Məhkəmə qərarları › İş №2(102)-3757/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3757/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3757/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-124/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1 ilə 01 iyun 2014-cü il tarixdə rəsmi nikaha girmiş və həmin vaxtdan cavabdehin yaşadığı Lənkəran rayonunun Şilavar kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan tərəflərin uşaqları olmamışdır. Astara Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birlikdə 5 ildən artıq bir müddət ərzində birgə təsərrüfat aparmaqla cavabdehin istifadəsində olan fərdi yaşayış evində yaşamaqla ora istifadə hüququ əldə etməsini əsas göstərməklə evdən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonr a isə iddia tələbini dəyişərək mübahisəli evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-266/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim: M.A.İsayev) iddia təmin edilmiş və İddiaçı cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan Lənkəran rayonunun Şilavar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq qardaşı Şakir Dadaşovun keçmiş arvadının ora köçürülməklə mülkiyyət hüququnun pozulmasını, məhkəmənin mübahisəni sosial kirayə müqaviləsindən yaranan münasibətlərə uyğun həll etməklə onun mülkiyyə t hüququnu inkar etməsini və s. əsas göstərməklə qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-124/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.B.Babayev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-266/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək, cavabdehlər tərəfindən mübahisəli mənzilə köçürülərkən evin heç kimi n mülkiyyətində olmamasını, belə olduqda mübahisənin qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin deyil, 68-ci maddəsinin tələblərinə uyğun həll edilməli olmasını, məhkəmə kollegiyasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qüvvəsinin tətbiq etməklə mübahisəni həll etməsini qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh N kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-124/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kass asiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaql arı və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmi ş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin et mədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 №-li qərarı ilə Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,08 hektar ölçüdə torpaq sahəsi həmin kəndin sakini X1 və onun ailə üzvləri olan X2, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə Cavadovlar tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 116,9 kv.metr olan fərdi yaşayış evi inşa edilmiş və 20 dekabr 2019-cu il tarixdə Cavadovlardan hər birinin payı 1/6 hissə olmaqla onların pay hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisəli evə Cavabdeh1la faktiki nikah münasibətinə girdiyi 2011-ci ildən köçüb yaşadığından, məhkəmə kollegiyası hesab etmişdir ki, evdən istifadə hüququ ilə əlaqədar tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pro sessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qanuni əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (30.1) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (30.4) Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nikah pozulduqdan sonra iddiaçı mübahisəli yaşayış evindən istifadə hüququnu itirmiş, onun həmin yaşayış evinə ehtiyacı olmamış, valideynlərinə məxsus olan yaşayış sahəsində yaşamışdır. Qanunun göstərilən norması və işin müəyyən olunmuş halları i ddiaçının evə köçürülmə tələbinin təmin edilməsi üçün əsas vermədiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-124/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar