Məhkəmə qərarları › İş №2(102)-3741/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3741/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3741/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. İddiaçı cavabdehlərə nisyə alğı-satqı müqaviləsi əsasında mal satdığını, lakin dəyərinin ödənilmədiyini bildirir, cavabdehlər isə bunu inkar etməsələr də, iddia müddətinin keçməsinə istinad edərək iddiaya etiraz edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X1 1395 manat məbləğində, onun qardaşları digər cavabdehlər X4 1632 manat, Cavabdeh3 833 manat dəyərində, Cavabdeh5 664 manat dəyərində, Quba rayonu Qımıl kəndində yaşayan Cavabdeh4 1883 manat dəyərində ona borclu qaldığları pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, cavabdehlərlə qonşu kənddə yaşayır. Özü əvvəllər müxtəlif bağ dərmanlarının satışı ilə məşğul olmuşdur. Cavabdehlər qonşu kəndliləri olduqları üçün onlara inanaraq Cavabdeh1 1395 manat məbləğində, onun qardaşları digər cavabdehlər Oktay Siracova 1632 manat, Cavabdeh3 833 manat dəyərində, Cavabdeh5 664 manat dəyərində, Quba rayonu Qımıl kəndində yaşayan Cavabdeh4 1883 manat dəyərində bağ dərmanları vermişdir. Onlar dərmanları almaları barədə onun qeyd dəftərinə bu barədə imza atmışlar. Dəfələrlə onlardan borclu olduqları dərman pullarını tələb etməsinə baxmayaraq, onlar hər dəfə borclarını tez bir zamanda qaytarmaqları barədə ona söz vermişlər. Amma buna baxmayaraq bu günə qədər öz borclarını qaytarmaqdan yayınırlar. Cavabdehlərin hərəkə tləri nəticəsində onun hüquqları pozulur.

4. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş və məhkəmə iclasında mülki iş üzrə iddiaçının iddia müddətini ötürdüyünü nəzərə alınaraq, iddianın təmin edilməməsini xahiş etmişlər.

5. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 06 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə Mülki Məcəllənin 372-ci və 375.-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) 09 fevral 2021-c i il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nisyə alğı-satqı üzrə iddiaçının hüququnun pozulmasını müəyyən etsə də, bu pozuntunun baş verməsi tarixi, pozuntunun nə vaxt iddiaçıya məlum olduğunu yaxud olmalı olduğu araşdırmadığından, iddia müddətinin tətbiqini tənzimləyən maddi qanunu tətbiq etməməli idi. Eyni zamanda apellyasiya instansiya məhkəməsi aşağı məhkəmə qətnaməsindəki bu maddi və prosessual qanun pozuntusunu diqqətdən kənarda qoymalı deyildi. Çünki alğı-satqı nisyə olmuş, bundan başqa bir-neçə dəfə iddiaçı cavabdehlərə ya güzəştli müddətlər vermişdir, yaxud öhdəliyinin icrasını təxirə salmışdır. Nəzərə almaq lazımdır ki, iş materiallarında olan cavabdehlərin yazılı ərizələrində də iddia müddəti tənzim edən maddi qanunun tətbiqində səhvə yol verilməsi görünür. Belə ki, Cavabdeh2 və X2 02.06.2020-ci il tarixli ərizələrində malları 2005-ci ildə aldığını qeyd etsələr də, 4 il keçdiyini, Cavabdeh3 ərizəsində malları 2016-cı ildə aldığını qeyd etsə də, 4 il keçdiyi ni yazmışlar. Halbuki məhkəməyə iddia ərizəsi 29.11.2019-cu il tarixdə daxil olmuşdur. Onu da nəzərə almaq lazımdır ki, sözügedən məhkəmə qətnamələrində illər yuvarlaq göstərilmiş, ay və gün tarixləri qeyd edilməmişdir. Halbuki bəzi hallarda (məs., Cavabdeh3 borcuna münasibətdə bu həlledici hal idi). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı Cavabdeh4 etiraz verərək iddia müddətinin keçməsinin nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlan dırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

15. Maddə

368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

17. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Mülki Məcəllə ilə müəyyənləşdirilir.

20. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsa sdır.

22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

24. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

25. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmi rsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

32. Cavabdehlər Cavabdeh2, X5, Cavabdeh5 ilə iddiaçı arasında olan alqı-satqı münasibətləri 2005-ci ildə, Cavabdeh3 ilə iddiaçı arasında olan münasibətlər 2016-cı ildə və Cavabdeh4 ilə iddiaçı arasında olan münasibətlər isə 2013-cü ildə baş tutmuşdur.

33. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasının qəbul etmədiklərini və həmçinin mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişlər. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir.

35. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarını n Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28.11.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxa rardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli Qərarı).

36. İşdən görünür ki, tərəflər arasında yazılı formada müqavilə olmasa da, cavabdehlər iddiaçıdan nisyə alqı-satqı yolu ilə bağ dərmanları almışlar. Bununla da tərəflər arasında borc münasibətlərinin olması iş materialları ilə təsdiq edilir. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında borc münasibətləri 2005-2016-cı illərdə yaranmış, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 29.11.2019-cu il tarixdə tarixdə müraciət etmiş, başqa sözlə, iddia müddətini ötürmüşdür. Yəni, iddiaçı 3 il müddətində cavabdehlərə qarşı iddia qaldırmamış, iddia müddətini ötürmüş, iddia müddətinin axımının dayandırılması və kəsilməsi halı da baş verməmişdir. Eyni zamanda cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişlər.

37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin tətbiqi barədə ərizəni qəbul edərək hazırki işə iddia müddətini təmin etmiş və iddianın təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara m ülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şika yəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar