Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3749/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi; ipoteka müqaviləsinin etibarlılığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ("xxxx" MTK və X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) kredit müqaviləsi üzrə b orcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2024-cü il tarixli 2(103)-2239/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 100 saylı evin, 50 saylı mənzilinin alınması məqsədi ilə 180 ay müddətində qaytarmaq və illik 12% dərəcəsi ilə faiz hesablamaq şərti ilə cavabdehə 177.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi və müəyyən edilmi ş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşlər. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehə verimişdir.
2. Həmin tarixdə cavabdehlə üçüncü şəxs "xxxx" MTK arasında bağlamış müqaviləyə əsasən cavabdeh hər kv.m. sahəsinə görə 1.346 manat, cəmi 202.000 manat ödəməklə bu mənzili almış və iddiaçı ilə aralarında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir.
3. İddiaçının maliyyə arayışına əsasən həmin müqavilə üzrə 134.553,48 manat məbləğində əsas, müqavilə müddəti üçün 108.722,68 manat məbləğində faiz, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2023-cü il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 2.934,33 manat məbləğində faiz, cəmi 246.210,49 manat məbləğində borcu yaranmışdır.
4. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 100 saylı evin, 50 saylı mənzilinin dəyəri X3 tərəfindən tam ödənilmiş və "xxxx" MTK-nın üzvlərinin xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında o, kooperativə üzv qəbul edilmiş və onun həmin mənzilin payçısı olması təsdiq edilmişdir. Bundan sonra onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 246210.49 (iki yüz qırx altı min iki yüz on manat, 49 qəpik) man at, bundan 134553.48 (bir yüz otuz dörd min beş yüz əlli üç manat, 48 qəpik) manat əsas, 108722.68 (bir yüz səkkiz min yeddi yüz iyirmi iki manat, 68 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2934.33 manat və iş üzrə ödənilmiş 537 (beş yüz otuz yeddi) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-ci mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmet inin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə y etirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.202 3-cü il tarixə cəmi borcu 246210.49 (iki yüz qırx altı min iki yüz on manat, 49 qəpik) manat təşkil edir. Bundan 134.553.48 manat əsas, 108.722,68 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.934,33 manat faiz borcu təşkil edir.
7. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, işin faktiki hallarına istinadən bildirmişdir ki, o, 2015-ci ilə qədər hər ay təyin olunmuş məbləği ödəmişdir. Lakin 2015-ci ildən sonra, krediti ödəyə bilmədiyinə görə aldığı evi banka geri qaytarmış və könüllü olaraq həmin evdən çıxmışdır. Bank aralarında olan razılığa əsasən həmin evi başqa bir şəxsə satıb, onun öhdəlik götürdüyü krediti tam bağlamışdır. Mənzil satılmış, lakin ona borcun ödənmədiyi bildirilmişdir. Mənzil qanunazidd şəkildə ona heç bir xəbərdarlıq olmadan, bildiriş göndərilmədən satılmışdır. Bundan əlavə, həmin mənzil qanunvericiliyin tələbi pozulmaqla özgəninkiləşdirilmişdir. Üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" MTK sözügedən mənzilin kimə satıldığına dair hər hansı bir fikir bildirməmişdir. Bununla yanaşı tələbin yönəldilməsi üçün iddianın digər predmeti olan mənzil hissəsi isə iddia verilmədən öncə onun mülkiyyətində və istifadəsində olmamışdır. Kredit və ipoteka müqaviləsi notariat qaydada təsdiq edilməmiş və bank ilə onun arasında imzalanmışdır. Bu səbəbdən yüklülük haqqında heç bir bildiriş qeydə alınmamışdır.
9. Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7925 saylı ekpert rəyinə əsasən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 134.553,48 manat məbləğində əsas, 108.722,68 manat məbləğində faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 2.934,33 manat təşkil edir.
10. Məhkəmə prosesində mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 noyabr 2023-cü il tarixli 9/7925 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14 mart 2008-ci il tarixdə bağlanmış 017 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçıya borcu aşağıdakı kimidir: 11. xx.xx.2023-cü il tarixinə (müqavilə müddəti tarixinə) əsas borc üzrə 134.553,48 manat, faiz borcu üzrə 108.722,68 manat, 12. xx.xx.2023-cü il tarixinə (sualda göstərilən tarixə) əsas borc üzrə 134.553,48 manat, faiz borcu üzrə 108.722,68 manat, illik 5 faiz hesablanmaqla 2934,33 manat.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X6) xx.xx.2024-cü il tarixli, 2(004)- 192/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2.934,33 manat borc olmaqla, cəmi 246.210,49 manat məbləğində pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 537 manat pulun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir
14. Məhkəmə iddia tələbinin kredit borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərin düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da mü qavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi borc hissəsində təmin edilməli, cavabdehdən xx.xx.2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2934,33 manat borc olmaqla, cəmi 246.210,49 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə iddia tələbinin borcun ipoteka predmetini təşkil edən əmlaka yönəldilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 017/1 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. Bu halın mövcudluğu onu göstərir ki, həmin ipoteka müqaviləsi qanunvericiliyin tə ləb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Bu səbəbdən məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab etmişdir.
16. Məhkəmə xərclərinin bölüşdürlməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 537 manat Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307, 337, 351.1, 385.1, 465, 442, 443.1, 445.2, 445.7, 448, 739.1, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 2 17.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini işin faktiki hallarına istinad etməklə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qe yd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ipoteka predmeti əsas qismində göstərilmişdir. Halbuki ünvan 1 ünvanında yerləşən mənzil barədə heç bir məlumat əldə edilməmişdir. Məhkəmənin gözdən qaçırdığı məqam isə bundadır ki, baxmayaraq kimi, ipoteka müqaviləsi etibarsızdır bu, inkar etməyə əsas vermir ki, cavabdeh 2015-ci ilədək ipoteka predmeti kimi tanınan mənzildə yaşamamışdır və onu iddiaçıya geri qaytarmamışdır. Mənzil öhdəliyə xitam verilməsi məqsədilə, krediti ödəmək iqtidarında olmadığı üçün onun tərəfindən iddiaçıya geri qaytarmışdır. "xxxx" MTK isə mənzili satmışdır. Məhkəmə kredit borcunun ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyur, lakin cavabdehin vəziyyətini ağırlaşdıran hüquqi nəticəyə gələrək, yaşayış sahəsinin geri qaytarılması faktını yox sayır. Əgər belə bir hal kredit müqaviləsində nəzərdə tutulubsa, kredit müaviləsi bağlanma formasına görə düzgündürsə, məhkəmə cavabdehin kredit borcunun bir hissəsini ödəməsini, yaşayış sahəsini iddiaçıya geri qaytarmasını yox sayırsa, bu zaman iddiaçının da tələbləri bir-biri ilə bağlı olmaqla ya eyni anda təmin edilməli idi, ya da məhkəmə bütün düzgün faktları qiymətləndirirərək iddianı rədd etməli idi. Məhkəmə tərəfindən düzgün hüquqi nəticəyə gəlmək məqsədilə hərtərəfli və tam araşdırılma aparılmamışdır. Belə ki, üçüncü tərəf kimi çıxış edən "xxxx" MTK məhkəmə prosesində iştirak etməmiş, ona ünvanlanan sorğunu cavabsız qoymuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidməti tərəfindən daşınmaz əşyanın kimin mülkiyyətində olması ilə bağlı sorğuya cavab gəlməmişdir. Eyni zamanda, ünvan 1 ünvan ında yerləşən yaşayış sahəsinin likvid və bazar dəyərinin müəyyən edilməsi bağlı vəsatət rədd edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2239/2024 nömrəli 30 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X10 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə illik 12 faiz dərəcəsi ilə faiz hesablanması şərti ilə 180 ay müddətinə 177.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müdd ətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə pretenziya (məktuba) göndərərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 3 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bunun bir nəticəsi olmamış, borc məbləği bundan sonra da ödənilməmişdir.
22. Hazırda iddiaçı cavabdehin 134.553,48 manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2023-cü il ta rixə hesablanmış 108.722,68 manat məbləğində faiz, bu müddətdən sonra xx.xx.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 2.934,33 manat faiz borcunun yarandığına istinad edərək, həmin məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir.
23. Cavabdeh isə həmin kreditin Bakı şəhəri Şərifzadə küçəsi 100, 11-ci mərtəbəsində yerləşən 50 saylı mənzilin alınması üçün götürüldüyünü, 2013-cü il tarixədək kredit borcunun mütəmadi olaraq ödənildiyini, bu tarixdən sonra ödənişi həyata keçirə bilmədiyindən mübahisəli mənzilin satışa çıxarılması üçün iddiaçıya müraciət etdiyini, mənzilin satılmasına baxmayaraq, iddiaçı tərəfindən satışdan əldə olunan məbləğin kredit borcuna yönəldilmədiyini qeyd edir və ümumiyyətlə onun bank qarşısında hər hansı öhdə liyinin qalmadığını iddia edir.
24. Bu baxımdan, cavabdeh borc kimi ondan tutulmuş məbləği deyil, ümumilikdə onun bank qarşısında icra olunmamış öhdəliyinin qalmadığını mübahisələndirir. Lakin öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir.
25. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasi bətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcu məbləğinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/7925 saylı ekpert rəyinə əsasən cavabehin iddiaçıya xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 134.553,4 8 manat, kredit müddətinin bitdiyi tarixə faiz borcu üzrə 108.722,68 manat, kredit müddətinin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixədək isə illik 5 faiz hesablanmaqla 2.934,33 manat borcunun olduğu müəyyən edilmişdir. Başqa sözlə, iddia üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablandığı ekspert tədqiqatı nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə tələb edilən əsas və faiz borcunun məbləğini müəyyən edərkən məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qəbul etməkdə və cavabdehdən iddiaçının xeyrinə iddia üzrə tələb edilən məbləğdə əsas və faiz (o cümlədən illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz) borcu tutmaqda haqlı olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi ilə b ağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi sadə yazılı qaydada bağlanmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən həmin müqavilənin predmeti olan Bakı şəhəri Şərifzadə küçəsi 100, 11-ci mərtəbəsində yerləşən 50 saylı mənzil hazırki öhdəliyin təminatı üsulu kimi çıxış edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmin əmlakın likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı apellyasiya şikayət inin dəlillərini əsassız sayır. Belə ki, kredit öhdəliyinin təminatı qismində çıxış etməyən əmlakın likvid dəyərinin müəyyən edilməsinə hər hansı hüquqi zərurət qalmır.
28. Bundan başqa cavabdehin apellyasiya şikayəti qeyd edilən mənzilin banka satış üçün verildiyi və həmin satışdan əldə olunan pul vəsaiti ilə borcun ödənilməsinə yönəldilməsi arqumentləri üzərində qurulmuşdur. Lakin cavabdeh dəlillərinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 100 saylı evin, 50 saylı mənzili hazırda X1 mülkiyyətindədir. Onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əvvəl bu şəxs həmin mənzilin dəyərini ödəmi ş, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasında kooperativə üzv qəbul olunmuş, onun mənzilin payçısı olması təsdiq edilmişdir. Lakin həmin mənzilin cavabdeh tərəfindən hər hansı başqa şəxsə satılması və əldə edilmiş pul vəsaiti hesabına qeyd edilən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi öz təsdiqini tapmır. Hər bir halda, həmin mənzilə dair cavabdehlə kooperativ arasında 2008-ci ildə müqavilə bağlanmışdır. Sonradan həmin mənzilin cavabdehin razılığı ilə borc öhdəliyinin əvəzi olaraq Banka təhvil verilməsi birmənalı şəkildə rəsmiləşdirilməli, onunla bağlanmış müqavilə ləğv edilməli, bununla bağlı cavabdeh tərəfindən yazılı razılıq ərizəsi verilməli, mənzili əldə edən şəxs tərəfindən ona pul vəsaiti ödənilməli, həmin vəsait bankın müvafiq hesabına köçürülməli və iş materiall arında olan hesabda çıxarış məlumatlarında əks olunmalı idi. Nəticə etibarı ilə iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrasını təsdiq edən sənəd, habelə kredit müqaviləsindən irəli gələn öhdəliyə xitam verilməsini təsdiq edən rəsmən təsdiqlənmiş arayış verilməli idi. Lakin bu sənədlərin hər hansı birini cavabdeh təqdim edə bilmir. Qeyd edilənlər cavabdehin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Digər tərəfdən həmin mənzilin satılmasının aşkar edilməsi öz-özlüyündə cavabdehin borc öhdəliyinin icra olunması mənasını daşımır. Hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Mənzil həmin öhdəliyin təminatı qismində çıxış etmişdir. Onun hazırda mövcud olmaması cavabdehi kredit öhdəliyinin icrasından azad etmiş olmur. Kredit məbləği hər bir halda ödənilmə lidir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Apellyasiya istansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.3, 307.7, 309.1, 385.1, 427.3, 435, 442, 443.1, 435, 442, 443.1, 445.7, 448.1, 448.2, 529.3, 529.6, 529.7, 7 39-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək (Nümayəndə4) Bakı Apellyasiya Məhkəməsinin2(103)-2239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (X12 birinci müavini X4 şəxsində) ilə Cavabdeh arasında 14 mart 2008-ci il tarixdə, 017 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istif adə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 177.000 (bir yüz yetmiş yeddi min) manat məbləğində 180 (bir yüz səksən) ay müddətinə kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit borcalana Bakı şəhəri, Şərifzadə küçəsi 100, 11-ci mərtəbəsində 50 saylı mənzil (yaşayış sahəsi) yerləşən yaşayış sahəsinin alınması məqsədilə verilmişdir. Kredit müqaviləsinin 1.4-cü bəndində borcalanın, yəni Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi alınacaq yaşayış sahəsi, yəni Bakı şəhəri, Şərifzadə küçəsi 100, 11-ci mərtəbədə yerləşən 50 saylı mənzil (yaşayış sahəsi) ipoteka predmeti kimi müəyyən edilmişdir. 2015-ci ilədək cavabdeh kredit borcu üzrə öhdəliyini icra etmişdir, 2015-ci ildən etibarən kredit borcunu qaytarmaq iqtidarınd a olmadığı üçün borc pul məbləğini götürməyə səbəb olan və eyni zamanda ipoteka predmeti kimi göstərdiyi ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini iddiaçı "xxxx" ASCyə geri qaytarmışdır. Hal-hazırda bu yaşayış sahəsi ilə bağlı məlumat mövcud deyildir. "xxxx" MTK tərəfindən isə mənzil satılmışdır.
33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2239/2024 saylı, xx.xx.2024- cü il tarixli Qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 2(004)-192/2024 saylı Qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə bir tərəfin hüquqlarını müdafiə etməklə tərəflər arasında mülki qanunverciliyin ali prinsiplərindən biri olan hüquq bərabərliyi prinsipini pozmuşdur. İddiaçı ASC “kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia qaldırmışdır. Burada iddia tələbinin heç bir əsası yoxdur. Çünki bir əsasın mövcud olması üçün dəlil, sübut lazımdır. İpoteka predmeti əsas qismində göstərilmişdir. Halbuki, ünvan 1 ünvanında yerləşən mənzil barədə heç bir məlumat əldə edilməmişdir – bu mənzil kimin mülkiyyətindədir?; mənzil özgəninkiləşdirilərkən kimə satılmışdır?; "xxxx" MTK mənzili kimə satmışdır?. 3-cü şəxs kimi çıxış edən "xxxx" MTK birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin təyin edilmiş məhkəmə proseslərinin heç birində iştirak etməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinin təqdim etdiyi Çıxarışa əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 16-cımərtəbəsində yerləşən 150 kv.m ümumu sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilin mülkiyyətçisi X2r. Məhkəmənin əsas gətirdiyi hallardan biri budur ki, ipoteka müqaviləsi qanunvercilikdə müəyyən edilmiş formaya riayət olunmadan bağlanmışdır. Buna görə də ipoteka müqaviləsi etbarsızdır. Belə ki,iddiaçı ilə bağlanmış kredit müqaviləsinin 1.4-cü bəndində borcalanın, yəni Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi alınacaq yaşayış sahəsi, yəni Bakı şəhəri, Şərifzadə küçəsi 100, 11-ci mərtəbədə yerləşən 50 saylımənzil (yaşayış sahəsi) ipoteka predmeti kimi müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (X12 birinci müavi ni X4 şəxsində) ilə Cavabdeh arasında bağlanmış 14 mart 2008-ci il tarixli, 017/1 saylı İpoteka Müqaviləsinin 1.3-cü bəndinə əsasən Bakı şəhəri, Şərifzadə küçəsi 100, 11-ci mərtəbəsində istifadədə olan 150 kv.m ümumi sahəsi olan 4 ortaqlı, 50 saylı mənzil ipoteka predmeti təşkil etmişdir. İpoteka müqaviləsinin 1.4-cü bəndinə bəndinə əsasən mənzilin ümumi dəyəri tərəflər arasında 202.000 (iki yüz iki min) manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən aydın görünür ki, iddiaçı “Bakı şəhəri, Şərifzadə küçəsi, 100 saylı binanın, 11-ci mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 ortaqlı, 50 saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 017/1 saylı i poteka müqaviləsinin bağlanmasını” etiraf etmişdir. Kredit borcunun, öhdəliyin icrasının təmini üsulu kimi bu yaşayış sahəsi göstərilmişdir. Məhkəmənin ipoteka müqaviləsini etibarsız hesab etməsinə baxmayaraq bu inkar etməyə əsas vermir ki, cavabdeh 2015-ci ilədək ipoteka predmeti kimi tanınan mənzildə yaşamamışdır və onu iddiaçıya geri qaytarmamışdır. İddiaçı ilə etibarlı hesab edilən kredit müqaviləsi bağlanarkən ipoteka predmeti kimi həmin mənzil göstərilmiş və iddiaçı iddia qaldırarkən həmin pul tələbənin mənzilə yönəldilməsini xahiş etmişdir. Bu isə həmin ipoteka müqaviləsinin bağlanması həqiqətini ifadə edir. Lakin həmin mənzil öhdəliyə xitam verilməsi məqsədilə, cavabdehin krediti ödəmək iqtidarında olmadığı üçün Cavabdeh tərəfindən iddiaçıya geri qaytarmışdır. "xxxx" MTK isə mənzil i satmışdır. Məhkəmənin etibarlı hesab etdiyi kredit müqaviləsində borcun qaytarılması üçün təminat kimi ünvan 1 ünvanında yerləşən daşınmaz əşya göstərilmişdir. Bəs burda maraqlı hal budur ki, bir halda ki, məhkəmə kredit borcunun ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyur, bəs nəyə görə cavabdehin vəziyyətini ağırlaşdıran hüquqi nəticəyə gələrək yaşayış sahəsinin geri qaytarılması faktını yox sayır. Burada idiaçının tələbi tam təmin edilsə idi, qətnamənin icrası mümkünsüz olacaqdı, çünki qeyd edilən yaşayış sahəsi ilə bağlı heç bir məlumat mövcud deyildir və məhkəmə bu halı nəzərə alaraq iddianı qismən təmin etmiş və cavabdehin vəziyyətini ağırlaşdıran qətnamə qəbul etmişdir.
34. Cavabdeh "xxxx" ASC-dən kredit götürdükdən sonra 2015-ci il tarixədək, 7 il müddətində hər ay müəyyən edi lmiş kredit məbləğini ödəmişdir. Lakin 2015-ci ildən etibarən cavabdeh kredit ödəmək iqtidarında olmadığı üçün ipoteka premeti təşkil edən evi, yəni ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini iddiaçıya, yəni "xxxx" ASC-yə qalan kredit məbləği qarşılığında geri qaytarmış və könüllü surətdə evdən çıxmışdır. Burada məhkəmə ipoteka müqaviləsini bağlanma formasına görə etibarsız hesab etsə də, Kredit müqaviləsinin 1.4-cü bəndində borcalanın, yəni Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi alınacaq yaşayış sahəsi, yəni Bakı şəhəri, Şərifzadə küçəsi 100, 11-ci mərtəbədə yerləşən 50 saylı mənzil (yaşayış sahəsi) ipoteka predmeti kimi müəyyən edilmişdir. Hətta iddiaçı öz iddiasında bu faktı etiraf edir. Əgər belə bir hal kredit müqaviləsində nəzərdə tutulubsa, kredit müaviləsi bağlanma formas ına görə düzgündürsə, məhkəmə cavabdehin kredit borcunun bir hissəsini ödəməsini, yaşayış sahəsini iddiaçıya geri qaytarmasını yox sayırsa, bu zaman iddiaçının da tələbləri bir-biri ilə bağlı olmaqla ya eyni anda təmin edilməli idi, ya da məhkəmə bütün düzgün faktları qiymətləndirirərək iddianı rədd etməli idi. Məhkəmə iddianın qismən təmin edilməsi ilə düzgün hüquqi nəticəyə gələcəyini düşünüb ortaya əsassız və məntiqsiz nəticənin gəlməsinə səbəb olumuşdur. İstənilən hüquq normasının əsası məntiqə əsaslanır. Əgər bir qərar, qətnamə yaxud akt məntiqdən kənar bir halı özündə ehtiva edirsə, deməli ya onun hüquqi əsası yoxdur, ya da məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Burada da ipoteka müqaviləsinin etibarsızlığı onu deməyə əsas vermir ki, kredit müqaviləsinin bir hissəsi icra ol unmamışdır, yaxud ipoteka predmeti təşkil edən yaşayış sahəsi iddiaçıya geri qaytarılmamışdır. Hər şeydən öncə məhkəmə tərəflər arasında hüquq bərabərliyini qorumalı, tərəflərdən birinin vəziyyətini ağırlaşdıracaq hüquqi nəticəyə gəlməməlidir.
35. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tərəflərin hüquq bərabərliyi prinsipini pozmaqla, cavabdehin vəziyyətini ağırlaşdırmaqla qəbul edilmişdir. Burada iddiaçının tələbi “kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” olmaqla bir-birinə bağlı tələblərdir. Burada 3 halı nəzərdən keçirmək lazımdır:
1. İddia tam təmin olunsa idi qətnamənin icrası mümkünsüz olacaqdı;
2. İddia qismən təmin olunduğu təqdirdə cavabdehin vəziyyətini ağırlaşdıran qətnamə çıxarılacaqdı;
3. İddia tələ bi rədd ediləcəkdi. Burada məhkəmənin gəldiyi nəticə ədaləti bərqərar etmir, çünki mülki qanunvercilik tərəflərin bərabərliyinə, onların hüquqi mövqeyinin bu prinsip əsasında dəyərləndirməyə əsaslanır.
36. Məhkəmə tərəfindən düzgün hüquqi nəticəyə gəlmək məqsədilə hərtərəfli və tam araşdırılma aparılmamışdır. Belə ki, 3-cü tərəf kimi çıxış edən "xxxx" MTK məhkəmə proseslərində iştirak etməmiş, ona ünvanlanan sorğunu cavabsız qoymuşdur. Eyni zamanda ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin likvid və bazar dəyərinin müəyyən edilməsi bağlı vəsatətimiz həm Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir. Çünki məhkəmə qərəzli mövqe tutaraq, adı çəkilən yaşayış sahəsi ilə bağlı gələcəyi hər hansı bir nəticənin icrasının mümkünsüz olduğunu bi lirdi, amma bu o demək deyildir ki, cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmalı idi. Məhkəmənin düzgün hüquqi nəticəyə gəlməsi üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olunmamışdır.
37. Hər iki tərəf ipoteka müqaviləsinin mövcudluğunu təsdiq və bəyan edir. Məhkəmə isə bu hala ümumiyyətlə qiymət vermir.
38. Məhkəmənin çıxardığı qətnamə heç bir mənqitə sığmır və qərəzli mövqeyi əks etdirməklə, cavabdehin vəziyyətini ağırlaşdırır. Qətnamə özündə həqiqəti əks etdirməli, məntiqə əsaslanmalı və icrası mümkün olmalıdır. Məhkəmə kredit müqaviləsində ipoteka predmeti kimi qeyd edilmiş yaşayış sahəsini gözardı edir, iddianı qismən təmin edir. Burada məhkəmənin məqsədi qətnamənin icrasını mümkünsüz etməmək olsa da, insanın ali hüquqlarının- ədalətli məhkəmə araşdırılması, tər əflərin hüquq bərabərliyi, insanın hüquq və azadlıqlarının aliliyi pozulmuşdur
39. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusuna əsasən məlum olmuşdur ki, Çıxarışa əsasən Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 16-cı mərtəbəsində yerləşən 150 kv.m ümumu sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilin mülkiyyətçisi X2r. Bu sorğuya cavab isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən 10 gün sonra gəlmişdir. Ədalət mühakiməsi çəkişmə prinsipinə əsasılanmasına baxmayaraq məhkəmədə qaldırdıqları vəsatət - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin likvid və bazar dəyərinin müəyyən edilməsi bağlı vəsatətləri qəbul edilməmişdir. İstər Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi vəsatəti əsassız hesab etmişdir. Bakı Apellyasiya Məh kəməsinin 2(103)- 2239/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, ipoteka müqaviləsi əsassız hesab olunduğu üçün əmlakın likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır. Halbuki, ünvan 1 ünvanında yerləşən mənzil etibarlı kredit müqaviləsində kreditin verilməsi əsası kimi çıxış etmişdir.
40. Apellyasiya məhkəməsi kobud səhv edərək və prosessual qanunvericiliyin tələbini əhəmiyyətli dərəcədə pozaraq cavabdehin təqdim etdiyi sübutlara, obyektiv, qərəzsiz, hərtərəfli və tambaxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbuletmişdir.
41. K assasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 269.1, 743.1,743.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 13.1, 14.1, 14.2, 47.2, 88, 106.3, 217.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020- ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2- ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 May 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin 19 aprel 2023-cü il tarixli Qərarına, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 Mart 2006-cı il tarixli Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
43. Maddə 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir.
44. Maddə 307.7.İpoteka müqaviləsi notariat qaydasında təsdi qlənməlidir.
45. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
48. Maddə
435. Kreditor müqavil ədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
51. Maddə 445.7 hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək dah a böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
54. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamam ilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
55. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
56. Maddə 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.
57. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işti rakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
58. Maddə 739.2 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 65. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 418.1. Maddi və prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq no rmaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2024-cü il tarixli 2(103)2239/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.