Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3746/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)372/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X3 arasında bağlanmış 10 iyul 2016-cı il tarixli, 113 №-li müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 3 otaqdan ibarət 47 №-li mənzili payçıya ayırmışdır.
2. Sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar həmin mənzilə "xxxx" MTK və İddiaçı arasında 08 sentyabr 2016-cı il tarixli, 74 №-li saylı mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilədə mənzılın hər kv.metrinin qiymətinin əvvəlki müqavilə ilə 320 manat olmaqla 30720 manat olduğu, lakin Kooperativin ümumi yığıncağının qə rarı ilə hər kv.metrinin qiymətinin 100 manat artırıldığı göstərilməklə əlavə olaraq 9600 manat pulun ödənilməsi şərtləşdirilmişdir.
3. İddiaçı mənzilin dəyəri olan 40.320 manatı "xxxx" MTK-ya tam ödəmiş və bu barədə 23 fevral 2019-cu il tarixli maliyyə arayışı tərtib olunmuşdur.
4. Sonradan – 05 yanvar 2019-cu il tarixdə "xxxx" MTK və İddiaçı arasında bağlanmış müqavilə ilə eyni ölçüdə mənzilin həmin binanın 13-cü mərtəbəsində verilməsi razılaşdırımışdır.
5. Lakin "xxxx" MTK mübahisəli mənzilə dair X2 ilə 23 sentyabr 2020-ci il tarixli saylı mənzil tikintisi haqqında müqavilə bağlamış, müqavilədə mənzilin qiyməti 62.400 manat müəyyən olunmuşdur.
6. X2 mənzilin dəyəri olan 62.400 manatı "xxxx" MTK-ya ödəmiş və bu barədə 23 sentyabr 2020-cu il tarixli maliyyə arayışı tərtib edilmişdir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 62.400 manat (40.320 manat + 22.080 manat) məbləğində zərərin, habelə 40.320 manat pul məbləğinin qaytarılması gecikdirildiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün (xx.xx.2019-cu il tarixdən məhkəmə qərarı icra olunan qünədək) illik 5 faizin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, mənzilin ilkin payçısı YYYun mənzilin pay hesabına ödədiyi məbləğ sonuncu ilə razılaşmaya və kooperativin razılığına əsasən YYYun hüquqi varisi kimi iddiaçının adına rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il tarixli müqavilədə əvvəlki müqavilə bağlanan anda mənzilin ümumi dəyəri 30.720 manat məbləğində müəyyən edildiyi, yəni hər kv.m sahənin dəyəri 320 manat təşkil etdiyi göstərilmiş, lakin kooperativin ümumi yığıncağının qərarına əsasən hər kv.m sahənin dəyəri 100 manat məbləğində artırıldığından 96 kv.m sahəli mənzil üçün iddiaçı əvvəlki məbləğin YYY tərəfindən ödənilməyən hissəsi ilə bərabər əlavə 9.600 manatın ödənilməsini öhdəsinə götürmüşdür. 05.01.18-ci il tarixdə iddiaçı ilə "xxxx" MTK-nin rəhbərliyi arasında yeni müqavilə bağlanmış və 47 saylı mənzilin inşa edilən yaşayış binasının artıq 13-cü mərtəbəsində yerləşdiyi göstərilmişdir. Maliyyə arayışı aldıqdan sonra iddiaçı cavabdehə müraciət edərək pay haqqını tam ödədiyi mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək bu məsələnin həllindən yayınmağa çalışmış, mənzili iddiaçıya təhvil verməmiş, həmin mənzili başqa şəxsə satmışdır. Mənzil üçün ödədiyi pulu iddiaçıya qaytarmaqdan imtina edən və özünə bəraət qazandırmaq istəyən cavabdeh həmin ünvanda tikilən digər binadan iddiaçıya mənzil verəcəyini vəd etmiş, lakin sonra bundan da imtina etmişdir. Cavabdehin hərəkətləri belə nəticəyə gəlməyə əsas verir ki, tikdiyi binadakı mənzili iddiaçıya vermək niyyətində olmamış, iddiaçının pullarını alaraq onlardan gəlir əldə etmək üçün istifadə etmişdir. Onların arasında bağlanmış müqavilənin 2-ci və 4-cü maddələrində kooperativin mənzili təhvil vermək, payçının isə onu qəbul etmək öhdəlikləri nəzərdə tutulmuşdur. Öhdəliklər iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş, bunu cavabdeh özü də təsdiq etmişdir. Lakin cavabdeh müqavilə il ə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməkdən imtina edərək, üzərinə götürmüş öhdəliyin icrasından birtərəfli imtina etmiş və bununla da iddiaçıya zərər vurmuşdur. Cavabdehə iddiaçı tərəfindən ümumi sahəsi 96 kv.m olan mənzil üçün 40.320 manat ödənilmişdir. Cavabdehin mənzili iddiaçıya təhvil verməkdən imtinası nəticəsində iddiaçı özünə başqa mənzil almaq məcburiyyətindədir. Lakin cavabdehin özünün hazırda inşa etdiyi başqa binalardakı mənzillərin dəyəri hər 1 (bir) kv.m sahə üçün artıq 650 manatdan hesablanır və yuxarıda qeyd edilmiş müqaviləyə əsasən məhz bu qiymət əsas götürülərək müqavilələr bağlanır. Belə olan halda iddiaçı mülkiyyət və yaşayış sahəsinə pozulmuş konstitusion hüquqlarının bərpası məqsədi ilə qonşu binadan ümumi sahəsi 96 kv.m olan yeni mənzilin alınması üçün ca vabdehə 22.080 manat əlavə olaraq, cəmi 62.400 manat ödəməlidir. Göründüyü kimi, müqavilənin cavabdeh tərəfindən pozulması iddiaçıya 62.400 manat (40.320 manat + 22.080 manat) məbləğində zərər vurmuş və bu zərər cavabdeh tərəfindən ödənilməlidir.
9. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-1324/2021 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilərək 40.320 manat məbləğində mənzilə görə ödənilmiş pul və illik beş faizlə hesablanmış 1140 manat olmaqla, cəmi 41.460 manat məbləğdə pulun cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh qeyd olunan mənzillə bağlı iddiaçı ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağladıqdan sonr a, həmin mənzillə bağlı xx.xx.2020-ci il tarixdə X2 ilə də müqavilə bağlamış, öhdəliyin icrasından boyun qaçırmaqla iddiaçıya ziyan vurmuşdur. İddiaçının izahatına görə cavabdeh tərəfindən bununla bağlı ona başqa mənzil sahəsi veriləcəyi bildirilsə də, cavabdeh vədinə əməl etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının izahatına görə tərəflər arasında mübahisəli mənzilə dair müqavilə cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəf isə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və sübutlarını təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilə üzrə cavabdehə ödənilmiş olan 40.320 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
11. Məhkəmə iddia tələbinin 22.080 manat maddi zərə rin cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin məbləğ qeyd edilən mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğdir. Bu halda iddiaçı ziyan tələb edə bilər ki, göründüyü kimi iddiaçının ziyan tələbi də mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, iddia 22.080 manat maddi zərər hissəsində əsassızdır və təmin edilməməldir.
12. İddia tələbinin mənzilə görə ödənilmiş 40 320 manat pulun qaytarılmasını gecikdirməyə görə illik 5% cavabdeh "xxxx" Mənzil tikinti kooperativindən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, 23 fevral 2019- cu il tarixdən iddiaçıya məxsus 40.320 manat məbləğində pulun əslində 9600 manat hissəsini cavabdeh MTK-ya ödəmiş, qalan məbləği isə iddi açı mənzilin əvvəlki sahibi Nicat Muradova ödədiyindən iddiaçıya məxsus 9600 manat məbləğində pul cavabdehin qanunsuz istifadəsində qalmış hesab edilməlidir. Həmin müddət 23 fevral 2019-cu il tarixdən iş üzrə qətnamə qəbul olunan günədək, yəni 12 iyul 2021-ci il tarixədək 2 il, 4 ay, 19 gün üçün hesablanmalı, 9600 manatın bir ay üçün 5%-i 40 manat təşkil edirsə, 28 ay, 19 gün üçün həmin məbləğ 1140 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə də iddia qismən təmin edilməldir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 389.1, 390.1, 427.3, 442, 448.1, 449.1, 421.1, 421.3, 752.1, 759.2, 1091.1, 1091.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 44 5 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə sübutları araşdırarkən həmin sübutları ətraflı araşdırmamış, maddi hüquq normalarının tələbləri pozulmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(105)-372/2022 nömrəli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı mübahisələndi rilən hissədə qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək cavabdeh "xxxx" MTK-dan gecikməyə görə illik beş faiz hesablanmaqla 4810 (dörd min səkkiz yüz on) manat 40 (qırx) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə görə ödənilmiş 40.320 manat pulun qaytarılmasını gecikdirməyə görə illik beş faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianı qismən təmin edərkən 23 fevral 2019-cu il tarixdən iddiaçıya məxsus 40.320 manat məbləğində pulun 9600 manatının cavabdeh MTK-ya ödənildiyini, qalan məbləğin isə cavabdehə mən zilin əvvəlki sahibi N.Muradov tərəfindən ödənildiyi qənaətinə gələrək iddiaçıya məxsus 40.320 manatın deyil, 9600 manatın cavabdehin qanunsuz istifadəsində qaldığını əsas gətirərək, həmin məbləğin beş faiz miqdarında - 1140 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
18. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunduğu kimi bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən 40.320 manat cavabdeh "xxxx" MTK-ya ödənilmişdir. Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı və tutulmanın hesablanması isə iddiaçının tələb etdiyi qaydada deyil, xx.xx.2019-cu ildən qətnamənin qəbul edildiyi xx.xx.2021-ci il tarixədək olan dövrə hesablanmaqla, yəni 2 il 4 ay 19 gün üçün 4810,4 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 22.080 manat maddi zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, tələb olunan məbləğ mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğ olduğundan bu hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 445.7-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında is tinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil1) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ailəsinin yaşayış sahəsinə ehtiyacı olduğundan, o, Avropa Məhkəməsinin hüquqi mövqeyinə müvafiq mülkiyyət kimi müəyyən edilən pul vəsaitini bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" MTK-nə 2016-2019-cu illərdə ödəmiş, lakin bu günədək nə müqavilədə nəzərdə tutulmuş mənzili, nə də ödədiyi pul vəsaitini ala bilməmiş, cavabdehin özündə qanunsuz saxladığı vəsaiti yenidə n istifadə edə bilməmiş və başqa mənzil ala bilməmiş, məhkəmə isə ona vurulmuş zərərin ödənilməsinə dair hüququnu təmin etməmiş və bununla onun mənzil, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarını pozmuşdur.
23. İddiaçı Sumqayıt Apelyasiya məhkəməsində onun hüquqlarının müdafiəsi və təmsil edilməsi üçün vəkillə müqavilə bağlamamış, hüquqlarını özü müdafiə etmək arzusunda olmuşdur. Lakin apelyasiya məhkəməsi tərəfindən ona məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməmiş, mübahisəyə onun iştirakı olmadan baxılmış, qanunsuz qətnamə çıxarılmış və hətta qətnamənin surəti ona göndərilməmişdir. Bunun nəticəsində iddiaçının konstitusiyada təsbit edilmiş hüquqların məhkəmə təminatı, məhkəmədə müdafiə olunmaq və dinlənilmək hüquqları pozulmuşdur.
24. Məhkəmə 22.080 manat məblə ğində zərərin mövcud olduğu nəticəsinə gəlmiş, bu halda iddiaçının həmin ziyanı tələb etmək hüququnun olduğunu və iddiaçının həmin ziyanı tələb etdiyini də müəyyən edilmiş hallar kimi göstərmişdir. Lakin müəyyən etdiyi hallara zidd olaraq, onları rədd etmək üçün heç bir dəlil və sübut göstərmədən, qanun normasına istinad etmədən MM-nin 21, 442 və 443-cü, MPM-in 217.3-cü və 220.4-cü maddələrini pozaraq, yalnız bir cümlə ilə iddia tələbinin əsassız olduğunu qeyd etmişdir. Mövqeyinin qanuna müvafiq olmadığını bilən birinci instansiya məhkəməsi bu tələblə bağlı heç bir qərar qəbul etməmişdir.
25. Sumqayıt Apelyasiya Məhkəməsi qətnaməsində “iddia tələbinin 22.080 manat maddi zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiy ası hesab edir ki, tələb olunan məbləğ mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğ olduğundan bu hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır” məzmunlu yeganə abzası qeyd edərək, həmçinin heç bir qanuna istinad etməmiş, göstərilən maddi normaları tətbiq etməmiş, prosessual hüquq normalarını pozmaqda davam etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilmə si nəzərdə tutulmasın.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarı
30. Kredit or kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv olunmalı və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş, bu qərarın 1-6-cı paraqraflarında qeyd olunan işin faktik hallarını tərəflər mübahisələndirmir.
42. Yəni birmənalı olaraq müəyyən olunur ki, iddiaçının "xxxx" MTK-dan 40.320 manat pul ödəməklə (23 fevral 2019-cu il tarixdə) aldığı mənzili "xxxx" MTK sonradan - 23 sentyabr 2020-ci il tarixdə X1 62.400 manata satmışdır. Mənzilin Ə.Əliyevə satılması barəd ə iddiaçının hər hansı razılığı olmamış, onunla olan müqavilə ləğv edilməmiş, etibarsız sayılmamışdır.
43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr iddianın təmin olunan hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir.
44. İddianın təmin olunmayan hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin yuxarıda göstərilən faktik hallarından çıxış etməklə ona vurulmuş ziyanın ödənilməsini tələb edir və zərərin məbləğini 62.400 manat müəyyən edir. İşə baxmış məhkəmələr iddiaçının bu tələbini təmin etməmiş və mövqelərini belə izah etmişdir ki, «iddiaçının tələb etdiyi 22.080 manat maddi zərər qeyd edilən mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğdir. Bu halda iddiaçı ziyan tələb edə bilər ki, göründüyü kimi iddiaçının ziyan təl əbi də mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, iddia 22.080 manat maddi zərər hissəsində əsassızdır və təmin edilməməldir.»
45. Məhkəmə kollegiyası məhkəmələrin bu mövqeyi və əsaslandırması ilə razılaşmır.
46. Çünki iddiaçının ziyanın ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir.
47. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
48. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmla kının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir.
50. Hazırki iddiada zərər tərəflərin arasında bağlanmış müqavilənin icra olunmaması səbəbindən yaranan zərərdir. Mülki Məcəllənin 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəy miş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
52. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
53. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
54. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilələrin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
55. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəfləri n razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.
56. Bu cəhətdən tərəflər mənzilə dair müqavilə bağlanarkən balanslaşdırılmış marağa nail olmaq niyyətini əsas götürmüşlər.
57. Həmin müqaviləni bağlayan iddiaçının iqtisadi marağı 96 kv.m-lik mənzili əldə etməkdən ibarət olmuş, cavabdehin məqsəd i isə inşa etdiyi mənzili sataraq qazanc əldə etmək olmuşdur.
58. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti onda ifadə olunmuşdur ki, bu razılaşmada hər iki tərəfin mənafeyi qorunmuş, hər iki tərəf onun bağlanması ilə faydalanmağı nəzərdə tutmuşdur.
59. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə həmin müqavilə üzrə cavabdeh müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğunu əsas tutaraq müqaviləni razılaşdıqları şərtlər əsasında icra etməli idi. Müqavilə şərtlərinin məcburiliyi prinsipinə müvafiq olaraq tərəflər arasında bağlanmış müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olmuş və onun şərtləri bir qayda olaraq dəyişdirilməməli, tərəflər razılaşmış şərtlərə uyğun müqavilə üzrə öhdəliklər ini yerinə yetirməlidirlər. Müqavilə şərtləri dəyişdirilmədən onlara riayət edilməsi mülki dövriyyənin sabitliyi, möhkəmliyi və dayanıqlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Müqaviləni bağlayarkən iddiaçı ona ümid bəsləmişdir ki, 96 kv.m-lik yaşayış sahəsini əldə edəcəkdir. Müqavilə ilə müəyyən olunmuş məbləği tam ödədiyinə görə onun həmin mənzilə qanuni haqqı çatmışdır. Lakin cavabdehin mənzili başqasına satması ilə 96 kv.m-lik yaşayış sahəsindən məhrum olmuşdur. İddiaçı qeyd edir ki, hazırda onun məhrum olduğu yaşayış sahəsinin hər kv.metrinin dəyəri 650 manat olmaqla, 62400 manat təşkil edir. Cavabdeh iddiaçıya təhvil verməli olduğu 96 kv.metrlik yaşayış sahəsini də özgəsinə məhz həmin məbləğə - 62400 manata satmışdır.
60. İşə baxmış məhkəmələr iddiaçının tələb ini bu qanuni əsaslar üzrə yoxlamamışdır. Cavabdehin müqavilə öhdəliyini bu cür pozması, mülki dövriyyəyə ziyan vurur, müqavilə institutunun əhəmiyyətini azaldır.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-372/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.