Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3762/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ”FİNOKO” Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması, tələbin ipotekaya yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması, tələbin ipoteka premetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələblərinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-835/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 2 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. «FİNOKO” BOKT ASC (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonracavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 3M-895 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 3. 10.09.2020-ci il tarixli mal iyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 30000 (otuz min) ABŞ dolları, faiz borcuna görə 32518,92 (otuz iki min beş yüz on səkkiz dollar doxsan üç sent) ABŞ dolları, cərimə borcuna görə 53880 (əlli üç min səkkiz yüz səksən) ABŞ dolları, cəmi 116 398,93 (bir yüz on altı min üç yüz doxsan səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzr ə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra etməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 385.1, 442, 445.1, 445.2.1, 279 və 295-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1, 59.3 və 37.2-ci maddələrinə istinad edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 30000 ABŞ dolları, faiz borcuna görə 17354,89 ABŞ dolları, cərimə borcuna görə 18450 ABŞ dolları, cəmi 65804,89 ABŞ dollarının və 31 manat dövlət rüsumunun tutulma sına, tələbinə cavabdehə məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evi ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına, satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin əsas borc üzrə 30000 ABŞ dolları, faiz borcuna görə 17354,89 ABŞ dolları, cərimə borcuna görə 18450 ABŞ dolları, cəmi 65804,89 ABŞ dollarının və 31 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə, cavabdehin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən iddiaçının xeyrinə 30000 ABŞ dolları əsas borcun, 32518,92 ABŞ dolları faiz borcunun, 53880 ABŞ dolları dəbbə pulunun, cəmi 116398,93 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutulmasına, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına, satışdan əldə olunmuş pul vəsaiti hesabına yaranmış 30000 ABŞ dolları əsas borcun, 32518,92 ABŞ dolları faiz borcunun, 53880 ABŞ dolları dəbbə pulunun, cəmi 116 398,93 ABŞ dollarının və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılmasına və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, iddiaçı təşkilat tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, maddi imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir. Özündən asılı olmayan səbəblərdən borcunu ödəyə bilmədiyi halda iddiaçı təşkilatın ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
8. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2017-ci il tarixli hesabata əsasən Şahbazov cavabdehə məxsus ünvan 1 ünva nında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin bazar dəyəri 40000 manat və onun üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 51000 manat, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə bazar dəyəri 91000 manat təşkil edir. 9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0759/21 saylı hesabata əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri 100000 manat təşkil edir.
10. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra–birinci instansiya məhkəməsi) 2(073)-4/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Paşayev) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00160-01 saylı kredit müqav iləsi ləğv edilməsi, cavabdehdən 30000 ABŞ dolları əsas borc, 26044 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 58044 ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, tələb cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdehin iddiaçıya yaranmış 58044 ABŞ dolları borcu (borcun ödənlicəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla) və 30 manat dövlət rüsumu ödənilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılması, ipoteka pre dmetinin ilkin satış qiyməti (likvid dəyəri) 100000 (bir yüz min) manat müəyyən edilməsi, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir.
12. Məhkəmə borcun cərimə məbləği hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı təşkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarın ın tənasübsüz şəkildə artırılması yol verilməzdir.
13. Məhkəmə hesab edib ki, kreditor bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır və cərimə azaldılaraq 2000 ABŞ dolları həddində müəyyən edilməlidir.
14. Məhkəmənin qənaətinə görə cavabdeh müqavilə üzrə öhdəliyi icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi və daşınmaz əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır.
15. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 119.1, 308.1, 317.1, 386.1, 385.1, 442, 445.1, 445.2.1, 421.2, 423.2, 424.2 və 462.1-ci və İpoteka haqqında Qanunun 33, 34.1, 39.3.3 və 59.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
16. Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 18 no yabr 2021-ci il tarixli, 2(073)-4/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(106)-835/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabde h (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit məbləğinin vaxtında ödənilməməsi cavabdehin qərəzli hərəkəti ilə bağlı deyil, ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişdiyi üçün cavabdeh kredit borcunu vaxtında ödəyə bilməmişdir. Qeyd olunur ki, bundan əlavə, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin real borcunun nə qədər təşkil etməsi ilə bağlı məsələni də araşdırmamışdır. İddiaçı təşkilat cavabdehin əsas borcunun 30000 ABŞ dolları olduğunu bildirmiş, əlavə olaraq 32518 ABŞ dolları faiz, 53880 ABŞ dolları dəbbə pulu hesablamış, məhkəmə isə həmin iddianı tam olmasa da, qismən təmin edərək cavabdehdən 26000 ABŞ dolları faiz borcu və əlavə olaraq 2000 ABŞ dolları cərimə tutmuşdur. Bu qədər yüksək faiz tutulması, əlavə olaraq da cərimə hesablanması əsassız və qanunsuzdur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə işə səthi yanaşmış, araşdırma aparmamış, evin qiyməti ilə bağlı təkrar ekspertiza (qiymətləndirmə) keçirilməsini təmin etməmiş, cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş evin qiyməti məhkəmə tərəfindən düzgün müəyyənləşdirilməmişdir. Həmin ev iki mərtəbəli olmaqla real bazar dəyəri 300000 (üç yüz min) manatdan az deyil. Lakin işə baxan məhkəmə evin qiymətini əsassız və qərəzli olaraq aşağı göstərmiş, evə 100000 (bir yüz min) manat likvid qiymət qoymuşdur. b) Kassasiya şikayətin ə qarşı etiraz Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
22. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hal lar üçün cavabdehdir.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun
27. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillərə hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
39. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-835/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir