya şikayətində cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmədiyini qeyd etmişdir, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Həmçinin kassasiya şikayətindən borcun hissə-hissə qaytarılması barədə tərəflər arasında şifahi razılığın olması qeyd olunsa da, bu halı təsdiq edəcək heç bir sübut məhkəmə kollegiyasına təqdim edilməmiş, həmçinin iddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclaslarında belə bir razılaşmanın olması təsdiq etməmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3738/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3738/2020
21.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver