Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3739/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-732/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx”nın (bundan sonra -iddiaçı və ya bank) Yasamal filialı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli, 529İK/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 216 ay müddətinə illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 40000 manat məbləğində kredit verilmişdir. 19 dekabr 2014-cü il tarixli, 529İK/14 saylı qarışıq - alğı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən 1 otaqlı ümumi sahəsi 52,8 kvadrat metr, o cümlədən yaşayış sahəsi 19,4 kvadrat metr olan, ünvan 1 ünvanında 11 mərtəbəli, 2 bloklu binanın 1 blokunda, 7 mərtəbəsində yerləşən 17 saylı mənzili (bunda n sonra – mübahisəli mənzil) alıcı - ipoteka qoyanın (cavabdehin) mülkiyyətinə verir, cavabdeh də həmin mənzili, kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan (iddiaçı) qarşısında ipoteka ilə yüklü edir. İpotekanın yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən bankın xeyrinə 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 34347,83 manat əsas borc, 1327,35 manat faiz borcu olmaqla cəmi 35675,18, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, tutulmalı olan məbləğin 19.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mübahisəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nətic ədə əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, cavabdehin yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbinin həcmi azaldılmışdır). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilmişdir iş materiallarında olan maliyyə arayışı məlumatları, 19.12.2014-cü il tarixli, 529İK/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin 23 avqust 2019-cu il tarixə banka olan borcu ümumilikdə 37452,04 manat məbləğində müəyyən olunur, o cümlədən 23.09.2019-cu il tarixə əsas borc 36036,53 manat, faiz borcu üzrə 1415,51 manatdır. «xxxx» MMC-nin 08 aprel 2020-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin 08.04.2020-ci il tarixə olan bazar dəyəri 47000 manat təşkil etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (hakim Anar Sadıqov) 2(067)-118/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 34347,83 manat əsas borc, 1327,35 manat faiz borcu və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın mübahisəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 47000 m anat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddia çı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Məhkəmə borcun məbləğini ekspert rəyinə uyğun müəyyən etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakını təmin etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, banka borclu olmalarını qəbu l edirlər, 2020-ci ilin iyun ayında ödənişi etmiş, sonradan cavabdehin anasının səhhətində problemlər olmuş, oktyabr ayında ödəniş edərkən bank tərəfindən qəbul edilməmişdir. Hazırki gündə də banka olan borcunu qrafik üzrə ödəmək istəyirlər. İpoteka predmetinin ilkin satış qiymətinin 47000 manat müəyyən edilməsinə etiraz etmirlər. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilini və cavabdehin iddia tələbinə etirazının əsaslarını qətnaməni ləğvi üçün əsas hesab etməmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət etməmiş və müvafiq xəbərdalıq məktubunu təqdim etməmişdir. Belə olan halda mülki iş üzrə iddia ərizə baxılmamış saxlanılmalıdır. Digər tərəfdən bankın müvafiq hesablaması ilə razı deyil. Məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Əsas və faiz borcunun məbləği barədə tərə flər arasında mübahisə olmasına baxmayaraq həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi cavabdehin hüquqşünas olmamasından istifadə edərək ekspertiza təyin etməmişdir. Cavabdeh tərəfindən ödənilmiş məbləğlər, xüsusən də sonuncu iki dəfəyə olmaqla ödənilmiş 3500 manat məbləğində ödənişlər nəzərə alınmamış (həmin qəbzlərin surətini şikayətə əlavə edilir), bununla da ədalətsiz qətnamə qəbul edilmişdir. Buna görə mülki iş yenidən araşdırılması, müvafıq məhkəmə ekspertizalarının keçirilməsi üçün yenidən apellyasiya instansiyasma göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılm asına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Mülki Prosessual Məcəlləyə əsasən kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh iddiaçı tərəfindən pretenziya qaydasında əməl edilmədiyini qeyd etmişdir. İşdən görünür ki, cavabdeh apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsinin iclasında nümayəndəsi vasitəsi ilə təmsil olunarkən bu barədə hər hansı bir etiraz irəli sür məmiş, borcun qrafik üzrə ödənilməsinə razı olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu halla bağlı hər hansı bir hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya şikayətində cavabdeh iştirakının təmin olunmamasını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin iclasında da cavabdehin nümayəndəsi banka borcu olmasını qəbul etdiyini göstərmişdir. Digər tərəfdən iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehə xəbərdarlıq məktubunun göndərilməsi və bu barədə poçt qəbzlərini, yəni pretenziya qaydasında əməl edilməsi barədə sənədləri əlavə etmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilməsi təmin edilmiş və məhkəmə qərar qəbul edərkən ekspert rəyinə əsaslanmışdır. Ödədiyi məbləğlərin nəzərə alınmaması barədə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual qanunvericiliyə görə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilir. Bu mümkün olmadıqda isə sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim edilə bilər. Cavabdeh bu barədə nə apellyasiya şikayətində qeyd etmiş, nədə ki nümayəndəsi apellyasiya instansiyası məhkəməsində iştirak edərkən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunveri ci məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kassasiya şikayətinə bu barədə qəbzin əlavə edilməsini məhkəmə kollegiyası qəbul etmir. Çünki kassasiya məhkəmə işin faktiki hallarını araşdırmır və məhkəmə sübutları tətqiq etmək səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-732/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.