Məhkəmə qərarları › İş №2(102)-375/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-375/2019

21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-375/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 21 fevral 2019-cuil İş№ 2(102)-375/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, cavabdeh İx2nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8363/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi il ə (hakim F.V.Abdıyev, iş № 2(005)-742/2018) iddia tələbi qismən təmin edilmiş, cavabdeh x2 1.934,26 manat məbləğində əsas, 890,10 manat məbləğində faiz, illik 5% dərəcəsi ilə hesablamaqla faiz formasında 206,38 manat, cəmi 3.030,74 (üç min otuz manat, yetmiş dörd qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin “x1 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaitinin x2 tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski, iş № 2(103)8363/2018) iddiaçı “x1 ASC və cavabdeh İx2 tərəfindən ayrı-a yrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh İx2 kassasiya şikayəti vermişdir. İşin halları: x1 ASC məhkəməyə ərizə ilə müraciət edərək, borclular x2 və x3 müştərək qaydada “x1 ASC-nin xeyrinə 1.935 manat məbləğində əsas, 2.553 manat məbləğində faiz, cəmi 4.488 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli e-2(005)-8797/2017 №-li məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclulardan İx2 etirazla məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş və Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək, materiallar iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər x2 və x3 30.01.2014-cü il tarixli, 1752 SBFFK nömrəli “Kredit müqaviləsinə əsasən 30.01.2016-cı il tarixə olan 1.935 manat məbləğində əsas, 1.279 manat məbləğində faiz, 30.01.2016-cı il tarixdən 19.03.2018-ci il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 207 manat faiz borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulub “x1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “x1 ASC ilə cavabdeh İx2 arasında bağlanm ış 30.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İx2na şəxsi ehtiyaclar üçün 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 2.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq "x1 ASC ilə cavabdeh x3ı arasında 30.01.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən x3ı kredit müqaviləsi üzrə İx2nun “x1 ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Lakin İx2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazıminca icra etməmiş və nəticədə 30.01.2016-cı il tarixə Banka 1.935 manat məbləğində əsas, 1.279 manat məbləğində faiz borcu, həmçinin 30.01.2016-cı il tarixdən 19.03.2018-ci il tarixədək illi k 5 faiz dərəcəsi ilə hesablamaqla 207 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh İx2 və vəkili Layıcov Aqil Tacir oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, mülki işə düzgün hüquqi qiymət verilməmiş işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozm uş, o cümlədən Mülki Məcəllənin 560-cı, MPM-in 9.1, 14, 77.1, 87.2, 88, 175.1, 385, 386-cı maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd ol unmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə qəbul olunmuş qətnamə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlə r işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi f aktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, “x1 ASC-nin Səbail filialı ilə İx2 arasında bağlanmış 1752 SBFFK nömrəli, 30.01.2014cü il tarixli kredit müqaviləsinə əsasən “x1 ASC İx2na illik 24% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 2.000 manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İx2 24 ay ərzində hər ay 105,74 manat ödəməli idi; 30.01.2014-cü il tarixli kassa məxaric orderinə əsasən 2.000 manat məbləğində pul vəsaiti “xxxx“x1ASC tərəfindən təqdim olunmuş 19.03.2018-c i il tarixli maliyyə arayışlarına əsasən İx2nun 30.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 30.01.2016-cı il tarixə “x1ASC-yə 1.935 manat məbləğində əsas, 1.279 manat məbləğində faiz və 30.01.2016-cı il tarixdən 19.03.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 207 manat faiz borcu yaranmışdır. İx2 tərəfindən cəmi bir dəfə 03.03.2014-cü il tarixdə 110 manat məbləğində ödəniş edilmiş və həmin məbləğin 65,74 manat hissəsi mövcud olan əsas borc, 44,17 manat hissəsi isə mövcud faiz borcundan silinmişdir; “x1 ASC-nin “Səbail” filialı ilə zamin x3ı arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin x3ı 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə İx2nun "x1 ASC qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizl ər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Beləliklə müəyyən olunmuşdur ki, cavabdeh İx2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nət icəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Azərbayc an Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445, 448.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Həmin Qərard a daha sonra qeyd olunmuşdur ki, “kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonr a da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Qeyd olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, kreditor kredit mü qaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra (edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilənlərə qiymət verərək məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh İx2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan 1934,26 manat əsas borc, 890,10 manat faiz borcu və vurulmuş zərərə görə illik 5% dərəcəsi ilə hesablamaqla faiz formasında 206,38 manat tutulması barədə apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh İx2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8363/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar