Məhkəmə qərarları › İş №2(102)-3745/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3745/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3745/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlaka vurulmuş ziyanın ödənilməsi 27.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(105)-1907/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşəgötürənin 21 iyun 2017-ci il tarixli əmrin ə əsasən Cavabdeh (bundan sonra cavabdeh) İddiaçı-yə (bundan sonra iddiaçı) satış əməliyyatları şöbəsinin X şəbəkəsinə 21 iyun 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 06 oktyabr 2017-ci il tarixli əmr ilə cavabdeh iddiaçının Satış Departamentində administrator vəzifəsinə keçirilib. Cavabdehlə bağlanmış əmək müqaviləsinə 19 aprel 2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilib. X mağazasının müdiri işləmiş maddi-məsul şəxs- cavabdehdən 19 dekabr 2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal– material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 16.551,80 manat kəsirin olduğu müəyyən edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 13.267 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 13.297 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verib. Belə ki, 19 dekabr 2018-ci il tarixdə planlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq cavabdehin hesabında 13.443 manat malın çatışmazlığı və yoxlamadan keçən dövrdə 176 manat iddiaçının xəzinəsinə mədaxil eilməklə 13.267 manat qalıq borcu qalıb. Qalıq borcun ödənilməs i barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o heç bir ödəniş etməyib. Beləliklə, cavabdeh həm Əmək Məcəlləsi və Mülki Məcəllənin müddəalarını, həm də onunla bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrinin şərtlərini kobud şəkildə pozub. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 yanvar 2021-ci il tarixli ekspert rəyinə görə, aktivlər üzrə inventarizasiya nəticələrinə dair 19 dekabr 2019-cu il tarixli yekun aktına əsasən aparılmış inventarizasiya yoxlaması nəticəsində iddiaçıda adminstrator vəzifəsində işləmiş cavabdehin hesabında mal çatışmazlığının ümumi məbləği 16.551,79 manat müəyyən edilib. Quba Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilərək, cavabdehdən maddi zərərin əvəzi kimi 13.267 manat pulun tutulub iddiaç ıya ödənilməsi qət edilib. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapır və zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehin təqsirli olması öz təsdiqni tapır. Ona görə də cavabdehdən mal çatışmazlığına görə vurulmuş zərərin əvəzi olaraq 13.267 manat pul tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 191.1, 194.1, 194.2, 199, 202.1-ci maddələrinin və Mülki Məcəllənin 21.2, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apelly asiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və onun məhkəmə iclasında iştirakını təmin etmədən iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən, məruzəçi, Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Quba rayon məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia təmin edilib və cavabdehdən 13.267 manat pulun tutulub iddiaçıya ödə nilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin məhkəmə iclasında iştirakını təmin etməyib. Belə ki, iddiaçıya zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehin təqsirli olması mülki iş materialları ilə təsdiq olunur. Ona görə də cavabdehin təqsirli əməli öz təsdiqini tapdığından, onun təqsirli əməli nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq ondan 13.267 manat pul tutulub iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 191.1, 194.1, 194.2, 199-cu maddələrinin, Mülki Məcəllənin 21.1, 21.2, 1115-ci maddələrinin, habelə Mülki Prosessual Məcəl lənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri ilə əsaslındırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya insansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahat ları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 194.1-ci maddəsinə görə, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzib ati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199.1-ci maddəsinin a) bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə- saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 199.2-ci maddəsinə görə, ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmam ış işçilər yalnız bu maddənin birinci hissəsinin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaiməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası mə hkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, işəgötürənin 21 iyun 2 017-ci il tarixli əmrinə əsasən cavabdeh iddiaçının satış əməliyyatları şöbəsinin Xr şəbəkəsinə 21 iyun 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 06 oktyabr 2017-ci il tarixli əmr ilə cavabdeh iddiaçının Satış Departamentində administrator vəzifəsinə keçirilib. Cavabdehlə bağlanmış əmək müqaviləsinə 19 aprel 2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilib. X mağazasının müdiri işləmiş maddi-məsul şəxs- cavabdehdən 19 dekabr 2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal– material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 16.551,80 manat kəsirin olduğu mü əyyən edilib. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməməklə mülki prosessual normaların tələblərini pozub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin mübahisə olunmayan hallarına görə, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verib. Belə ki, 19 dekabr 2018-ci il tarixdə planlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq cavabdehin hesabında 13.443 manat malın çatışmazlığı və yoxlamadan keçən dövrdə 176 manat iddiaçının xəzinəsinə mədaxil eilməklə 13.267 manat qalıq borcunun qaldığı müəyyən edilib. İddiaçı tərəfindən qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o heç bir ödəniş etməyib. Göründüyü kimi cavabdeh həm Əmək Məcəlləsi və Mülki Məcəllənin müddəalarını, həm də onunla bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrinin şərtlərini kobud şəkildə pozub. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 yanvar 2021ci il tarixli ekspert rəyi ilə də müəyyən olunur ki, aktivlər üzrə inventarizasiya nəticələrinə dair 19 dekabr 2019-cu il tarixli yekun aktına əsasən aparılmış inventarizasiya yoxlaması nəticəsində iddiaçıda adminstrator vəzifəsində işləmiş cavabdehin hesabında mal çatışmazlığının ümumi məbləğinin 16.551,79 manat olduğu müəyyən edilib. Mülki Məc əllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Əmək Məcəllənin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 194.1-ci maddəsinə görə, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199.1-ci maddəsini n a) bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə- saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 199.2-ci maddəsinə görə, ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, sö zügedən zərərin mövcud olması, həmin zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, habelə zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə istisna edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını n məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(105)-1907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar