Məhkəmə qərarları › İş №2(102)-3763/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3763/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3763/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)51/2019 saylı qətnaməsi ilə (hakim G.Ə.Şirinov) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabd ehlərdən müştərək qaydada, 06R000014365 saylı razılaşmaya əsasən əsas borc üzrə 17617.28 ABŞ dolları, faiz borcu üzrə 6890.31 ABŞ dolları, cərimə 10626.28 ABŞ dolları, cəmi 35133.87 ABŞ dolları, 06R000016252 saylı razılaşmaya əsasən əsas borc üzrə 1210.07 ABŞ dolları, faiz borcu üzrə 500.32 ABŞ dolları, cərimə 725.32 ABŞ dolları, cəmi 2435.71 ABŞ dolları, 006R********** saylı razılaşmaya əsasən əsas borc 427.5 ABŞ dolları, faiz borcu üzrə 166.41 ABŞ dolları, cərimə 247.38 ABŞ dolları, cəmi 841.29 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Gəncə şəhəri, X fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait cəmi 38410.87 ABŞ dolları borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2 və Cavabdeh2 müştərək qaydada tutulması,Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, X fərdi yaşayış evinə yönəldilməsi, evə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mülkiyyətçinin evdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada, 06R000014365 saylı razılaşmaya əsasən əsas borc üzrə 17617.28 (on yeddi min altı yüz on yeddi dollar iyirmi səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 6890.31 (altı min səkkiz yüz doxsan dollar otuz bir sent) ABŞ dolları, cərimə 10 (on) ABŞ dolları, cəmi 24517.59 (iyirmi dörd min beş yüz on yeddi dollar əlli doqquz sent) ABŞ dolları, 06R000016252 saylı razılaşmaya əsasən əsas borc üzrə 1210.07 (min iki yüz on dollar yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 500.32 (beş yüz dollar otuz iki sent) ABŞ dolları, cərimə 5 (beş) ABŞ dolları, cəmi 1715.39 (min yeddi yüz on beş dollar otuz doqquz sent) ABŞ dolları, 006R********** saylı razılaşmaya əsasən əsas borc 427.5 (dörd yüz iyirmi yeddi dollar əlli sent) ABŞ dolları, faiz borcu üzrə 166.41 (yüz altmış altı dollar qırx bir sent) ABŞ dolları, cərimə 5 (beş) ABŞ dolları, cəmi 598.91 (beş yüz doxsan səkkiz dollar do xsan bir sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının İddiaçı-nin xeyrinə tutulması, tutmanın Gəncə şəhəri, X fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlak açıq hərracdan satılması, ilkin satış qiyməti 65000 (altmış beş min) manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, X fərdi yaşayış evinin satışından əldə olunmuş vəsait hesabına cəmi 26831.89 (iyirmi altı min səkkiz yüz otuz bir dollar səksən doqquz sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının İddiaçı-yə ödənilməi, Gəncə şəhəri, X fərdi yaşayış evi satıldıqdan 1 ay sonra mülkiyyətçi Cavabdeh2 evdən çıxarılması, Gəncə şəhəri, X fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən, məruzəçi), R.Muradov və Ç.Məmmədov, 2(104)1910/2019 saylı mülki iş) hazırki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)-51/2019 nömrəli qətnaməsi iddia tələbinin mübahisələndirilən – iddianın təmin olunmuş cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada, 06R000014365 saylı razılaşmaya əsasən əsas kredit borcu üzrə 17617.28 (on yeddi min altı yüz on yeddi dollar iyi rmi səkkiz sent) ABŞ dolları, 06R000016252 saylı razılaşmaya əsasən əsas kredit borcu üzrə 1210.07 (min iki yüz on dollar yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 500.32 (beş yüz dollar otuz iki sent) ABŞ dolları, 006R********** saylı razılaşmaya əsasən əsas borc 427.5 (dörd yüz iyirmi yeddi dollar əlli sent) ABŞ dolları, faiz borcu üzrə 166.41 (yüz altmış altı dollar qırx bir sent) ABŞ dolları, ödəniş vaxtına manatın məzənnəsi üzrə tutulması hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 06R000014365 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 17393,82 (on yeddi min üç yüz doxsan üç ABŞ dolları səksən iki sent)) ABŞ dolları məbləğində kredit borcu, 06R000016252 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1185,93 ( bir min bir yüz səksən beş AB Ş dollarıdoxsan üç sent) ABŞ dolları məbləğində kredit borcu, 482,17 ( dörd yüz səksən iki ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və 006R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 427,20 ( dörd yüz səksən iki ABŞ dolları iyirmi sent)) ABŞ dolları məbləğində kredit borcu, 163,69 ABŞ dolları məbləğində faiz borcu tutulmuş, qətnamə cavabdehlərdən müştərək qaydada, 06R000014365 saylı razılaşmaya əsasən, faiz borcu üzrə 6890.31 (altı min səkkiz yüz doxsan dollar otuz bir sent) ABŞ dolları, cərimə üzrə 10 (on) ABŞ dolları, 06R000016252 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 5 (beş) ABŞ dolları və 006R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 5 (beş) ABŞ dolları tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada, 06R000014365 saylı razılaşmaya əsasən əsas borc üzrə 17617.28 ABŞ dolları, faiz borcu üzrə 6890.31 ABŞ dolları, cərimə 10626.28 ABŞ dolları, cəmi 35133.87 ABŞ dolları, 06R000016252 saylı razılaşmaya əsasən əsas borc üzrə 1210.07 ABŞ dolları, faiz borcu üzrə 500.32 ABŞ dolları, cərimə 725.32 ABŞ dolları, cəmi 2435.71 ABŞ dolları, 006R********** saylı razılaşmaya əsasən əsas borc 427.5 ABŞ dolları, faiz borcu üzrə 166.41 ABŞ dolları, cərimə 247.38 ABŞ dolları, cəmi 841.29 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Gəncə şəh əri, X fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait cəmi 38410.87 ABŞ dolları borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X2 və Cavabdeh2 müştərək qaydada tutulması,Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, X fərdi yaşayış evinə yönəldilməsi, evə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mülkiyyətçinin evdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh X5 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin apelyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsini və işi bu hissədə yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 1 dollar 105 manat olanda ödəniş edib, məhkəmə bunu nəzərə almalı idi, faiz borcu çox hesablanıb. İpoteka ilə yüklü edilmiş əmlakının dəyəri artıqdır. Prosessal məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü ma ddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Tərəflər arasında kredit müqavilələrinin bağlanması, vəsaitin verilməsi, ipoteka müqaviləsinin bağlanması, cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz halıdır. Cavabdeh qətnaməni borcun məbləği hissəsində, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində mübahisələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 15981 nömrəli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 06R000014365 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 17393,82 ABŞ dolları məbləğində kredit borcu, 6905, 86 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 24299,68 ABŞ dolları məbləğində borcu, 06R000016252 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1185,93 ABŞ dolları məbləğində kredit borcu, 482,17 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1688,10 ABŞ dolları məbləğində borcu və 006R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 427,20 ABŞ dolları məbləğində kredit borcu, 163,69 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 841,29 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Cavabdeh apellyasiya icraatı zamanı həmin rəyin həqiqiliyini şübhə altına alan sübutlar təqdim edə bilməmişdir. Cavabdehin nəzərinə çatdırılır ki, ekspert rəyinin əsassız olması barədə bəyanat özlüyündə həmin rəyin obyektivliyini qüvvədən salmır. Bunun üçün həmin rəyin həqiqiliyini şübhə altına alan sübutlar təqdim edilməlidir. xx.xx.2018-ci il tarixli Ç-1064 saylı “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, X fərdi yaşayış evinin hazırkı bazar dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Borcun məbləğini müəyən edən ekspert rəyi ilə bağlı yuxarıda deyilən fikirlər ipoteka ilə yüklü edilmiş əmlakın dəyərləndirilməsi ilə bağlı hazırkı rəyə də aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcə llənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh X3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar