Məhkəmə qərarları › İş №2(102)-3746/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3746/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3746/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(105)-351/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh, 07 avqust 2018-ci il tarixdə Quba-Xaçmaz yolunun birinci kilometrliyində idarə etdiyi “VAZ-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevr edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla, yolun əks istiqamətində Quba şəhər istiqamətindən Xaçmaz şəhər istiqamətində hərəkətdə olan X2 idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş Quba rayon, Timiryazev qəsəbə sakini 25.01.1958-ci il təvəllüdlü İddiaçı ağır travmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinə qansızma, başın təpə nahiyəsində əzilmiş yara, döş qəfəsinin qapalı travması, sağ tərəfli pnevmoto raks, sağdan qabırğaların çoxlu sınığı, sağ aşağı ətrafın dizdən amputasiyası ilə nəticələnən sağ baldırın hər iki topuğunun sınığı və çıxığı kimi sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur.

2. Həmin əməlinə görə R.Vəkilbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin zərərçəkmiş İddiaçı iddia tələbi təmin edilərək 17.500 manat məbləğdə maddi ziyan, 4.000 manat mənəvi zərərin ödənilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cava bdeh yol hərəkət qaydalarını kobud şəkildə pozaraq baş verən qəza nəticəsində onun əmək qabiliyyəti itirməsi və bundan sonra əmək qabiliyyətinin olmamasını, bir ayağının amputasiya olunmasına görə əlil olmağını, bundan sonra yataq xəstəsi olduğu üçün müalicə xərclərini ödəməyə və öhdəsində olan ailəsini dolandıra bilmədiyindən Cavabdeh tərəfindən hər ay onun ailəsini dolandırmaq üçün və müalicəsinə görə 250 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh səhlənkarlıq və ehtiyatsızlığı nəticəsində ömürlük olaraq gəzmə qabiliyyətini itirmişdir. Qəza nəticəsində ağır bədən xəsarəti alaraq bir ayağı kəsilmiş və müxtəlif daxili orqanları fəaliyyət qabiliyyətini itirmişdir. Onun ö hdəsində hal-hazırda iki övladı, həyat yoldaşı, yaşlı anası və üç azyaşlı nəvəsi vardır. Onun əmək qabiliyyətini itirməsi ailə dolanışıqlarında çətinliklərə və çatışmamazlıqlara səbəb olur ki, buna da səbəb yol-nəqliyyat hadisəsindən sonra əlil olub qazanc əldə edə bilməməsidir.

5. Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia tələbi qismən təmin edilərək Cavabdeh hər ay 190 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş təkzibedilməz sübatlarla müəyyən olunmuşdur ki, Cavabdeh oğlunun təqsiri səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmək qabiliyyətini itirmişdir. Belə ki, iddiaçının sağ ayağın aşağı ətraf dizaltı amputasiya ə məliyyatı icra olunmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş müayinə və müalicə sənədlərindən görünür ki, İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkir, həmin xəstəliklərlə bağlı daima həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o, ailəsinə maddi yardim göstərə bilmir və müalicə ehtiyatlarını qarşılaya bilmir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1118.1, 1119, 1123, 1125-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, alimentin məbləğinin azaldılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 10 mart 2021-ci il tarixli, 2(105)-351/2021 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmələr 190 manat pul məbləğini təyin edərkən nəyə istinad etdiklərini, bu məbləğin nəyin əsasında müəyyən edildiyini öz qətnamələrində kifayət qədər maddi və prosessual normalar baxımından, eləcə də tərəflərin maddi vəziyyəti baxımından düzgün əsaslandırmamışlar. Belə ki, iddiaçı ona hər ay pul təyin edilməsini məhkəmədən xahiş edərkən ona əsaslanmışdır ki, qəza nəticəsində əlil olmuş və ona görə də ailəsinin tələbatlarını ödəməyə imkanı yoxdur. Məhkəmə də onun bu dəlili ilə razılaşmışdır. Lakin məhkəmələr o fakta hüquqi qiymət verməmişlər ki, bu zaman ödəmə zərərçəkənin ailə ü zvlərinin maddi təminatını təmin etmək üçün deyil, onun öz təminatı, xəstəlik xərcləri və sairə üçün ödənilir. Amma işə baxan məhkəmələr bu faktların heç birini araşdırmamış, iddiaçının həqiqətən də hansısa müalicəyə ehtiyacı olub-olmaması, bunun xərclərinin nədən ibarət olması, qəzadan əvvəl hər hansı bir gəlirinin olub-olmaması və sairə halları araşdırmamış, yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq hazırkı qətnamələri qəbul etmişlər. Bu isə prosessual hüquq normalarının pozulması deməkdir. Hazırkı işdə iddiaçı əlil olması nəticəsində müalicə xərclərini ödəyə və öhdəsində olan ailəsini dolandıra bilmədiyini göstərsə də, bu xərclərin nədən ibarət olmasını, miqdarını, ailə üzvlərinin öhdəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə də bu faktları araşd ırmadan və iddia ərizəsində istinad edilən halların həqiqətən də mövcud olub-olmamasını müəyyən etmədən iddianı təmin etmişdir ki, bu halda hazırkı qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. İddiaçı hətta öhdəsində 2 uşağının və 3 nəvəsinin olmasına da istinad edərək guya onları saxlamağa maddi imkanı çatmadığını bildirmişdir. Lakin məhkəmələr həmin uşaqların yaşlarını, əmək qabiliyyətli olub-olmamasını araşdırmamışdır. Əgər iddiaçının 3 nəvəsi varsa, deməli, onun övladları artıq əmək qabiliyyətli böyük insanlardır və iddiaçının indi həmin uşaqları da öz öhdəsində göstərib ondan maddi yardım tələb etməsi qanunsuz olmuşdur. İddiaçının bir oğlu 39 yaşı olmaqla hazırda Türkiyədə yaşayıb işləyir və maddi imkanı çox yaxşıdır. İddiaçının istinad etdiyi həmin nəvələri də oğlu ilə birlikdə Türk iyədə yaşayırlar. Digər oğlunun isə 33 yaşı olmaqla əmək qabiliyyətlidir və işləyir. Oğlanlarının övladları da onların öz himayəndəsindədirlər. Bütün bunlar göstərir ki, iddiaçının hal-hazırda himayəsində heç bir əmək qabiliyyətsiz şəxs yoxdur. Həyat yoldaşı isə X3 işləyir. Bu gün əslində iddiaçının maddi vəziyyəti cavabdehdən çox-çox yüksəkdir. Çünki həm əlillik üzrə müavinət alır, həm də oğlanları maddi yardım edir. Cavabdeh isə hazırda cəza çəkməklə bərabər həm də işləmir və heç bir maddi təminatı yoxdur. Həyat yoldaşı da işləmir, maddi sıxıntılar içində yaşayırlar. Üstəlik də məhkəmənin qət etdiyi hər ay 190 manatın da cavabdehdən alınıb iddiaçıya verilməsi faktiki olaraq mümkün olmayacaq və cavabdehi və ailəsini məhrumiyyətlərə düçar edəcək. Həmçinin iddiaçının ayağının amputasiya olu nması qəza ilə əlaqədar deyil, uzun illər şəkər xəstəsi olması ilə əlaqədardır. Bütün bu halları həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində bildirməsinə baxmayaraq, məhkəmələr bu faktları nəzərə almamış, araşdırmamış və yalnız formal hallara uyğun olaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 və vəkili Mahmudov Müçfiq Ziyaddin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyi v ə gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əl dən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsi ndə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəy ə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1119. Sağlamlığın p ozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş m əzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Maddə 1123. Zərərin əvəzinin ödənilməsi miqdarının sonradan dəyişdirilməsi 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən az aldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması 1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. 1124.2. Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Maddə 1125. Zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər 1125.1. Zərərçəkəni n əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüy ü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməs inin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Belə ki, məhkəmlər tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən törədilən əməl nəticəsində ona vurulmu ş maddi zərərin əvəzi olaraq 17.000 manat və mənəvi zərərə görə 4.000 manat pulun tutulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. İddiaçı hazırki tələbində əmək qabiliyyətini itirdiyini, ayağı amputasiya edildiyinə görə əlil olmasını, yataq xəstəsi olmasını nəzərə alaraq, ailəsini dolandırmaq və müalicə olunması üçün aylıq ödənişlər edilməsini xahiş etmişdir.

23. Müalicə xərclərinin ödənlməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1118.1-ci maddəsi təşkil edir. Həmin normada zərər dedikdə - fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, da va-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi başa düşülür.

24. Göründüyü kimi bu normada zərərin tərkibi: 1. fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu qazanc; 2. yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazanc (gəlir); 3. sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər; 4.müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərdən ibarətdir.

25. İddianı təmin edən məhkəmə, qətnamədə məhz hansı zərərin müəyyən edildiyi ni dəqiq göstərməli və zərərin ödənilməsi üçün nəzərdə tutulmuş şərtlərin mövcud olubolmadığını əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh təqsiri səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmək qabiliyyətini itirmişdir. İddiaçının sağ ayağın aşağı ətraf dizaltı amputasiya əməliyyatı icra olunmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş müayinə və müalicə sənədlərindən görünür ki, İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkir, həmin xəstəliklərlə bağlı daima həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o, ailəsininə maddi yardim göstərə bilmir və müalicə ehtiyatlarını qarşılaya bilmir.

26. Lakin Mülki Məcəllənin 1118.1-ci maddəsinə görə müalicəyə və dava-dərman alınmasına çəkdiyi xərclər yalnı z bu şərtlə ödənilir ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

27. Məhkəmə iddianın təmin olunması zamanı bu dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etməmiş, iddiaçının müalicəni pulsuz almaq hüququnun olubolmamasını araşdırmamışdır.

28. İddiaçı onun əlil olduğunu bildirdiyi halda işə əlilliyi barədə sübut əlavə olunmamışdır.

29. Məhkəmə iddiaçının “müxtəlf xəstəliklərdən” əziyyət çəkdiyini bildirsə də, bu xəstəliklərin cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin olduğunu müəyyən etməmişdir.

30. Bundan başqa, mülki işin 72-73-cü səhifələrində olan apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin dəyişdirilərək alimentin azaldılmasını tələb etmişdir. Apellyasiya məhkəməsi cavabdehin bu xahişini dəqiqləşdirməmiş, “aliment” dedikdə qətnamə ilə iddiaçıya ödənilməli aylıq məbləği nəzərdə tutursa, o halda hansı məbləğdə ödənişlə razılaşdığını araşdırmamışdır. Halbuki, bu hal apellyasiya araşdırmasının hədlərinin müəyyən edilməsi üçün də əhəmiyyətli idi.

31. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır.

33. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(105)-351/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar