Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3749/2018 29.05.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 may 2018-ci il № 2(102)-3749/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili M.Bədəlovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 noyabr 2017-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2017- ci il tarixli qətnaməsi ilə (hakim H.Səfərov, iş № 2(004) –1104/17) İddia qismən təmin edilərək Cavabdeh1 15.01.2015-ci il tarixli RBYF-5442 nömrəli “Baş krediti müqaviləsi” üzrə 08.09.2017-ci il tarixə əsas borc üzrə 45428,07 manat, faiz borcuna görə 14768 manat, cərimə borcuna görə 1000 manat, cəmi 61196,07 manatın (altmış bir min yüz doxsan altı 07 qəpik) və məhkəmə xərci kimi ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 31(otuz bir) manat rüsumun alınıb İddiaçı-yə verilməsi, tutma mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan110.000 manat dəyərində qiymətləndirilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borc ödənilməsi, vəsaitin ödənişlərin məbləğində n artıq qalan hissəsininCavabdeh4 qaytarılması, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 mənzilin açıq hərracdan satıldığı tarixdən bir ay müddətində əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 15.01.2015-ci il tarixli RBYF-5442 nömrəli Baş kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov-sədrlik edən və məruzəçi, V.Baxışova və V.Həsənov, iş № 2(103)-12109/17) İddiaçı və cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qətnaməsinin qismən – 14768 manat faiz borcunun, 1000 manat cərimə borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artı rılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15.01.2015-ci il tarixli RBYF-5442 nömrəli Baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 46 063,51 manat, faiz borcuna görə 15 830,54 manat, cərimə borcuna görə 11 200 manat borcun, cəmi məbləği 73 094,05 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumun və dövlət rüsumu kimi ödənilmış 30 (otuz) manat məbləğində, cəmi 61 (altmış bir) manat pulun tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən 33 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul və saiti hesabına Cavabdeh1 15.01.2015-ci il tarixli RBYF-5442 nömrəli Baş kredit müqaviləsi üzrə 73 094,05 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində pul İddiaçı-nə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən 33 saylı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 həmin evdən çıxarılması və mənzilin boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 15.01.2015-ci il tarixli RBYF-5442 nömrəli Baş kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. İddiaçının vəkili M.Bədəlov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdehlər Cavabdeh4 və Cavabdeh1 kassasiya şikayəti vermiş və qətnaməni qismən – 14768 manat faiz borcunun, 1000 manat cərimə borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alara q apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız İlqar və İham Məmmədovların kassasiya şikayətinə münasibətdə və həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil M.Bədəlovun izahatını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıd akıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, borc alanın borc verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vax tından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun r isk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi cərimənin tutulması hissəsində qeyd etmişdir ki, cərimə ağlabatan məbləğdə müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən 1000 manat cərimə pulu tutulmasını məhkəmə ağlabatan hesab etmişdir. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor m üqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və qeyd edilən dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Bundan əlavə məhkəmədə müəyyən edilmişdir ki, öhdəliklərin icrasının təminatı kimi mübahisəli əmlak banka ipotekaya qoyulmuşdur. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipo teka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Beləliklə də borcludan iddiaçının xeyrinə tutulmalı olan məbləğ ipotekaya qoyul muş əmlaka yönəldilə bilər və həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ hesabına ödənişlər həyata keçirilməli, artıq qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. Bu hissədə də iddia əsaslıdır. Bundan əlavə mübahisəli mənzilə tutma yönəldilməsi ilə yanaşı iddia tələblərində biri də həmin ünvanda yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməsi, həmin şəxsin evdən çıxarılması, mənzilin boşaldılmasıdır. İddia tələbinin bu hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (mad 59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (mad 59.3.2.). Qanunun 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönə ldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi hesab etmişdirr ki, mübahisəli mənzil kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.Ona görə də məhkəmə iddianın həmin hissəsinin qeyd edilən formada təmin edilməli olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Bor c alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş mənzildə yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur. Cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 şikayət vermədiklərindən qətnamənin onlara aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələn dirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 noyabr 2017-ci il tarixli, 2(103)-12109/17 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən. Hakimlər. Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-3749/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3749/2018
29.05.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver