Məhkəmə qərarları › İş №2(102)-3756/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3756/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3756/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin tutulması, delikt öhdəliyində iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2025-ci il tarixli, 2(106)-1223/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış xxx markalı, **-HF-*** nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X3 ölümünə səbəb olmuşdur.

2. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Məhkəməsinin 1(050)13/2013 nömrəli, 05 fevral 2013-cü il tarixli hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir.

3. X3 ölümünə görə 5000 (beş min) manat məbləğində sığorta ödə nişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Sığorta Şirkəti”) ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavavdeh”) 5000 manat sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 03 may 2012-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "VAZ 2101" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üz rə sığorta təminatı almışdır. Cavabdeh 02 oktyabr 2012-ci il tarixdə "VAZ 2101" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X5 vəfat etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün Sığorta Şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Masallı Rayon Məhkəməsinin hökmünə əsasən cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə cavabdehin yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "VAZ 2101" markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur.

6. Cavabdeh mübahiyəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Əri zədə göstərilib ki, hadisənin üzərindən 13 il vaxt keçib. Hətta ümumi iddia müddəti də ötüb.

7. İddiaçı iddia müddətinin ötməsi barədə cavabdehin ərizəsinə münasibətdə göstərmişdir ki, sığorta ödənişi zərərçəkmişə xx.xx.2024-cü ildə edilib. Bu səbəbdən iddia müddəti ötməyib.

8. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1107/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. (hakim Elşən Hüseynov)

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xxx markalı, **-HF-*** nömrə nişanlı avtomobil 02 oktyabr 2012-ci ildə cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X3 ölümünə səbəb olmuşdur. Sığorta aktına əsasən X2 dəymiş zərər ölümlə nəticələndiyinə görə 5000 manat məbləğində olmuş və iddiaçı tərəfindən 04 noyabr 2024-cü il tarixdə həmin məbləğdə sığorta ödənişi edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu baxımdan, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir.

11. Lakin cavabdeh müdafiə vasitəsi kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. İddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh iddia müddətinin ötməsinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi göstərmişdir ki, istinad o lunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən 02 oktyabr 2012-ci il tarixdə törədilmiş, iddia isə 27 fevral 2025-ci ildə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Odur ki, iddia tələbi rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)46/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarına istinadən iddia müddəti ilə bağlı işin halına münasibətdə göstərmişdir ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz (məsələn, sığortaçı ödənişi hadisənin və zərərin baş verməsindən 9 il sonra ödəməklə borclunun yararlana biləcəyi ümumi iddia mü ddətini 19 ilə uzada bilməz). Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır.

14. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığortaçıya keçməsindən irəli gəlir. İlkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kre ditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz. Əks yanaşma “heç kəs özündə olandan artığını başqasına verə bilməz” prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olardı.

15. Birinci instansiya məhkəməsi onu da nəzərə aldığını diqqətə çatdırmışdır ki, mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətirilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur. Mülki hüquq normaları yuxarıda g östərilən ümumi prinsiplərə, məqsəd və vəzifələrə zidd şəkildə tətbiq edilə bilməz.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 372.1, 372.2, 373.1, 375.2, 377.4, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı “apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquql arın həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Ümumi iddia müddəti 10 (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətdir. Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tama mında başa çatır. İddiaçı ilə X4 arasında xx.xx.2012-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "VAZ 2101" markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. xxx markalı, ** HF *** nömrə nişanlı avtomobil 02 oktyabr 2012-ci ildə cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X1 dəymiş zərər ölümlə nəticələndiyinə görə 5000,00 (beş min) manat məbləğinin ödənilməsi ilə bağlı zərərçəkən tərəfindən 2024-cü ilin sonlarına yaxın cəmiyyətə müraciət olunmuşdur. Sığorta Şirkəti tərəfindən zərərçəkən tərəfə 5000,00 (beş min) manat sığorta ödənişi 04 noyabr 2024-cü il tarixdə ödənilmişdir. Sığorta ödənişi ödənildi kdən sonra cavabdehə Sığorta Şirkəti tərəfindən subroqasiya (pretenziya) məktubu göndərilmiş və məktubda qeyd edilən müddət gözləndikdən sonra məhkəməyə müraciət olunmuşdur. Mülki Məcəllənin 384.0.3-cümaddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərlə bağlı tələblərə iddia müddəti şamil edilmədiyindən zərərçəkən tərəf 12 (on iki) il sonra müraciət etdiyindən sığorta ödənişi olan 5000,00 (beş min) manat məbləğ Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Mübahisələndirilən hal iddia müddətinin axımının hansı vaxtdan başlanılması ilə bağlıdır. Mülki Məcəllənin 377.4-cümaddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icra sı anından başlanır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Sığorta Şirkəti sığortaçı olaraq könüllü sığorta müqaviləsi üzrə (sığorta şəhadətnaməsi üzrə) baş vermiş sığorta hadisəsinə görə zərərçəkən tərəfə 04 noyabr 2024-cü il tarixdə sığorta ödənişi etmişdir. Bu da o deməkdir ki, Sığorta Şirkəti hazırki iş üzrə cavabdehə qarşı subroqasiya hüququ sığorta ödənişini etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 04 noyabr 2024-cü il tarixdən başlanılır və müddətin sonuncu günü 04 noyabr 2034-cü il tarixdə bitməlidir. Sığort a Şirkəti tərəfindən 10 illik müddət bitməmiş, yəni 27 fevral 2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edilmiş və iddia müddəti ötürülməmişdir. Subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablanır. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, Sığorta Şirkəti sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi barədə zərər vuran tərəfindən müraciət olunmadığı tə qdirdə Sığorta Şirkəti tərəfindən sığorta ödənişi ödənilmir və zərər vuran tərəfdən tələb edilmir. Ödəniş olduğu təqdirdə həmin sığorta ödənişinin ödənilməsini təsdiq edən ödəniş tapşırığı tərtib edilir və zərər vuran tərəfi məhkəməyə verildiyi təqdirdə iddia ərizəsinə əlavə olunan sənədlərdə sığorta ödənişinin ödənilməsini təsdiq edən ödəniş tapşırığı təqdim olunur. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Bütün bu hallar onu göstərir ki, birinci instansiya məhkəməsi mülki işi obyektiv, tam və hərtərəfli olaraq araşdırmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1223/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixl i qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1107/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Aytən Novruzova)

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

21. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, cavabdehə qarşı subroqasiya hüququ sığorta ödənişini etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 04 noyabr 2024-cü il tarixdən başlanılır və müddətin sonuncu günü 04 noyabr 2034-cü il tarixdə bitməlidir. Sığorta Şirkəti tərəfindən 10 illik müddət bitməmiş, yəni 27 fevral 2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edilmiş və iddia müddəti ötürülməmişdir. S ubroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablanır.

22. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin iki növü fərqləndirilir: ümumi iddia müddəti; xüsusi iddia müddəti.

23. Ümumi iddia müddəti odur ki, bu müddət, barəsində xüsusi müddət müəyyənləşdirilən, habelə haqqında, ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri və tələblər istisna olmaqla, bütün hüquq münasibətlərinə və tələblərə tətbiq edilir.

24. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birin ci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

25. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qay dadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(102)-46/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərə fli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz (məsələn, sığortaçı ödənişi hadisənin və zərərin baş verməsindən 9 il sonra ödəməklə borclunun yararlana biləcəyi ümumi iddia müddətini 19 ilə uzada bilməz). Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyrimüəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır. Subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığo rtaçıya keçməsindən irəli gəlir. İlkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz. Əks yanaşma “heç kəs özündə olandan artığını başqasına verə bilməz” prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olardı. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətir ilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir.

27. İddiaçı həmçinin apellyasiya şikayətində göstərir ki, Mülki Məcəlləsinin 384.0.3cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərlə bağlı tələblərə iddia müddəti şamil edilmədiyindən zərərçəkən tərəf 12 (on iki) il sonra müraciət etdiyindən sığorta ödənişi olan 5000,00 (beş min) manat məbləğ Sığorta Şirkəti tərəfindən ödənilmişdir.

28. Mülki Məcəllənin 384-cü maddəsində iddia müddətin in şamil edilmədiyi tələblər göstərilmişdir. 384.0.3-cü maddəyə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə şamil edilmir. Ümumiyyətlə, qanunvericilikdə bir sıra tələblərə münasibətdə iddia müddətinin şamil edilməməsi barədə göstəriş məhz həmin tələbləri irəli sürən iddiaçıların hüquqlarının qorunmasına xidmət edir. Mülki Məcəllənin 384.0.3-cü maddəsi də məhz həyat və sağlamlığına ziyan dəymiş şəxslərin zərər vuran şəxslərə qarşı irəli sürdüyü iddialara aiddir, yəni üçüncü şəxslərin subroqasiya qaydasında irəli sürdüyü tələblərə hər bir halda 10 illik iddia müddəti tətbiq edilir ki, həmin müddət də ötürülmüşdür. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır.

29. Beləliklə, birinci instansiya məhkəməsinin gəldi yi nəticə əsaslıdır. xxx markalı, **HF-*** nömrə nişanlı avtomobil 02 oktyabr 2012-ci ildə cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X3 ölümünə səbəb olmuşdur. Sığorta aktı ilə müəyyən olunur ki, X1 dəymiş zərər ölümlə nəticələndiyinə görə 5000 manat məbləğində olmuş və iddiaçı tərəfindən 04 noyabr 2024-cü il tarixdə həmin məbləğdə sığorta ödənişi edilmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna mal ikdir. Lakin cavabdeh isə müdafiə vasitəsi kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, zərərə səbəb olan hadisə 02 oktyabr 2012-ci il tarixdə baş vermiş, lakin iddiaçı 13 il sonra tələb irəli sürməklə on illik iddia müddətini ötürmüşdür. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh iddia müddətinin ötməsinə istinad etmişdir. İstinad olunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən 02 oktyabr 2012-ci il tarixdə törədilmiş, iddia isə 27 fevral 2025-ci ildə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi qanuni və əsas lı olmuşdur.

30. Apelılyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 372.1, 372.2, 373.1, 375.2, 377.4, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda olmaqla, iddia müddətinin keçməməsi baxımından əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı eti raz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 110 8.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edə n fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu Maddə 25.1. Bu sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçü ncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, qətnamə tam yoxlanılır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

39. İddia tələbi sığorta ödənişinin subroqasoya qaydasında geri istənilməsi barədədir.

40. Müəyyən edilib ki, sığorta hadisəsi 02 oktyabr 2012-ci il tarixdə baş vermiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə 12 il keçdikdən sonra müraciə t etmiş, cavabdeh isə müddətin tətbiqi barədə ərizə vermişdir.

41. Məhkəmə kollegiyası iddia müddətini ötməsi əsası ilə iddianın rədd edilməsi ilə bağlı məhkəmələrin hazırkı qərarın 9-15 və 21-29-cu bəndlərində əks edilən hüquqi dəyərləndirmələri ilə razılaşır.

42. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan hər iki instansiya məhkəməsi, o cümlədən apellyasiya instansiyası məhkəməsi işin hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edərək əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.

43. Bu baxımdan, hazırda qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.

44. Kassasiya şikayətinin dəlillərinə gəl dikdə, bu dəlillər iddia müddətinin axımının sığorta ödənişinin edilməsindən sonra başlamalı olmasından ibarətdir ki, eyni dəlillər iddia müddətinin tətbiqi barədə ərizəyə etirazda və apellyasiya şikayətində də irəli sürülmüşdü və hər iki instansiya məhkəməsi həmin dəlilləri həm qanunvericilik, həm də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran konkret qərarına istinadla əsassız saymışlar.

45. Məhkəmə kollegiyası da məhkəmələrin həmin mövqeyi ilə razılaşdığı üçün eyni məzmunlu dəlillərə təkrar qiymət verməyə zərurət görmür.

46. Belə ki, məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)46/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarında hazırda iddiaçının mübahisə predmetinə çevirdiyi iddia müddəti və onun axımının başlanması məsələlərinə tam aydınlıq gətirilib və bu səbədən əlavə hər hansı şərhə də lüzum yoxdur.

47. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1223/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar