Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3762/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” xxx ASC-nin cavabdehlər xxxna, xxxna və xxxna qarşı “kredit borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tutmanın ipoteka predmetlərinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)3506/2019 nömrəli qətnaməsindən cavabdeh xxx və vəkili xxx tərəfindən verilmiş kasasiya şika yətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” xxx ASC cavabdehlər xxxna, xxxna vəxxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx ilə keçmiş “xxxxbank” ASC-nin (“xxxx” xxx ASC) arasında bağlanmış 2012-ci il 27 dekabr tarixli *********-KM nömrəli kredit müqaviləsinə xitam verilməsi, xxxndan “xxxx” xxx ASC-nin xeyrinə 2012-ci il 27 dekabr tarixli *********-KM nömrəli kredit müqaviləsi üzrə 36178,33 manat əsas, 18582,45 manat hesablanmış faiz, 45847,29 manat dəbbə pulu olmaqla, cəmi 100608,07 manat borcun, hüquqi yardıma görə 5000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin 19000 və 78500 manat məbləğində qiymətləndirilməklə, borcun xxxn un mülkiyyətində olan ünvan 1ində 0,35 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 71,8 kv.metr yaşayış, 95 kv.metr yardımçı, 166,8 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin vəxxxnun mülkiyyətindəki ünvan 1-də 0,05 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 68,2 kv.metr yaşayış, 216,8 kv.metr yardımçı, 285 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, borcun xxxnun mülkiyyətində ünvan 1ində 0,35 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 71,8 kv.metr yaşayış, 95 kv.metr yardımçı, 166,8 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin boşaldılması və orada yaşayanlar xxx, xxx və digərlərinin qeydiyyatdan çıxarılmaları vəxxxnun mülkiyyətindəki ünvan 1-də 0,05 ha torpaq sah əsi, həmin torpaq sahəsində yerləşən 68,2 kv.metr yaşayış, 216,8 kv.metr yardımçı, 285 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və orada yaşayanxxx, xxx və digərlərinin qeydiyyatdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, bir ay müddətində könüllü tərk etmədikdə məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsininxx xxx 2019-cu il tarixli, 2(021)-133/2019 nömrəli qətnaməsi ilə (hakim S.İ.Seyfullayev) iddia qismən təmin edilmiş, cavabdeh xxxndan xx xxxxxx 2012-ci il tarixli, *******-KM nömrəli kredit müqaviləsi üzrə 34267,56 manat əsas, faiz borcu üzrə 1165,63 manat, 100 manat dəbbə pulu olmaqla, cəmi 35533,19 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” xxx ASC-nin xeyrinə verilməsi, tutmanın xxxnun mülk iyyətində olan ünvan 1ində 0,35 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 71,8 kv.metr yaşayış, 95 kv.metr yardımçı, 166,8 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə vəxxxnun mülkiyyətindəki ünvan 1də 0,05 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 68,2 kv.metr yaşayış, 216,8 kv.metr yardımçı, 285 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılması, xxxna məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 19000 manat,xxxna məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 78500 manat olmaqla, tutmanın yönəldilməsi və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xxxnun xx xxxxxx 2012-ci il tarixli, *******-KM nömrəli kredit müqaviləsi üzrə “xxxx” xxx Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyanlar xxxna vəxxxna qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3506/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov - sədrlik edən və məruzəçi, R.Ş.Muradovdan və Ş.M.Əliyevadan ibarət tərkibdə) cavabdeh xxxnun apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsininxx xxx 2019-cu il tarixli, 2(021)-133/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xxx və vəkili xxx kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3506/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə 35533,19 manat borcu, tələbdən 2,5 dəfə çox miqdarda dəyərləndirilən ipoteka predmetlərinə yönəltmişdir. Halbuki, ipotekaya qoyulmuş yaşayış evlərinin birinin açıq hərracda satılmasından əldə olunan vəsait kreditin ödənilməsinə yetərli olardı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin və vəki llərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, xx xxxxxx 2012-ci il tarixli, *******-KM nömrəli kredit müqaviləsi ilə “xxxxbank” ASC xxxna 60 ay müddətinə illik 7 faiz olmaqla 24 ay güzəştlə 70000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tarixli ipoteka müqavi lələri ilə xxx mülkiyyətində olan ünvan 1ində 0,35 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 71,8 kv.metr yaşayış, 95 kv.metr yardımçı, 166,8 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini vəxxx mülkiyyətində olan ünvan 1-də 0,05 ha torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən 68,2 kv.metr yaşayış, 216,8 kv.metr yardımçı, 285 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər və hər iki müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll olunmuşdur. Məhkəmə kol legiyası ilk olaraq qeyd edir ki, hazırki kasasiya şikayəti yalnız cavabdeh xxx tərəfindən verilmiş və o, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kredit borcunun hər iki ipoteka predmetlərinə yönəldilməsi hissəsində mübahisələndirmişdir. İş üzrə iddiaçı və digər cavabdehlər kasasiya şikayəti verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız tutmanın ipoteka ilə yüklü edilmiş hər iki əmlaka yönəldilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə görə,ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o,satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki,yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Hazırki kasasiya şikayətinin dəlillərinə uyğun olan cavabdehin apelyasiya şikayətinə hüquqi qiymət verən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipotekailəyüklüedilmişəmlakınipotekadanazadedilməsi, onunlatəminedilmişə sasöhdəliyinyerinəyetirilməsindən, yənikreditborcununödənilməsindənsonramümkündür. Ona görə də həmin məhkəmə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qətnamə maddi hüquq normalarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş gör məli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılaraq, yuxarıda qeyd olunan daşınmaz əmlaklar həmin müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edildiyindən və borcalan müqavilə üzrə öhdəliklərini icra etmədikdən id diaçının tələbinin ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmək hüququ olmuş və həmin tələbi əsaslıdır. İpoteka predmetlərinin ümumi dəyərinin borc məbləğindən artıq olması, tələbin həmin əmlaklardan yalnız birinə yönəldilməsi, digərinə münasibətdə isə iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, ipoteka predmetinin açıq hərracdan satılması “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırki qətnamənin icrası qaydasında həyata keçirilməli və ipoteka predmetlərinin hər hansı biri ilə əlaqədar həmin Qanunun 43-cü maddəsinə əsasən hərracın baş tutmamış hesab edilməsi mümkünlüyü nəzərə alınmalıdır. Hər bir halda, ipoteka predmetlərinin satılması və bunun ardıcıllığı icra qaydasında həll olunan məsələdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri işin faktiki halları ilə bağlı olduğundan, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası QƏRARA ALDİ: Cavabdeh xxx və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3506/2019 nömrəli qətnaməsi mübahisələndirilən – ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3762/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3762/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver