Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3751/2025 01.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina; iddianın qiyməti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil ilə birgə verdiyi kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehdən onun xeyrinə 15550.98 manat məbləğində kredit, 2507.84 manat məbləğində faiz və 732.03 manat məbləğində cərimə olmaqla, ümumilikdə 18790,85 manat məbləğində bоrcun və ödənilmiş 146.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-42/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 15526.35 manat əsas, 2507.84 manat faiz, 732.03 manat cərimə olmaqla, ümumilikdə 18766.22 manat məbləğində borc və ödənilmiş 146.3 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir (hakim: Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1183/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Lalə Rəhimli, Səyyad Qafari). Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsinin cərimə və faiz hissəsində ləğv edilərək iddiaçının iddia tələbinin cərimə hissəsində 700 manat azaldılması, yəni 32 manat cərimənin tutulması və faiz hissəsində tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayət işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Müəyyən olunmuşdur ki, apellyasiya məhkəməsi qətnaməsi cavabdeh tərəfindən faiz və cərimə borcunun məbləğinə dair hissələrdə mübahisələndirilmişdir ki, bu hissələrdə iddianın qiyməti 3239,87 manat təşkil edir. Göründüyü kimi, qətnamənin mübahisələndirilən hissədə qiyməti MPM-in sözügedən normasında müəyyən olunmuş məbləğdən azdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, hazırkı şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilmədən, qaytarılması məsələsinin həlli üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayə tinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin sözügedən prosessual normalara uyğunluğunu düzgün qaydada yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Göstərilənlərə və MPM-in 402.1, 408.1.1 və 408.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh Vəkil ilə birgə verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və şikayətin qaytarılması məsələsinin həlli üçün mülki iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3751/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-3751/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver