Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3758/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarş borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İKB A çıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsi ilə (hakim F.Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36315,59 (otuz altı min üç yüz on beş dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məblə ğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi, tutma bu qiymətlə həmin fərdi yaşayış evinə və 0.68 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satış ından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublik ası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun tutulması, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 245(100+145) manat pulun İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə (AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, N ABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа) ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətnin 85000 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüqu qi məsələlər: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 1555,59 (bir min beş yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh 2 məxsus Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşladılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçı bankla Cavabdeh1 arası nda qanunla müəyyən edilmiş qaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 44625 ABŞ dolları məbləğində pulu illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətinə vermişdir. Həmçinin o da mübahisə edilmir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 özünə məxsus olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351.2 kv.m. ümumi, 85.5 kv.m. yaşayış, 267.7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evini 0.68 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 85000 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, kredit və i poteka müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent), faiz borcu isə 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) təşkil edir. xx xxxx 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat təşkil edir. İddiaçının nümayəndəsi bildirir ki, xx xxxxxx 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyf İKB Açıq Səhmdar Cəmiyyətinin “Qəbələ” filialından 60 ay müddətinə 50000 (əlli min) manat məbləğində və yaxud kredit verilə biləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayrılmışdır. xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyf' İKB Açıq Səhmdar Cəmiyyətinin "Qəbələ” filialından illik 22 %-lə. 36 ay müddətinə 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu. Böyük Pirəli kəndində yerləşən 4 otaqlı. 351.2 kv.m ümumi. 85,5 kv.m yaşayış. 267.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 0.68 ha torpaq sahəsi ilə birlikdə xx xxxxxx 2013-cü il tarixli i poteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2017-ci ilin iyunun 01-dək Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 ABŞ dolları əsas. 9179.32 ABŞ dolları faiz, 1555,59 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771.18 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predm etinə tutmanın yönəldilməsinə dair bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Cavabdeh1 bildirir ki, iddianı qismən - əsas və faiz borcunun ödənilməsi hissəsində - qəbul edir. Manatın devalvasiyasından sonra yaranmış maliyyə çətinlikləri səbəbindən borcunu ödəyə bilməmişdir, buna baxmayaraq hər ay hissə-hissə də olsa kredit borcunu ödəməyə çalışacaq, bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 bildirir ki, iddianı qismən - əsas və faiz borcunun ödənilməsi hissəsində - qəbul edir. Cavabdeh1 kredit borcunun ödənilməsində heç vaxt gecikmə olmamış, yalnız son vaxtlar manatın devalvasiyasından sonra Cavabdeh1 kredit borcunun hazırki məzənnəyə uyğun olaraq ödəyə bilməmişdir. İddiaçının tutma yönəldilməsini tələb etdiyi fərdi yaşayış evi onların yeganə yaşayış yeridir və onların həmin evdən çıxarılmaları mənzil hüquqlarından məhrum olmaları ilə nəticələnəcəkdir. Bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent), faiz borcu isə 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) təşkil edir. Bundan əlavə iş üzrə keçirilmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair xx xxxx 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarə t fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instan isyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göst ərilən müddəası baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak v erməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməli dir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredi t müqaviləsinin müddəaları baxımından cavabdeh tərəfin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş və Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun tutulmasını müəyyə etmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi borcludan 100 ABŞ dolları miqdarda cərimə borcu alınmalınması hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbb ə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi qanuni və əsaslı olduğundan apelyasiya instansiyası məhkəməs i bu hissədə də iddianı təmin etməklə iş üzrə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ip oteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edi r. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3758/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3758/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver