Məhkəmə qərarları › İş №2(102)-3756/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3756/2020

01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3756/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Şirinov) iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2004- cü il tarixdə doğulmuş X2, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilən alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X2, X3 və X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilməsi, alimentin hər ay hər 80 manat, cəmi 240 manat sabit pul məbləğində tutulmasının hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx xxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Hüseynov, hakimlər M.Hüseynov və M.Hüseynov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilərək xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X2, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ödənilən alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh oğlu kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X6, xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 160 manat –cəmi 480 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X6, x x xxxxxxx 2005-ci il tarixdə doğulmuş X7 və xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X4 iddiaçının yanında saxlanılmış və üç uşağın maddi təminatı üçün cavabdehin aylıq qazancının ½ hissəsi miqdarında aliment təyin olunmuşdur. İddiaçı cavabdehin gəlirinin hissəsi kimi tutulan alimentin onun maraqlarını əhəmiyyətli dərəcədə pozduğunu, ödənilən cəmi 150 manat aliment uşaqların maddi təminatını ödəmədiyini, özünün İsmayıllı rayonun Qubaxəlilli kənd tam orta məktəbdə biologiya müəllimi işləməklə ayda 400 manat əmək haqqı aldığını, uşaqların məktəbli olduğunu, qızı Aytənin gözündə ciddi problemlər olduğunu, oğlu Kənanın isə astma-bronxit xəstəsi olduğundan daimi müailə olunduqlarını, cavabdehin Bakı şəhərində yaşamaqla və işləməklə kifayət qədər aylıq gəlirə malik olduğunu qeyd edərək təyin olunmu ş alimentin sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 160 manat – cəmi 480 manat müəyyən edilməsini tələb edir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdeh “xxxx” ASC-nin Fakturalama qrupu şöbəsində “Su kəməri” təsərrüfatında nəzarətçi vəzifəsində işləməklə orta aylıq əmək haqqı 419 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hə min Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğin in miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabitpul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Nəzərə alınmalıdır ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazı rkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını,“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, аlimentin miqdаrını müəyyən edərkən səhvə yоl vermiş və uşаqlаr üçün müəyyən edilmiş yаşаyış minimumunu nəzərə аlmаmışdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlunun kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar