Məhkəmə qərarları › İş №2(102)-3754/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3754/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3754/2020 14.10.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi xxx nun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə xx xxxxx 2014-cü il tarixli GYF-9830 saylı kredit müqaviləsi üzrə 10014 (on min on dörd) ABŞ dolları əsas, 5388 (beş min üç yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz, 286 (iki yüz səksən altı) ABŞ dolları cərimə olmaqla, cəmi 15688 (on beş min altı yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Göyçay şəhəri 50-ci ünvanında Cavabdeh1 mülkiyyətin də olan 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 15688 (on beş min altı yüz səksən səkkiz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, məhkəməyə müraciət etmək üçün xərcin Cavabdeh1 aid hissəsi 25 (iyirmi beş) manatın, ödənilmiş 26 (iyirmi altı) manat notariat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının İddiaçı ASC-yə aid edilməsi, 25 (iyirmi beş) manatının Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, iş üzrə səndələrin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, 145 (b ir yüz qırx beş) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatının İddiaçı ASC-dən, 120 (bir yüz iyirmi) manatının Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, x0 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə hər iki cavabdeh Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Bu şikayət kassasiya instansiyası məhkəməsi hakiminin xx.x x.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən Cavabdeh1 apelyasiya şikayəti verməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən də məhz Cavabdeh2 şikayətinə baxılmışdır. Bu hal ona dəlalət edir ki, prosessual baxımdan Cavabdeh1 apelyasiya məhkəməsi instansiyasında rədd edilmiş tələbi mövcud deyil. Belə olan halda, onun kassasiya şikayəti mümkün sayıla və baxıla bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə ə sasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissə kassasiya baxışından çıxarılmaqla apely asiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar