Məhkəmə qərarları › İş №2(102)-3748/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3748/2022

14.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3748/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və X1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Xızı Rayon İcra Hakimiyyətinin Xızı şəhər İnzibati Ərazi Dairəsinə qarşı “mülkiyyətə maneələrin aradan qaldırılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, maddi ziyan, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-65/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil İddiaçı mülkiyyətindədir.

2. Həmin binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı, 2 nömrəli mənzil Cavabdeh2 mülkiyyətindədir.

3. Binanın həyətində Cavabdeh2 məxsus torpaq sahəsində yardımçı tikili inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkiyyətinə maneənin aradan qaldırılmasının cavabdehlərə həvalə edilm əsi, cavabdehlərdən mənzilinin təmirinə və ailə üzvlərinin səhhətinə dəymiş maddi zərər olaraq 3000 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus mənzil isə binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdehlər yaşadıqları binaya və onun mülkiyyətində olan mənzilin divarına bitişik ərazini qanunsuz zəbt edərək orada tikinti işləri aparmış, həmin vaxt memarlıq və şəhərsalma qaydalarını pozmaqla binanın divarını və qoruyucu səkisini zəbt etmişlər. Cavabdehlər tikilidən ev quşları saxlamaqla istifadə edir. Halbuki, onlara ayrılmış torpaq sahəsi Xızı şəhər bələdiyyəsindən tikili aparılmamaq şərtilə, yalnız yaşıllaşdırma üçün verilmişdir. Evinin bütün çöl divarı cavabdehlər tərəfindən zəbt olunduğuna, heç bir havalanma, günəş şüası düşmədiyinə görə yaşadığı mənzilin otaqlarının daxili divarları nəm çəkmiş, kiflənmişdir. Dəfələrlə mənzili təmir etsə də, bir neçə aydan sonra mənzilin otaqları yenidən yararsız hala düşmüşdür. Bununla yanaşı, otaqlarda olan kif qoxusu, nəmişlik ailə üzvlərinin səhhətinə ciddi təsir göstərir. Belə ki, o və qızı tənəffüs allergiyasından əziyyət çəkir, daim müalicə olunur və dərman preparatlarından istifadə edirlər. Cavabdehlər binaya bitişik tikilidə ev quşları saxladığına görə normal yaşayışları pozulur. Bundan başqa, mənzilinin çöl divarları cavabdehlər tərəfindən qeyri-qanuni zəbt olunduğuna görə mənzildə nəmişliyin və kifin qarşısını almaq üçün heç bir suvaq və təmir işləri apara bilmir. Dəfələrlə cavabdehlərə müra ciət edərək maneəni aradan qaldırmalarını, mənzilin çöl divarının havalandırılması və təmir işləri görülməsi üçün binaya bitişik tikilinin sökülməsini və mənzilinin divarından ayırmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır.

6. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 aprel 2020-ci il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən iş üzrə iddiaçıya məxsus 1 saylı mənzilin 1-ci mərtəbədə, cavabdehə məxsus mənzilin isə 2-ci mərtəbədə yerləşdiyini, hər iki mənzillərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin mənzillərdən kənarda yerləşdiyini, eləcə də mülki iş materiallarının 23-cü səhifəsində olan Xızı rayon Mərkəzi xəstəxanasının əməkdaşları tə rəfindən tərtib edilmiş 02 avqust 2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, aparılmış tədqiqatla Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı müəyyən edilir. 1 saylı mənzilin tikililərindəki qüsurların texniki xüsusiyyətini (divarın kiflənməsi, divar kağızlarının qopması, şpaklyovka qatının tökülməsi) nəzərə alaraq, həmin zədələrin əmələ gəlməsi mənzilin otaqlarının kifayət qədər isidilməməsi, divarların izolyasiya qatında qüsurlar olması, eləcə də hər hansı silkələnmə, titrəyiş nəticəsində və ya şpaklyovka qatının tikinti texnologiyasına uyğun aparılmaması səbəbindən yaranmağa xarakterikdir. Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə dəymiş ziyanın d əyəri təqribən 200 manat məbləğində müəyyən olunmuşdur..

7. Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2(068)-4/2020 nömrəli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 1096, 1097 və 1111.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinad edərək müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə yoxdur. Mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının və maraqlarının pozulması istisna olunur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellya siya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2(068)-4/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya icraatı zamanı Məhkəmə Ekspertizası Xidmətləri” MMC tərəfindən keçirilmiş təkrar tikinti-texniki ekspertizasının 07 may 2021-ci il tarixli rəyinə əsasən iddiaçıya məxsus 1 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə 2-ci mərtəbədə yerləşdiyini, hər iki mənzillərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğu, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin mənzillərdən kənarda yerləşdiyini nəzərə alaraq, İddiaçı məxsus Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzilə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı bir maneənin olmadığı müəyyən edilir. İddiaçı məxsus Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzilin tikililərindəki texniki xüsusiyyətini (divarın kiflənməsi, divar kağızının qopması, mənzilin tavanının dəmir-beton konstruksiyalı panelin çatlaması, suvaq, şpaklyovka və boya qatının tökülməsi) nəzərə alaraq, həmin zədələrin əmələ gəlməsi Cavabdeh2 istifadəsində olan torpaq sahəsində inşa olunmuş tikilinin 2 mərtəbəli binaya nisbətdə ara məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun divarın hündürlüyünün 0,6 hissəsində inşa olunmadığından, atmosfer çöküntülərinin həmin tikili ilə binanın arasına dolması səbəbindən, eyni zamanda cavabdehlərə məxsus mənzildə istilik sisteminin inşaat texnologiyasına uyğun olmayaraq döşəmənin altı i lə çəkilməsi, mənzildə təmir işləri aparılması zamanı zərbələr nəticəsində yaranmağa xarakterikdir və cavabdehlərin mənzilində təmir işlərinin aparılması nəticəsində əmələ gələ bilər. Ekspert rəyinə əlavə olunmuş smetaya əsasən İddiaçı məxsus mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin dəyəri 871 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən ilə hər iki mənzilə ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğu, cavabdehə məxsus torpaq sahəsində mövcud olan tikilinin (qeyri-yaşayış sahəsi) mənzillərdən kənarda yerləşməsi və mülki iş materiallarında olan Xızı RMX-nın baş həkiminin müavini Məmmədov Şahin, poliklinika şöbəsinin müdiri Əliyev Vaqif, həkim-stomatoloq və həmkarlar təşkilatının sədri Telman Məmmədov, Xızı RMX-nin baş mühasibi Eldəniz Cabbarov və Xızı RMX-nin təsərrüfat müdiri Fəxrəddin İsmayılovun tərtib etdikləri xx.xx.2019-cu il tarixli baxış aktında qeyd olunanlar nəzərə alınaraq, Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzilə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı bir maneənin olmadığı müəyyən edilir. Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzildəki qüsurların (divar kağızının qopması, şpaklyovka qatının qopması və boya qatının qabarması) yaranması otaqlarda istilik təminatının kifayət qədər olmaması, həmçinin hər hansı titrəyiş və ya divarın şpaklyovka qatının tikinti texnologiyasına uyğun vurulmaması səbəbindən yaranmağı xarak terikdir. Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 234 manat məbləğində müəyyən olunur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-65/2022 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2(068)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, ekspert rəyləri ilə iddiaçıya məxsus mənzildə əməl ə gəlmiş qüsurların səbəbləri aydın göstərilməklə, cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı və cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmadığı müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-65/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 125-ci, Mülki Məcəllənin 152.1, 157.4, 180.4, 1096.1, 1096.2, 1097.1, 1111.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.5, 69.5.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 88, 217.1, 217.3, 218.1, 220.4-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehə aid tövlənin binanın divarı arasına məsafə saxlanılmamışdır. Məhkəmə işin hallarını düz müəyyən etməmiş, iş üzrə alınmış ekspert rəyləri arasındakı ziddiyyəti araşdırmamış, həmin məsələyə aydınlıq gətirilməsi üçün ekspertləri məhkəmə iclasına dəvət etməmişdir.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Cavabdeh2 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin hallarını düzgün müəyyən etmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müə yyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasə n mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübu tlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən təkrar məhkəmə tikinti-texniki ekspertizaları keçirilmiş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

25. Məhkəmə kollegiyası bir daha da qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan yaşayış sahə sinə cavabdeh tərəfindən ziyan vurulmasını iddia etsə də, mənzildə yaranmış qüsurların cavabdehin hərəkətləri ilə və onun istifadəsində olan tikili ilə əlaqəli olması keçirilmiş ekspert rəyləri ilə öz təsdiqini tapmamışdır.

26. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

27. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan sahədə yaranmış qüsurların səbəbini ekspert rəyləri əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

28. Kassasiya şikayətinin digər dəlil ləri isə sübutların qiymətləndirilməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

29. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-65/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar