Məhkəmə qərarları › İş №2(102)-3743/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3743/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3743/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3743/21 (Açar sözlər: pul) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-359/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 ABŞ dolları və 1600 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 il bundan qabaq Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində 12 sot torpaq almışdır. Torpaq sahəsini sənədləşdirmək üçün 2018-ci ilin mart ayında torpaq sahəsinə dair vətəndaşlardan sənəd axtarmağa başlamışdır. Bu zaman X3 ilə tanış olmuşdur. P ona bildirmişdir ki, 12 sot torpağa dair sənəd Cavabdeh var. Sonuncu həmin sənəddən istifadə edə bilmədiyi səbəbdən pul müqabilində sənədi ona verə bilər. 09 mart 2018-ci il tarixində Şağan qəsəbəsində "Şaurma” restoranının yanında iddiaçının maşınında X3 və Cavabdeh ilə görüşmüşlər. O, cavabdehə 2000 ABŞ dolları və 1600 manat pul verdikdən sonra sənədlər cavabdeh tərəfindən ona verilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona verilən sənədlər əsasında başqa bir şəxsə bir ay əvvəl, yəni 2018-ci ilin fevral ayında sxem verilmişdir. Həmin sənəd ona satılanda artıq istifadə olunmuş və onun heç bir hüquqi qüvvəsi olmamışdır, Bu səbəbdən də ərizə ilə polisə müraciət edərək ona qarşı edilən hüquqazidd əməllərlə bağlı tədbir görülməsini xahiş etmişdir. Xəzər rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli 1(003)-80/2019 saylı hökmü ilə X3 Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həm in hökmlə müəyyən edilmişdir ki, İddiaçı 2000 ABŞ dolları və 1600 manat məbləğində pulu Cavabdeh vermiş, sonuncu pulun alınmasını etiraf etmişdir. Cavabdeh ona verdiyi pulu geri qaytarmaqdan imtina etdiyindən, məhkəməyə müraciət etmişdir. Şuşa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 noyabr 2019-cu il tarixli, 2(077)-265/2019 saylı qətnaməsi ilə (hakim Allahverən Həsənov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbləri ilə bağlı hər hansı sübutu, yəni İddiaçı 2000 ABŞ dolları məbləğində pulu və 1600 manatı Cavabdeh verməsi, cavabdehin aldığı pulu iddiaçıya qaytarmaması və iddiaçıya borclu olması barədə hər hansı sübutu məhkəməyə təqdim ed ə bilməmişdir. İddiaçının sübut növü kimi iddia ərizəsinə əlavə etdiyi Xəzər rayon Məhkəməsinin X1 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 02.07.2019-cu il tarixli 1(003) 80/2019 saylı hökmündə iddiaçının göstərdiyi tarixdə və yerdə Cavabdeh tərəfindən deyil, məhz X3 tərəfindən aldadıldığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 106.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellya siya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Şəmsəddin Abasov- sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-359/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şuşa Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(077)-265/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, bu iş üzrə əsassız varlanan da məhz Gülbala Cəfərov olmuşdur. İş üzrə Cavabdeh Gülbala Cəfərova verdiyi pulu geri almış, bu işdə əlavə pul vəsaiti əldə etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh iddiaçı qarşısında maddi məsuliyyət daşımır. Başqa sözlə, Cavabdeh əsassız varlanan şəxs de yildir və iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusu törətməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda mülki hüquq pozuntusu törətmiş, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edib əsassız varlanan şəxs X3 olmuşdur. Elburus Rüstəmov verdiyi pulu geri almış, əlavə pul əldə etməmişdir. Belə ki, istər Elburus Rüstəmova, istərsə də İddiaçı torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd sayıla biləcək sərəncamı satan o, olmuş, hər iki tərəflə danışıqları o, aparmışdır. Bu hal işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin o faktı nəzərə alır ki, İddiaçı göstərişi ilə etibarnamə verilərkən etibarnaməni Elburus Rüstəmov birbaşa həmin şəxsə deyil, məhz İddiaçı sənədi satan Gülbala Cəfərova vermişdir. Başqa sözlə, sənədi o, satsaydı, yaxud həmin razılaşmanın tərəfi olsaydı, etibarnaməni birbaşa o, verərdi. Beləliklə, məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir halda onun tərəfindən X2 pul verilməmişdir. Həmin pul iddiaçı tərəfindən əlbəəl olaraq cavabdehə verilmişdir. Bu fakt 02.07.2019-cu il tarixli 1(003) 80/2019 saylı hökmdə açıq-aşkar if adə olunub. Hər iki instansiya məhkəməsi hökmə düzgün qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı vəkili Vəkil məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçının vəkili teleqrama xəstəliyini təsdiq edən hər hansı sənədi əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını müm kün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveri ciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal d əlillərlə əsaslandırılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində iddia tələbinin əsaslılığının iş materiallarında olan məhkəmə hökmü ilə təsdiq edildiyini, cavabdehin həmin hökmdə ona olan borcunu etiraf etdiyini qeyd etsə də, kasasiya yoxlaması nəticəsində iddiaçının istinad etmiş olduğu xüsusat iş materiallarında olan Xəzər rayon Məhkəməsinin X1 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 02.07.2019-cu il tarixli 1(003) 80/2019 saylı hökmündə öz təsdiqini tapmamışdır. İddiaçı göstərilən hökmdən başqa hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya kollegiyası isə iddiaçının əsassızlığını qəbul etdiyi qətnamədə düzgün və aydın şəkildə izah etmişdir. Həmçinin qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində hər hansı maddi və ya prose ssual hüquq normasının tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-359/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar