Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3749/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-238/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.01.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 98.2 kv.m ümumi, 65.2 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,05 ha olan torpaq sahəsinin avtomobilinin alınması məqsədilə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evini 14.01.2015-ci il tarixli **********67915/ip N-li Alqısa tqı və İpoteka müqaviləsi üzrə Banka ipotekaya qoymuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(027)270/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC «Xalq Bank»ın Cavabdeh qarşı “ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 26743,40 manat məbləğində əsas borc, 3245.57 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 115.24 manat məbləğində cərimə faizləri, cəmi 30104,21 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın İddiaçı xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,2 kv.m ümumi, 65,2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olmaqla hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2020-ci il tarixli, 9/4018 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli, **********67915 saylı kredit müqaviləsi üzrə Cavabdeh 05 mart 2019-cu il tarixə banka olan faiz borcu 6941,64 manat məbləğində müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İdd iaçı ASC «Xalq Bank»ın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.01.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191,45 (yeddi min bir yüz doxsan bir manat 45 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 1235,70 (bir min iki yüz otuz beş manat 70 qəpik) manat məbləğində penya, cəmi 8427,15 (səkkiz min dörd yüz iyirmi yeddi manat 15 qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 3 0 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.01.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 98.2 kv.m ümumi, 65.2 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,05 ha olan torpaq sahəsinin avtomobilin alınması məqsədilə 120 (bir yüz iyirmi) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi fərdi yaşayı ş evini 14.01.2015-ci il tarixli **********67915/ip N°-li Alqı-satqı və İpoteka müqaviləsi üzrə Banka ipotekaya qoymuşdur. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 fevral 2017-ci il tarixli 2-(027)270/2017 №-li qətnaməsi ilə Cavabdeh 26743,40 manat məbləğində əsas borc, 3245,57 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 115,24 manat məbləğində cərimə faizləri, cəmi 30104,21 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manatın İddiaçı xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavab deh məxsus olan fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olmaqla hərrac yolu ilə satılması qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(105)-1360/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək 40000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini 05.03.2019-cu il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək hesablanmış 7191,45 (yeddi min bir yüz doxsan bir manat 45 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı - 05.03.2019-cu il tarixə bu məbləğ 1235,70 (bir min iki yüz otuz beş manat 70 qəpik) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən 14.01.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191,45 (yeddi min bir yüz doxsan bir manat 45 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məb ləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 1235,70 (bir min iki yüz otuz beş manat 70 qəpik) manat məbləğində penya, cəmi 8427,15 (səkkiz min dörd yüz iyirmi yeddi manat 15 qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov, iş № 2(027)-641/2020) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia tələbi qismən təmin edilib, 14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191 (yeddi min bir yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu və gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya, cəmi 7226 (yeddi min iki yüz iyirmi altı) manat 45 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 14.01.2015-ci il tarixli **********67915 №-li kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191 (yeddi min bir yüz doxsan bir) manat 45 qəpik manat məbləğində hesablanmış faiz borcunun və gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat mə bləğində penya, cəmi 7226 (yeddi min iki yüz iyirmi altı manat) 45 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasını məqsədə müvafiqdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə, L.Məmmədova, iş № 2(105)-238/2021) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-641/2020 qətnaməsi– «14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191 (yeddi min bir yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablan mış faiz borcu İddiaçı xeyrinə tutulsun» hissəsində dəyişdirilərək, faiz borc 6941 (altı min doqquz yüz qırx bir) manat 64 (altmış dörd) qəpik məbləğində müəyyən edilmiş, qətnamə - 14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutularaq, iddia tələbi qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi sübut növü kimi qəbul edilməli və Cavabdeh İddiaçına olan faiz borcu 6941,64 manat məbləğində müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə dəbbə borcunun 35 manata endirilməsi barədə birinci instan siya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Cavabdeh apelyasiya şikayətinin dəlillərini tam sübuta yetirə bilməməsi qeyd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)238/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini və mümkün olmadıqda isə mülki işin apellyasiya baxışına qaytarılmasını xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçının ona qarşı iddia tələbinə Quba Rayo n Məhkəməsinin 01.02.2017-ci il tarixli qətnaməsinə əsasən 14.01.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 26743,40 manat əsas, 3245,57 manat faiz borcu və 115,24 manat cərimə faizi olmaqla 30104,21 manat borcun tutulması, tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq 10.10.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən Quba rayon Məhkəməsinin qətnaməsi qismən əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Tərəfindən 05.03.2019-cu il tarixə kimi iddiaçı təşkilata 34204,96 manat pul ödənilmişdir. Kreditin götürüldüyü gündən ipoteka predmeti olan daşınmaz əmlakın satıldığı 05.03.2019-cu il tarixə kimi tərəfindən ödənilən vəsaitlərin 1256,60 manatı əsas, 2 823,50 manat faiz borcundan və 520,65 manat isə cərimə borcundan silinmişdir. 05.03.2019-cu il tarixdə isə ipoteka predmeti olan əmlak tərəfindən satılmış və 2969,57 manat bir dəfəyə banka ödənilmişdir. Bundan əvvəlki məhkəmələr 10.10.2018-ci il tarixə onun banka 26743,40 manat əsas kredit borcuna görə 3245,57 manat faiz borcunun və 115,24 manat cərimə borcunun olmasını təsdiq etmişlər. Həmçinin kredit müqaviləsinin müddəti başa çatmadan müqavilə üzrə əsas məbləğin tam şəkildə ondan tutulması qət edilmişdir. İddiaçı təkrar məhkəməyə müraciət edərək 14.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 05.03.2019-cu il tarixə kimi əsas borca görə hesablanmış, lakin ödənilməmiş faiz və cərimə borcunun tutulmasını tələb edir. Məhkəmənin mövqeyindən belə aydın olur ki, müqaviləyə xitam verilmədiyi h alda dəfələrlə məhkəməyə müraciət edərək müqavilənin başlanğıc tarixindən iddia qaldırılan tarixə kimi olan müddət üzrə əlavə faiz tələb edə bilər. Qeyd edilməlidir ki, 10.10.2018-ci il tarixədək olan müddət üçün artıq məhkəmə qətnaməsi ilə faiz borcunun məbləği müəyyən edilmişdir. Bu halda iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş faiz dərəcəsi ilə deyil Mülki Məcəllənin müəyyən etdiyi qaydada əldən çıxmış fayda tələb edə bilər. Sumqayıt Apellyasiya Məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin edərək ekspert qarşısında yanlış sual qoymaqla yanlış qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətinin dəlilləri qətnamənin tam ləğv olunmasına yönəlmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu il ə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavab dehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) p ula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında olan mövqeyindən görünür ki, eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutu lmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən h akim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulmalı olan məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert qarşısında sual qoyarkən bundan əvvəl qəbul olunmuş qanuni qüvvədə olan və artı q icrası başa çatmış qətnamə ilə müəyyən olunmuş müddət üçün tutulmuş faiz məbləğinin təkrar hesablanmayaraq tələb etmişdir. Halbuki həmin müddət üçün faiz borcu artıq məhkəmələr tərəfindən müəyyən olunmuş və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Hazırkı baxılan iş üzrə faizlərin hesablanması yalnız birinci iş üzrə faizin hesablanmasının son tarixindən müvafiq olaraq həmin qətnamənin icrası anınadək hesablanmalı olduğu halda apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından faizin hesablanmasının başlanğıc tarixinin hansı tarixdən olmasını müəyyən etmək mümkün deyildir. Məhz kassasiya şikayətinin dəlili də ona yönəlmişdir ki, artıq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən müddətlər üçün hesabla faizlər təkrar hesablanmışdır ki, bu nəticəni isə haqlı olaraq kassat or yolverilməz hesab edir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşaraq belə qərara gəlir ki, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv olunaraq iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qeyd edilməlidir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfl i araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 57, 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respu blikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, zərurətin olmasını müəyyən etdiyi təqdirdə iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-238/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3749/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3749/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver