Məhkəmə qərarları › İş №2(102)-3738/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3738/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3738/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ilkin satış qiyməti, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-213/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tar ixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli, 003L**********16 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən Bank cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 1.8333% olmaqla, 17000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ilə Cavabdeh1 imzaladıqları 16 mart 2015-ci il tarixli və 27 oktyabr 2015-ci il t arixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı ilə Cavabdeh1 imzaladıqları 08 yanvar 2016-cı il, 29 fevral 2016-cı il, 29 noyabr 2016-cı il tarixli sazişlərlə ödəniş planına dəyişikliklər edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 27 yanvar 2015-ci il tarixdə, Cavabdeh6 arasında isə 29 noyabr 2016-cı il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 arasında bağlanmış 23 yanvar 2015ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ün vanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli torpaq və mübahisəli ev) Bank qarşısında ipoteka ilə yüklü edilmiş və müqavilə ilə ipoteka predmetinin qiyməti 39000 ABŞ dolları müəyyən edilmişdir. İpoteka ilə yüklü edilmə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə kredit razılaşması üzrə 12702,43 ABŞ dolları kredit borcu, 3584,08 ABŞ dolları faiz borcu və 6340,3 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22626 ABŞ dolları 81 sent borcun, 60 m anat məhkəmə xərcinin tutulması, tələbin ipoteka predmeti olan mübahisəli torpaq sahəsinə və evə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və qeyd edilən məbləğin tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 evə istifadə hüququnun itirilməsi, onların həmin evdən və torpaq sahəsindən çıxarılması, ipoteka predmetinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılarkən "xxxx" MMC tərəfindən verilmiş 30.05.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasə n mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin dəyəri 95000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 10.12.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin dəyəri 139500 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 09.01.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin dəyəri 137000 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11.04.2019-cu il tarixli, 25311 saylı rəyi ilə müəyyən edilmişdir ki, 27.01.2015-ci il tarixli kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 14.05.2018-ci il tarixə Banka olan əsas borcu 12702,52 ABŞ dolları, faiz borcu 6471,79 ABŞ dolları təşkil ed ir. Məhkəmə tikinti-texniki ekspertizasının 30.05.2019-cu il tarixli qiymətləndirmə hesabatına görə mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 30.05.2018-ci il tarixinə 95000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 26.09.2019-cu il tarixli, 18336 saylı rəyi ilə Cavabdeh1 14.05.2018-ci il tarixinə (iddia tarixinə) Banka olan borcu 16286,51 ABŞ dolları, o cümlədən əsas borc üzrə 12702,43 ABŞ dolları, faiz borcu üzrə 3584,08 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10.12.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin hazırda bazar qiyməti 139500 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının 09.01.2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat a əsasən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 137000 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-25/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 27.01.2015-ci il tarixli kredit razılaşması üzrə 12702,43 ABŞ dolları əsas borc, 3584,08 ABŞ dolları faiz borcu, 120 ABŞ dolları cərimə, cəmi 16406,51 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cəmi 30 manatın alınaraq Banka ödənilməsi, tələbin ipoteka predmeti olan mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, oranın b oşaldılması və həmin əmlakın açıq hərracdan satılması, əldə edilən pulla Banka olan borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 120 manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bankla Cavabdeh1 arasında etibarlı kredit Sazişinin bağlanmasına baxmayaraq, cavabdeh kredit Sazişi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh1 27.01.2015-ci il tarixli kredit razılaşması üzrə al dıqlarını iddiaçıya qaytarmalı, 26.09.2019-cu il tarixli ekspert rəyi və işin materialları nəzərə alınmaqla iddia əsas borc və faiz borcu hissəsində əsaslı hesab edilməlidir. İddia tələbinin dəbbə puluna dair hissəsində Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən tələb edilən 6340,3 ABŞ dolları məbləğində dəbbə pulunu 120 ABŞ dollarına azaltmışdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən zamin Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 münasibətdə qeyd etmişdir ki, iddiaçı bankla cavabdehlər arasında zaminlik müqaviləsi 27.01.2015-ci il tarixdə və 29.11.2016-cı il tarixdə 120 ay müddətinə, Cavabdeh1 verilməli olan 300000 ABŞ dolları kredit xətti müqqaviləsi üzrə bağlanmışdır. Həmin müqavilələrdə faiz dərəcəsi göstərilməmişdir. Eyni zamanda, iş ma teriallarından göründüyü kimi, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə Bank arasında bağlanan 27.01.2015-ci il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 ABŞ dolları məbləğində kredit götürülərkən, həmin kredit müqaviləsinin şərtlərinə uyğun zaminlərlə yeni müqavilə və müqavilənin şərtlərinin dəyişdirilməsi barədə sonrakı sazişlər bağlanarkən də, yenə zaminlərlə zaminlik müqavilələri bağlanmamışdır. Hansı ki, 29.02.2016-cı il tarixli sazişə əsasən müqavilənin müddəti 02 fevral 2021-ci il tarixədək uzadılmış, faiz dərəcəsi 1.8333-dən, 1.666-ya endirilmişdir. Beləliklə, zaminlərlə bağlanmış zaminlik müqaviləsi ümumi kredit xətt müqaviləsinə aid olmaqla, ümumi məbləğ 300000 ABŞ dolları və 120 ay müddəti qeyd edilsə də, faiz dərəcəsi qeyd edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı kredit müqaviləsi üzrə həmin müqavilənin şərtlərinə uyğun zaminlərlə bağlanmış zaminlik müqavilələri mövcud olmadığından iddia tələbi zaminlərə münasibətdə əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, borcalan kredit razılaşması üzrə öhdəlikləri icra edə bilmədiyindən, ipoteka saxlayan Bank ipoteka ilə yüklü edilmiş mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini satmaq hüququna malik olduğundan həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin satışından götürülmüş məbləğ Bankın tələblərini ödəməyə kifayət etmirsə, borcalan Cavabdeh1 çatışmayan məbləği Banka ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilə n məbləğ Bankın tələblərindən artıqdırsa, artıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə, həmçinin iş üzrə qiymətləndiricilərin rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin 95000 manat olmasını real və ağlabatan hesab etmişdir. İpoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra ipoteka qoyan Cavabdeh1 xxxx qızı, Cavabdeh2 və Cavabdeh5 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hissədə iddia əsassızdır. Belə ki, bu hüquq yeni mülkiyyətçiyə məxsusdur. İddia tələbinin həmin evdən və torpaq sahəsindən çıxarılması, əmlakın boşaldılıb alıcıya təhvil verilməsi hissədə iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, bu hissədə iddia əsaslıdır. Çünki, işin materiallarından göründüyü kimi ipotekaqoyanlar işin bu halında ipoteka predmetini tərk etmə öhdəliyini götürmüşlər. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 385.1, 442, 448.1, 465.2, 467-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 59.3, 59.4-cü maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ic raat Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 noyabr 2020-ci il tarixli qiymətləndirilmə barədə hesabatı ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 98000 manat, likvid dəyəri 83000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-213/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasına aid hissələrdə qismən ləğv edilmiş, həmin hissələrdə iddia qismən təmin edilərək qətnaməyə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 12702,43 ABŞ dolları əsas borc, 3584,08 ABŞ dolları faiz borcu, 120 ABŞ dolları cərimə, cəmi 16406,51 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə tutularaq Banka ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada Bankın xeyrinə tutulması, mübahisəli torpaq sahəsi və onun üzərində yer ləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 83000 manat məbləğində müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tutmanın ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əldə edilən pulun Cavabdeh1 Banka olan borcunun ödənilməsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh5 aid hissələrdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, kredit müqaviləsi üzrə əlavə sazişlərin ayrılmaz hissəsi olan ödəniş planları na cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 zaminlər kimi imza edərək razı olduqlarını bildirmişlər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin kredit müqaviləsi üzrə borcun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 ilə bərabər, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 12702,43 ABŞ dolları əsas borc, 3584,08 ABŞ dolları faiz borcu, 120 ABŞ dolları cərimə, cəmi 16406,51 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə tutularaq Banka ödənilməlidir. Bundan başqa, ödəniş planına dəyişiklik edilməsi barədə zaminlər kimi cavabdehlər Cavabdeh6 və Cavabdeh4 razılıqları alınmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə qanuni və əsaslıdır. Bundan başqa, iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 24 noyabr 2020-ci il tarixli qiymətləndirilmə barədə hesabatından görünür ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 98000 manat, likvid dəyəri 83000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 83000 manat müəyyən edilməlidir. Eyni zamanda iş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 notarial qay dada təsdiq edilmiş 23.01.2015-ci il tarixli ərizələrindən görünür ki, ipoteka predmetinə tələb yönəldikdə evi qeyd şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi evin boşaldılmasına aid hissədə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739, 442, 443.1, 445, 448, 449, 465.2, 269, 270, 295, 317.1, 319, 462.1, 467, 470, 472-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 4.1, 33, 34.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işi tam, hərtərəfli araşdırmamış, mübahisəli evin mülkiyyətçisinin iddiaçı olmaması, yəni evdən çıxarılma və evin boşaldılması tələbi üzrə iddiaçının subyektiv hüququnun olmaması nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3- cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Cavabdeh qətnamənin tam ləğvini xahiş etsə də kassasiya şikayətinin dəlillərindən görünür ki, o, qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması hissələrində mübahisələndirir. Bu baxımdan hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılma sı üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarınının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaə tə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-213/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar