Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3758/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3758/21 (Açar sözlər: maddi ziyan) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-259/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakına vurduğu zərərin əvəzi 10150 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYPİ-nin Qeydiyyat İmtahan şöbəsinin verdiyi AC 006617 nömrəli, 12.07.2013-cü il tarixli texniki pasporta əsasən PHP********** nömrəli mühərrik, 1C4RFJFCG9DC633732 nömrəli kuza olan **-VH-*** nömrə nişanlı, Bakı şəhərində qeydiyyat da olan “CEEP GRAND CHEROKEE” markalı minik avtomobili ona məxsusdur. Kürdəmir rayonunun Xırdapay kənd sakini Cavabdeh 13 avqust 2018-ci il tarixdə saat 22.50 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektinin dəmiryolu üstündən keçən körpü üstündə idarə etdiyi **-BE-*** dövlət nömrə nişanlı avtomobili ilə onun hərəkət zolağına çıxaraq ona məxsus olan və etibarnamə əsasında X1 tərəfindən idarə olunan **-VH-*** nömrəli avtomaşınla toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi “Mersedes 200CDİ” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh AR İXM-nin 327ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasında əlaqənin olması Kürdəmir rayon Polis şöbəsinin DYPB-nin Yol Patrul xidmətinin baş inspektoru Xun tərtib etdiyi İXP ******* nömrəli protokol və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarla təsdiq olunur. Yol nəqliyyatı hadisəsinə səbəb inzibati xətanı törədən Cavabdeh təqsiri olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobili ciddi zədələnmiş və ona 10150 manat maddi ziyan dəymişdir. “xxxx” ASC-nın Sığorta hadisələrinin tənzimlənməsi Departamentinin Texniki Ekspertiza şöbəsinin tərtib etdiyi qüsur aktına (kalkulyasiyaya) (ehtiyat hissələrinin dəyəri 9170 manat və təmir işlərinin görülməsi 980 manat) uyğun olaraq onun avtomobilinin təmir işləri 10.150 manata başa gəlmişdir. Onun avtomobilin qiymətinin 10 faizi miqdarında əmtəəlik görünüş ünün itirməsinin dəyəri 5000 manat təşkil edir. Beləliklə ona vurulmuş ziyanın ümumi miqdarı 15150 manat təşkil etsə də “xxxx” ASC tərəfindən ona 5000 manat ödənilmişdir. O, qalan 10150 manat zərərin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh ona vurduğu zərəri ödəməkdən imtina etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 iyun 2019cu il tarixli 2(041)-597/2019 nömrəli qərardadı ilə (hakim Müseyib Bayramov) məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Eskeprtiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16440 saylı, 29.07.2019-cu il tarixli rəyinə əsasən, təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən, 2012-ci il buraxılışlı “X3” markalı, ** -VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10150 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -9170 manat, təmir-bərpa işlərinin qiyməti-980 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 8618 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -7638 manat, təmir-bərpa işlərinin qiyməti -980 manat. Birinci instansiya məhkəməsinin 25 iyun 2020-ci il tarixli 2(041)-815/2020 nömrəli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh vurduğu zərərə görə 5150 manatın və 30 manat dövlət rüsumunun, bütövlükdə 5180 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməs i qənaətini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 5150 manat məblə ğində vurulmuş maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın bütövlükdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) 2(106)-259/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Kü rdəmir rayon Məhkəməsinin 2(041)815/2020 saylı, 25 iyun 2020-ci il tarixli qətnaməsi, Cavabdeh apelyasiya şikayətinə əsasən cavabdehdən zərərə görə 5.150 mаnаt məbləğində pulun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh zərərə görə İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği 3.618 manat müəyyən edilməsi, Cavabdeh zərərə görə 3.618 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə əsаsən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin müştərək qaydada 50 manatın İddiaçı və 50 manatın iddiaçı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh təqsirinə görə iddiaçıya ziyan dəyməsini müəyyən edərkən haqlı olsa da, cavabdehdən 5.150 manatın tutulub iddiaçıya ödənilməsi hissəsində səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş zərərin iddia ərizəsində qeyd olunduğu həddə olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.07.2019-cu il tarixli, 16440 saylı ekspert rəyinə əsasən 2012-ci il buraxılışlı “CEEP GRAND CHEROKEE” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8.618 manat, o cümlədən dəyişməli hissələrin q iyməti - 7.638 manat, təmir bərpa işlərinin qiyməti 980 manat təşkil etməsi nəzərə alınaraq iddiaçıya dəymiş ziyanın məbləği qeyd olunan 8.618 manat həddində müəyyən edilməli, “xxxx” ASC sığorta şirkəti tərəfindən iddiaçıya 5.000 manat pul ödənilməsi səbəbindən, həmin məbləğ 8.618 manat məbləğdən çıxılaraq qalan 3.618 manat məbləğində pul cavabdehdn tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qətnaməsində maddi və prosessual hüquq normaları pozması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh apelyasiya şikayətinin həmin dəlillərini təsdiq edən sübutları şikayətinə əlavə etməmiş, məhkəmə iclası nda iştirak edərkən bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2019-cu il tarixli rəyinə istinad etmişdir ki, həmin rəyin məzmunundan görünür ki, rəy iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatları əsasında nəzəri hesablama üsulu ilə tərtib edilmişdir. Yəni rəyin tərtib edilməsinin hüquqi əsasını həmi n qüsur aktı təşkil etmişdir. Həmin qüsur aktı isə sübut kimi qəbul oluna bilməzdi. Qeyd olunan qüsur aktının yazılı sübuta aid heç bir göstəricisi – imza, möhür, tarix və qeydiyyat nömrəsi olmamışdır. 14.08.2018-ci il tarixdə tərtib olunmuş hesablama vərəqəsində ehtiyyat hissələr üçün 9.170 manat, təmir işləri üçün əmək haqqı kimi 980 manat qeyd olunmuşdur. Eyni zamanda “xxxx” MMC-dən əldə olunmuş tarixi və qeydiyyat nömrəsi olmayan qüsur aktında da eyni məbləğlər qeyd olunmuşdur. Hətta həmin qüsur aktı ilə hesablama vərəqi müqayisə olunarkən bəlli olur ki, onlar bir-birini təkrarlayır. Ehtiyyat hissələrinin və işçi xərclərinin hər biri və adları, həm də qiymət olaraq tam üst-üstə düşür. Buradan aydın olur ki, sığorta şirkəti zərərçəkənin təqdim etdiyi əsassız qüsur aktını heç incələmədən həqiqi sənəd kimi qəbul etmis və öz sığorta aktında avtomobilə vurulmuş zərər kimi qeyd etmişdir. Bu həm də onunla bağlı olmuşdur ki, sığorta şirkəti həmin məbləği tam ödəmək məsuliyyəti daşımamış, 5.000 manat hissəsini ödəməkdə mükəlləf olduğu üçün məbləğin 5.000 manat həcmini aşması onun maraqlarına toxunmamışdır. Halbuki bu halda sığorta şirkəti cavabdehin mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq onu zərərin məbləği ilə tanış etməli, onun da razılığını almalı idi. Sığortalı isə zərərin məbləği ilə razı olmayacağı halda zərərin yenidən hesablanması üçün müstəqil ekspert cəlb etməli idi. Aşkar şəkildə qanunvericiliyin tələblərinə riayət olunmadığı üçün həm qüsur aktı, həm də sığorta aktı iddiaçıya vurulmuş real zərərin dəqiq müəyyən olunması üçün mötəbər sübut növü kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, həmin zərər aktlarından da göründüyü kimi dəyişdirilən ehtiyyat hissələrinin yararsız olmasını, təmir edilməsinin mümkün olmadığını, mütləq yenisi ilə əvəzlənməli olmasını təsdiq edəcək heç bir sübut nə sığorta işinə, nə də məhkəməyə təqdim olunmamışdır. Eləcə də, həmin ehtiyyat hissələrinin əvvəlcədən yararsız olub-olmadığı aydın deyil və məhz hadisə nəticəsində sıradan çıxmasını və hadisə ilə səbəbli əlaqənin olmasını təstiq edən heç bir sübut təqdim olunmamışdır. Halbuki hadisədən dərhal sonra avtomobili idarə edən şəxsin də iştirakı ilə o, mütəxəssis gətirərək avtomobilə dəymiş zərəri hesablatdırmışdır. Müəyyən olunmuşdu ki, avtomobilin tam təmir olunması üçün 4.500 manat kifayət edər. Hətta həmin vaxt o, avtomobili idarə edən şəxsə təklif etmi şdi ki, avtomobili versin və o, avtomobili tam təmir etdirib ona qaytarsın. Lakin avtomobili idarə edən şəxs bu təkliflə razılaşmamışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemində də qeyd olunduğu kimi iddiaçının avtomobilinə zərər aktlarında qeyd olunan dərəcədə ciddi ziyan dəyməmiş, zədələnmiş hissələr kimi qabaq bufer və qabaq sol qanad qeyd olunmuşdur. Həmin sxem həm onun tərəfdən, həm də avtomobili hadisə vaxtı idarə etmiş X1 tərəfindən imzalanmaqla həqiqiliyi təstiq olunmuşdur. Həm də R ixtisasca hüquqşünas olmaqla, hadisənin nəticələri və perspektivləri barədə kifayət qədər məlumatlı şəxs olmuşdur. O, həmin dövrdə Kürdəmir rayon İcra şöbəsinin rəisi vəzifəsində işləmişdir. Ən əsası isə iddiaçı qeyd olunan avtomobilin təmirini harada həyata keçirməsi, qeyd olunan məb ləğin hara ödənilməsi barədə təsdiqedici heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bütün bu sadalananlar mövcud iddianın əsassız olmaqla, şəxsin əsassız varlanmasına yönəlmiş iddia olmasını təsdiq edir. Çünki iddiaçı ərizəsinə əlavə etdiyi sənədlərlə yalnız hadisənin baş verməsi faktini sübut edə bilsə də, hadisə baş verənədək avtomobilinin texniki vəziyyətinin və əmtəə görünüşünün saz vəziyyətdə olmasını, qüsur aktında sadalanan ehtiyyat hissələrinin yararsız, mütləq dəyişdirilməli olmasını, təmir olunmasının mümkünsüzlüyünü və bu ehtiyyat hissələrində yaranmış nasazlığın hadisə ilə səbəbli əlaqəsini sübut edə bilməmişdir. Təqdim olunan qüsur aktı və sığorta aktında əks olunmuş zərər məbləği isə onun xəbəri olmadan hazırlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq onunla razılaşd ırılmadığı üçün mötəbər sübut hesab oluna bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələ b etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmə k hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin də lilləri ilə eynilik təşkil etmiş, cavabdeh kasasiya şikayətində də məhkəmənin istinad etdiyi ekspert rəyinin qeyri-mötəbər sübut hesab etdiyi qüsur aktı əsasında tərtib edildiyi üçün mötəbər sübut hesab edilə bilmədiyinə əsaslansa da, bu hal apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ekspert tərəfindən rəy tərtib edilərkən rəydə qüsur aktı iddiaçının avtomobilinin zərər dəymiş ehtiyat hissələrin müəyyən edilməsi üçün nəzərə alınmış, həmin hissələr üzrə bazar dəyərinə uyğun qiymətləndirmə aparılması göstərilmişdir. Cavabdeh isə məhkəməyə həmin rəyin qeyrimötəbərliyini təsdiq edəcək hər hansı sübutu və ya iddiaçıya məxsus avtomobilin zərər dəymiş hissələrinin düzgün qeyd olunmadığı, bu əsasla zərər məbləğinin düzgün hesablanmadığı b arədə hər hansı sübutu təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-259/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.