Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-374/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-374/22 (Açar sözlər: pul tələbi, sübut etmə yükü) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-283/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Əhmədov X2 Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızından 77.900 manat pulun, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 29.231 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 107.211 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2014-cü ildə Cavabdeh ilə Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi alıb ev tikib sataraq gəlir əldə etmək barədə razılaşmışlar.
3. İddiaçı həmin il 28000 manat pul verərək, cavabdehin adına Abşeron rayonu Novxanı kəndində 0,06 ha torpaq sahəsi almışdır. RX seriyalı ******* nömrəli 29.11.2014cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 29.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
4. İddiaçı torpaq sahəsini hər biri 0,03 ha olmaqla iki yerə bölüb iki ev tikmişdir. Evlərə çəkilən xərcləri iddiaçı ödəmişdir. Ümumilikdə, iddiaçı torpaq sahəsinə və evlərin tikilməsi və təmirinə 105000 manat pul xərcləmişdir. Həmin vəsaitin 27050 manat hissəsini cavabdeh, qalan 77950 manat məbləğində xərcləri iddiaçı ödəmiş, evlərin tikintisinə, tikinti materiallarının alınmasına və təmir edən ustalara sərf etmişdir. İnşa edilən fərdi yaşayış ev lərinin qazlaşdırılması və elektrik xətləri ayrı-ayrılıqda bir ev üzrə iddiaçının, digər ev üzrə isə cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh evlərə çəkilən xərci, yəni 77950 manat pulu iddiaçıya verməmişdir.
5. Cavabdeh iddiaçının vəsaiti ilə inşa edilən evləri öz adına qeydiyyata aldırmış və satmışdır. Hazırda pulunu özündə saxlamaqla ödəməkdən yayınır. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində göstərilmiş məlumata əsasən illik bank uçot faiz dərəcəsi 15 faiz müəyyən edilmişdir.
6. Öhdəliyin son icra tarixi 01.05.2015-ci il olduğundan həmin vaxtdan bu günə kimi 77950 manat pul vəsaitini cavabdeh qanunsuz olaraq özündə saxlayır. Cavabdeh 2 il 6 ay müddətdə 77950 manat pulu qanunsuz saxladıqına görə bank faiz uçot dərəcəsi ilə 29231 (77950*30 a y*1,25%) manat pul ödəməlidir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 446.1 və 449.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - Abşeron rayonu, Novaxnı kəndində 0,06 ha torpağı cavabdeh alıb, pulunu ödəyib. Həmin torpaq sahəsində tikilən evlərin də xərci cavabdeh tərəfindən çəkilib. Torpaq və evə dair sənədləşmə cavabdehin adına aparılıb. İddiaçını dəlilləri sübut edilmir; - cavabdeh iddiaçını 2002-ci ildən tanıyır, qonşusu olub. Prorab kimi 2014-cü ildə evi 3 aya tikmişdir; - sonradan iddiaçıçının iştirakı olmadan 2015-ci ildə tikintini cavabdeh özü yekunlaşdırmışdır. 0,6 sot torpağı da 27500 manata cavabdeh özü almışdır. 2 ev tikintisinə dair razılaşsalar da, evin biri tikildikdən sonra iddiaçının onu soyduğ unu görərək pulunu verməmiş, iddiaçı da, işi atıb getmişdir.
9. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə də verərək, ərizədə göstərib ki, cavabdeh iddiaçıdan hər hansı məbləğdə pul almayıb, iddiaçı cavabdehin torpağının alınmasına və orada ev tikilməsinə heç bir pul sərf etməyib, həm də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.
10. Yasamal Rayon Məhkəməsinin 2(004)-4241/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 77.950 manat əsas borc, borcun gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 19.487,5 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 27 manat hissəsi olmaqla, cəmi 97464,5 (doxsan yeddi min dörd yüz altmış dörd manat əlli qəpi k) manat pul vəsaitinın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Sərdar Mehralıyev )
11. Birinci instansiya məhkəməsinə görə tərəflərin arasında mübahisə podrat müqaviləsi üzrə münasibətlərdən yaranmışdır. İşin araşdırılmış halları ilə iddiaçı-podratçı İddiaçı ilə cavabdeh-sifarişçi Məmmədbəyli Aygün Oqtiyar qızı arasında podratçının vəsaiti ilə torpaq sahəsi alınmaqla üzərində 2 ədəd fərdi yaşayış evinin tikintisinə dair podrat müqaviləsinin bağlanması, cəmi 105000 manat sərf edilməklə iddiaçı tərəfindən evlərin tikintisinin başa çatdırılması, fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsi, cavabdeh tərəfindən 27050 manat ödənilməsi və 77950 manat borcunun qalması təsdiq edilir.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehin bir tərəfdən iddiaçıya heç bir borcunun olmamasını bildirməsini, digər tərəfdən vaxtaşırı icra edilməli öhdəliklərdən əmələ gələn tələblər üzrə qanunla 3 illik iddia müddətinin nəzərdə tutulduğunu göstərməklə iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələbin etirafı kimi qiymətləndirilməlidir.
13. Məhkəmə həmçinin hesab edib ki, iddia tələbi borcun gecikdirilməsinə görə hesablanmış 29231 manat faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi Mülki Məcəllənin 385.1, 425.1, 442, 449.1, 752.1, 752.2, 753.1, 757 və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
15. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş e tmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının briqadası vardır və həmin briqada vətəndaşlara evlər tikir. Cavabdeh də İddiaçı ilə Abşeron r-nu, Novxanı kəndində özünə məxsus torpaq sahəsində iki evin tikilməsi ilə əlaqədar razılığa gəlmişdir. İddiaçı hər gün cavabdehə hansı materialları almaq lazım olduğunu və nə qədər pul vəsaitinin sərf olunacağını bildirmiş, cavabdeh də pulunu verərək bu işləri cavabdehə gördürmüşdür; -sonradan iddiaçı tərəfindən görülən işlər cavabdeh qane etmədiyindən, onun iddiaçı ilə münasibətləri pisləşmiş, cavabdeh yerdə qalan işləri başqa usta vasitəsilə həyata keçirmişdir; - evə qaz çəkilişi ilə əlaqədar olaraq iddiaçı cavabdehdən sənədləri istəmiş, o, da şəxsiyyət vəsiqəsini ona vermişdir ki, qazı onun adına rəsmiləşdirsin. Belə ki, cavabdeh Azər baycan Respublikası Müdafiə Nazirliyinin Hərbi hospitalında işlədiyindən, işdən icazə ala bilməmişdir. Bundan istifadə edən iddiaçı qazı və abunə kodunu öz adına rəsmiləşdirmişdir; - iddiaçı bildirir ki, guya cavabdehə 2014-cü ildə torpaqların və evin tikilməsinə külli miqdarda pul xərcləmişdir. Belə idisə, nəyə görə 2014-cü ildən 2018-ci ilədək iddiaçı cavabdehə qarşı hüquq-mühafizə orqanlarına hər hansı rəsmi şikayət etməmişdir; - iddiaçı bildirir ki, guya cavabdehlə ər-arvad kimi yaşamışlar. Lakin məhkəmə zamanı iddiaçı mübahisəli evlərdə ona aid hər hansı bir əmlakın olmaması barədə ifadə vermişdir. Bu da onu təsdiq edir ki, iddiaçının həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi ifadələr yalandır; - iddiaçı bildirir ki, guya cavabdeh üçün tikdirdiyi evlərin bütün tikinti materiallar ını və fəhlələrin pullarını o, vermişdir. Lakin məhkəmədə bunu təsdiq edən hər hansı bir sübut ortaya qoymamış və məhkəməyə heç bir şahid gətirməmişdir; - cavabdeh iddianı qəbul etməməsinə baxmayaraq, Mülki Məcəllənin 373.3-cü maddəsini rəhbər tutaraq ərizə yazaraq bildirmişdir ki, o, iddiaçıdan heç bir pul almamışdır və onun evinin və torpaqlarının alınmasında iddiaçı heç bir pul sərf etməmişdir. Buna baxmayaraq, cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində 2014-cü ildə cavabdehə pul verməsini göstərsə də, Yasamal Rayon Məhkəməsində pul tələbi ilə bağlı iddianı 2018-ci ildə, yəni 4 ildən sonra qaldırmışdır; - bununla da Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini kobud surətdə pozaraq qərəzli və qanunsuz qətnamə qəbul etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12129/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia həmin hissədə də rədd edilmişdir. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov )
18. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün iddiaçının məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin məhkəməyə təqdim edilən “sübutlar”ın pul tələbinə dair iddia ərizəsinin təmin edilməsi üçün əsas kimi qəbul oluna bilməz.
19. Apell yasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən 77.950 manat pul tələb etsə də, istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə ayrıca qiymət verməyə də lüzum qalmır.
20. Apellyasiya məhkəməsinin mövqeyinə Azərbaycan Respublikası MPM-nin 76.1, 77.1, 87 və 191.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunan həddə təmin edilməsi barədə yeni qərar qəbul çıxarılmasını xahiş etmişlər.
22. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normaların ın tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3157/2019 nömrəli, 14 may 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)12129/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası qeyd edib ki, işin mübahisə olunmayan hallarında görə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmış və bu barədə sonuncunun adına hüquqların dövlət qeydiyyat ı haqqında Çıxarış verilmişdir. Bundan sonra 0,06 ha torpaq sahəsi hər biri 0,03 ha olmaqla iki hissəyə ayrılaraq orada iki ev tikilmiş və 15 avqust 2017-ci il tarixli Çıxarışa əsasən evlərdən biri, yəni Abşeron rayonu, Novxanı kəndində, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 96,5 kv.metr olan 20 “A” saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Bundan başqa işdə, digər evlə bağlı heç bir mötəbər yazılı sübut yoxdur və işdə iştirak edən şəxslərin izahatlarına görə hər iki evi cavabdeh sonradan satmışdır.
25. Kassasiya instansiyası göstərib ki, tərəflər arasında podrat hüquqi münasibətlərin əmələ gəlməsi işin mübahisə olunmayan halıdır və cavabdeh özü də izahatında bu faktı inkar etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi çoxsaylı tikinti mate riallarının satın alınamasına dair işə əlavə edilmiş qaimə faktura sənədlərinin, eləcə də çəkilmiş xərclərə dair qeydiyyatın aparılmasını özündə ehtiva edən dəftərin (bloknotun) mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib yoxlamadan, zərurət yarandığı halda iddiaçının məhkəmə iclasında iştirakını təmin edib onun bilavasitə həmin sübutlara, həmçinin cavabdehin etirazına münasibətini öyrənmədən, 0,06 ha torpaq sahəsi satın alınarkən pulun kimin tərəfindən ödənilməsini aydınlaşdırmaq üçün satıcının, eləcə də hər iki evdə tikinti, təmir işləri görmüş ustaların şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən, işə əlavə edilmiş sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət vermədən, əksinə, həmin sübutları şübhə altına alaraq, onları “sübutlar” hesab edərək, torpaq sahəsinin satın alınması, orada iki evin inşa edilməsi və təmirinə iddiaçının hər hansı vəsait xərcləməməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdeh özü də izahatında iddiaçını 2002-ci ildən tanıdığını, hər iki evin tikintisinə görə onunla razılığa gəldiyini, lakin onu soyduğu üçün iddiaçıya pul vermədiyini və nəticədə iddiaçının işi atıb getdiyini və qalan işləri digər ustalar vasitəsi ilə həyata keçirdiyini inkar etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, 127-ci maddəsinin İİ bəndinin, Vİİ bəndinin, eləcə də MPM-nin 8.1, 9.1, 9.3, 76.1, 77.1, 87, 217.1, 217.3, 218.1-ci maddələrinin tələblərinə istinad edib iddia tələblərini əsassız hesab etsə də, həmin maddələrin tələblərindən irəli gələn vəzifələrini yerinə yetirib mülki mühakimə icraatının əsas vəzifəsi sayılan həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Belə ki, cavabdeh izahatında evin tikintisinə 2014-cü ilin axırlarında başladığını, iddiaçının onun ödədiyi vəsait hesabına tikinti materialları aldığını, lakin sonuncu evi yarımçıq vəziyyətdə təhvil verdiyi üçün bankdan kredit götürüb tikinti işlərini öz vəsaiti hesabına tamamladığını və prorab kimi evi 2014-cü ildə 3 aya tikdiyini, iddiaçının onu soyduğunu görüb pulunu vermədiyini, onun da işi atıb getdiyini, qalan işləri başqa ustalar vasitəsi ilə başa çatdırdığını göstərib iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi hall arı təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Kassasiya instansiyası məhkəməsi hesab edib ki, cavabdehin izahatları arasındakı ziddiyyətlərə, yəni onun bir tərəfdən hər iki evi 2014-cü ildə 3 ay müddətində öz vəsaiti hesabına tikib başa çatdırdığını qeyd etdiyi halda, digər tərəfdən münasibətləri pozulduqdan sonra onun hər iki evə qaz, elektrik xətləri çəkilməsi üçün 18 may 2015-ci il tarixdə iddiaçıya öz şəxsiyyət vəsiqəsini, eyni zamanda hər iki evin sənədlərini verməsi ilə bağlı izahatlarına aydınlıq gətirmədən, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qiymətlən dirmədən, iddaçının həmin evlərdə nə vaxt, hansı məbləğdə işlər görməsini dəqiqləşdirib görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəylar almadan və ümumiyyətlə cavabdehin iddiaçıya hansı məbləğdə pul ödəməsini araşdırmadan, iddia tələbinin bütövlükdə əsassız olması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. İddiaçının tələbini əsaslandırdığı faktları, yəni hər iki evdə tikinti işləri aparması, orada müəyyən işlər görməsi və soyulduğunu əsas tutub cavabdehin ona gördüyü işlərə görə həqiqətən pul ödəməməsi və sair faktları cavabdeh, həmçinin evlərə çəkdiyi xərclərə görə cavabdehin ona cəmi 27.050 manat pul ödəməsi faktını isə iddiaçı inkar etmir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İşə təkrar apellyasiya instansiyasında baxılarkən 4 nəfər şahidin ifadəsi alınmış, 3 nəfər şahid iddiaçının istinad etdiyi halları, 1 şahid isə cavabdehin istinad etdiyi halları qismən təsdiq etmişlər.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9353/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 14 setyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Etibar Nəbiyev (sədrlik edən və məruzəçi), Raqib Qurbanov, Aida Hüseyn)
32. Apellyasiya məhkəməsi ilk növbədə qeyd edib ki, tərəflər arasında podrat hüquqi münasibətlərin əmələ gəlməsi işin mübahisə olunmayan halıdır.
33. Apellyasiya məhkəməsi müəyyən edib ki, iddiaçı-podratçı İddiaçı ilə cavabdehsifarişçi Cavabdeh arasında podratçının vəsaiti ilə torpaq sahəsi alınmaqla üzərində 2 ədəd fərdi yaşayış evinin tikintisinə dair şifahi podrat müqaviləsinin bağlanması, cəmi 105000 manat sərf edilməklə iddiaçı tərəfindən evlərin tikintisinin başa çatdırılması, fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsi, cavabdeh tərəfindən 27050 manat ödənilməsi və 77950 manat borcunun qalması təsdiq edilmişdir.
34. Apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh tərəf iddia tələbini qəbul etməsə də, öz izahatında iddiaçını 2002-ci ildən tanıdığını, hər iki evin tikintisinə görə onunla razılığa gəldiyini, evlərin tikilməsi üçün pulun bir hissəsini İ ddiaçı verməsini, lakin İddiaçı onu soyduğu üçün iddiaçıya qalan pulu vermədiyini və nəticədə iddiaçının işi atıb getdiyini və qalan işləri digər ustalar vasitəsi ilə həyata keçirdiyini inkar etməmişdir.
35. Apellyasiya məhkəməsi həmçinin vurğulayıb ki, cavabdeh izahatında evin tikintisinə 2014-cü ilin axırlarında başladığını, iddiaçının onun ödədiyi vəsait hesabına tikinti materialları aldığını, lakin sonuncu evi yarımçıq vəziyyətdə təhvil verdiyi üçün bankdan kredit götürüb tikinti işlərini öz vəsaiti hesabına tamamladığını və prorab kimi evi 2014-cü ildə 3 aya tikdiyini, iddiaçının onu soyduğunu görüb pulunu vermədiyini, onun da işi atıb getdiyini, qalan işləri başqa ustalar vasitəsi ilə başa çatdırdığını göstərib iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halla rı təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir.
36. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərib ki, cavabdeh tərəfin izahatları ilə tərəflər arasında podrat müqaviləsi münasibətlərinin yaranması öz təsdiqini tapır. Eləcə də cavabdeh bir tərəfdən hər iki evi 2014-cü ildə 3 ay müddətində öz vəsaiti hesabına tikib başa çatdırdığını qeyd etdiyi halda, digər tərəfdən münasibətləri pozulduqdan sonra onun hər iki evə qaz, elektrik xətləri çəkilməsi üçün 18 may 2015-ci il tarixdə iddiaçıya öz şəxsiyyət vəsiqəsini, eyni zamanda hər iki evin sənədlərini verməsi ilə bağlı izahat vermişdir.
37. Apellyasiya məhkəməsi cavabdehin izahatlarına tənqidi yanaşaraq qeyd edib ki, hər iki evdə tikinti işləri aparılması, orada müəyyən işlər görülm əsi və İddiaçı ondan çox pul aldığını əsas tutub cavabdehin ona gördüyü işlərə görə həqiqətən pul ödəməməsi və sair faktları cavabdeh, həmçinin evlərə çəkdiyi xərclərə görə cavabdehin ona cəmi 27.050 manat pul ödəməsi faktını isə iddiaçı inkar etmir. Bununla yanaşı, apellyasiya baxışı zamanı dindirilmiş şahid ifadələri ilə də hər iki evdə iddiaçının vəsaiti hesabına işlərin görüldüyü öz təsdiqini tapmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə baxışı zamanı kifayət qədər prosessual pozuntulara yol verilmiş (bununla bağlı məh kəmə iclas protokoluna qeyd verilmiş və həmin pozuntular və təhrif olunmuş məsələlər öz əksini həmin qeyddə tapmışdır), Ali Məhkəmənin mülki Kollegiyasının göstərişlərinin məcburi olmasına baxmayaraq, onlara məhəl qoyulmamışdır; - apellyasiya instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş bəzi sübutları əvvəlcədən məhkəmə baxışında şübhə altına almaqla neytrallığını və qanunun tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə çoxsaylı tikinti materiallarının satın alınmasına dair qaimə faktura sənədlərinin, bu barədə ayrıca tərtib edilmiş dəftərin (bloknotun), eləcə də hər iki evə qaz, elektrik xətlərinin çəkilməsi və abunəçi kodunun açılmasına dair sənədlərin əslini təqdim etmişdir. İş materiallarında olan həmin qaimə fakturalar və dəftərcə (bloknot), ümumiyyətlə, sənəd və sübut sayıla bilməz. Çünki həmin qaimə fakturalarda zəruri rekvizitlər – imza, möhür, alınan malların kim tərəfindən və hansı məqsədlə alınmasını təsdiq edən heç bir qeyd yoxdur. Qaimə-faktura özü-özlüyündə ciddi hesabat sənədi sayılmaqla, zəruri formada tərtib olunmalı, zəruri qeydləri özündə əks etdirməlidir. Məhkəməyə təqdim edilmiş dəftərcə (bloknot) isə, ümumiyyətlə, mötəbərliyi şübhə altında olan, birtərəfli olaraq hazırlanmış kitabçadır. Bloknot kitabça olmaqdan başqa heç bir əhəmiyyət daşımır, nəinki sübut kimi qəbul edilir. Həmin kitabçada qarşı tərəfin, yəni Cavabdeh imzası olmadığına görə istənilən şəxs özü üçün istənilən yalan məlumatları özündə əks etdirən yazılar yaza bilər. Sübut isə mötəbər olmalı, onun həqiqiliyini müəyyən etmək mümkün olmalıdır. Faktiki olaraq apellyasiya instansiyası məhkəməsi hansı əsasla qaimə faktura və bloknotları sübut kimi qəbul edib və onların həqiqiliyini müəyyən etməsi qaranlıqdır; - məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili də həmin “sənədlərin” sənəd olmadığı və sübut kimi qəbul edilmədiyini etiraf etmişdir; - apellyasiya instansiya məhkəməsi qərəzli mövqe nümayiş etdirərək kifayət qədər prosessual pozuntu törətmiş və məhkəmə baxışının gedişatını natamam, qeyri-obyektiv tərtib etmişdir. Bu barədə məhkəmə iclas protokoluna da qeyd verilmişdir; - sübut növü kimi qəbul edilmiş şahid ifadələri də ziddiyyətlidir. Ziddiyyətlə yana şı, məhkəmə tərəfindən şahid ifadələri təhrif edilmişdir. Belə ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, şahid kimi dindirilmiş X3 hər iki evin tikildiyini, suvaqlarının və pəncərələri vurulduğunu demişdir. Məhkəmə iclas protokoluna verilmiş qeyddə şahid Eltəkin Rzayevin yalnız hər iki evin “podmayak” tikildiyi, təmir olunmayaraq təhvil verildiyini və 2015-ci ilin dekabr ayına kimi həmin evdə fəhlə kimi işlədiyini bildirmişdir. Onun ifadəsində “pəncərələr qoyulmuşdu” ifadəsinin harada götürüldüyü isə qeyri-müəyyəndir. Halbuki pəncərələr sonradan podratçı kimi işləri görmüş Mədətov Gülbala tərəfindən qoyulmuş və bu barədə podratçı-sifarişçi arasında bağlanılmış sənəddə də öz əksini tapmışdır; - digər tərəfdən, ümumiyyətlə, iddiaçı tərəfindən dəvət edilmiş bütün şahidlərin verdikləri ifad ələr ziddiyyətlidir və evlərin tikintisinin iddiaçı tərəfindən aparıldığını sübut edən vasitə kimi qəbul edilə bilməz. Şahid ifadələrindən heç bir halda hər iki evin tikilməsinə 105000 manat məbləğində pulun xərclənməsini təsdiq etmək mümkün deyildir. Bütün şahidlərin, eyni zamanda, cavabdehin izahatları müqayisə edilərək müəyyən edilmişdir ki, İddiaçı tərəfindən tikilmiş evlərin hər ikisi “podmayak” tikilmiş, 1-ci evin divarları və tavanı hazır vəziyyətdə olmuş, suvaq vurulmuş və divarlar ağardılmışdır. 2-ci ev isə təmirsiz, “podmayak” təhvil verilmişdir. 1-ci evin bünövrəsinin, özülünün betonlanması, bünövrənin tökülməməsi səbəbindən divarda yaranmış çatların aradan qaldırılması, divar kağızlarının vurulması və s. işlər sonradan Mədətov Gülbala tərəfindən aparılmışdır. 2-ci ev isə “sıfır vəziyyətdən” tam təmir olunmuş, pəncərələr qoyulmuş, divar kağızı vurulmuş, həmin evin də bünövrəsi olmadığına görə sonradan bünövrəsinə beton verilmişdir. Bütün bunlar Mədətov Gülbala və Cavabdeh arasında imzalanmış işlərin görülməsinə dair sənədlə də öz təsdiqini tapır; - bütün bu işlərin görülməsinə cavabdeh sonradan Gülbala Mədətova 44269.04 manat pul ödəmişdir. Məhkəmə iclasında Gülbala Mədətov şəxsi mənzilini dəyişdiyini bu səbəbdən də rəsmi sənədlərin üzərində olmadığını, lakin təmir və yenidən qurma işləri üçün 1-ci evə təqribən 14-15 min manat, 2-ci evə isə 30-32 min manat pul aldığını bildirmişdir; - məhkəmə şahid ifadələrini, heç bir sübut əhəmiyyəti daşımayan qaimə fakturaları və bloknotu əsas götürərək, hər iki evin tikilməsinə iddiaçının 105000 manat xərcləməyi qənaətinə gəl ibsə, 27050 manatın iddiaçıya ödənilməsi nəzərə almaqla, 77950 manat ödənilməli məbləğ qət edilmişdir, deməli məhkəmə yarımçıq tikilmiş və işləri başa çatmayan evlərin divarlarının mərmərdən, tavanının qızıldan, suvaqlarının müalicəvi palçıqlardan istifadə edilməklə tikildiyini düşünüb; - şahid ifadələrindəki ziddiyyətlər isə həmin şahidlərin cavabdehə məxsus evlərdə işlədiyi dövrlərdə özünü göstərir. Belə ki, şahid Eltəkin həmin evlərdə 2015-ci ilin sonlarına, dekabr ayına kimi, digər şahidlər isə sentyabr ayına kimi işlədiyini və Xalid adlı bir ustanın tabeliyində işlədiklərini bildirmişlər. Xalid ustanın kim olması barədə isə nə iddiaçının nümayəndəsi, nə də cavabdehin məlumatı olmamışdır. Eltəkin Rzayevin dediyi dövrdə isə artıq işlər Gülbala Mədətov tərəfindən aparılırdı və həmin va xt onun orada fəhlə kimi işləməsi qeyri-mümkün idi; - şahidlər əvvəlcədən öyrədilmiş şahidlərdir və onların ifadələri mötəbər və həqiqi hesab oluna bilməz; - şahid ifadələri ilə bağlı digər məqam isə ondan ibarətdir ki, şahidlərin hər birinin əmək haqqının Malik tərəfindən ödənilməsini demələri məhkəməyə evlərin Malikin vəsaiti hesabına tikilməsi qənaətinə gəlməyə əsas verib; - cavabdeh izahatında Müdafiə Nazirliyinin Hərbi Hospitalında həkim kimi işlədiyini və işlərin çoxluğu ilə əlaqədar bütün tikinti işini iddiaçıya tapşırdığını bildirir. Buna görə də podratçı kimi fəhlələrin əmək haqqını Malikin ödəməsi tam normaldır. İşləri sonradan başa çatdırmış Mədətov Gülbala da bütün fəhlələrin əmək haqqını özü verirdi. Bu isə o demək deyil ki, Gülbala evləri öz vəsaiti hesabına tikib; - məhkəmən in fəhlələrin əmək haqqını Malikin ödədiyini əsas tutaraq tikintinin cavabdehin vəsaiti hesabına aparılması qənaətinə gəlməməsi tamamilə əsassızdır. Podrat münasibətlərində bu hal tam təbiidir; - apellyasiya instansiya məhkəməsinin qətnamədə istinad etdiyi məqamlardan biri də həm iddiaçı, həm də cavabdehin adına qaz sayğacları üçün Smart kartların verilməsidir. İddiaçı tikilmiş mənzillərə qaz sayğacının quraşdırılması barədə məhkəməyə layihə sənədləri təqdim etsə də, məhkəmə bunu qazın rəsmiləşdirilməsi kimi qəbul edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qazın alqı-satqısına dair müqavilə olmadan məhkəmənin qaz sayğacının iddiaçının adına rəsmiləşdirilməsi və ona Smart kartın verilməsini əsas götürərək qətnamə qəbul etməsi tamamilə əsassızdır. Müqavilə olmadığı təqdirdə məhkəməyə təqdim edilən Smart kartın isə kimə və hansı sayğaca məxsus olması şübhə altındadır. Dəqiq olan isə odur ki, iddiaçı məhkəməyə başqa evə aid olan Smart Kart təqdim etməklə məhkəməni aldatmışdır. 2-ci Smart kartın cavabdehə aid olması belə yalandır. Çünki 1-ci evdə yaşayış var və orada təbii qazdan istifadə edilir. Kart məhkəməyə təqdim edilmişdirsə, orada yaşayan insanlar sayğaca təbii qazın yükləməsini hansı formada edir? Bu sualın özü iddiaçını məhkəməni aldatmağa cəhd etdiyini sübuta yetirir; - digər tərəfdən 05.08.2019-cu il tarixli iclasda təqdim edilmiş “Az əriqaz” İB tərəfindən ünvanlanmış məktubda qeyd edilir ki, iddiaçının adına heç bir məlumat aşkar edilməyib. Əksinə, evin həyətinə atılmış qaz sayğacı aktiv deyildir. Bu o deməkdir ki, iddiaçı faktiki olaraq heç bir mənzilə öz adına qaz sayğacı quraşdırmayıb; - apellyasiya instansiya məhkəməsi öz qətnaməsində cavabdehin izahatını da təhrif edib. Qətnamədə göstərilir ki, cavabdeh tərəf iddia tələbini qəbul etməsə də, öz izahatında iddiaçını 2002-ci ildən tanıdığını, hər iki evin tikintisinə görə onunla razılığa gəldiyini, evlərin tikilməsi üçün pulun bir hissəsinin İddiaçı verilməsini, lakin İddiaçı onu soyduğu üçün iddiaçıya qalan pulu vermədiyini və nəticədə iddiaçının işi atıb getdiyini və qalan işləri digər ustalar vasitəsi ilə həyata keçirdiyini inkar etməmişdir. Cavabdehin verdiyi iza hat qərəzli olaraq təhrif edilib. Cavabdeh məhkəmə iclasında heç vaxt “Malik məni soyduğu üçün ona qalan pulu vermədi “və ya eyni məna kəsb edən hər hansı bir ifadə işlətməyib. Cavabddeh iddiaçının evin tikintisində söküntülərdən əldə edilmiş materiallar istifadə etdiyini anladıqdan sonra onu işlərin görülməsindən uzaqlaşdırıb. Yarımçıq tikilmiş evlərə görə isə cavabdeh iddiaçıya külli miqdarda 80.000 (səksən min manata yaxın) pul verib. Aldadıldığını, keyfiyyətsiz iş görüldüyü və alınan pulun cüzi hissəsinin tikintiyə istifadə olunduğunu, qalan hissənin mənimsənildiyini başa düşdükdən sonra cavabdeh işləri başqa podratçıya həvalə edib; - Ali Məhkəmə 14.05.2019-cu il tarixli, 2(102)-3157/2019 saylı qərarı ilə qətnaməni ləğv edərək araşdırılması üçün yenidən apellyasiya instansiyasına qayta rarkən, evlərin tikintisinə çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə göstəriş vermişdir. Lakin apellyasiya məhkəməsi tərəfində bu göstərişə əməl edilməmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7917/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9353/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
41. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı-podratçı İddiaçı ilə cavabdeh-sifarişçi Cavabdeh arasında podratçının vəsaiti ilə torpaq sahəsi alınmaqla üzərində 2 ədə d fərdi yaşayış evinin tikintisinə dair şifahi podrat müqaviləsinin bağlanması, cəmi 77950 manat sərf edilməklə iddiaçı tərəfindən 2 evin tikintisinin başa çatdırılması nəticəsinə gələrkən ilk növbədə bu sərfiyyatın hansı mötəbər və tutarlı sübut növləri əsasında müəyyən edilməsini əsaslandırmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə istinad etsə də, şahidlər ifadələrində təmir və tikinti işlərinin tam həcmi, yəni, sərf edilmiş pulun məbləğinə dair heç nə göstərməmişlər. Onların ifadələrinin məzmunu tikinti materiallarının kim tərəfindən alınması və zəhmət haqlarının kim tərəfindən ödənilməsi barədədir ki, bu da iddiaçının pul tələblərinə dair iddiasının göstərilən qaydada qismən belə əsaslı olması nəticəsinə gəlməsinə hüquqi əsas yaratmır.
43. Bundan əlavə, apellya siya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş çoxsaylı tikinti materiallarının satın alınmasına dair işə əlavə edilmiş qaimə faktura sənədlərinin, eləcə də çəkilmiş xərclərə dair qeydiyyatın aparılmasını özündə ehtiva edən dəftərin (bloknotun) mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib yoxlamaq kimi göstərişi ilə bağlı ümumiyyətlə araşdırma aparmamış, iddiaçının həmin evlərdə nə vaxt, hansı məbləğdə işlər görməsini dəqiqləşdirib görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəylər almamış, bununla bağlı hallara həmin dəftərdə cavabdehin imzasının olmaması, orada göstərilən materialların və onların qiymətlərini tə sdiq etməməsi baxımından hüquqi qiymət verməmişdir.
44. Kassasiya instansiyası məhkəməsi hesab edib ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin əsas qayəsini təşkil edən evlərə çəkilən xərclərin özü tərəfindən ödənilməsi və evlərin tam təmirli vəziyyətdə təhvil verilməsi ilə bağlı istinad etdiyi hallara cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar üzrə araşdırma aparmadan hüquqi qiymət verməyə çalışmış, hətta etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməməsini də vurğulamışdır. Halbuki, belə olan halda sübutun yazılı surətdə təqdim edilməməsi cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi halların əsassız olması kimi qiymətləndirilə bilməzdi.
45. Kassasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə sübut təqdim edilməsinə dair cəhdlərinə də diqqət yetirməmiş, bununla əlaqədar onun görülmüş işlərin və onların dəyərini müəyyən edilməsi üçün məhkəmə tikinti –əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətini əsassız olaraq təmin etməmişdir.
46. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən vəsatətin təmin edilməməsi üçün istinad etdiyi əsaslar formal və əsassız olmuşdur. Çünki, mübahisəli evlərin birinin digər şəxsə satılmasına baxmayaraq həmin evlərin hazırda yerində mövcud olması iş materiallarında olan tərəflərin izahatları təsdiq edilir və evlərdə 2015-ci ildən sonra əlavə tikinti i şlərinin görülməsi faktı ilə bağlı məhkəməyə heç bir sübut da təqdim edilməmişdir. Bu hallar ekspertiza təyin edildikdən sonra ekspert tərəfindən yerində müayinə zamanı müəyyən edilməli olan hallara aiddir ki, sonunda da gəlinən rəyə işə baxan məhkəmə tərəfindən qanunvericiliyə uyğun da hüquqi qiymət verilir.
47. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı evlərin tikintisinə sərf etdiyi 77950 manat məbləğində pulun sərf etməsinə dair mötəbər sübutlar təqdim etdiyi halda onun gecikdirilməsi halı da öz təsdiqini tapmaqla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri baxımından faizlərin hesablanması məsələsinə qiymət verilməsi müzakirə edilə bilər.
48. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edərək gö stərib ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da göstərilmişdir. e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
49. İşə apellyaisya instansiyasında yenidən baxılarkən 28 fevral 2020-ci il tarixli qərardadla evlərin tikintisinə və təmirinə çəkilmiş xərcləri müəyyən etmək üçün tikintitexniki ekspertizası təyin edilmişdir.
50. Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2020-ci il tarixli 10/1157 nömrəli ekspert rəyinə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evlərində aparılmış təmir-tikinti işlərinin (tikintisi və təmirinə çəkilmiş xərc) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 83.546,6 manat, o cümlədən 1-ci yaşayış evinə çəkilmiş xərc 45.016 manat, 2-ci yaşayış evinə çəkilmiş xərc 38.530,6 manat məbləğindədir.
51. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-283/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Cavabdeh qızına qarşı “pul tələbi barədə” iddiası təmin edilməmiş, dövlət rüsumları iddiaçıya edilmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Rəşad Həsənov, Şeyda Məhərrəmova)
52. Apellyasiya məhkəməsinin mövqeyinə görə ekspertiza tərəfindən verilmiş rəy iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, iddiaçının təqdim etdiyi “Reyestrdən çıxarışların” surətləri, cavabdehin qaz istismarına dair sənədlərin surətləri, cavabdehin imzası ilə təsdiq edilməyən dəftərçədən (bloknotdan) çıxarışlar iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya 77.950 manat məbləğində borcunun qalmasını qeyd etsə də, hansı sübutlara əsasən bu nəticəyə gəldiyini əsaslandıra bilməmiş, cavabdehin iddiaçıya borcunun olmasının hər hansı mötəbər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, 2015ci ilin axırlarında Cavabdeh Novxanı yolunda yerləşən bağ evində olub. Orada iki ev tikilmişdir. Evlərin biri tikilib təmir olunmuşdu. Lakin həmin evin divarında çatlar olduğundan yenidən təmir etmiş, özülünü də bər kitmişlər. Ümumilikdə həmin evə yenidən 10.000 manat pul xərclənmişdir. İkinci evi isə 2018-ci ilin yaz aylarında tam təmir etmişlər. İkinci evin quru divarı və tavanı var idi. Onun da özülünü bərkitmişlər.
54. Dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Novxanıda tikilmiş hər iki evdə təmir işləri zamanı olmuşdur. Onu oraya 2015-ci ilin yanvar ayında İddiaçı aparmışdır. Orada fəhlə işi görmüşdür. Cavabdeh isə tanımır. Evin təmirinə lazım olan materialları Malik alırdı. Orada işlədiyi dövrdə hər iki ev “podmoyak” tikilmişdi. Fəhlələrin əmək haqqını İddiaçı ödəyirdi.
55. Digər dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, Novxanıda yerləşən evlə bağlı təmir işləri zamanı həmin evdə fəhlə kimi işləmişdir. İkinci mərtəbənin tikintisi zamanı daş vermiş, evin betonunu tökmüşdür. 2015- ci ilin sentyabrına qədər orada işləmişdir. Məvaciblərini Malik vermişdir. Bütün ustaları və fəhlələri Malik gətirmiş və onların əmək haqlarını da Malik ödəyirdi.
56. Əvvəlki apellyasiya baxışı zamanı dindirilmiş şahid X3 bildirmişdir ki, 2015-ci ilin əvvəllərindən mübahisəli evlərdə fəhlə kimi işləmişdir. Məvaciblərini də Malikdən almışlar. Orada daş, qum daşımışdır. Hər iki ev tikilmişdi, suvaqları vurulmuşdu, pəncərələri qoyulmuşdu. Tikinti materiallarını İddiaçı alıb gətirirdi.
57. Apellyasiya məhkəməsi iş üzrə verilmiş şahid ifadələri ilə əlaqədar vurğulayıb ki, şahidlər ifadələrində təmir və tikinti işlərinin tam həcmi, yəni sərf edilmiş pulun məbləğinə dair heç nə göstərməmişlər. Onların ifadələrinin məzmunu tikinti materiallarının kim tərəfindən alınması və zəhmət haqlarının kim tə rəfindən ödənilməsi barədədir ki, bu da iddianın qismən əsaslı olması nəticəsinə gəlinməyə əsas vermir.
58. Apellyasiya məhkəməsi hesab edib ki, iddianın əsas borca görə 77.900 manat məbləğində pulun cavabdehdən tutulması barədə hissəsi əsassız olduğundan, həmin məbləğə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış 29.231 manat məbləğində pulun cavabdehdən tutulması barədə hissəsi də əsaslı hesab edilə bilməz və buna görə də ikinci tələbə ayrıca qiymət verməyə lüzum yoxdur.
59. Həmçinin apellyasiya instansiyasının qənaətinə görə iddia sübuta yetməməsi əsası ilə təmin edilmədiyindən cavabdehin tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə ayrıca qiymət verməyə də zərurət qalmır.
60. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişd ir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
61. İddiaçı İddiaçı (vəkil Vəkil2 oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
62. Kassasiya şikayətinin dəlilləri: - mülki iş materiallarına iddiaçı tərəfindən təqdim edilən qaimə fakturalardan görünür ki, tikinti materiallarının alınması iddiaçı tərəfindən həyata keçirilmişdir; - Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2020-ci il tarixli, 10/1157 nömrəli ekspert rəyinə görə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evlərində aparılmış təmir-tikinti işlərinin (tikintisi və təmirinə çəkilmiş x ərc) bazar qiymətinə uyğun olan ümumi dəyəri təqribən 83546,6 manat, o cümlədən 1-ci yaşayış evinə çəkilmiş xərc 45.016 manat, 2-ci yaşayış evinə çəkilmiş xərc 38530,6 manat məbləğindədir. Ekspert rəyi ilə 2 yaşayış evinin tikilməsi, tikinti xərclərinin iddia tələbində göstərilən dəyəridən də cox olması müəyyən edilib; - məhkəmə araşdırılması zamanı izahat verən şahidlər (evlərin tikintisində iştirak edən usta və fəhlələr) təsdiq etmişlər ki, onlar İddiaçı göstərişləri ilə işləmiş, əmək haqqını Malikdən almışlar. Onlar evləri tikdikləri vaxt cavabdehi tikinti ərazisində görməmişlər; - apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları mötəbər hesab etməmiş və bunu qətnamədə əsaslandırmamışdır. - tərəflərin arasında mübahisə podrat müqaviləsi üzrə münasibətlərdən yaranmışdır və buna g örə də MM-nin həmin münsibətləri tənzilməyən normaları tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
63. Kassasiya şikayətinə cavabdehin vəkilinin yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi ekspert rəyini sübut kimi qəbul etməməkdə haqlı olub. Çünki ekspert rəyi hər iki evin tikilməsi və təmirinə çəkilmiş xərci müəyyən edir. Həmin rəy iddiaçının hər hansı işi görməsini təsdiq etmir. İddiaçının adına Abşeron rayonu ərazisində heç bir sayğac qeydiyyatdan keçməyib. İstinad edilən qaiməfakturalarda imza möhür yoxdur. Həm də orada qeyd edilən malların hansı evin tikintisi üçün istifadə edilməsi barədə sübut yoxdur. c) Kassasiya icraatı iştirakçılarının izahatları
64. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəki li Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
65. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili isə elektron məhkəmə sistemi vasitəsilə ərizə verərək, COVİD-19 virusuna yoluxması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, işin təxirə salınmasını xahiş etmişdir. Buna baxmayaraq, vəkil ərizədə qeyd etdiyi xüsusatla bağlı hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 75 2.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
70. İddia tələbi podrat münasibətlərindən yaranan pul tələbidir.
71. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə tərəflər arasında podrat hüquq münaisbətləri var, lakin iddiaçı öz tələbini əsası kimi isitnad etdiyi halları sübut edə bilməyib, şahidlər isə təmir və tikinti işlərinin tam həcmi, yəni sərf edilmiş pulun məbləği ilə bağlı heç nə göstərməmişlər. Şahid ifadələrinin məzmunu tikinti materiallarının kim tərəfindən alınması və zəhmət haqlarının kim tərəfindən ödənilməsi barədədir ki, bu da iddianın qismən əsaslı olması nəticəsinə gəlinməyə əsas vermir. Ekspertiza tərəfindən verilmiş rəy iddianın əsaslı olmasını təsdiq etmir. Həmçninin iddiaçının təqdim etdiyi “Reyestrdən çıxarışların” surətləri, cavabdehin qaz istismarına dair sənədlərin surətləri, cavabdehin imzası ilə təsdiq edilməyən dəftərçədən (bloknotdan) çıxarışlar iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
72. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, sübutların qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətinə aid deyil və iddiaçı tərəfindən təqdim edilən sübut bazası appellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 80 və 88-ci maddələrinin tələbi baxımından düzgün qiymətləndirilib.
73. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarda əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bən dlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə uyğun olaraq iddia tələbi, sübut etmə yükü və mübahisənin qanuni və əsaslı həlli üçün zəruri olan bütün halları araşdırmış və işin hallarına uyğun olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
74. Məhkəmə kollegiyası da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İşdəki sübutlar biri-birini tamamlamalı, onlar mötəbər və ziddiyyətsiz olmalıdırlar. Məhz belə sübutlar iddianın təmin edilməsi ü çün əsas götürülə bilər. 75. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X10 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
76. Apellyasiya məhkəməsinin mövqeyindən isə görünür ki, iddiaçının istinad etdiyi sübutlar X10 Məhkəməsinin müəyyən etdiyi sübut standartlarına uyğun gəlmir.
77. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
78. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-283/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.