Məhkəmə qərarları › İş №2(102)-3751/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3751/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3751/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə Cavabdeh2, QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(105)-268/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 31 mart 2009-cu il tarixli 03L00002637 nömrəli Kredit Xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 03L000002637 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 31 may 2013-cü il tarixli Sazişdən görünür ki, 31 mart 2009-cu il tarixli 03L00002637 nömrəli Kredit Xətti müqaviləsinin 1.1 bəndində dəyişiklik edilərək kredit alana 50.000 ABŞ dolları kredit xətti açılması nəzərdə tutulmuşdur.

3. İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında 16 fevral 2012-ci il tarixdə bağlanmış Zaminlik müqaviləsinə əsasən, zamin 31 mart 2009-cu il tarixli 03L00002637 nömrəli Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin (31 may 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə sazişlə 16 fevral 2012-ci il tarixli zaminlik müqqviləsinin preambulasında kredit xəttinin məbləğinin 50 min ABŞ dolları yazılması razılaşdırılmışdır) icrasını təmin etmək üçün üzərinə məsuliyyət götürmüşdür..

4. İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh3 arasında 31 may 2013-cü il tarixdə bağlanmış Zaminlik müqaviləsinə əsasən, zamin 31 mart 2009-cu il tarixli 03L00002637 nömrəli Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin (kredit xəttinin məbləği 50 min ABŞ dolları, kredit xəttinin müddəti 120 ay) icrasını təmin etmək üçün üzərinə məsuliyyət götürmüşdür.

5. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2013-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 31 saylı binanın 37 nömrəli mənzilinin ipotekaya qoyulmasına etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka tutma yönəldiyi halda qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. 6. 31 may 2013-cü il tarixli 03R000022304 nömrəli Kredit Razılaşmasına əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2% olmaqla 36 ay müddətinə 23000 ABŞ d olları məbləğində istehlak krediti verilmişdir.

7. İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh3 (borclu) və (ipoteka qoyan) arasında 31 may 2013-cü il tarixdə bağlanmış 03M00001316 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 31 mart 2009-cu il tarixli 03L00002637 nömrəli Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka qoymuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”ın surətinə əsasən Cavabdeh3 m əxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzil üzərində İddiaçı QSC-nin ipoteka yüklülüyü qeydə alınmışdır.

9. AZ-İ nömrəli 655004 saylı ölüm haqqında şəhadətnamədən göünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 03R000022304 saylı kredit razılaşması üzrə 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məblə ğində cərimə olmaqla, cəmi 44313 ABŞ dolları 60 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan, 3 otaqlı, 37 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 ABŞ dolları 60 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan, 3 otaqlı, 37 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSCnə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bundan sonra, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 2 sentyabr 2 021-ci il tarixli iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC -nin xeyrinə 03R000022304 saylı kredit razılaşması 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 44313 ABŞ dolları 60 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 ABŞ dolları 60 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin ə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2014-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7743,85 ABŞ dolları ödəmiş, onun 15256,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qayt arılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2015-ci il tarixə 430 gün üçün hesablanmış faiz borcu 4373,43 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2015-ci il tarixə 430 gün üçün hesablanmış cərimə 24684,02 ABŞ dolları təşkil edir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavab deh-ipoteka qoyan X3 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2015-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2015- ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldil məsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 Rzaqul oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidirlər. İdd iaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli 13645 saylı sazişə əsasən zaminlik müqaviləsinə dəyişiklik edilmiş, Cavabdeh2 kredit xətti müqaviləsinə edilmiş dəyişiklik və əlavələrlə birlikdə bank qarşısında öhdəliklərinin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhəri 19 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1407 saylı forma 2 arayışına əsasən Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilində qeydiyyatda olan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdiri ldiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər.

13. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(060)-4280/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) İddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent məbləğində kredit borcu, 4373 (dörd min üç yüz yetmiş üç) ABŞ dolları 43 (qırx üç) sent məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində borcun ödənilə cək günə manat ilə məzənnəsi hesablanmaqla və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin likvid dəyəri 52000 (əlli iki min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımç ı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzil tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir..

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 öldüyü üçün kredit müqaviləsi üzrə banka olan 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent əsas borc, 3358 (üç min üç yüz əlli səkkiz) ABŞ dolları 83 (səksən üç) sent faiz borcu, 13088 (on üç min səksən səkkiz) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində cərimə borcu, cəmi 31703 (otuz bir min yeddi yüz üç) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində borcu ödənilməmiş qalmışdır.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 03R000022304 saylı kredit müqaviləsi və ona edilmiş əlavə sazişlər üzrə 15256,15 ABŞ dolları kredit borcunun və 4373,43 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, kredit müqaviləsi üzrə hesablanmış 24684,02 ABŞ dolları məbləğində dəbbə pulu isə tənasübsüz surətdə yüksəkdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdiri lərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 24684,02 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 500 ABŞ dolları müəyyən edilməlidir.

17. İş materiallarında olan "xxxx" MMC-nin “Fərdi Yaşayış evinin Qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh3 məxsus olan, Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv. m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 60000 (altmış min) manat, Likvid dəyəri 52000 (əlli iki min) manat təşkil edir.

18. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab etmişdir.

19. İş materiallarında olan Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2013-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzili ipotekaya əlavə edilməsinə etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürürlər ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini öhdəliyinə götürmüşlər.

20. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

21. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki, iddiaçının iddia tələbi ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaq lı 37 nömrəli mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmalı və boşaldılaraq alıcıya təhvil verilməsi hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. 22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutulduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

23. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ipoteka yüklü edilmiş Sumaqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehə qarşı mənzilə olan istifadə hüquqlarının itirilməsi predmeti iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit və ipoteka müqavilələri çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743, 421.2, 472.1, 472.2, 467, 295, 279, 317.1, 319.1-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Q anununun 34.1.1, 39.3.3, 59.3 59.4-cü maddəsi və Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 80 və 106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013- cü il tarixli, 03R000022304 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə 23000 ABŞ dolları kredit verilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və o, zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Zaminlik müqaviləsinin 1.1-c i bəndinə görə göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1lə birgə məsuliyyət daşımışdır. İddiaçı iddia tələbi ilə 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən kredit xətti müqaviləsinin müddəti xx.xx.2019-cu ildə, kredit razılaşmasının müddəti isə xx.xx.2016-cı ildə başa çatmışdır. O, zaminlik müqaviləsinin şərtlərinə əsasən iddiaçı qarşısında məsuliyyət daşımışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən hazırkı iddia tələbinə görə məsuliyyət daşımır. Həmçinin, ünvan 1-nin satış qiyməti 52000 manat müəyyən edilmişdir. Hal-hazırda sözügedən mənzilin bazar dəyəri 85-90 min manat olduğu halda dəyərindən 30-35 min manat az qiymətləndirilmişdir. Bu da “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna ziddir. Həm çinin, məhkəmə iddia tələbinin zaminlərdən tutulması qərarını qəbul etmişdir. Halbuki, Cavabdeh1 vəfat etsə də, onun vərəsələri məhkəmə işinə cəlb edilməmiş, cavabdeh kimi tanınmamışdır. Bu da Mülki Məcəllənin tələblərinə ziddir. Göründüyü kimi, zaminliklə təmin edilmiş öhdəliyin icrası müddəti ötürüldüyündən ona qarşı iddia tələbinə xitam verilməlidir. Bundan əlavə daşınmaz əmlak sığorta olunmalı halda bank tərəfindən sığorta edilməmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.01.23-cü il tarixli qərardadı ilə iş üzrə Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin hazırki şəraitdə likvid dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi üzrə qərar qəbul edilmişdir. 28. 18 aprel 2023-cü il tarixli Ekspertiziya rəyinə əsasən, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, 37 saylı mənzilin mövcud likvid orta bazar qiyməti təqribən 85000 min manat müəyyən olunmuşdur.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-268/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Elman Əhmədov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsinin Cavabdeh3 borcun tutulması hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qə bul edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı borcun tutulması hisəsədə iddiasının təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsinin ipoteka predmetinin likvid dəyərinin 52.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin likvid dəyərinin 85000 (səksən beş min) manat müəyyən edilməsi, ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzi hesabına ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, kollegiya araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 öldüyü üçün kredit müqaviləsi üzrə banka olan 15256, 15 ABŞ dolları əsas borc, 3358,83 ABŞ dolları faiz borcu, 13088,75 ABŞ dolları, cəmi 31703,73 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mübahisələndirilən kredit öhdəliyi zaminlik müqaviləsi ilə təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 borcunun ödənilməsi ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Eyni zamanda, kredit öhdəliyinin təm inatı olaraq Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, sonuncu özünə məxsus daşınmaz əmlakı ipoteka qoymuşdur. Əsas borclu vəfat etdiyindən iddia tələbi zaminlərə qarşı irəli sürülmüşdür.

31. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

32. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 araşdırılan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

33. Apellyator, şikayətin dəlili olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən hazırkı iddia tələbi üzrə məsuliyyət daşımadığını bildirmiş, həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini mübahisələndirmişdir. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri a şağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 35. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

36. Apellyasiya şikayətinin dəlliləri ilə bağlı araşdırma apararaq məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etmişdir:

37. Məhkəmə kollegiyası şikayətin zaminin araşdırılan iddia tələbi üzrə məsuliyyət daşımaması barədə dəlilini qanuni və əsaslı hesab edir.

38. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəs i barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

39. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür.

40. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 31 mart 2009-cu il tarixli Kredit x ətti müqaviləsi çərçivəsində 31 may 2013-cü il tarixli kredit razılaşması bağlanılarkən zaminin razılığının alınmasına dair zamin Cavabdeh2 ilə Saziş bağlanılsa da digər zamin Cavabdeh3la müqavilədə aparılmış dəyişlikləri nəzərdə tutan Saziş bağlanılmamışdır. Zaminlik müqaviləsindən göründüyu kimi zamin 120 ay müddətinə 20000 ABŞ dolları kredit xəttinə görə üzərinə məsuliyyət götürmüşdür. Kredit Sazişindən görünür ki, ayrılmış kreditin məbləği artırılaraq 23.000 ABŞ dolları olmuşdur. Bu halda zaminə kredit məbləğinin dəyişdirilməsi və onun məsuliyyətinin artması ilə bağlı vəzifələrini izah edən Saziş bağlanılmalı olduğu halda belə bir Saziş bağlanılmamışdır.

41. Qeyd olunan Plenum Qərarında kreditin ümumi məbləğinin artırılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlveriş siz nəticələrə səbəb olması əsaslarından biri kimi nəzərdə tutulmuşdur.

42. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə gös tərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

43. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 14 iyul 2015-ci il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər. Həmçinin göstərilmişdir ki, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan Mülki Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi iradə sərbəstliliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər.

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyə görə zaminlik müqaviləsi hüquqi təbiətinə görə əvəzsiz əqd olmaqla həmişə müqavilə hesab edilmiş və Mülki Məcəllənin 471-ci maddəsinin tələbinə görə yazılı formada bağlanan müqavilədir.

45. Göründüyü kimi ayrıca müqavilə formasında bağlanan zaminlik əsas öhdəliyin təminatı qismində çıxış edə bilər. Qeyd edilməlidir ki, müqaviləyə edilmiş dəyişiklik müqavilənin tərkib hissəsi olmaqla eyni üsulla həyata keçirilməlidir. Bu baxımdan məhkəmə ödəniş planında zaminin razılığının olmasını müqavilə şərtlərini müəyyən etmək azadlığı ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun hesab etmir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəlləsinin 477.0.1-ci mad dəsinə əsasən araşdıralan mübahisə üzrə Cavabdeh3 münasibətdə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh3 qarşı yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz.

47. Məhkəmə kollegiyası apellyatorun ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı dəlili ilə razılaşır və bununla bağlı aşağıdakıları göstərir:

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq, qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna i mza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yax ud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.

49. Apellyator ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmişdir.

50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 10/543, 9/667 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 31 saylı evin, 37 saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 89500 manat, likvid qiyməti təqribən 85000 müəyyən olunmuşdur.

51. Məhkəmə kollegiyası Ali Məhkəm ənin qeyd edilən qərardadını diqqətə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti olaraq müəyyən edilmiş 85000 manat məbləği ipoteka predmetinin ilkin satış qiyməti olaraq müəyyən edilməsini əsaslı və işin faktiki hallarına uyğun hesab edir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 31 saylı evin, 37 saylı mənzilin likvid qiyməti 85.000 manat müəyyənləşdirilməlidir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövc ud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı tam təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi Cavabdeh3 borcun tutulması hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin edilməməli, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin müəyyən edilmiş 52000 manat likvid dəyəri dəyişdirilərək 85000 manat müəyyən edilməlidir.

54. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 470.1, 472.1, 472.2, 477.0.1, 739.1 və 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2, 372.6, 372.7, 384.0.2 və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

55. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iddianın zamin Cavabdeh3 təmin edilməyən hissəsində, həmçinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 85000 manat müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir.

56. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə bağlanmış və borcluya 2300 ABŞ dolları məbləğində kredit verilmişdir. Zamin Cavabdeh3 kredit razılaşmasının ayrılmaz tərk ib hissəsi olan ödəniş planı ilə tanış olaraq “ödəniş planı ilə tanış oldum, razıyam” qeydini aparmış, ad soyad və ata adını qeyd edərək ayın tarixini yazıb imzalamaqla öz yazılı razılığını bildirmişdir.

57. Kassator həmçinin bildirir ki, apellyasiya instansiya məhkəməsində təkrar qiymətləndirmə təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmiş qiymət əmlakın real dəyərini əks etdirmir və əmlak əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş təkrar qiymətləndirmə təyin edilməsi barədə vəsatət əsassız olaraq təmin edilməmişdir.

58. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 472, 477ci, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 və 39.3.3cü maddələrinə, Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

60. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

61. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

62. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

63. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

64. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

65. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

66. Maddə 47 2.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

67. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

68. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün dig ər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

69. Maddə 739.1.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

70. Maddə 739.2..(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayətində qətnamə tam “ İddiaçı QSC-nin Cavabdeh3 borcun tutulması hissədə iddiasının təmin edilməməsi” hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi q iymət verərək belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı QSC-nin Cavabdeh3 borcun tutulması hissədə iddiasının təmin edilməməsi” hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

81. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən gəldiyi nəticəni əsaslandırarkən göstərmişdir ki, işin hallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 31 mart 2009-cu il tarixli Kredit xətti müqaviləsi çərçivəsində 31 may 2013-cü il tarixli kredit razılaşması bağlanılarkən zaminin razılığının alınmasına dair zamin Cavabdeh2 ilə Saziş bağlanılsa da digər zamin Cavabdeh3la müqavilədə aparılmış dəyişlikləri nəzərdə tutan Saziş bağlanılmamışdır. Zaminlik müqaviləsindən göründüyu kimi zamin 120 ay müddətinə 20000 ABŞ dolları kredit xəttinə görə üzərinə məsuliyyət götürmüşdür. Kredit Sazişindən görünür ki, ayrılmış kreditin məbləği artırılaraq 23.000 ABŞ dolları olmuşdur. Bu halda zaminə kredit məbləğinin dəyişdirilməsi və onun məsuliyyətinin artması ilə bağlı vəzifələrini izah edən Saziş bağlanılmalı olduğu halda belə bir Saziş bağlanılmamışdır.

82. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.Belə ki, iş materialları ilə təsdiqlənir ki, AccessBank” QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh3 arasında 31 may 2013-cü il tarixdə bağlanmış Zaminlik müqaviləsində zamin 120 ay müddətinə 50 min ABŞ dolları kredit xəttinə görə üzərinə məsuliyyət götürmüş, eləcə də Cavabdeh3 03R000022304 nömrəli kredit müqaviləsi üzrə ödəniş planı ilə tanış olaraq, razı olduğuna dair qeyd aparmış və qeydi imzasıyla 31 may 2013-cü il tarixində təsdiq etmişdir.Lakin apelyasiya instansiyası məhkəməsi göstərilən sübutlara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmiş və nəticədə maddi hüquq normalarının da tələbini pozmuşdur.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Kollegiya bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissəsində sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

85. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

86. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə e dilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

87. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

88. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə gö stərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

89. Yuxarıda şərh edilənlərə görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı QSC-nin Cavabdeh3 borcun tutulması hissədə iddiasının təmin edilməməsi” hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmin hissədə işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissə sində sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023cü il tarixli 2(105)-268/2023 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli 2(105)-268/2023 nömrəli qətnaməsi İddiaçı QSC-nin Cavabdeh3 borcun tutulması hissədə iddiasının təmin edilməməsi” hissəsində ləğv edi lsin və iş həmin hissədə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli 2(105)-268/2023 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar